Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-211/2025 16.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, iddiaçının digər nümayəndəsi X4, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzillərdən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzillərdən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onun mülkiyyət hüquqlarının pozulmasının qarşısının alınması, Cavabdeh2 və digər şəxslərin ünvan 2; Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 mənzil 2 (yeni qaydalarla AZ1002, Bakı şəhəri, Nəsimi rayonu, Ruslan Cəfərov küçəsi, 13, M2, m1); ünvan 6, mənzil 3 (yeni qaydalarla AZ1090, ünvan 1 ünvanında yerləşən mənzillərdən çıxarılması; ünvan 2; Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 mənzil 2 (yeni qaydalarla AZ1002, Bakı şəhəri, Nəsimi rayonu, Ruslan Cəfərov küçəsi, 13, M2, m1); ünvan 6, mənzil 3 (yeni qaydalarla AZ1090, ünvan 1 ünvanında yerləşən mənzillərin Cavabdeh1 tərəfindən iddiaçıya təhvil verilməsi, istifadəsinə yaradılmış maneənin aradan qaldırılması; TOYOTA Prius minik markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 tərəfindən ona təhvil verilməsi, Cavabdeh1 tərəfindən sənədləşdirilməsinə və istifadəsinə yaradılmış maneənin aradan qaldırılması, avtomobilə hüquqlarının qeydiyyata alınması barədə sənədləşdirilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması; 5) Qeyd edilən mənzillərdən əldə edilən kirayə haqqına görə Cavabdeh1 3080 (üç min səksən) manat, evindən istifadə etdiyinə görə Cavabdeh2 4200 (dörd min iki yüz) manat pulun, dövlət rüsumu kimi 192.80 (yüz doxsan iki manat, səksən qəpik) manat, hüquqi xidmətə görə 250 (iki yüz əlli) manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə ilə müraciət edərək, iddia tələbini dəyişdirərək cavabdehlər tərəfindən onun mülkiyyət hüquqlarının pozulmasının qarşısının alınması, Cavabdehlərin ünvan 2;; ünvan 6, mənzil 3 (yeni qaydalarla AZ1090, ünvan 1 ünvanında yerləşən mənzillərdən çıxarılması; ünvan 2; ünvan 6, mənzil 3 (yeni qaydalarla AZ1090, ünvan 1 ünvanında yerləşən mənzillərin cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi, istifadəsinə yaradılmış maneənin aradan qaldırılması; TOYOTA Prius minik markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 tərəfindən ona təhvil verilməsi, Cavabdeh1 tərəfindən sənədləşdirilməsinə və istifadəsinə yaradılmış maneənin aradan qaldırılması, avtomobilə hüquqlarının qeydiyyata alınması barədə sənədləşdirilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması; Qeyd edilən mənzillərdən əldə edilən kirayə haqqına görə Cavabdeh1 3080 (üç min səksən) manat, evindən istifadə etdiyinə görə Cavabdeh2 4200 (dörd min iki yüz) manat pulun, dövlət rüsumu kimi 192.80 (yüz doxsan iki manat, səksən qəpik) manat, hüquqi xidmətə görə 250 (iki yüz əlli) manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1995-ci ildə anadan olmuşdur. Ziyalı ailəsində böyümüşdür. X1 xx.xx.1994-cü il tarixdə X2 ilə nikaha daxil olmuşlar. Onların uzun sürən evlilikləri olmuş, münasibətləri normal olmuşdur. Lakin formal olaraq sənədləşmə zrurəti ilə bağlı onların nikahları məhkəmə qaydasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-2744/2019 saylı qətnaməsi ilə xitam verilmişdir. Anası xx.xx.2019-cu il tarixdə nikahın pozulması haqqında şəhadətnaməni aldığı zaman Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin işçisi bildirmişdir ki, atası Alik Musabəyov 1994-cü ildə başqa şəxs ilə də rəsmi nikaha daxil olmuşdur. Bu minvalla məlum olmuşdur ki, X10 başqa şəxs - Cavabdeh2 ilə də xx.xx.1994-cü ildə rəsmi nikaha daxil olmuşdur. X2 xx.xx.2020-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-749/2021 saylı qətnaməsi ilə anasının iddiası əsasında, X10 ilə Cavabdeh2 arasında 25 avqust 1994-cü il tarixli Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon Qeydiyyat şöbəsində 346 nömrə ilə qeyd edilmiş nikahın etibarsız sayılması qət edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Cavabdeh1 qardaşı, digər cavabdeh isə Cavabdeh2 onun anasıdır. Cavabdeh2 ilə atasının nikahı dövlət tərəfindən etibarsız hesab edilmişdir. O, atasının vərəsəsi kimi qanun üzrə xx.xx.2024-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməni alaraq atasından miras qalmış ünvan 2; Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 mənzil 2 (yeni qaydalarla AZ1002, Bakı şəhəri, Nəsimi rayonu, Ruslan Cəfərov küçəsi, 13, M2, m1); ünvan 6, mənzil 3 (yeni qaydalarla AZ1090, ünvan 1, TOYOTA PRİUS minik markalı, 99TN392 dövlət qeydiyyat nişanlı avtomobilin paylı mülkiyyətçisidir. Onun dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ cavabdehlər tərəfindən qanunsuz olaraq pozulur. Belə ki, Cavabdeh1 onun ünvan 2 ünvanında Cavabdeh2 ilə birlikdə yaşayır. Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 mənzil 2 (yeni qaydalarla AZ1002, Bakı şəhəri, Nəsimi rayonu, Ruslan Cəfərov küçəsi, 13, M2, m1); ünvan 6, mənzil 3 (yeni qaydalarla AZ1090, ünvan 1 ünvanında olan evləri isə kirayəyə verir, ordan gəlir götürür. Avtomobil də Cavabdeh1dır. Ona avtomobili təhvil vermir, sənədləşdirilməsinə imkan vermir. Avtomobili istifadəsiz saxlamaqla, onu yararsız vəziyyətə salır. Cavabdeh1 atasının qanuni vərəsəsidir. Lakin bu o demək deyildir ki, o, digər vərəsələrin payını mənimsəsin. O, hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Çıxarış alarkən məlum oldu ki, o, hüquqlarını hələ dövlət qeydiyyatına aldırmamışdır. Buna baxmayaraq, onun mülkiyyət hüquqlarını pozur. Dəfələrlə o, Cavabdeh1 qohumlar vasitəsi ilə haqqı çatan əmlaklarını təhvil verilməsini bildirmişdir. Lakin heç bir səmərə verməmişdir. İşdə olan sübutlarla təsdiq olunur ki, cavabdehlər əsassız olaraq qanuni mülkiyyətində olan əmlaklardan istifadəyə macal vermirlər. Cavabdehlər mülkiyyət hüquqlarını pozur, həyata keçirməyinə mane olurlar. Cavabdehlər atasından miras qalmış əmlakları kirayə verməklə oradan qazanc əldə edirlər. Ona zərər vurmağa davam edirlər, onun əmlakı olduğu halda ondan qazanc əldə etmələri onun həmin faydadan məhrum olmağı deməkdir. Onun vərəsəlik hüququ xx.xx.2024-cü il tarixdən müəyyən edilmişdir. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.2 kv.m olan təmirli 1 otaqlı yaşayış mənzillərinin aylıq kirayə haqqı 600-650 manat, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 35.13 kv.m olan təmirli 1 otaqlı yaşayış mənzillərinin aylıq kirayə haqqı 280-330 manat təşkil edir. Hesab edilsə ki, 7 ay ərzində onlar mənzildən kirayə haqqı alıblar və bir mənzildə də özləri qalıb, ona evindən istifadə etmək imkanı verməmişlər. Cavabdeh1 evləri kirayəyə verərək 7 ay x 600= 4200 manat, 7 ay x 280 = 1960 manat olmaqla, cəmi 6160 manat əldə edib. Onun haqqının olma ehtimalını nəzərə alaraq Cavabdeh1 əldə etdiyi faydanı 2 paya bölərək, 3080 manat Cavabdeh1 alınaraq ona verilməlidir. Cavabdeh2 evində onun iradəsinin ziddinə qaldığına görə 7 ay x 600 = 4200 manat zərər vurmuşdur. Cavabdehlərə dəfərlərlə bildirmişdir ki, mərhum atasının xatirəsinə sayğı duyaraq qanuni və ədalətli şəkildə bölgü edək, hərə öz haqqını alsın, lakin heç bir nəticə olmadı. Onun hüquqları isə pozulmağa davam edir. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi Abbas Məmmədov iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh mənzillərdən birini təhvil vermişdir. Digər iki mənzil və bir avtomobil isə qalmışdır. İddiaçıya törədilən maneələr tək sənədləşmə ilə bağlı deyil, ümumidir. Cavabdehlər iddiaçıya hədə-qorxu gələrək həmin mənzildən istifadəsinə maneə yaradır. Eyni zamanda mənzilin açarını verəcəyini bildirsə də, iddiaçıya təqdim etməmişdir. Yol Polisinə avtomobillə bağlı şifahi müraciət edilmişdir. Lakin, oradan bildirmişlər ki, avtomobildə ½ hissə açıq saxlanıldığı üçün rəsmiləşdirilməsi mümkün deyildir. Evin açarı cavabdehdədir və hazırda evdə kirayəçi yaşayır. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, cavabdeh tərəfindən payın müəyyən edilməsi, sənədləşmə və sair ilə bağlı heç bir halda iddiaçıya maneə yaradılmamışdır. Digər məhkəmə qətnaməsi təqdim edilmişdir. Evin kirayəyə verilməsi iddiaçı tərəfindən sübut edilmir. Yol Polisinə şifahi deyil, ərizə ilə rəsmi müraciət edilməli və cavab alınmalı idi. Cavabdehlər iddiaçıya heç bir maneə yaratmır. İddiaçı bütün əmlaklara dair çıxarış almışdır. İddiaçı heç vaxt mənzilə gəlib yaşamasını tələb etməmişdir. Bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Əmlaklara ½ hissədə pay iddiaçıya, digər hissədə pay isə Cavabdeh1 məxsusdur. İlkinin anası Buzovna qəsəbəsində yerləşən evdə qeydiyyatdadır. İddiaçı cavabdehlərə hər hansı barışıq təklifi etməmişdir. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçının əri Abbas ona təzyiqlər etmişdir. Əmlakların ½ hissəsi oğlunun mülkiyyətindədir. 2 saylı mənzilin açarı iddiaçıdadır. 5 saylı mənzil və avtomobilin açarını iddiaçıya təqdim etsələr də, sonuncu qəbul etməmişdir. Buzovna qəsəbəsində yerləşən evdə heç kəs yaşamır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, BDYPİ-nə müraciət etmişlər. Rəsmi olaraq cavab hələ gəlməmişdir. Müraciət ərizəsi iş materiallarında mövcuddur. Kirayə haqqı ilə bağlı məhkəməyə əmlaklarda kirayə haqqının bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar rəy təqdim edilmişdir. Cavabdeh1 etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "əmlak tələbi"nə dair iddiası üzrə İş Noo e-2(003)-3610/2024 saylı iş icraatdadır. Həmin iş üzrə iddiaçının iddiasına etiraz olaraq iddiaçının iddia etdiyi əmlaklar və hal-hazırda məhkəmə mübahisəsinin predmeti olmaqla mübahisəli əmlaklardır. Belə ki, həmin əmlaklar hal-hazırda iddiaçı ilə aralarında olan "vərəsəlik hüququ üzrə mübahisələr"ə dair Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədovun icraatında olan İş No 2(103)-4508/2024 saylı işin predmetini təşkil edir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı tərəfindən mübahisələndirilən hallar və qızı tərəfindən onun anası X7 əmlaklar əvvəllər mübahisələndirilmiş, həmin iş üzrə Nərimanov rayon Məhkəməsinin hakimi xanım Nərgiz Tağıyeva tərəfindən 2(005)-421/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə qəbul edilərək iddia qəbul edilmiş, iddiaçı X3 ünvan 5 ünvanında yerləşən 2 saylı, ünvan 5 ünvanında yerləşən 5 saylı və ünvan 6 ünvanında yerləşən 3 saylı mənzillər üzərində 1/2 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin iş No 2(103)-4676/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə ilə qismən ləğv edilmiş, iddianın təmin edilməməsinə dair qərar qəbul edilmişdir. AR Ali Məhkəməsinin 2(102)-621/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Hansı ki, hazırki iddiaçının anasının ona və ona qarşı "vərəsəlik şəhadətnamələrinin ləğv”-inə dair iddiası ilə razılaşaraq öz mülkiyyətçi hüquqlarının anasına qismən keçməsini təsdiqləmişdir. Bundan başqa, mərhum X2nun həyat yoldaşı, anası Cavabdeh2 ilə atasının arasında bağlanmış nikah X6 tərəfindən mübahisələndirilmiş, həmin nikah Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-749/2021 nömrəli qətnaməsi ilə etibarsız hesab edildiyinə görə atasından miras qalmış əmlakların statusu mübahisəli qalmışdır. Bu məhkəmə araşdırmaları səbəbilə miras əmlakı üzrə payların vərəsələr arasında bölünməsi məsələsi uzun müddət dayandırılmışdır. Əmlaklar əvvəldən hazırki dövrədək hələ də mübahisəli qalmaqdadır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının iddiası onu öz mülkiyyətində olan əmlaklar üzərində sərəncam verməyinə məcbur edən bir iddiadir və mülkiyyətçi hüquqlarına ziddir. Belə ki, iddiaçı hazırki iddiası ilə onu, vərəsəlik qaydasında ona məxsus əmlaklarını qeydiyyata aldırmağa məcbur etmək məqsədi güdür və bu da tamamilə qanuna ziddir. Həmçinin, iddiaçının iddiasında qeyd etdiyi şəkildə müvafiq əmlakların onun adına qeydiyyata alınması müvafiq inzibati orqanların səlahiyyətində olan məsələ olmaqla ona aidiyyəti yoxdur. Belə ki, müvafiq əmlakların vərəsəlik şəhadətnaməsi əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmasından inzibati orqanlar tərəfindən hər hansı əsasla imtina edilməsində mübahisə tərəfi o yox, müvafiq inzibati orqan qoyulmalıdır. Buradan da, hazırki iddianın mümkünlüyü məsələsi ortaya çıxır ki, iddia icraata alınarkən məhkəmə tərəfindən bu hallara qiymət verilməmişdir. O da qeyd edilməlidir ki, tərəfindən mübahisəli əmlaklardan hüquqlarına uyğun şəkildə istifadə ilə bağlı tərəflərindən İddiaçı hər hansı maneə törədilməmişdir. Müvafiq əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaması isə şəxsin həmin əmlaklar üzərində payına mütənasib şəkildə onlardan istifadə etməsinə maneə hesab edilə bilməz. İddiaçı tərəfindən istinad edilən evləri kirayəyə verməkləri və gəlir əldə etməkləri ilə bağlı hallara isə etiraz olaraq bildirir ki, bu hallar tamamilə uydurmadır və bununla bağlı hər hansı sübut irəli sürülməmişdir. Hansı ki, iddiaçı AR MPM-nin 77.1-ci maddəsinin tələblərinə əməl etməyə borcludur. Sadəcə hazırda verilmiş iddia onun tərəfindən qərəzli olaraq ona qarşı irəli sürülmüş təzyiqdir ki, hansı ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan digər miras əmlak məsələsinin araşdırılmasının tərəfindən geri çəkilməsinə xidmət edir. Göründüyü kimi, iddiaçının hazırki iddiası qərəzli xarakter daşımaqla tamamilə əsassızdır və təmin edilməməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatın dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AD seriyalı 597704 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” minik markalı ** TN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X8r. -ƏMDK DƏDKR PHŞ tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Aruz Mirzəyev küçəsi ev 8a mənzil 3 (Yeni qaydalarla: AZ 1090 ünvan 7 ünvanında sahəsi 35,13 kv.m olan mənzil ½ hissədə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur (xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli). X9 məxsus olmuş ½ hissədə pay açıq qalmışdır. -ƏMDK DƏDKR PHŞ tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 11 (yeni qaydalarla: AZ 1022 ünvan 8 ünvanında sahəsi 57,20 kv.m olan mənzil ½ hissədə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur (xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli). X9 məxsus olmuş ½ hissədə pay açıq qalmışdır. -ƏMDK DƏDKR PHŞ tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 9 ünvanında sahəsi 57,20 kv.m olan mənzil ½ hissədə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur (xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli). X9 məxsus olmuş ½ hissədə pay açıq qalmışdır. -xx.xx.2024-cü il tarixli reyestrdə 2V-28 sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 57.2 kv.m olan mənzildən ibarətdir. -xx.xx.2024-cü il tarixli reyestrdə 2V-29 sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 35.13 kv.m olan mənzildən ibarətdir. -xx.xx.2024-cü il tarixli reyestrdə 2V-30 sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 57.2 kv.m olan mənzildən ibarətdir. -xx.xx.2024-cü il tarixli reyestrdə 2V-9 sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak JTDKN3DU9B1374791 ban nömrəli, 2011-ci il buraxılışlı “Toyota Prius” minik markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir. -Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 127347 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mərhum X5 mülkiyyətində olmuş Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Aruz Mirzəyev küçəsi ev 8a mənzil 3 (Yeni qaydalarla: AZ 1090 ünvan 7 ünvanında sahəsi 35,13 kv.m olan mənzil, ünvan 11 (yeni qaydalarla: AZ 1022 ünvan 8 ünvanında sahəsi 57,20 kv.m olan mənzil, ünvan 9 ünvanında sahəsi 57,20 kv.m olan mənzil və “Toyota Prius” minik markalı ** TN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ondan miras qalmışdır. Qeyd olunan hər üç mənzilə dair iddiaçının ½ hissədə pay hüququ müəyyən edilmişdir. Cavabdeh1 digər Cavabdeh2 oğlu, iddiaçının isə ögey qardaşıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin mənzillərdən çıxarılması barədə iddia verməkdə haqlı olmamışdır. Belə ki, Cavabdeh1 da mərhum X5 vərəsəsi hesab olunur və onun, həmçinin anasının da həmin mənzillərdən istifadə etmək və yaşamaq hüquqları vardır. İddia tələbinin Cavabdeh1 üzərinə avtomobilə hüquqlarının qeydiyyata alınması barədə sənədləşdirilməsi öhdıliyinin qoyulmasına münasibətdə məhkəmə qeyd edir ki, şəxsin üzərinə gələcəkdə hər hansı əqdi bağlamaq vəzifəsinin qoyulması qanunvericiliyə ziddir. Belə ki, bu hal müqavilə azadlığı prinsipinin ruhuna zidd olmaqla şəxsin iradəsinə qanunsuz təsir etmək sayılır. İddia tələbinin kirayə haqqı kimi hesablanmış məbləğin cavabdehlərdən tutulması hissəsi ilə bağlı qeyd olunur ki, iddiaçı evin və ya evlərin cavabdehlər tərəfindən kirayəyə verilməsini sübut edəcək hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi cavabdehlər tərəfindən yaradılan hər hansı maneənin aradan qaldırılması hissəsində təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya mənzillərdən öz payına mütənasib istifadəsi ilə bağlı müxtəlif maneələr yaradılır. Bu səbəbdən cavabdehlər tərəfindən iddiaçının da paylı mülkiyyətində olan mənzillərə dair hər hansı maneələrin edilməsi onlara qadağan edilməlidir. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququndan görünür ki, Ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Mülkiyyət marağı iddia xarakterində olduqda, ərzəçinin milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduğu halda, legitim gözləntisi ola bilər, məsələn, yerli məhkəmələrin onun mövcudluğunu təsdiq edən presedent-hüququnun olması. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, ünvan 2, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 mənzil 2 (yeni qaydalarla AZ1002, Bakı şəhəri, Nəsimi rayonu, Ruslan Cəfərov küçəsi, 13, M2, m1) və ünvan 6, mənzil 3 (yeni qaydalarla AZ1090, ünvan 1 ünvanında yerləşən mənzillərdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər hansı maneənin edilməsi qadağan edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi daha çox hissədə rədd edildiyinə görə ödənilmiş dövlət rüsumu və hüquqi yardım xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. ünvan 2, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 mənzil 2 (yeni qaydalarla AZ1002, Bakı şəhəri, Nəsimi rayonu, Ruslan Cəfərov küçəsi, 13, M2, m1) və ünvan 6, mənzil 3 (yeni qaydalarla AZ1090, ünvan 1 ünvanında yerləşən mənzillərdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər hansı maneənin edilməsi qadağan edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-211/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-211/2025
16.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver