Məhkəmə qərarları › İş №e-2(003)-2129/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2129/2023

20.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2129/2023 20.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 - oğluna, Cavabdeh3 və X4 ( 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı "miras və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 - oğluna, Cavabdeh3 və X4 ( 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı "miras və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, Nizami küçəsində yerləşən 38 nömrəli ev, 1963-cü iİ tarixdən X9 məxsus olmuşdur. Həmin evin X9 məxsus olması faktı, 1963-cü İl tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə dair” Pasportu ilə tam təsdiq olunur. Ərizəçi-İddiaçı xx.xx.1981-ci ildə, X10 ilə birgə nigaha girmiş və X5 atası-X9 məxsus ünvan 1 unvanında 12392 kv.m, torpaq sahəsi hissəsində yerləşən “B” tikilisində olan otaqlardan istifadə etməklə, gəlin köçmüşdür. Hal-hazıradək orada qeydiyyatda olmaqla yaşayır. Evin sahibi olan qaynatası X10 vəfat edənədək, ənzəçinın istifadə etdiyi hissədə yaşamışdır. Həmin ünvanda, daş hasarla təcrid olunmuş digər 645 kv.m torpaq sahəsi hissəsində yerləşən “A” tikilisində olan otaqlarda isə qardaşı öz ailəsi ilə yaşayır. Evin mülkiyyətçisi olan “X21 oglu 03. 12.1991-ci ildə vəfat etmişdir. Həmin dövrdə, X3 miras qalmış evin, şihafi qarşılıqlı razılıq əsasında hər bir qardaş (vərəsə) yaşadıqları və istfadə etdiyi hissələrdə, yəni X10 1239.2 kv.m torpaq sahəsi hissəsində yerləşən “B” tikilisində olan otaqlarına, Cavabdeh1 isə daş hasarla təcrid olunmuş digər 645 kvm, torpaq sahəsi hissəsində yerleşən “A” tikilsində olan otaqlarına sahiblik etməklə, idarə etməyə faktiki başlamış və bununla da, göstərilən bölgü əsasında mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişdirlər. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə, qeyd olunan evin pasportu evlərə dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qəbul edilmədiyindən, mirasa dair hüquqların rəsmiləşdirilməsi mümkün olmamışdır. X2 ilə birgə nigahdan iki övladları olmuş: X15 (xx.xx.2002-cı il tarixdə vəfat etmişdir) və X13. Bundan sonra, ərizəçinin həyat yoldaşı X10 xx.xx.2019-cu ildə vəfat etmiş və İddiaçı qalan mirası, yəni ünvan 1 ünvanında 1239,2 kv. m. torpaq sahəsində yerləşən “B” tikilisində olan otaqları həmin döcrdən faktiki olaraq qəbul etmiş və hal-hazırda öz ailəsi ilə birlikdə orada yaşayır. Qeyd edilənlərə əsasən Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvalan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təstiq olunmuş Bölgü Sxemində göstərilən ünvan 2 ünvanında daş hasarla tədric olunmuş 1239.2 kv.m. torpaq sahəsini və həmin hissəsində yerləşən “B” tikilisini (evini) miras əmlak olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Daha sonra iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvalan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq olunmuş Bölgü Sxemində göstərilən ünvan 2 ünvanında daş hasarla tədric olunmuş 1239,2 kv. m. torpaq sahəsini və həmin hissəsində yerləşən “B” tikilisini (evini) miras əmlak olaraq X10 tərəfindən faktiki qəbul edilməsindən sonra, həmin mirası İddiaçı tərəfindən qəbul edilməsi faktının və həmin miras üzərində mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş, lakin vəkil və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X6 adına 1963-cü il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evdə X11 yaşamışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X14

03. 12.1991-ci ildə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında arayışın sürətindən görünür ki, xx.xx.1954cü il təvəllüdlü X6 atası X12, anası isə X7r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X10 xx.xx.2019-cu ildə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X16 xx.xx.2001-ci ildə vəfat etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X1 Lalə Qafar qızı ilə xx.xx.1981-ci il tarixdə Əzizbəyov VVAQ şöbəsində bağlamış və bu barədə 468 sayla qeyd aparılmış İş materiallarında olan ərizədən sürətindən görünür ki, Cavabdeh1 mərhum atasından qalmış mirası bölgü sxeminə uyğun olaraq bölməyə razı idi. İş materiallarında olan ərizənin sürətindən görünür ki, Cavabdeh2 mərhum atasından qalmış mirasdan imtina etmişdir. Beləliklə, işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı mübahisəli Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvalan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq olunmuş Bölgü Sxemində göstərilən ünvan 2 ünvanında daş hasarla tədric olunmuş 1239,2 kv. m. torpaq sahəsini və həmin hissəsində yerləşən “B” tikilisini (evini) miras əmlak olaraq X10 tərəfindən faktiki qəbul edilməsindən sonra, həmin mirası İddiaçı tərəfindən qəbul edilməsi faktının və həmin miras üzərində mülkiyyət hüququnun müəyyən edilməsi xahiş edir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd edilən Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Digər tərəfdən, mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçı mövcud iddianı tələb etmək hüququna malik deyildir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd edilən Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmçinin, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd edilən Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının qaynatasının, nə də cavabdehlərin adına qeydə alınmadığından, iddiaçı mübahisəli evə və həmin ünvanda yerləşən torpaq sahəsinə hər hansı hüququ əmələ gəlməmişdir. Göründüyü kimi, mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının qaynatasının adına qeydiyyata alınmadığından, onun mövcud iddia tələbi ilə çıxış etmək hüququ da olmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının həmin evə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Bundan əlavə miras əmlaka mülkiyyətdə olan əmlak daxildir. Hazırki halda isə ev mülkiyyətdə deyil. Ona görə də iddia təmin edilə bilməz. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmişdir. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 - oğluna, Cavabdeh3 və X4 ( 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı "miras” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar