Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2208/2025 13.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməklə paylı mülkiyyət hüququnun ləğv edilməsi» tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi, İşin halları İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməklə paylı mülkiyyət hüququnun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildə Cavabdeh 1/8 paylı mülkiyyət hüququna xitam verilməsi, cavabdehə payına uyğun olaraq müəyyən ediləcək bazar dəyərində kompensasiya ödənilməsi, həmin pay üzərində mülkiyyət hüququnun iddiaçıya məxsus edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X1 mülkiyyətində olmuşdur. Atasının xx.xx.2020-ci il tarixində vəfat etməsi ilə bu əmlaka qanunvericiliyə uyğun olaraq vərəsəlik əsasında o və cavabdeh uyğun olaraq 7/8 və 1/8 pay nisbətində mülkiyyət hüququ əldə etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi plenumunun qərarında və Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Proses iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş lakin ərizə ilə məhkməyə müraciət edərək, bildirdi ki, şə onun iştirakı olmadan baxılmasına etiraz etmir. Eyni zamanda, əvvəlki iclasda təqdim etdiyi kompensasiyanın hissə-hissə ödənilməsi barədə vəsatətin nəzərə alınmamasını, iddianın ilkin təqdim edilmiş formada yəni Cavabdeh mənzilə dair 1/8 paylı mülkiyyət hüququna xitam verilməsi və həmin payın ona məxsus edilməsi tələbi üzrə tam təmin edilməsini xahiş edir. Ekspert rəyində müəyyən edilmiş bazar dəyəri və bu dəyərə uyğun kompensasiya məbləği ilə razıdır və həmin məbləği məhkəmənin müəyyən edəcəyi qaydada ödəməyə hazır olduğunu bildirdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etdi və iddianın təmin olunmasına etiraz etmədi. İş materiallarına əlavə olunmuş sənədlər Daşınmaz əmlak barədə məlumatların surətindən görünür ki, İddiaçı mülkiyyətində ünvan 1 vardır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Bakı şəhər, Yeni Günəşli qəsəbəsi D massivi yaşayış sahəsi ev 11 mənzil 201 nvanında ümumi 3 otaqdan 62 kv.m sahədən ibarət, mənzilin xx.xx.2025-ci il vəziyyətinə bazar üəyəri 117.800.0 (yüz on yeddi min səkkiz yüz) manat, məbləğində müəyyən olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllənin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. 215.6-cı maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. 218.1-ci maddə Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 220.4-cü maddə Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 221-ci maddə Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İş üzrə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil mərhum X1 mülkiyyətində olmuş, onun xx.xx.2020-ci il tarixdə vəfat etməsindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik münasibətlərini tənzimləyən müddəalarına uyğun olaraq həmin əmlak üzərində mülkiyyət hüquqları vərəsələr – İddiaçı və Cavabdeh arasında müvafiq olaraq 7/8 və 1/8 pay nisbətində yaranmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən mənzilin ümumi dəyəri 117.800 manat təşkil etdiyi müəyyən edilmişdir. Bu dəyər əsasında cavabdehin payına düşən 1/8 hissənin bazar dəyəri hesablanmışdır. İş üzrə cavabdehin payı – 1/8 hissə – mənzilin real şəkildə ayrılmasına imkan verməyən cüzi pay hesab olunur və cavabdehin ümumi əmlakdan istifadəyə dair mühüm mənafeləri müəyyən edilməmişdir. Bununla yanaşı, cavabdeh məhkəmə iclasında iddia tələblərini etiraf etmiş, paylı mülkiyyət hüququnun ləğv edilməsinə və ona 14725,0 manat məbləğində kompensasiyanın ödənilməsi ilə payın iddiaçıya verilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutları və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçı ekspert rəyində müəyyən edilmiş bazar dəyəri ilə razılaşmış, kompensasiya məbləğini ödəməyə hazır olduğunu bildirmişdir. Həmçinin məhkəmə hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri olan qalan 500,0 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən Premium Qiymətləndirmə MMC-nin xeyrinə ödənilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 14725,0 (on dörd min yeddi yüz iyirmi beş) manat məbləğində kompensasiya ödənilməklə, ünvan 1 ünvanında yerləşən mənzilin 1/8 hissəsində mülkiyyət hüququna xitam verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-2208/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2208/2025
13.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver