Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2224/2022 03.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı (maraqlı şəxslər Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1saylı Bakı Ərazi idarəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi) alqı-satqı müqaviləsinin qeydə alınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı (maraqlı şəxslər Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinə dair 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri 25 saylı Dövlət Notariat kontorunun Dövlət notariusu İ.N.Bayramov tərəfindən təsdiq edilmiş 4Ə/1-218 və reyestr nömrəli, AN-İ nömrəli ******* saylı alqı-satqı müqaviləsinin reyestr kitabında (jurnalında) qeydə alınması öhdəliyinin Bakı şəhəri 25 saylı dövlət notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində vətəndaş X2 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlat Reyestrində reyestr nömrəsi **********58, MH № ******* seriyalı çıxarışa əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0,05 ha hissəsini 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri 25 saylı, Dövlət notariat kontorunun Dövlət notariusu İ.N.Bayramov tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə/1 -218 № ilə qeydə alınmış, AN-l№ ******* saylı alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsinin dəyəri 4000 manat onun tərəfindən satıcıya tam ödənilmişdir. Torpaq sahəsini aldıqdan sonra orada fərdi yaşayış evi inşa etmiş və hal-hazırda orada yaşayır. Qeyd edir ki, o, 06 oktyabr 2007-ci il tarixdə alqısatqısı qaydasında aldığı 0,05 ha torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Orada ona bildirdilər ki, həmin torpaq sahəsinə dair sənədlərin əsli ilə “ASAN” xidmət mərkəzinə təqdim edildiyi təqdirdə müraciətinə qanunamüvafiq qaydada baxılacaq. Onun tərəfindən “ASAN” xidmət mərkəzinə şifahi müraciət olunmuşdur və bildirdilər ki satıcı ilə onun arasında daşınmaz əmlaka dair bağlanılmış alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən uzun müddət keçməsi səbəbindən həmin alqı-satqı müqaviləsinə notarius tərəfindən təkrar möhür vurulmalıdır. Bundan sonra o həmin notariat kontoruna müraciət etmiş və ona bildirdilər ki, sənədlər Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə verildiyinə görə ora müraciət etmişdir. O, rəsmi olaraq Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət etmişdir və 08/01-Q-31/13 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ilə bildirdilər ki, 25 saylı dövlət notariat kontoru tərəfindən arxivə təhvil verilmiş 2007-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin qeydə alındığı notariat reyestrində onunla satıcı arasında 0.05 ha torpaq sahəsinə dair 06 oktyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinin notariat hərəkətlərinin rəsmiləşdirilməsi barədə qeydiyyatı aparılmamış, notariat reyestrində sonuncu müqavilə xx.xx.2007-ci il tarixdə 170 nömrə altında qeydə alınmışdır. Belə ki, 06 oktyabr 2007-cı il tarixdə Bakı şəhəri 25 saylı dövlət notariat kontorunda reyestrdə 4Ə/1-218 № ilə qeydə alınmış, AN-İ№ ******* saylı alqı-satqı müqaviləsini notariusun yanında tərəflər imzalamış, müqavilə nüsxələri notariusun möhürü ilə təsdiq olunmuş və 110 manat dövlət rüsumu ödənilmişdir, müqavilədə göstərilən reyestr nömrəsinin notariat reyestrində qeydə alınmaması onun təqsiri ucbatından baş verməmişdir. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinə dair 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri 25 saylı Dövlət Notariat kontorunun Dövlət notariusu İ.N.Bayramov tərəfindən təsdiq edilmiş 4Ə/1- 218 və reyestr nömrəli, AN-İ nömrəli ******* saylı alqı-satqı müqaviləsinin reyestr kitabında (jurnalında) qeydə alınması öhdəliyinin Bakı şəhəri 25 saylı dövlət notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat kontorunun Dövlət notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmağı xahiş etmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmağı xahiş etmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın alqı-satqısı ilə bağlı AN-İ nömrəli ******* saylı müqavilədən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X3 verilmiş **********58 reyestr nömrəli ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən 0,05 ha hissəsini İddiaçı satmışdır. İş materiallarında olan iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin məhkəməyə cavabına əsasən, aşkarlanmışdır kı, Bakı şəhəri 25 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2007-ci ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin qeydə alındığı reyestr kitablarına baxış keçirilərkən vətəndaş İddiaçı barəsində notariat hərəkətinin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin İddiaçı cavabından görsənir ki, 2007-ci ilə dair təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin qeydə alındığı notariat reyestrinə baxış keçirilərkən vətəndaş İddiaçı barəsində notariat hərəkətinin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. Əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir Həmin Məcəllənin 334-cü maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Məhkəmə müəyyən etdi ki, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı AN-İ nömrəli ******* saylı müqavilənin bağlanmasının satıcı kimi qeydə alınan X4 tərəfindən təsdiq olunduğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı AN-İ nömrəli ******* saylı müqavilənin əslinin məhkəməyə təqdim olunduğu da iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri 25 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2007-ci ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin qeydə alındığı reyestr kitablarına baxış keçirilərkən vətəndaş İddiaçı barəsində notariat hərəkətinin rəsmiləşdirilməsi barədə qeydiyyat aparılmamışdır, bundan əlavə mübahisələndirilən müqavilənin əsli məhkəməyə təqdim edilməmiş, alqı-satqı müqaviləsində satıcı qismində qeyd olunan X2 həqiqətən mövcud olması və bu müqaviləni imzalaması da sübuta yetirilməmişdir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər». Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir, bundan başqa daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün tərəflər arasında daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə olmalıdır. Daşınmaz əmlaka dair əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü idia üzrə öz tələbini kifayət qədər əsaslandıra bilməmiş, buna dair mötəbər sübutları təqdim etməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X1 qarşı onunla X4 arasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinə dair 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri 25 saylı Dövlət Notariat kontorunun Dövlət notariusu İ.N.Bayramov tərəfindən təsdiq edilmiş 4Ə/1-218 və reyestr nömrəli, AN-İ nömrəli ******* saylı alqı-satqı müqaviləsinin reyestr kitabında (jurnalında) qeydə alınması öhdəliyinin Bakı şəhəri 25 saylı dövlət notariat ofisinə həvalə edilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdeh X1 qarşı onunla X4 arasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinə dair 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri 25 saylı Dövlət Notariat kontorunun Dövlət notariusu İ.N.Bayramov tərəfindən təsdiq edilmiş 4Ə/1-218 və reyestr nömrəli, AN-İ nömrəli ******* saylı alqı-satqı müqaviləsinin reyestr kitabında (jurnalında) qeydə alınması öhdəliyinin Bakı şəhəri 25 saylı dövlət notariat ofisinə həvalə edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-2224/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2224/2022
03.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver