Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2276/2025 04.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin müştərisi X1 bağladığı xx.xx.2021-ci il tarixli, GC/35942/78/22 nömrəli müqaviləyə əsasən ona rəsmiləşdirilmiş “Bolkart” kredit kartından Bankın mobil tətbiqində “kartdan karta” xidməti vasitəsilə köçürmə etdiyi zaman mobil tətbiqdə texniki nasazlıq baş vermiş, əməliyyatının icrası uğursuz olmuş, buna baxmayaraq, 20 07.2024-cü il tarixində kart hesabından ayrılıqda üç dəfə 2 200 (iki min iü yüz) manat olmaqla, ümumilikdə 6 600 (alt min altı yüz) manat məbbiğində pul silinmişdir. Aparilmiş dəqiqləşdirmə zamanı məlim olmuşdur ki, həmin vəsait səhvən üçüncü şəxsin (Cavabdeh bundan sonra “Cavabdeh”)) kart hesabına köçürülmüş, lakin Banka geri qaytarılmamışdır. Müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə, müştərinın kredit kartında müvafiq köçürməyə görə yaranmış 6 600 (alı mü alı yüz) manat məbləğində əsas borcun, həmin borca hesablanan faiz, cərimə və digər brcların (o cümlədən, Bank tərəfindən tətbiq olunmuş 99 (doxsan doqquz) manat məbləğində nağdlaşdırma komissiyasının), habelə gecikmə günlərinin silinməsini, bu silinmə nəticəsində yaranan xərclərin (maddi zərərm) əvəzinin isə Bank tərəfindən vəsati alan şəxsdən (cavabdehdən) reqres qaydada tələb edilməsi ilə bağlı X8 və İdarə Heyətinin xx.xx.2024-cü il tarixli, 25/24 nömrəli birgə qərarı qəbul edilmiş (əlavə edilir) və müştəriyə dəymiş maddi ziyan xx.xx.2025-ci il tarixində Bank tərəfindən qarşılanmışdır. Cavabdeh ilə əsassız şəkildə əldə etdiyi vəsaftlərin qaytarılması il bağlı danışıqlar aparılsa da, cavabdeh bundan imtina etmişdir. Yuxarıda göstərilənlərə əsasən, Cavabdeh İddiaçı ASCnin xeyrinə 6699,0 manat məbləğində əsas borcun, və 87,0 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi üzrə izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh borcu etiraf edir, lakin pulu qaytarmaqdan imtina edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan hesabdab çıxarışdan görünür ki, X3 hesabından xx.xx.2024cü il tarixdə 2200,0 manat olmaqla 3 dəfə **********0001 hesabına köçürmələr baş vermişdir. İş materiallarında olan hesabdab çıxarışdan görünür ki, **********0001 hesabına 25/2N protokola əsasən 6699,0 manat zərərin qarşılanması məqsədi ilə borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, bank cavabdehi borc barədə xəbərdar edərək gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan X8 və İdarə Heyətinin xx.xx.2024-cü il tarixli, 25/24 nömrəli birgə qərarından görünür ki, müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə, müştərinın kredit kartında müvafiq köçürməyə görə yaranmış 6 600 manat məbləğində əsas borcun, həmin borca hesablanan faiz, cərimə və digər brcların (o cümlədən, Bank tərəfindən tətbiq olunmuş 99 (doxsan doqquz) manat məbləğində nağdlaşdırma komissiyasının), habelə gecikmə günlərinin silinməsini, bu silinmə nəticəsində yaranan xərclərin (maddi zərərm) əvəzinin isə Bank tərəfindən vəsati alan şəxsdən (cavabdehdən) reqres qaydada tələb edilməsi ilə bağlı və müştəriyə dəymiş maddi ziyan xx.xx.2025-ci il tarixində Bank tərəfindən qarşılanmışdır. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, İddiaçı ASC hazırkı iddia üzrə 87,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC-nin müştərisi X1 bağladığı xx.xx.2021-ci il tarixli, GC/35942/78/22 nömrəli müqaviləyə əsasən ona rəsmiləşdirilmiş “Bolkart” kredit kartından Bankın mobil tətbiqində “kartdan karta” xidməti vasitəsilə köçürmə etdiyi zaman mobil tətbiqdə texniki nasazlıq baş vermiş, əməliyyatının icrası uğursuz olmuş, buna baxmayaraq, 20 07.2024-cü il tarixində kart hesabından ayrılıqda üç dəfə 2 200 (iki min iü yüz) manat olmaqla, ümumilikdə 6 600 (alt min altı yüz) manat məbbiğində pul silinmişdir. İş üzrə cavabdeh pulu qaytarmaqdan imtina etmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbayca Respublikası Mülki Məcəlləsinin 1091-cı madiləsmə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsm (məhrum olanın) hesabma əmlak əklə etin, Əsassız varkinma yalnız o zaman baş verr ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlarır"a, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlarıma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəlkmin 1092-ci maddəsmə əsasən, varlanmış şəxs əklə etdiklərini məhrum oların tələbi ilə ona qaytarmalıdır. Eyni Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin qulluq, mənsəb və ya əməl vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzi ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarmda geriyə tələb (reqres) hüququ vardır. Beləliklə hazırkı iş üzrə görünür ki, Cavabdeh əsassız şəkillə əldə etdiyi vəsaiti geri qaytarmayaraq əsassız olaraq varlanmışdır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən məbləğin qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 87,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən almaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 6699,0 manat məbləğində əsas borcun və 87,0 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6786,0 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-2276/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2276/2025
04.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver