Məhkəmə qərarları › İş №e-2(003)-2430/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2430/2023

27.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2430/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən “Honda Accord” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri və bərpasına çəkilmiş 7840 manatın, iş üzrə dövlət rüsumuna ödənilmiş 108,40 manatın, mənəvi ziyana görə 1000 manatın, ümumilikdə 8948,4 manat pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Honda Accord” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. xx.xx.2023 tarixində, saat 09:40 radələrində İddiaçı həmin avtomobilində Maştağa qəsəbəsində hərəkətdə olarkən svetaforun qadağanedici siqnalında dayanarkən arxadan gələn Cavabdeh1 ara məsafəsini düzgün seçə bilmədiyi üçün idarə etdiyi “X8 2528” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı yük avtomobili İddiaçı idarə etdiyi avtomobilə arxadan vuraraq yol nəqliyyat hadisəsi törədərək maddi ziyan vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsini araşdıran Bakı şəhəri Sabunçu RPİ DYPŞ- yol nəqliyyat hadisələri üzrə baş inspektoru polis kapitanı X3, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokola əsasən də 40 manat məbləğində inzibati qaydada cərimə etmişdir. “Honda Accord” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə "xxxx" tərəfindən tərtib olunmuş PXA140035 nömrəli sığorta aktına əsasən, zərərlə bağlı maddi ziyanın məbləği 7840.00 manat təşkil edir. “AutoBOX automobile services” tərəfindən verilmiş xx.xx.2023 tarixli, 1357 nömrəli qiymətləndirmə aktına əsasən, yekun qiymətləndirmə aktı üzrə 7840.00 manat təşkil edir. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sağlamlığında problemlər yaranmışdır. Belə ki, X6 tərəfindən verilmiş xx.xx.2023 tarixli, L0277933 nömrəli tibbi rəyə əsasən, İddiaçı baş beyinin silkələnməsi, fəqərəarası disklərin zədələnməsi diaqnozu qoyulmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının sağlamlığına zərər vurulmuş və bir neçə həftə əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir və əmək haqqı ala bilməyərək gəlirindən məhrum olmuşdur. Hesab edir ki, ona maddi 1000 manat və mənəvi olaraq hospitalda olduğuna görə tərbirlərdə iştrak edə bilmədiyi üçün həmkarlarının qarşısında bir çox öhdəlikləri icra edə bilməmiş və nəticədə ona 3000 manat zərər dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, avtonəqliyyat qəza hadisəsi zamanı kəlləbeyin travması almış və fəqərələr arası disklərində zədələr olmuşdur. Müəyyən müddətdə iş fəaliyyətini itirmiş, fizioterapiya olmuşdur. Bu günə kimi cavabdehlər tərəfindən onunla maraqlanan olmamış, hadisəni törətdiklərindən sonra onunla heç bir əlaqə yaratmamışlar. Sığorta tərəfindən 5000 manat məbləğində pul ödənilmişdir. Buna baxmayaraq hesab edir ki, avtomobilə dəymiş zərər cavabdehlər tərəfindəndə ödənilməlidir. Həmçinin bildirdi ki, o, stasionar müalicə yox, ambulator qaydada müalicə olunmuşdur. Avtomobili idarə edən Cavabdeh1 olmuşdur. Əmək fəaliyyətinin itirdiyinə görə hesab edir ki, ona mənəvi zərər dəymiş, bu zərəri simvolik olaraq 1000 manat dəyərində qiymətləndirir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada məlumat verilməsinə (göndərilməsinə) baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışına hazırlıq iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, avtoqəza nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği "xxxx" MMC tərəfindən müəyyən edilmişdir. Sığorta şirkəti tərəfindən dəymiş zərərə görə 5000 manat məbləğində pul ödənilmişdir. Lakin hesab edir ki, həmin pul sığorta şirkəti tərəfindən ödənilmişdir. Avtomobilə dəymiş zərər isə ümumilikdə cavabdehlər tərəfindən ödənilməlidir. Həmçinin, iddiaçı avtoqəza nəticəsində xəsarət almış və buna görə müəyyən müddətdə xəstəxanada müalicə almışdır. Müalicə dövründə isə tədbirlərdə iştirak edə bilməmiş, işə gedə bilməmiş və nəticədə mənəvi stres keçirmişdir. Ona görə də ona mənəvi zərər dəymişdir. Gömrük komitəsinin işçisi olduğundan isə müalicəsi pulsuz həyata keçirilmişdir. Məhkəmə baxışına hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, cavabdeh Qasımov X4 Benz Atego 2528 markalı ** XK *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibidir. İş olanda o, sürücü kimi həmin maşını idarə edir. 15 aprel 2023-cü ildə yol hadisəsi baş vermiş, o, idarə etdiyi avtomobillə iddiaçının avtomobilini arxadan vurmuşdur. Hadisə yerinə gələn Bakı şəhəri Sabunçu RPİ DYPŞ-nin inspektoru barəsində inzibati protokol tərtib etmiş və onu 40 manat məbləğində inzibati qaydada cərimə etmişdir. İddiaçının tələb etdiyi məbləği verməyə imkanım yoxdur, hesab edir ki, iddiaçının avtomobilinə onun təbəl etdiyi məbləğdə ziyan dəyə bilməz və sığorta ziyanın məbləğini ödəmişdir. Məhkəmə baxışına hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, Cavabdeh1 idarə etdiyi avtomobil ona məxsusdur. Cavabdeh1 etibarnamə əsasında avtomobili idarə etmiş və avtomobilin müvafiq sığortası olmuşdur. Avtoqəza zamanı avtomobili Kərəm idarə etmişdir. Hesab edir ki, iddiaçının avtomobilə dəymiş zərər sığorta şirkəti tərəfindən ödənilməlidir. "xxxx" MMC tərəfindən verilmiş qüsur aktı ilə razı deyil. Belə ki, dəymiş zərərin məbləği şişirdilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:40 radələrində “X8 2528” yük markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -TP5683145 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, yuxarıda qeyd olunan protokol əsasında Cavabdeh1 “X8 2528” yük markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. -seriya AYP, 046998 nömrəli nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışın surətindən görünür ki, Cavabdeh1 idarə etdiyi “Mercedes” yük markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi, İddiaçı idarə etdiyi “Honda Accord” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi əzilmişdir. -"xxxx" avtomobil servis mərkəzinin 1357 nömrəli, xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, “Honda Accord” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərclərinin dəyəri 7840 manat təşkil edir. -nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X8” yük markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. -"xxxx" ASC-nin PXA140035 nömrəli sığorta aktının surətindən görünar ki, -"xxxx" avtomobil servis mərkəzi tərəfindən təqdim olunan akt əsasında 5000 manat məblğində sığorta ödənişi İddiaçı verilmişdir. -X2 2.05.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı şikayəti baş ağrıları, ürək bulanma, başgicəllənm, beş ağrıları, əsəbilik, oyanıqlıq və həyəcandan ibarət olmuşdur. 15 gün əvvəl avtomobil qəzasından sonra həmin hallar yaranmışdır. Əsas diaqnoz – baş beyini silkələnməsi, fəqərəarası disklərin zədələnməsidir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/7190 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Auto box” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktı nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Honda Accord” minik markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6198 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iş üzrə Cavabdeh1, digər Cavabdeh2 mülkiyyətində olan “X8” yük markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən araməsafəsi qaydalarına əməl etmədiyinə görə avtonəqliyyat qəza hadisəsi baş vermiş və nəticədə iddiaçının avtomobilinə maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci 6198 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh1 tərəfindən törədilmiş inzibati xəta nəticəsində yol nəqliyyat hadisəsi baş verdiyindən, idarə etdiyi avtomobil isə iş üzrə digər Cavabdeh2 mülkiyyəti olmasına baxmayaraq qanuni əsaslarla idarə etdiyindən və baş vermiş hadisə zamanı iddiaçıya məxsus avtomobilə zərər dəydiyindən həmin zərərin ödənilməsinin qarşılanmasında cavabdehliyi yalnız iş üzrə Cavabdeh1 daşıyır. Odur ki, iş üzrə sübutları qiymətləndirərək məhkəmə qeyd edir ki, yol nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilinə dəymiş ziyanın 7840 manat olması ilə əsaslandırılsada, iş üzrə aparılmış ekspertiza tədqiqatına əsasən dəymiş zərərin məbləği 6198 manat müəyyən edilmiş və həmin ekspertiza tədqiqatı ilə gəlinmiş nəticənin əksinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə, iddiaçının avtomobilinə dəymiş zərərin məğləğini müəyyən edərkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/7190 nömrəli ekspert rəyini əsas götürür. Bundan başqa işin müəyyən edilmiş hallarından görünür ki, yol nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilə dəymiş zərərə görə sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində pul ödənilmişdir. Bununla məhkəmə hesab edir ki, sığorta şirkəti tərəfindən ödənilmiş pul məbləği nəzərə alınmaqla iş üzrə Cavabdeh1 1198 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cavabdehlərdən mənəvi zərərin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İş materiallarında olan X2 2.05.2023-cü il tarixli arayışına əsasən baş ağrıları, ürək bulanma, başgicəllənm, beş ağrıları, əsəbilik, oyanıqlıq və həyəcandan ibarət olan İddiaçı şikayəti 15 gün əvvəl avtomobil qəzasından sonra yaranmış hallar əsası olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, fiziki şəxs olan iddiaçının baş vermiş yol nəqliyyat hadisəsi nəticəsinə mənəvi sarsıntı və iztirablar keçirməsi qəbul olunan haldır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya mənəvi zərər dəymişdir. Bu zaman məhkəmə, dəymiş mənəvi zərərin məbləğinə və həmin zərərinin kimin tərəfindən yetirilməsinə qiymət verərək hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin məbləği 300 manat məbləğində ağlabatan olmaqla, həmin məbləğdə pul yalnız iş üzrə Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Belə ki, iddiaçı 1000 manat məbləğində ona mənəvi zərərin dəyməsini əsaslandırsa, bu məbləği simvolik hal kimi məhkəmə iclasında qeyd etməklə, həmin məbləğin ağlabatan olması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Yol nəqliyyat hadisəsi iş üzrə Cavabdeh1 təqsiri nəticəsində baş vermiş, iş üzrəə Cavabdeh2 isə baş vermiş hadisədə cavabdehlik daşıması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə bütün qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1198 manat və mənəvi zərərə görə 300 manat, cəmi 1498 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməldir. Həmçinin məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumunun tutulması və iş üzrə aparlmış ekspertiza tədqiqatının dəyərinin tutulması barədə məsələyə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumuna görə 34,98 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 35 manat hissəsi Cavabdeh1 alınaraq, 15 manat hissəsi isə İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1198 manat, mənəvi zərərə görə 300 manat, cəmi 1498 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 34,98 manat, ümumilikdə 1532,98 manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 73,42 manat hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 35 manat hissəsi Cavabdeh1 alınaraq, 15 manat hissəsi isə İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar