Məhkəmə qərarları › İş №e-2(003)-244/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-244/2025

06.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-244/2025 06.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh faiz borcu olaraq xeyrinə 92290 (doxsan iki min iki yüz doxsan) ABŞ dolları məbləğində pulun xeyrinə tutulması, cavabdehin borclu olduğu vəsaiti iddiaçıya qaytaranadək gecikdirdiyi vəsaitə gecikdirilmiş vaxt üçün illik (9,75;+2%) 11,75 faiz ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmisi oğlu, Cavabdeh 2013-cü ilin 4 aprelində ondan borc almış, sonra qaytarmaqdan əsassız olaraq imtina etmişdi. Bu barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində qaldırdığı iddia tələbi məhkəmənin 17 noyabr 2016-cı il tarixli 2(003)-5743/2016 saylı qətnaməsinə (X13) əsasən qismən təmin edilmiş, ondan 82620 manat məbləğində pulun xeyrinə tutulması qət edilmişdi (3. Qətnamə №2(003)-5743/2016) . Bu, cavabdehin ona olan real borcundan nə az, nə çox – düz 5 dəfə az idi. Odur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd edilən qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(103)-2493/2017 saylı qətnaməsi ilə iddiası təmin edilmədi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli 2(003)-5743/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanıldı (4. Qətnamə № 2(103)-2493/2017). Həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2017-ci il tarixli 2(102)-4897/2017 saylı qərarına əsasən qismən təmin edildi, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(103)-2493/2017 saylı qətnaməsi ləğv edildi və iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərildi (5. Qərar № 2(102)-4897/2017). Ümumiyyətlə, bu işə bir dəfə birinci, iki dəfə ikinci instansiyada və iki dəfə Ali Məhkəmədə baxılmış, yekunda Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il 2(103)-9989/2017 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə 183777,82 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulması qət edilmişdir (6. Qətnamə № 2(103)-9989/2017). Bu, manatın birinci devalvasiyasından sonra cavabdehin ona olan sübut edə bildiyi borcu idi. Cavabdehin kassasiya şikayəti Ali Məhkəmənin 16 mart 2018-ci il 2(102)-1796/18 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il 2(103)-9989/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, bugünədək cüzi bir hissəsi təmin edilmişdir Qərar № 2(102)-1796/18). Daha sonra Xəzər Rayon Məhkəməsinə borca görə faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh borcun ona tam ödəniləcəyi günədək yüksələn xətlə davam etməsi şərti ilə faiz borcu olaraq xeyrinə Mərkəzi Bankın son illik uçot faiz dərəcəsinə uyğun 102181,79 ABŞ dolları məbləğində pul tutulmasını xahiş etdi. Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2018ci il tarixli 2(003)-3599/2018 №-li qətnaməsi ilə (X13) iddia tələbi qismən təmin edilərək Cavabdeh xeyrinə tələb etdiyi 102181,79 (yüz iki min yüz səksən bir, yetmiş doqquz) ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə manatla tutulması qət edildi (8. Qətnamə № 2(003)-3599/2018). Сavabdehin apellyasiya şikayəti təmin olunmadı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4438/19 №-li qətnaməsi ilə Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2(003)-3599/2018 №-li qətnaməsi dəyişdirilmədən saxlanıldı (9. Qətnamə № 2(103)-4438/19). Bakı Apellyasiya Məhkəməsindən çıxarkən cavabdeh əmioğlu Cavabdeh ona yaxınlaşdı, qucaqlayıb öpdü və ona qarşı səhv mövqedə olduğunu etiraf edərək dedi ki, kassasiya şikayəti də verməyəcək, şəhərdə tikdirdiyi çoxmərtəbəli yaşayış binasındakı 4 otaqlı, super təmir olunmuş, ümumi sahəsi 191 kvadrat metr olan mənzilini hələ çıxarışı olmasa da 2 ayadək satıb borcunu tam ödəyəcək. Həmin mənzili Rusiyada yaşayan bir iş adamı 2 aya kimi gəlib alacaqdır. Ya da Şağan qəsəbəsindəki evini təcili satıb borcunu ödəyəcək, həmin vaxta kimi də ona borcundan hər ay 2000 dollar ödəyəcəkdir. Beləliklə, onunla razılığa gəldilər, kassasiya şikayəti də vermədi, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-3599/18 №-li qətnaməsi də xx.xx.2019-cil tarixdə qanuni qüvvəyə mindi, icraata yönləndirildi. Bundan sonra onun xahişi ilə şəhərin Xətai rayonundakı satmaq istədiyi mənzilində oldular, foto şəkillərini çəkib içərisindəki bahalı soyuducu, televizor və başqa əşyalarla birlikdə 400 000 manata, Şağandakı evininsə 500 000 manata satılması barədə elan saytlarında onlarla elan yerləşdirdi. Lakin Rusiyadakı iş adamından, elan izləyənlərdən və Aydının özündən uzun müddət səs çıxmadı. O, ya evləri mövcud durumuna görə bazar qiymətindən xeyli baha satmaq istəyir, onu almaq üçün axtardığı sərsəm müştəri isə tapılmır, ya da satmaq istəmir və borcunu ödəyəcəyinə görüntü yaratmaq istəyir, belə-belə vaxt uzadır. Sonra yenidən Xəzər Rayon Məhkəməsinə Cavabdeh qarşı “borca görə faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehdən 31 iyul 2021ci il tarixədək borclu olduğu vəsaiti qaytarmadığına görə faiz borcu olaraq xeyrinə 64070.37 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, e-2(003)- 2796/2021 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbinin təmin edilməməsi qət edildi (10. Qətnamə № e-2(003)-2796/2021). Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, pul öhdəliyinin icra edilməməsinə görə məsuliyyət müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin məzmununa görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Bu maddənin məzmunundan görünür ki, faizlərin hesablanaraq tutulması üçün tək özgənin pul vəsaitini qanunsuz saxlamaq yox, həm də ondan faydalanmaq halı mövcud olmalıdır. Guya cavabdeh ona borclu olduğu puldan faydalanmamışdır. İstənilən qədər yazılı sübutlar təqdim etməyinə baxmayaraq məhkəmə hesab etmişdi ki, guya, mülki işlə bağlı cavabdehin iddiaçıdan almış olduğu pul vəsaitindən Azərbaycan Respublikası MM-nin 152.3-cü maddəsi ilə nəzərdə tutulmuş hər hansı formada faydalanması halı müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kifayət qədər əsaslı deyildir və təmin edilə bilməz. Halbuki cavabdeh özü qəsdən saxlayıb gecikdirdiyi bu puldan faydalanmadığını məhkəməyə heç bir konkret dəlillə sübut etməyib. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 152.3, 449-cu, Azərbaycan Respublikasının Mülki ProsessuMəcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzimüddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalaraq apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qanunazidd qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İlham Kərimli) 17 dekabr 2021-ci il tarixli, 2(103)-10601/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətini təmin etməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, e-2(003)-2796/2021 saylı qətnaməsini dəyişdirilmədən saxlanmasını qət etdi (11. Qətnamə № 2(103)-10601/2021). Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası (hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə) iş materialında olan sənədləri, dəlil-sübutları diqqətlə araşdıraraq 2(102)-2522/2022 №-li xx.xx.2022-ci il tarixli Qərarla kassasiya şikayəti qismən təmin etdi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10601/2021 nömrəli qətnaməsi tam ləğv edilərək mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərdi (12. Qərar № 2(102)-2522/2022). Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası işə yenidən baxılaraq 2(103)-289/2023 №-li xx.xx.2023-cü il tarixli qətnamə ilə (X1 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə) iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, e-2(0032796/2021 saylı qətnaməsinin ləğv olunması, iddianın qismən təmin olunması, Cavabdeh xeyrinə 34758,93 (otuz dörd min yeddi yüz əlli səkkiz ABŞ dolları, 93 sent) ABŞ dolları (qətnamə icra olunan vaxt ABŞ dollarının Azərbaycan manatına məzənnəsi üzrə, manatla) pul vəsaiti tutulması qət edildi (13. Qətnamə № 2(103)289/2023). Birinci instansiya məhkəməsini sübutetmə yükünü iddiaçının üzərinə qoysa da, nəzərə almamışdır ki, eyni tərəflər arasında analoji mübahisəli məsələ ilə bağlqanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 dekabr 2018-ci il tarixli, 2(003)-3599/2018 saylı Qətnaməsi ilə cavabdeh iddiaçıya borclu olduğu pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalandığı müəyyən edilmiş, bu səbəbdən də cavabdehdən məhz MM-in 449.1-ci maddəsinin tələbləri çərçivəsində pul vəsaitinin tutulması qət olunmuşdur. Eyni zamanda, kassasiya instansiyasının da qeyd etdiyi kimi, cavabdehin istintaq orqanına verdiyi izahatdan (səh 96-98) da görünür ki, hələ izahat verildiyi dövrdə, yəni xx.xx.2016-cı ildə cavabdeh xəz alveri ilə məşğul olduğunu, qısa müddətdə ya xəz ilə borcunu əvəzləşdirəcəyini, ya da pulu tam ödəyəcəyini bildirmiş, lakin həmin zamandan iddiaçı qarşısında öhdəliyinin cüzi hissəsini həyata keçirmişdir. Cavabdehin hazırki dövrdə də həmin fəaliyyətini davam etdirməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərlə də təsdiqini tapmışdır. Ticarət sahəsində fəaliyyətlə məşğul olmaq üçün müəyyən məbləğdə vəsaitə malik olmaq lazımdır ki, həmin vəsaiti dövr etdirməklə fəaliyyətin davamlı olmasına nail olunsun. Əgər cavabdeh həmin vəsaitə malik olmasa idi, izahatı verdiyi dövrdən hazırki dövrə kimi, yəni 6 ildən artıq müddətdə fəaliyyətinə son verməli idi ki, bu halın da baş verməsi müəyyən olunmur. Cavbadeh tərəf isə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.” Cavabdeh və iddiaçı ayrı-ayrılıqda kassasiya şikayətləri verdilər, Ali məhkəmənin müvafiq qərarları ilə təmin edilmədi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 289/2023 №-l xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasına qərar verildi. Xəzər Rayon Məhkəməsinə borca görə faizlərin tutulmasına görə son iddia tələbinin qismən təmin olunması həm Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin 30 iyul 2021-ci il tarixli, e-2(003)-2796/2021 saylı qətnaməsi), həm də onun qeyd olunan qanunazidd qətnaməsini qüvvəsində saxlayan Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının hakimlərı sədrlik edən və məruzəçi Anar Tanrıverdiyevin, Tofiq Səmədovun və İlham Kərimlinin (17 dekabr 2021-ci il tarixli, 2(103)-10601/2021 saylı qətnaməsi) hansısa qeyri-qanuni səbəbdən 3 ildən artıq uzadılmış, halal vəsaiti savadsız bir alverçinin əlində hal-hazıra kimi maya kimi işlədilməkdə, ona həm maddi, həm də ciddi mənəvi zərər vurmaqdadır. Cavabdeh kifayət qədər maddi imkanı ola-ola icra şöbəsində 3 icra vərəqəsinin icraya yönəldilməsinə baxmayaraq ona olan borcunu bugünə qədər ödəməmiş, məhkəmələrin əvvəlindən təkzibedilməz sənədlər, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməkdən yayınmaqda davam edir. Acınacaqlı haldır ki, Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Mübariz Abbasov da, işə münasibətindən və hərəkətlərindən aydın görünür ki, bu işdə tələbkarın deyil, dolayısı ilə borclunun mövqeyini müdafiə etməkdədir. Cavabdeh, iddiaçının pul vəsaitini qanunsuz olaraq özündə saxlayır, ona qaytarmaqdan boyun qaçırır, həmin vəsaitdən istifadə edir, faydalanır. Odur ki, qanunun yuxarıda qeyd edilən normalarının tələbinə əsasən, cavabdeh borcu qaytarılmalı olduğu tarixdən borclu olduğu vəsaiti iddiaçıya qaytaranadək gecikdirilmiş vəsaitə gecikdirilmiş vaxt üçün faiz ödəməyə borcludur. Məhkəmənin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş 3 qətnaməsi üzrə borclu Cavabdeh ona borcun qaytarılması və xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək geçikdirilən məbləğə Mərkəzi Bankın əvvəlki qətnamələrdə müəyyən edilən faiz uçot dərəcəsi 9,75% + 2% -11,75 % hesablanır. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən cavabdehdən bu hesablamaya uyğun olaraq 92290 ABŞ dolları məbləğində pul onun xeyrinə tutulmalı, cavabdeh borcu qaytarılmalı olduğu tarixdən borclu olduğu vəsaiti iddiaçıya qaytaranadək gecikdirilmiş vəsaitə gecikdirilmiş vaxt üçün illik (9,75;+2%) 11,75 faiz ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2796/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “borca görə faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-10601/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)- 2796/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 2522/2022 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-10601/2021 saylı qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-289/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “borca görə faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, e-2(003)-2796/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, e-2(003)- 2796/2021 saylı qətnaməsi ləğv olunması, iddianın qismən təmin olunması, Cavabdeh İddiaçı xeyrinə 34758,93 (otuz dörd min yeddi yüz əlli səkkiz ABŞ dolları, 93 sent) ABŞ dolları (qətnamə icra olunan vaxtı ABŞ dollarının Azərbaycan manatına məzənnəsi üzrə, manatla) pul vəsaitinin tutulması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 603/2024 saylı qərarından görünür ki, kassasiya şikayətləri təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-289/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1356 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan İddiaçı məxsus olan bank hesabından çıxarış məlumatlarından göründüyü kimi xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə heç bir ödəniş aparılmamışdır. Ekspert qarşısında qoyulmuş suallara cavab olaraq bildirilir ki: - 145068,82 ABŞ dolları pul vəsaiti - 31 iyul 2021-ci il tarixdən 04 sentyabr 2024-cü il tarixədək Mərkəzi Bankın uçot faiz dərəcəsi nəzərə alınmaqla və üzərinə iki bənd əlavə olunmaqla, yəni 11,75 faiz hesablandıqda faiz borcu 52.746,62 ABŞ dolları, - 145068,82 ABŞ dolları pul vəsaiti - 31 iyul 2021-ci il tarixdən 04 sentyabr 2024-cü il tarixədək Mərkəzi Bankın uçot faiz dərəcəsi nəzərə alınmaqla hesablandıqda faiz borcu 43.768,47 ABŞ dolları, - 145068,82 ABŞ dolları pul vəsaiti - 31 iyul 2021-ci il tarixdən 04 sentyabr 2024-cü il tarixədək illik 5 faiz hesablandıqda faiz borcu 22.445,37 ABŞ dolları təşkil edir təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Mülki qanunvericilik cavabdehin borcu iddiaçıya ödəyənədək ona faiz ödəməyə borclu olduğunu tələb edir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasənözgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabma puvəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onunmüvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasınm Mərkəzi Bankı müəyyənləşdirir. Təəssüf, Azərbaycanda bank uçodərəcəsi sabit deyildir və Mərkəzi Bank tərəfindən hər il dəfələrlə dəyişikliyə məruz qalır. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bMəcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfındən müəyyən ediləuçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablamr. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddəmüəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, “...MM-nin 449.1-ci maddəsinin mənasma görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin puvəsaitindən faydalanır: qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldəetmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanm anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanm hərfı mənasının öz tələbatı üçün istifadə olduğununəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydmlıq gətirir. Həmin maddəyə əsasənistifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədənfayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cumaddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artınıbəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfmdən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizintutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsinondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etməkhüququnu əks etdirir....” Qərarda həmçinin qeyd edilmişdir ki, “...məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqaviləmünasibətləri davam edir və borcun, faizlərin və maliyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı borc almış, lakin borcu geri qaytarmamışdır. Həmin vəsaiti iddiaçıya qaytarmaması sonuncunun hüquqlarını məhdudlaşdırır. Cavabdeh, iddiaçının pul vəsaitini qanunsuz olaraq özündə saxlayır, ona qaytarmaqdan boyun qaçırır, həmin vəsaitdən istifadə edir, faydalanır. Odur ki, qanunun yuxarıda qeyd edilən normalarının tələbinə əsasən, cavabdeh borcu qaytarılmalı olduğu tarixdən borclu olduğu vəsaiti iddiaçıya qaytaranadək gecikdirilmiş vəsaitə gecikdirilmiş vaxt üçün faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı (ekspert rəyi) iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, 31 iyul 2021-ci il tarixdən 04 sentyabr 2024cü il tarixədək Mərkəzi Bankın uçot faiz dərəcəsi nəzərə alınmaqla və üzərinə iki bənd əlavə olunmaqla, yəni 11,75 faiz hesablandıqda faiz borcunun məbləği məhz ekspertiza rəyində göstərilən məbləğdə ola bilər. Bu səbəbdən həmin ekspert rəyi əsas götürülməli və Cavabdeh iddiaçının xeyrinə 52746,62 ABŞ dolları pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin ödənilməsi məsələsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 52746,62 ABŞ dolları (qətnamə icra olunan vaxt ABŞ dollarının Azərbaycan manatına məzənnəsi üzrə, manatla) məbləğində pul tutularaq İddiaçı ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 52746,62 ABŞ dolları (qətnamə icra olunan vaxt ABŞ dollarının Azərbaycan manatına məzənnəsi üzrə, manatla) məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar