Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-246/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşimi qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi və debitor borcunun” ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz” İB-yə vurulmuş 4524,70 manat, debitor borc 945,49 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 78.71 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 5949.71 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin "xxxx" Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, "Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2018 il tarixində 03-797 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında "Azəriqaz" İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömreli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və "X1"nın tələblərinə əməl etmək) və "X1'nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans veistismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən gaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii X1nın pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli Əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2017ci il tarixli ******* saylı akt əsasında 535.80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1166.40 manat; xx.xx.2018-ci il tarixli akt əsasında 194.40 manat; xx.xx.2018-ci il tarixli akt əsasında 133.20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66.60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142.20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109.80 manat; xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 142.20 manat; xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat; xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 142.20 manat; xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 142.20 manat; xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 32.40 manat; xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 32.40 manat; xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 32.40 manat; xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 32.40 manat; xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 32.40 manat; xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 32.40 manat; xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 142.20 manat; xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 127.90 manat olmaqla, ümumilikdə 4524.7 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq "Azəriqaz İB"-yə 945.49 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 5470.19 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində "Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdı Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz” İB-yə vurulmuş 5470.19 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 78.71 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 5949.71 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT ÍBAZAZ2X, Azəriqaz İt VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq iş üzrə iddiaçı orqanın səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə elektron sisteminə ərizə ünvanlayaraq onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xhiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-ci il tarixli ******* saylı təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, **********00000 zavod nömrəli saylı sayğacın abonenti qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istifadə etmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 32.40 manat hesablanmışdır. - xx.xx.2019-ci il tarixli ******* saylı X1nın pozulması haqqında aktın surətindən görünür ki, **********00000 zavod nömrəli saylı sayğacın abonenti qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istifadə etmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 32.40 manat hesablanmışdır. - xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, **********00000 zavod nömrəli saylı sayğacın abonenti qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istifadə etmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 32.40 manat hesablanmışdır. - xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, **********00000 zavod nömrəli saylı sayğacın abonenti qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istifadə etmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 32.40 manat hesablanmışdır. - xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, **********00000 zavod nömrəli saylı sayğacın abonenti qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istifadə etmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 32.40 manat əsasında dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, **********00000 zavod nömrəli saylı sayğacın abonenti qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istifadə etmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 32.40 manat dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, **********00000 zavod nömrəli saylı sayğacın abonenti qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istifadə etmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 142.20 manat dəymiş ziyan hesablanmışdır. - xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, **********00000 zavod nömrəli saylı sayğacın abonenti qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istifadə etmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat dəymiş ziyan hesablanmışdır. - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, **********00000 zavod nömrəli saylı sayğacın abonenti qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istifadə etmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat dəymiş ziyan hesablanmışdır. - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, **********00000 zavod nömrəli saylı sayğacın abonenti qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istifadə etmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat dəymiş ziyan hesablanmışdır. - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, **********00000 zavod nömrəli saylı sayğacın abonenti qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istifadə etmişdir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 127.90 manat dəymiş ziyan hesablanmışdır. - Cavabdehin adına olan abonent saldosundan ( abonent kodu **********04350) görünür ki, cavabdehin abonent hesabına aktlar əsasında 2017-ci il üçün 535,80 manat, 2018-ci il üçün 2079 manat, 2019-cu il üçün 1191,60 manat, 2020-ci ilin yanvar-mart ayları üçün 718,30 manat olmaqla, cəmi 4524,70 manat dəymiş zərər, xx.xx.2023-cü il tarixinə 4524,70 manat dəymiş zərər, 645,49 manat debitor borc olmaqla, cəmi 5470,19 manat qalıq borc qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-26- 26/2/3/420 saylı 23 may 2024-cü il tarixlirəyinə əsasən, tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yarnmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki mübahisənin yaranmasına səbəb cavabdeh İddiaçı tərəfindən tərtib edilmiş aktların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aklartın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktların tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın cavabdehin təqsiri ucbatından baş verməsini iddiaçı Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Bu səbəbdən qaz sərfi nəticəsində itirilmiş qazın bərpası üçün dəymiş ziyanın cavabdehin hesabına hesablanması əsassızdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına, onda baş verən texniki problemlərin aradan qaldırılmasına cavabdehliyi isə qaz paylayıcısı daşıyır. Bununla da «X1» haqqında normativ aktın tələblərini pozmaqla cavabdeh tərəfindən təbii qazdan istifadə etməsi hallarını sübuta yetirmədən həmin aktı tərtib etmişlər. Odur ki, məhkəmə hesab edir ki, tərtib edilmiş aktlar əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 4524,70 manat məbləğində vurulmuş ziyanın cavabdehdən tutulması hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın debitor borc hissəsinə münasibətdə hesab edir ki, bu hissədə iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh onun ünvanına quraşdırılmış sayğac vasitəsilə İddiaçı İB tərəfindən verilmiş təbii qazı istehlak etmiş və nəticədə istehlak edilmiş təbii qazın dəyəri üzrə ödənilməli borc məbləği 945.49 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməklə cavabdehin istehlak etdiyi təbii qazın dəyəri olan debitor borc 945.49 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, bununla bağlı iddiaçı Birlik tərəfindən hər hansı sübut təqdim edilmədiyindən iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin ödənilmiş 78.71 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, rüsumun 48,71 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməklə debitor borca görə 945.49 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh qazdan istifadəyə görə yaranmış 945.49 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq İddiaçı "xxxx" ASC-nin Azəriqaz şöbəsi üzrə (Kod 805153 VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-246/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-246/2024
12.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver