Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2474/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh son 1 (bir) il ərzində əldə etdiyi gəlirin 24 (iyirmi dörd) misli həcmində cərimənin və 94,038.00 AZN həcmində zərərin ondan tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixindən X6 və Aqro Müştərilər üzrə Baş Mütəxəssisi Cavabdeh Bağır oğlunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mərdəkan filialında olan əmək fəaliyyəti ilə əlaqədar olaraq informasiya təhlükəsizliyi sahəsində yoxlama aparılmışdır. Həmin yoxlamanın nəticəsində İS- 2021/0005 nömrəli, xx.xx.2021-ci il tarixli yoxlamanın nəticələrinə dair Akt tərtib edilmişdir. Cavabdeh ilə İddiaçı arasında əmək münasibətləri mövcud olub və 14 sentyabr 2021-ci il tarixli, 21-0880 nömrəli kadr əmrinə əsasən cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin, "a" bəndinə əsasən xitam verilmişdir. Akta əsasən xx.xx.2021-ci il tarixində Cavabdeh Jmailto:avid.Heybatov@accessbank.azElektron ünvan 1 adlı korporativ elektron poçt ünvanından mailto:c.heybatov@mail.ruElektron ünvan 2 adlı elektron poçt ünvanına Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi göndərmişdir. Bununla yanaşı, xx.xx.2021-ci il tarixində mailto:c.heybatov@icloud.comElektron ünvan 3 adlı elektron poçt ünvanından cavabdehin JElektron ünvan 1 adlı korporativ elektron poçt ünvanına Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi daxil olmuşdur. Xüsusi ilə qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixində cavabdeh tərəfindən göndərilmiş elektron məktubdakı sənədin adı "full portfel", xx.xx.2021-ci il tarixli cavabdeh tərəfindən göndərilmiş olma ehtimalı yüksək olan elektron məktubdakı sənədlərin bəzilərinin adları isə "xx.xx.2021 Hesabdan çıxarış", "xx.xx.2021 Portfel" olaraq qeyd edilmişdir. Habelə qeyd etmək lazımdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh artıq İddiaçı ilə əmək münasibətlərinə xitam vermişdir və JElektron ünvan 1 adlı korporativ elektron poçtundan istifadə etməsi qeyri-mümkündür. xx.xx.2021-ci il tarixində İddiaçı Cavabdehin Aktla tanış olması və öz izahatını təqdim etməsi məqsədi ilə Cavabdehə 26774 nömrəli xəbərdarlıq göndərmiş və Aktı da xəbərdarlığın qoşmasına əlavə etmişdir. xx.xx.2021-ci il tarixində cavabdeh xəbərdarlığı cavab məqsədilə iddiaçıya məktub göndərmişdir. Cavabdeh həmin məktubunda qeyd etmişdir ki, "Belə ki, mən həmin materialları korporativ elektron poçtumdan şəxsi elektron poçtuma göndərmişəm". xx.xx.2021-ci il tarixində iddiaçı cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xx.xx.2021-ci il ilkin mediasiya təklifi göndərmişdir. Lakin cavabdeh ilkin mediasiya təklifinə heç bir münasibət bildirməmişdir. Bu səbəblə, iddiaçı Mediasiya Şurasına müraciət etmiş və Mediasiya Şurası tərəfindən mübahisə Bakı 2 saylı Mediasiya Təşkilatına yönləndirilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatı mediator Zülfiyyə Həşimovam mübahisə üzrə mediator qismində təyin etmiş və xx.xx.2022-ci il tarixində həmin mediator tərəfindən mediasiyaya dəvət məktubu mübahisə tərəflərinə göndərilmişdir. Lakin bu dəfə də cavabdeh heç bir əsas olmadan mediatordan və mediasiya təşkilatından Mediasiya Şurasına şikayət etdiyi üçün Mediasiya Şurası işə xitam vermiş və işə baxılması üçün Bakı 6 saylı Mediasiya Təşkilatına yönləndirmişdir. Nəhayət, xx.xx.2022-ci il tarixində Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X2 tərəfindən cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə "X4 İştirak Edilməməsi barədə Arayış" tərtib edilmiş və mediasiya prosesinə "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunun 32.1.9-cu bəndinə əsasən xitam verilmişdir. İddianın əsaslandırılması üçün iki məsələnin izah edilməsi tələb olunur. Bunlar cavabdehin özünə göndərdiyi sənəddəki məlumatların Banka məxsus kommersiya və bank sirri olması, cavabdehin əmək müqaviləsi üzrə öhdəliklərinə zidd olan hərəkətləri, eləcə də həmin kommersiya və bank sirlərinin yayılması nəticəsində Bankın hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasıdır. Göndərilən sənəddəki məlumatlar Banka məxsus kommersiya və bank sirləridir. Göndərilən faylın və onun ehtiva etdiyi məlumatların kommersiya sirri olmasını aşağıdakı meyarların mövcudluğu sübut edir:1 Cavabdehin öz elektron poçtuna göndərdiyi faylda Bankın müştərilərinin əlaqə məlumatları, götürdükləri kreditlərin ümumi miqdarı, onlarla bağlanmış kredit müqaviləsinin əsas şərtləri kimi bir çox başqa şəxslərə məlum olacağı təqdirdə kredit bazarı sahəsində müştəri əldə etməkdə üstünlük qazandıracaq məlumatlar mövcuddur. Bu isə o deməkdir ki, göndərilən məlumatlar kommersiya dəyərinə malikdir. Cavabdeh ilə bağlanmış Əmək Müqaviləsində və Razılaşmada kommersiya sirlərinin yayılmasına görə məsuliyyətin müəyyən edilməsi Bank tərəfindən məlumatların məxfiliyinin qorunması məqsədilə həyata keçirilən hüquqi tədbirlərə nümunədir. Məlumatların məxfiliyini təmin etmək məqsədilə Bankda həyata keçirilən digər təşkilati və texniki tədbirləri də nəzərə alındıqda həmin məlumatların sahibi tərəfindən qorunması üçün hüquqi, texniki və təskilati tədbirlərin həyata keçirilməsi faktı aydındır. Cavabdeh tərəfindən göndərilən məlumatların heç bir halda nə internet, nə də digər məlumat mənbələri vasitəsi ilə sərbəst şəkildə əldə edilməsi mümkün deyildir. Bu isə o deməkdir ki, göndərilən məlumatlar sərbəst şəkildə əldə olunması məhdudlaşdırılmış məlumatlardır. Bütün bunlar isə sübut edir ki, cavabdehin kənar elektron poçtuna və kənar elektron poçtundan korporativ elektron poçtuna göndərdiyi sənədlərdə qeyd edilən məlumatlar kommersiya sirridir. Habelə həmin məlumatların Bankın müştəriləri barəsində olması və onları daşıyan sənədlərin Bankın məlumat bazalarından götürülərək göndərilməsi faktı da sübut edir ki, qeyd edilən sənədlərdəki kommersiya sirləri Banka məxsusdur. İddiaçı isə sadəcə "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq həmin məlumatların konfidenti idi və Bank tərəfindən müəyyən edilmiş kommersiya sirri rejiminə əməl etmək öhdəliyi daşıyır. Bank qeyd edilən kommersiya sirlərinin sahibi olaraq Kommersiya sirri haqqında Qanunun 5.0.4-cü maddəsinə əsasən ona məxsus kommersiya sirlərindən öz maraqları üçün istifadə etmiş şəxslərdən vurulmuş zərərin əvəzini ödəməyi tələb etmək hüququna malikdir. Bu isə o deməkdir ki, Bankın hüququ var ki, ona məxsus kommersiya sirləri kim tərəfindən və necə əldə olunsun, habelə kommersiya sirrini əldə edən şəxslərin və əldə etmə üsullarını məhdudlaşdırsın. Bununla yanaşı, Kommersiya sirri haqqında Qanunun 6.1.2-ci maddəsinə əsasən kommersiya sirrinin sahibi və konfidenti kommersiya sirri sahibi tərəfindən müəyyən edilmiş kommersiya sirri rejiminə əməl etməyə borcludurlar. Kommersiya sirri haqqında Qanunun 10-cu maddəsi kommersiya sirri rejiminin əmək müqaviləsində və ya kommersiya sirrinin rejiminə əməl etmək barədə razılaşmada müəyyən edilməsinə icazə verir. Bank da burada qeyd edilmiş hüquqlarına uyğun olaraq kommersiya sirri rejimini Əmək Müqaviləsinin 7.4-cü bəndində və Razılaşmada müəyyən etmişdir. Kommersiya sirri haqqında Qanunun 2.0.8-ci maddəsində kommersiya sirri rejiminə əməl olunması öhdəliklərinin pozulması və kommersiya sirri sənədlərinin surətinin çıxarılması kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsulu hesab olunur. Əmək Müqaviləsinin 7.4-cü bəndində kommersiya sirlərinin Bankın nəzarətindən kənara çıxarılması qadağan edilmişdir. Bunun əsas məqsədi isə həmin məlumatlar hazırkı işdə də olduğu kimi kənara çıxarıldıqda Bankın xəbəri olmadan üçüncü şəxslərə açıqlanması və yayılmasının qarşısını almaqdır. Yuxarıda qeyd edilənləri və işin faktlarını nəzərə alaraq, cavabdeh Banka məxsus kommersiya sirlərini qeyri-qanuni üsullarla əldə etdiyi və yaydığı üçün Bankın hüquqlarını və kommersiya sirri rejiminin tələblərini pozmuşdur. Belə olan halda isə cavabdeh Banka dəymiş cəriməni və zərəri ödəməlidir. Kommersiya sirri haqqında Qanunun 2.0.8-ci maddəsində kommersiya sirri rejiminə riayət olunması öhdəliklərini pozmaqla və ya kommersiya sirri sənədlərinin surətinin çıxarılması kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsulu hesab olunur. Kommersiya sirri haqqında Qanunun 2.0.4-cü bəndində kommersiya sirrinin konfidentinin anlayışı verilmişdir. Həmin anlayışa əsasən kommersiya sirrinin konfidenti "kommersiya sirrini qanuni əsaslarla kommersiya sirrinin sahibindən əldə edən hüquqi və ya fiziki şəxs" hesab olunur." Hər iki anlayış müqayisəli təhlil edildiyi təqdirdə aydın olur ki, kommersiya sirrinin konfidenti kommersiya sirrini yalnız qanuni əsaslarla əldə edir və o, həmin kommersiya sirrini qeyri-qanuni üsullarla əldə etməməlidir. Cavabdeh Banka məxsus olmayan kənar elektron poçt ünvanına kommersiya sirri hesab edilən məlumatları daşıyan sənədi göndərməklə həmin kommersiya sirlərini qeyri-qanuni üsullarla əldə etmiş hesab olunur. Belə ki, birincisi, Əmək Müqaviləsinin 7.4-cü bəndində açıq şəkildə qeyd edilməsinə baxmayaraq cavabdeh həmin bəndi və bununla da kommersiya sirri rejimini pozaraq kommersiya sirləri daşıyan sənədi Bankın nəzarətində kənara çıxarmışdır. İkincisi isə buna səlahiyyəti olmamasına baxmayaraq kommersiya sirri daşıyan sənədi elektron poçtla — göndərməklə həmin sənədin surətini çıxarmışdır. Bütün bunlar isə onu göstərir ki, cavabdeh kommersiya sirlərini kommersiya sirri rejimini pozmaqla və surətini çıxarmaqla qeyri-qanuni üsullarla əldə edib. xx.xx.2021-ci il tarixində cavabdeh elektron poçt vasitəsilə Bankdakı və artıq istifadəsində olmayan korporativ elektron poçt ünvanına kommersiya sirri hesab olunan sənədləri göndərmişdir. Bu isə onu göstərir ki, cavabdeh həmin kommersiya sirri olan sənədləri üçüncü tərəflərə göndərmək və yaymaq istəyirmiş və bu zaman texniki səhv edərək onları yeni iş yerinin korporativ elektron poçt ünvanı yerinə keçmiş iş yeri olan Bankın korporativ elektron poçt ünvanına göndərmişdir. Cavabdehin kommersiya sirlərini yaymaq üçün cəhd etdiyini və belə niyyəti olan şəxsin bunu asanlıqla yenidən edə biləcəyini nəzərə alaraq cavabdehin kommersiya sirlərini artıq yaydığını bildirmək ağlabatandır. Bütün bunları nəzərə alaraq, cavabdeh əmək müqaviləsinin 7.4-cü bəndinin və kommersiya sirri rejiminin şərtlərini pozaraq kommersiya sirlərini qeyri-qanuni əsaslarla əldə etmiş və həmin kommersiya sirlərini yaymışdır. Bank qeyd edilən kommersiya sirlərinin sahibi olaraq Kommersiya sirri haqqında Qanunun 5.0.1 və 5.0.2-ci yarımbəndlərinə əsasən hüququ var ki, kommersiya sirrinin rejimini müəyyən etsin, habelə həmin sirlərdən istifadə etmək, müqavilə əsasında başqa şəxslərə vermək, mülki dövriyyəyə daxil edilmənin digər üsullarını müəyyən etsin və tətbiq etsin. Kommersiya sirri haqqında Qanunun 10-cu maddəsi kommersiya sirri rejiminin əmək müqaviləsində və ya kommersiya sirrinin rejiminə əməl etmək barədə razılaşmada müəyyən edilməsinə icazə verir. Bank da burada qeyd edilmiş hüquqlarına uyğun olaraq kommersiya sirri rejimini Əmək Müqaviləsinin 7.4-cü bəndində, Razılaşmada və digər sənədlərdə müəyyən etmişdir. Cavabdehin Əmək Müqaviləsinin 7.4-cü bəndini pozduğu yuxarıda da qeyd edilmişdir. Buna əlavə olaraq, cavabdeh rəhbərini elektron məktuba əlavə etmədən məxfi məlumatları kənar elektron poçt ünvanına göndərməklə Davranış Kodeksini pozmuşdur. Bütün bunlarla yanaşı cavabdeh yuxarıda da qeyd edildiyi kimi kommersiya sirlərini yaymağa aktiv olaraq cəhd göstərmişdir. Bu fakt da özü-özlüyündə cavabdehin kommersiya sirrini yaydığını müəyyən etməyə kifayət edir. Bütün bu qeyd edilənlər isə onu göstərir ki, cavabdeh iddiaçı tərəfindən müəyyənləşdirilən kommersiya sirri rejimini kobud şəkildə pozmuşdur. Yuxarıda qeyd edilənlərlə yanaşı, Kommersiya sirri haqqında Qanunun 5.0.3-cü yarımbəndinə əsasən Bankın hüququ var ki, ona məxsus kommersiya sirlərinin rejimini pozan və ya pozmaq təhlükəsi olan hərəkətlərdən qanunvericiliyə uyğun olaraq qorunsun. Cərimə anlayışı da mövcud təcrübəyə əsasən müqavilə münasibətlərində geniş istifadə olunan və müqavilə tərəflərinin həmin müqavilənin şərtlərini pozmaqdan çəkindirməklə şərtlərin pozulma təhlükəsindən maraqlı tərəfin hüquqlarını qoruyan hüquqi vasitədir. Hazırkı işdə də Bank Razılaşmanın 11-ci maddəsində kommersiya sirri rejiminin pozulmasından qorunmaq üçün cərimə tətbiq etmişdir. Həmin cərimənin qeyd edildiyi bəndə əsasən Razılaşmanın şərtlərini pozaraq kommersiya sirrini açıqlayan şəxs sonuncu is veri üzrə əmək haqqının 24 misli həcmində cərimə ödəməlidir. Beləliklə, hazırkı iş üzrə cavabdeh kommersiya sirri rejiminin tələblərini pozmaqla onu Bankın nəzarətindən kənara çıxardığı və onu digər şəxslərə yaydığı üçün sonuncu iş yeri üzrə əmək haqqının 24 misli həcmində cəriməni Bankın xeyrinə ödəməlidir. Kommersiya sirri haqqında Qanunun 5.0.4-cü yarımbəndinə əsasən Bankın hüququ var ki, onun kommersiya sirlərindən öz maraqları üçün istifadə edən şəxsin hərəkətləri nəticəsində vurulan ziyanın əvəzini məhkəmə qaydasında tələb etsin. Onu da qeyd etmək lazımdır ki, Banka Əmək Məcəlləsinin 199-cu maddəsinin "e" bəndinə əsasən ona kommersiya sirrinin yayılması nəticəsində dəymiş ziyanı tələb etmək hüququ verilmişdir. Hazırkı işdə isə ziyan kommersiya sirlərinin yayılması nəticəsində baş verə bilər. Bunu müəyyən etmək üçün iddiaçının məlumatlarını yaydığı müştərilərin kredit tarixçələrinə nəzər yetirmək lazımdır. Belə ki, əgər müştəri onun barəsində məlumatlar yayıldıqdan sonra Bankda olan kreditini vaxtından əvvəl bağlayırsa, bu o deməkdir ki, ona digər kredit təşkilatından daha aşağı faizlə kredit verilmişdir. Bu halda məlumatların yayılması ilə müştərinin digər kredit təşkilatından kredit götürüb Bankdakı kreditini bağlaması arasında birbaşa əlaqə olduğu aydın görünür. Belə ki, digər kredit təşkilatının həmin müştərinin Bankda olan kreditinin faizindən daha aşağı faizlə yeni kredit təklif edə bilməsi üçün Bankda olan kredit faizindən xəbərdar olmalıdır. Xəbərdar olması üçünsə, yeganə yol, verilmiş krediti və onun faizini göstərən müştəri məlumatlarını əldə etməkdir. Hal-hazırda isə cavabdeh müştəri məlumatlarını özünə göndərdikdən sonra bir çox müştərilər kreditlərini vaxtından əvvəl bağlayıblar. Bu isə yuxarıda qeyd edilən vəziyyətə uyğun olaraq həmin müştəri məlumatlarının digər kredit təşkilatları tərəfindən əldə olunması və daha aşağı kredit faizlərini təklif edilməsi nəticəsində bas verdiyini göstərir. Beləliklə, Cavabdeh Bankdan kənara çıxardığı müştəri məlumatlarını yaymışdır və bu da onun nəticəsidir ki, müştərilərin bir çoxu öz kreditlərini vaxtında əvvəl bağlayıblar. Müştəri öz kreditini vaxtından əvvəl bağladığı təqdirdə isə Bank həmin kreditin ödəniş cədvəlinə uyğun olaraq ödəniləcəyi təqdirdə əldə etməli olduğu gəliri itirmiş olur. Bu isə Bankın kommersiya sirləri ilə əlaqədar hüquqları pozulmayacağı təqdirdə əldə etməli olduğu gəlir hesab olunduğu üçün Bankın əldə çıxmış faydasıdır. Bu əldən çıxmış faydanın məbləğini müəyyənləşdirmək üçün isə müştərinin kreditini vaxtından əvvəl bağlamayacağı təqdirdə qazanacağı gəlirlə halhazırda krediti vaxtından əvvəl bağlaması nəticəsində əldə etdiyi gəlirin fərqini tapmaq lazımdır. Bu məbləğin qeyd olunduğu Excel faylı ərizəyə əlavə edilir. Həmin faylda hansı müştərilərin kreditlərini vaxtından əvvəl bağladığını və bunun nəticəsində Bankın itirdiyi gəlir göstərilmişdir. Ümumilikdə isə məlumat çıxarıldıqdan sonra Bankın itirdiyi faiz gəlirinin məbləği 94,038.00 AZN həcmindədir. Əmək Məcəlləsinin 201-ci maddəsinin 3-cü bəndi icazə verir ki, işçi bilə-bilə və qəsdən işəgötürəni gələcəkdə əldə edəcəyi gəlirindən məhrum edirsə, işəgötürənin qazana biləcəyi gəlirin həcmində maddi məsuliyyət daşıyır. Hazırkı işdə isə cavabdehin həmin məlumatları qəsdən və bilə-bilə çıxarması özü tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktubundan da aydındır. Həmin məlumatların digər kredit təşkilatlarına verilməsi də iddiaçının ehtiyatsızlığından baş verə biləcək bir hadisə olmadığı üçün iddiaçının bu əməlləri qəsdən və bilə-bilə törətməsi faktı da aydındır. Beləliklə, cavabdeh müştəri məlumatlarını öz şəxsi elektron poçt ünvanına göndərdikdən sonra müştərilərin bəziləri kreditlərini vaxtından əvvəl bağlaması faktını nəzərə aldıqda həmin müştəri məlumatlarının digər kredit təşkilatları tərəfindən əldə edilməsi faktı aydın olur. Halhazırda isə həmin məlumatların digər kredit təşkilatları tərəfindən əldə edilməsinin yeganə yolu cavabdehin bu məlumatları digər kredit təşkilatlarına öz şəxsi maraqları üçün yaymasıdır. Bu əməlləri nəticəsində cavabdeh Bankı gələcəkdə qazanacağı gəlirdən məhrum etdiyi üçün bu məbləği Banka tam həcmdə ödəməlidir. Bank ilə Cavabdeh arasında 16 iyun 2017-ci il tarixində imzalanmış əmək müqaviləsinin ("Əmək Müqaviləsi") 5.1-ci bəndinə əsasən "Tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır." Əmək Müqaviləsinin 7.4-cü bəndində isə qeyd edilmişdir ki, "Bankın işi üçün tələb olunmadığı halda İşçi elektron səkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz." X8 7.6-cı bəndinə əsasən "İşçi işəgötürənin kommersiya, istehsal və bank sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericiliklə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır.” Bank ilə Cavabdeh arasında imzalanmış 09 iyul 2020-ci il tarixli kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın ("Razılaşma") 1-ci bəndinə əsasən "Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar "Kommersiya sirri" şifri ilə ifadə olunub-olunmamasından asılı olmayaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, "Kommersiya sirri rejiminin tətbiqi barədə" Qaydalara və Razılaşmaya müvafiq olaraq Kommersiya Sirri hesab edilir və X11 tərəfindən yayılması qadağandır." Razılaşmanın 5-ci bəndində isə qeyd edilmişdir ki, "X12 yazılı razılığı olmadan heç bir halda (Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tələb edilən hallar istisna olmaqla) üçüncü şəxslərə acıqlana bilməz." İddiaçı isə Banka məxsus olan kommersiya sirri məlumatlarını bankdan kənara çıxarmış və açıqlamışdır. Hazırda həmin məlumatların bir nüsxəsi Bankın sərəncamında olmadığına görə, Banka münasibətdə həmin məlumatlara hansı şəxslərin daxil ola bilməsini və həmin e-mailə kimlərin girişinin olub- olmamasını müəyyən etmək, habelə həmin məlumatların yayılmasının qarşısını almaq imkanı istisna edilmişdir. Razılaşmanın 7-ci bəndinə əsasən işçi Kommersiya Sirrinin üçüncü şəxslər üçün əlçatmazlığını təmin etmək məqsədi ilə bütün mümkün vasitələrdən istifadə etməli və bütün zəruri tədbirləri görməlidir. İddiaçı isə Kommersiya Sirri məlumatlarını bankdan kənara çıxarmış və bu bəndin müddəalarını pozmuşdur. Razılaşmanın 10-cu bəndinə əsasən "İşçi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Razılaşmaya əsasən, Kommersiya Sirrinin tam məxfiliyinin qorunması və Kommersiya Sirrinin yalnız Razılaşma və Əmək Müqaviləsi çərçivəsində istifadə edilməsi üzrə məsuliyyət daşıyır." Razılaşmanın 11-ci bəndində isə bildirilir ki, kommersiya sirrini üçüncü şəxslərə açıqlayan işçi "Bank qarşısında tam maddi məsuliyyət daşıyır və sonuncu iş yeri və vəzifəsi üzrə orta aylıq əmək haqqının 24 (iyirmi dörd) misli həcmində vəsaiti, habelə olduğu təqdirdə Kommersiya Sirrinin açıqlanması nəticəsində Banka dəymiş zərəri tam həcmdə Banka ödəməlidir." Həmçinin Bank ilə bütün işçiləri arasında digər münasibətlər X13 ilə tənzimlənir. Cavabdeh 13 sentyabr 2012-ci il tarixində "işçi heyətinə dair Prosedurların və Korporativ Etika qaydalarının qəbul olunmasının və başa düşülməsinin təsdiqlənməsi" barədə imzalayıb. X9 isə qeyd edilmişdir ki, "əməkdaş, hətta evdən və ya ofisdən kənarda işləmək məqsədi üçün olduqda belə, məlumatı şəxsi elektron poçtuna göndərməməlidir. Əməkdaş hansısa məlumatı göndərməli olsa, elektron məktubun surətinə öz rəhbərini daxil etməlidir". Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 194-cü maddəsinin 5-ci bəndinə əsasən tərəflər onlara dəymiş maddi ziyanla əlaqədar iddia ilə həmin ziyanın vurulması faktının aşkarlandığı andan 1 il müddətində məhkəməyə müraciət edə bilərlər. Hazırkı işdə isə ziyanın vurulması faktı Aktın qəbul edildiyi yəni 01 dekabr 2021-ci il tarixində müəyyən edilmişdir. Bu isə o deməkdir ki, Bankın hüququ var ki, ona hazırkı mübahisə üzrə dəymiş ziyanın ödənilməsinin təmin edilməsini məhkəmədən tələb etsin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Həmçinin bildirmişdir ki, cavabdeh işlədiyi filialın mikro müştərilər üzrə qrup rəhbəri olduğu üçün filialın mikro müştərilərinin məlumatlarının qeyd edildiyi informasiya sistemlərinə çıxışı var idi. Kommersiya sirri haqqında Qanunun 2.0.8-ci maddəsinə əsasən kommersiya sirrinin sənədləri oğurlamaq, fotoşəklini çəkmək, surətini çıxarmaq, zor tətbiq etmək və ya hədələmək, rüşvət vermək, kommersiya sirrinin rejiminə riayət olunması öhdəliklərini pozmaq və ya pozmağa təhrik (vadar) etmək, məlumatların ötürülmə kanallarına qoşulmaq, danışıqlara qulaq asmaq və müşahidə aparmaq kommersiya sirrinin əldə olunmasının qeyriqanuni üsulları hesab edilir. Cavabdehin həmin kommersiya sirlərini şəxsi elektron poçt ünvanına göndərməklə iddiaçı ilə cavabdeh arasında imzalanmış əmək müqaviləsinin 7.4-cü bəndini və bununla da kommersiya sirri rejimini pozmuşdur. Beləliklə, cavabdeh kommersiya sirrinin rejiminə riayət olunması öhdəliklərini pozmaq və sənədlərin surətini çıxarmaqla iddiaçıya məxsus olan kommersiya sirrini qeyri-qanuni üsullarla əldə etmişdir. Kommersiya sirri haqqında Qanunun 2.0.7-ci maddəsinə əsasən müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanması kommersiya sirrinin yayılması hesab olunur. Cavabdehin hərəkətləri nəticəsində hal-hazırda bankın kommersiya sirrləri cavabdehin şəxsi elektron poçtunda mövcuddur və Cavabdeh istədiyi an həmin məlumatları toplaya, digər şəxslərə ötürə və öz məqsədləri üçün istifadə edə bilər. Aydındır ki, cavabdehin bu cür imkanlara malik olması iddiaçının kommersiya sirri üzrə maraqlarına uyğun deyil və onun hüquqlarının pozulduğunu göstərir. Habelə, nəzərə almaq lazımdır ki, cavabdehin hal-hazırda həmin məlumatları əldə etmək hüququ mövcud deyil. Lakin onları əldə edə bilir. Bu isə o deməkdir ki, iddiaçının kommersiya sirləri buna hüququ çatmayan şəxslərə açıqlanmışdır. Bu açıqlanma isə cavabdehin hərəkətləri nəticəsində baş vermişdir. Bu o deməkdir ki, cavabdeh kommersiya sirlərini kommersiya sirri rejimini pozmaqla həmin kommersiya sirlərinə münasibətdə kənar şəxs olan özünə açıqlamaqla kommersiya sirlərini yaymış hesab olunur. Kommersiya sirri haqqında Qanunun 17.1-ci maddəsinə əsasən isə "Kommersiya sirri təşkil edən məlumatları qeyri-qanuni yolla əldə edən və ya yayan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar". Cavabdehin hərəkətlərinə görə daşıdığı məsuliyyətdən biri də iddiaçıya vurduğu zərəri, habelə cəriməni ödəməsini nəzərdə tutan mülki məsuliyyətdir. Kommersiya sirri haqqında Qanunun 5.0.3-cü yarımbəndinə əsasən Bankın hüququ var ki, ona məxsus kommersiya sirlərinin rejimini pozan və ya pozmaq təhlükəsi olan hərəkətlərdən qanunvericiliyə uyğun olaraq qorunsun. Cərimə anlayışı da mövcud təcrübəyə əsasən müqavilə münasibətlərində geniş istifadə olunan və müqavilə tərəflərinin həmin müqavilənin şərtlərini pozmaqdan çəkindirməklə şərtlərin pozulma təhlükəsindən maraqlı tərəfin hüquqlarını qoruyan hüquqi vasitədir. Hazırkı işdə də Bank Razılaşmanın 11-ci maddəsində kommersiya sirri rejiminin pozulmasından qorunmaq üçün cərimə tətbiq etmişdir. Həmin cərimənin qeyd edildiyi bəndə əsasən Razılaşmanın şərtlərini pozaraq kommersiya sirrini açıqlayan şəxs sonuncu iş yeri üzrə əmək haqqının 24 (iyirmi dörd) misli həcmində cərimə ödəməlidir. İddiaçı tərəfindən cavabdehə vurulmuş zərər hesablanaraq və müvafiq sübutlar təqdim edilməklə məhkəməyə bildirilmişdir. Kommersiya sirri rejiminin pozulmasına görə iddiaçıya vurulmuş zərər hesablanarkən Azərbaycan Respublikasının Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Qanun nəzərə alınmalıdır. Belə ki, həmin qanunda əqli mülkiyyət obyektlərindən biri məlumat toplularıdır. Cavabdehin şəxsi elektron poçt ünvanına göndərdiyi sənədlər isə özündə kommersiya sirlərini daşıyan məlumat toplusudur. Qeyd edilən Qanunun 6-cı maddəsi vurulan zərərin ödənilməsi barədədir. Həmin maddənin mətni aşağıdakı kimidir: 6.1.Hüquqpozmaya yol vermiş şəxsin əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hərəkətlərinin qanuna zidd olduğunu bilmədiyi və ya bunu bilməsinə kifayət qədər əsaslar olmadığı hallarda da məhkəmə hüquq sahibinin çəkdiyi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul etmək hüququna malikdir. 6.2. Zərər müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır: 6.2.1 hüquq sahibinə məxsus olan əqli mülkiyyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlər; 6.2.2. hüquq sahibinin pozulmuş hüquqlarının bərpası üçün vəkilə ödədiyi haqq da daxil olmaqla çəkdiyi və çəkməli olduğu xərclər. 6.2.3. hüquqları pozulmasaydı, hüquq sahibinin ona məxsus olan əqli mülkiyyəti qanuni istifadəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda). Qeyd edilən Qanunun 6.2.3-cü maddəsindən aydın olduğu kimi İddiaçının Cavabdeh iddiaçının hüquqlarını və kommersiya sirri rejimini pozmasaydı İddiaçının əldə edəcəyi gəliri Cavabdehdən tələb etmək hüququ mövcuddur. İddiaçının iddia ərizəsmdə qeyd etdiyi ərizə də məhz həmin bu qaydada hesablanmış zərərdir. Məhkəməyə Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, 01 dekabr 2021-ci il tarixində İddiaçı QSC-nin Mərdəkan filialında informasiya təhlükəsizliyi üzrə yoxlamalar aparılmışdır. Yoxlamanın nəticələri barədə 2021/0005 saylı, xx.xx.2021-ci il tarixli Akt tərtib edilmişdir. Yoxlamaların nəticəsində aşkar edilmişdir ki, Cavabdeh 09 aprel 2021-ci tarixdə JElektron ünvan 1 adlı korparotiv elektron poçt ünvanından Elektron ünvan 2 adlı elektron poçt ünvanına, 09 aprel 2021-ci il tarixində JElektron ünvan 1 adlı korparotiv elektron poçt ünvanından Elektron ünvan 2 adlı elektron poçt ünvanına, 17 sentyabr 2021-ci il tarixində mailto:c.hevbatov@mail.ruElektron ünvan 5 adlı elektron poçt ünvanından JElektron ünvan 1 adlı korparotiv elektron poçt ünvanına Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədləri göndərmişdir. Həmin faylda cavabdeh müştərilərinin ad və soyadları, ünvanları, verilmiş kreditin məbləği, verilmə tarixi və sair məlumatlar qeyd edilmişdir. Cavabdehin özünə göndərdiyi sənəddəki məlumatların iddiaçıya məxsus kommersiya və bank sirri olması, həmin kommersiya və bank sirlərinin rejimini pozduğuna görə iddiaçıya cərimə və həmin kommersiya və bank sirlərinin yayılması nəticəsində iddiaçıya dəymiş ziyanın ödəməlidir. İddiaçı müştəri məlumatlarını özünə göndərdikdən sonra bir çox müştərilər kreditləri vaxtından əvvəl bağlayıblar. Bu isə həmin müştəri məlumatlarının digər kredit təşkilatları tərəfindən əldə olunması və daha aşağı kredit faizlərini təklif edilməsi nəticəsində baş vermişdir. Cavabdehin öz elektron ünvanına göndərdiyi sənədlərdəki məlumatların Banka məxsus kommersiya və bank sirri olması və cavabdehin əmək müqaviləsi üzrə öhdəliklərinə zidd olan hərəkətləri, eləcə də həmin kommersiya və Bank sirlərinin yayılması nəticəsində bankın hüquqlarının və qanunla qorunun mənafelərinin pozmuşdur. İddiaçının iddia ərizəsində qeyd olunan dəlilləri tamamilə əsasızdır. Belə ki, cavabdeh yalnız əmək fəaliyyəti ilə əlaqədar kredit verdiyi müştərilər barəsindəki məlimatları iş və şəxsi elektron ünvanlarına göndərmişdir. Müştərilər barəsindəki məlumatlar cavabdehə məlum olan və qanuni əsaslarla sahib olduğu informasiyalardır. Həmin məlumatların cavabdehin iş və şəxsi elektron ünvanlarına göndərilməsi həmin məlumatların yayılması hesab edilə bilməz. Bank sirrinin yayılması həmin məlumatların başqa şəxslərə açıqlanmasıdır. Belə olduğu təqdirdə Cavabdeh nə əldə etdiyi kommersiya sirlərinin sahibi, nə də konfidenti hesab hesab oluna bilməz. Sözügedən məlumatların cavabdehə məxsus korporativ və şəxsi emaildən bir-birinə göndərilməsi kommersiya və ya bank sirrinin yayılması kimi qiymətləndirilə bilməz. İddiaçı iddia ərizəsində Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarının yayması, yəni məlumatın başqa şəxslərə açıqlaması və cavabdeh tərəfindən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Çünki, belə bir hal mövcud deyildir. Cavabdeh tərəfindən həm şəxsi, həm də iş elektron ünvanına göndərilmiş məlumatlar heç bir digər şəxslərə göndərilməmişdir. Cavabdehin həmin məlumatları şəxsi və iş elektron poçt ünvanına göndərməsi onların yayılması kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ərizəsini təqdim edərək izahatında bildirdi ki, ilk olaraq, iddiaçı Bank və Cavabdeh arasında olan əmək münasibətlərinə son qoyulmasının təşəbbüskarı kimi cavabdeh çıxış etmişdir. Digər tərəfdən, iddiaçı Bank Cavabdeh tərəfindən qeyri-qanuni yollarla Bankın müştərilərinin fərdi məlumatları əldə olunmamış, bu məlumatlar üçüncü şəxslərə açıqlanmamış və yayılmamışdır. İddiaçı tərəfdə bu halı təsdiq edən hər hansı sübut yoxdur. Cavabdeh iddiaçı Banka zərər vurmamışdır. İddiaçı Accessbank ASC i!ə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən, yəni cavabdehin özünün təşəbbüsü ilə xitam verilmişdir. Yəni iddiaçı Bank cavabdehi işdən çıxarmamışdır. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə görə, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 431-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 202.2-ci maddəsinə görə, sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması, inzibati və cinayət məsuliyyətini yaradır. Göründüyü kimi, Cavabdeh tərəfindən Banka aid kommersiya və (və ya) bank sirrini təşkil edən məlumatların yayıldığını və bununla da ona maddi ziyanın vurulduğunu iddia edən iddiaçı, pozulmuş hüquqlarının müdafiəsi üçün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana - Əmək Müfəttişliyinə, habelə hüquq mühafizə orqanlarına müraciət edə və cavabdehi məsuliyyətə cəlb edə bilərdi. Lakin iddiaçı Bankın bununla bağlı keçən müddət ərzində Əmək Müfəttişliyinə və ya hüquq mühafizə orqanlarına müraciət etməsi iş materiaları ilə təsdiq olunmur. Digər tərəfdən, Bankda hesab sahibi olan müştərilərdən onlara aid məlumatların 3cü şəxslərə açıqlanması və ya yayılması ilə bağlı şikayətin daxil olması da təsdiq olunmur. Cavabdehin işlədiyi dövrdə fəaliyyəti ilə bağlı Bankda əldə etdiyi məlumatların digər banklarda istifadə olunması və həmin bankların bu məlumatlardan istifadə etməklə faydalanmasını da təsdiq edən sübutlar mövcud deyil. İddiaçı Bankın Cavabdeh hərəkətləri (iş fəaliyyəti ilə bağlı ona məlum olan Banka aid məlumatın korporativ elektron poçt ünvanından şəxsi poçt ünvanına, habelə bu məlumatlırın qeyd olunan son ünvandan korporativ elektron poçt ünvana göndərilməsi) ilə iddiaçıya maddi zərərin (real zərər və əldən çıxmış fayda) vurulduğunu bildirən iddiaçı Bank, bu dəlillərini sübut etməlidir. Bank iddia ərizəsində qeyd olunanları təsdiq edən mötəbər, güvənli sübutları məhkəməyə təqdim etməmişdir, iddiaçının iddia ərizəsində qeyd etdiyi yalnız ehtimallara əsaslanır. Mülahizələrlə Banka dəyə biləcək zəzər arasında ümumiyyətlə əlaqə yoxdur. Bu zərər vuran hərəkətlər hesab olunmur. Bu baxımdan hesab edilməlidir ki, real zərər yoxdur. Real zərəri təsdiq edən sübut yoxdur. Sübutlar olmadıqda isə ehtimallar əsasında real zərər tələb oluna bilməz. Əldən çıxmış fayda da yoxdur. Çünki, iddiaçı Bankın iddia etdiyi sirr vasitəsi ilə Bank hansı faydanı əldə edəcəyi, həmin faydanın itirilməsinin əsasları və cavabdehin bu hərəkətləri ilə faydadan məhrum edilməsini də təsdiq edən sübut yoxdur. Bu hissədə də Bank yalnız ehtimallara əsaslanmışdır. Bu baxımdan da hesab edir ki, iddiaçının iddiası əsassızdır və təmin edilməməldir. Əvvəlla kredit tarixçələri, yəni kimin hansı bankda, hansı məbləğdə, hansı faizlə, hansı müddətə kredit götürməsi barədə məlumatlar mərkəzləşdirilmiş qaydada X1 Reyestrində yerləşdirilmişdir. Bu məlumatlar da bütün bank və bank olmayan təşkilatları üçün açıqdır. Bununla da Bank və qeyri bank təşkilatlarının bu kimi məlumatları fərdi qaydada əldə etmələrinə ehtiyac da yoxdur. Yəni, istənilən kredit təşkilatı X1 Reyestrinə daxil olaraq, hansı bankın, hansı faizlə kredit verməsi, bankın müəyyən etdiyi faiz uçot dərəcəsi və sair barədə məlumatları asan yolla əldə edir. Bundan başqa, müştərinin (borcalan) hər hansı bank və ya bank olmayan kredit təşkilatı ilə bağladığı kredit müqaviləsi əsasında aldığı pul vəsaiti, alınan andan müştərinin mülkiyyətinə keçir və müştəri həmin vəsait üzərində sərəncam verməkdə sərbəstdir. Yəni, alınan kreditin hansı məqsədlərə sərf olunmasında (misal üçün İddiaçı ASC-də və ya başqa bir bankda olan borcun bağlanması) müştəri sərbəstdir. Müştərinin aldığı kredit vəsaitinin müqqədaratını həll etmək onun öz mülahizəsinə aid məsələdir. Borc verən Bank da bu prosesi tənzimləyə, nəzarətdə saxlamağa, müştərinin iradə ifadəsinə qarışa bilməz. Müştərilərin vaxtından əvvəl “Accessbank" ASC-də kredit borcunu bağlamaları (əgər belə hallar olmuşdursa) iddiaçıya əsas vermir ki, belə bir mülahizə irəli sürsün ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçı Bank müştərilərini itirmişdir. Bundan əlavə, yuxarı və aşağı həddə uçot faiz dərəcələri Mərkəzi Bank tərəfindən müəyyən edilir. Müstəqil subyekt olduqları üçün də hər bir bank illik uçot faiz dərəcəsini özü təsbit edir. İddiaçının iddia etdiyi kimi 3-5 müştərini qazanmaq üçün heç bir bank müəyyən etdiyi uçot faiz dərəcəsini aşağı və ya yuxarı dəyişmək marağında da deyil. İddiaçı Bankın hər hansı müştərisinin kreditini vaxtından əvvəl bağlaması belə, hələ Cavabdeh həmin müştərinin sənədlərini başqa banka göndərməsini, həmin bankın da daha aşağı faizlə müştəriyə kredit təklif etməsini təsdiq etmir. Bu yalnız iddiaçının formal mülahizələridir. Mərkəzi Bank illik uçot faiz dərəcəsi müəyyən edir. Banklar isə bu meyardan çıxış edərək, özlərinin faiz dərəcəsini müəyyən edirlər. Hansı Bankın hansı aşağı və ya yuxarı faiz dərəcəsi ilə kredit verəcəyi Bankın öz səlahiyyətinə və fəaliyyətinə aid kommersiya məsələsidir. İddiaçının göstərdiyi kimi bir neçə müştərini cəlb etmək üçün digər bankın (bankların) faiz dərəcəsini aşağı salması halı özü-özlüyündə məntiqli, ağlabatan deyil. Kredit tarixçələri barədənətraflı məlumatlar əks olunub. Bunun üçün müştərinin barəsində məlumatların bir Bankdan digər banka göndərilməsinə ehtiyac yoxdur. Bankların faiz dərəcələri müştərilər üçün də açıqdır. Hər hansı şəxs hər hansı Banka kredit götürmək niyyətini bildirdikdə, müraciət edən kreditin verilmə şərtləri, o cümlədən də faiz dərəcələri barədə ətraflı məlumatlandırılır. Müştəri də yeni müraciət etdiyi bankı özünün əvvəlki kredit tarixçəsi barədə də məlumatlandıra bilər. Bu məlumatlar onun dilindən də ifadə oluna bilər. Yəni, bu barədə məlumatların başqa banka bildirilməsi, bu məlumatların məhz cavabdeh tərəfindən sızdırılmasına dəlalət etmir. Göründüyü kmi, iddiaçının iddia ərizəsində bildirdikləri mülahizələrdən ibarətdir, heç bir sübuta əsaslanmır. Halbuki, hər bir tərəf öz dəlillərini sübut etməlidir Sübuta söykənməyən dəlil, tələb isə əsaslı hesab edilə bilməz. İddiaçının iddia ərizəsində göstərilənlər yalnız kəlmələrdən ibarətdir, sübutlara söykənmir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim etdiyi digər ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu ıl tarixli Fərmanı ilə məhkəmə hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasının və bu sahədə islahatların dərinləşdirilməsinin təməli qoyulmuş, yeni yol xəritəsi müəyyən olunmuşdur, ölkə Prezidenti islahatların yeni mərhələsinin hədəflərini belə müəyyən etmişdir; müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir, ötən dövr ərzində bu məqsədlə artıq bir sıra əhəmiyyətli işlər görülmüşdür. Bu işlərdən biri də vahid məhkəmə təcrübəsini formalaşmasına yöənldilmiş tədbirlərdir. Məlum olduğu kimi, bu günədək vahid məhkəmə təcrübəsini formalaşdırmağa imkan verən mexanizmlər kifayət qədər təkmil deyildi. Belə ki, Ali Məhkəmənin Plenumu tərəfindən verilən izahlar tövsiyə xarakteri daşıdığından və onun nəzərə alınmamasının heç bir hüquqi nəticəsi olmadığından vahid məhkəmə təcrübəsinin yaradılmasında nəzərdə tutulan nəticəyə nail olmaq mümkün olmurdu. Bundan başqa, işə baxan məhkəmə tərkibləri arasında hüququn tətbiqində yaranan fikir ayrılıqlarının hansı qaydada həll edilməli olduğunu nizama salan təkmil mexanizm də mövcud deyildi. Ona görə də, bəzi hallarda, məhkəmə tərkibləri tərəfindən oxşar faktiki halları olan mübahisələr üzrə fərqli qərarların qəbul edilməsinə rast gəlinirdi. Hazırda qəbul edilən qanunlar, ilk növbədə, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin icra olunması mexanizmlərini təsbit edir. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi ilə əlaqədar mexanizmin yaradılması üçün bütün Məcəllələrə, o cümlədən də Mülki-Prosessual Məcəlləsinə olduqca əhəmiyyətli dəyişiklik və əlavələr edilmişdir. Vahid məhkəmə təcrübəsi ilə əlaqədar qanunvericilikdə edilmiş dəyişikliyin əsas mahiyyəti ondan ibarətdir ki, həmin təcrübə qüvvədə olduğu müddətdə məhkəmələr üçün məcburi xarakter daşıyır. Yəni, təcrübənin mövcud olduğu zaman kəsiyində məhkəmələrin qəbul etdikləri qərarlar ona uyğun olmalıdır. Belə ki təcrübəyə əməl olunmaması həmin qərarların ləğvi üçün müstəqil əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq bildirir ki, hazırkı işin mahiyyəti ilə eyni işə Yasamal Rayon Məhkəməsində də baxılmışdır. Belə ki, iddiaçı X3 cavabdeh “Accessbank" QSC-yə qarşı “əmrin ləğv edilməsi tələbi barədə” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. "xxxx" QSC də öz növbəsində M.Mikayılzadəyə qarşı “işəgötürənə dəymiş ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi vermişdir. Bankın qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, M.Mikyılzadə korporativ elektron poçt ünvanından mailto:Mikayil.Mikayilzade@accessbank.azElektron ünvan 7 şəxsi poçt ünvanına Mikayilzadə@gmail.com cavabdehin müştəri məlumatlarını daşıyan excel faylı göndərmişdir Həmin faylda cavabdehin 2015-ci ildən 2021 -ci il qədər olan müştərilərinin ad və soyadları, ünvanları, verilmiş kreditin məbləği, verilmə tarixi və müddəti, müştərinin fəaliyyət sahəsi, kreditin təsnifatı və ən əsası müştərilərin əlaqə məlumatları qeyd edilmişdir. Bütün bu faktlar barədə 02 noyabr 2021-ci il tarixində yoxlamanın nəticələri barədə Akt (bundan sonar "Akt") tərtib edilmişdir. İddiaçı yoxlama aktı ilə tanış edilmiş, həmin aktı imzalamış və öz qeydlərini aktın bunun üçün ayrılmış hissəsində qeyd etmişdir. Bütün bunlar isə o deməkdir ki, iddiaçı cavabdeh İddiaçı QSC üçün maddi dəyərə malik olan və yayılacağı təqdirdə cavabdehin gələcək fəaliyyətinə təsir edə biləcək məlumatları özünə göndərmiş və electron surətini çıxartmışdır. Göstərilənlərə əsaslanan Bank hesab etmişdir ki, M.Mikayılovun bu hərəkətləri ilə ona ziyan dəymişdir. Hər iki iddia əsasında mülki işə baxmış Yasamal Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli 2(004)-567/2022 №-li qətnamə ilə qarşılıqlı iddianın rədd edilməsini, ilkin iddianın isə təmin edilərək, “AccessBank" QSC-nin “işdən azad olunma" barədə 21-1077 nömrəli 10 noyabr 2021-ci il tarixli əmrinin ləğv edilməsini qət etmişdir. İddiaçı ASC birinci instansiyası məhkəməsinin həmin qətnaməsindən verdiyi apelyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli 2(103)-2985/22 №-li qətnaməsi ilə şikayəti təmin etməmiş, birinci instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan mülki iş üzrə icraatınınzda olan hazırki iş üzrə tərəflərlər arasındakı mübahisə eynidir - işçinin öz istifadəsində olan məlumatların koorporativ elektron ünvanından şəxsi elektron ünvanına göndərməsidir. Yuxarıda qeyd olunan mülki işə baxmış məhkəmələr belə nəticəyə gəlmişlər ki, işçinin öz istifadəsində olan məlumatların koorporativ elektron ünvanından şəxsi elektron ünvanına göndərməsi ilə işəgötürənə maddi zərərin vurulmasını təsdiq etmir, bu hərəkətlə vurulması ehtimal olunan zərər arasında hər hansı səbəbli əlaqə yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün məhkəməyə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamələri üzrə məhkəmələrin mövqeyinin icraatda olan mülki işin həlli zamanı nəzərə alınmağını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı öz tələbini aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, sonuncu, xx.xx.2017-ci il tarixdən işə başlamışdır. Əmək Müqaviləsinin 7.4-cü bəndinə əsasən, Bankın işi üçün tələb olunmadığı halda İşçi elektron səkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz. X8 7.6-cı bəndinə əsasən "İşçi işəgötürənin kommersiya, istehsal və bank sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericiliklə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır.” İş materiallarında olan İddiaçı QSC tərəfindən tərtib edilmiş Davranış Kodeksində qeyd edilmişdir ki, "əməkdaş, hətta evdən və ya ofisdən kənarda işləmək məqsədi üçün olduqda belə, məlumatı şəxsi elektron poçtuna göndərməməlidir. Əməkdaş hansısa məlumatı göndərməli olsa, elektron məktubun surətinə öz rəhbərini daxil etməlidir". İş materiallarında olan İddiaçı QSC tərəfindən tərtib edilmiş yoxlamanın nəticələrinə dair xx.xx.2021-ci il tarixli 19-2021 0005 saylı aktın və e-mail göndərişlərinə dair çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixində X6 və Aqro Müştərilər üzrə Baş Mütəxəssis Cavabdeh korporativ elektron poçt ünvanından - Jmailto:avid.Heybatov@accessbank.azElektron ünvan 1, kənar elektron poçt ünvanına - mailto:c.heybatov@mail.ruElektron ünvan 2, Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi Excel fayl formasında göndərmişdir. xx.xx.2021-ci il tarixində Cavabdeh mailto:c.heybatov@icloud.comElektron ünvan 3 adlı elektron poçt ünvanından JElektron ünvan 1 adlı korporativ elektron poçt ünvanına Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi Excel fayl formasında alıb. Yoxlama nəticəsində aşkar olunmuş pozuntu faktı işçi Cavabdeh Bağır oğlu tərəfindən İşçi ilə Bank arasında bağlanmış kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın, o cümlədən kommersiya sirrinin, hableə bank sirrinin qorunması üzrə öhdəliklərin pozuntusu kimi qiymətləndirilir. İş materiallarında olan Bank ilə cavabdeh arasında imzalanmış 09 iyul 2020-ci il tarixli kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın 1-ci bəndinə əsasən "Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar "Kommersiya sirri" şifri ilə ifadə olunub-olunmamasından asılı olmayaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, "Kommersiya sirri rejiminin tətbiqi barədə" Qaydalara və Razılaşmaya müvafiq olaraq Kommersiya Sirri hesab edilir və X11 tərəfindən yayılması qadağandır." Razılaşmanın 5-ci bəndində isə qeyd edilmişdir ki, "X12 yazılı razılığı olmadan heç bir halda (Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tələb edilən hallar istisna olmaqla) üçüncü şəxslərə acıqlana bilməz." İddiaçı isə Banka məxsus olan kommersiya sirri məlumatlarını bankdan kənara çıxarmış və açıqlamışdır. Hazırda həmin məlumatların bir nüsxəsi Bankın sərəncamında olmadığına görə, Banka münasibətdə həmin məlumatlara hansı şəxslərin daxil ola bilməsini və həmin emailə kimlərin girişinin olub-olmamasını müəyyən etmək, habelə həmin məlumatların yayılmasının qarşısını almaq imkanı istisna edilmişdir. Razılaşmanın 7-ci bəndinə əsasən işçi Kommersiya Sirrinin üçüncü şəxslər üçün əlçatmazlığını təmin etmək məqsədi ilə bütün mümkün vasitələrdən istifadə etməli və bütün zəruri tədbirləri görməlidir. İddiaçı isə Kommersiya Sirri məlumatlarını bankdan kənara çıxarmış və bu bəndin müddəalarını pozmuşdur. Razılaşmanın 10-cu bəndinə əsasən "İşçi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Razılaşmaya əsasən, Kommersiya Sirrinin tam məxfiliyinin qorunması və Kommersiya Sirrinin yalnız Razılaşma və Əmək Müqaviləsi çərçivəsində istifadə edilməsi üzrə məsuliyyət daşıyır." Razılaşmanın 11-ci bəndində isə bildirilir ki, kommersiya sirrini üçüncü şəxslərə açıqlayan işçi "Bank qarşısında tam maddi məsuliyyət daşıyır və sonuncu iş yeri və vəzifəsi üzrə orta aylıq əmək haqqının 24 (iyirmi dörd) misli həcmində vəsaiti, habelə olduğu təqdirdə Kommersiya Sirrinin açıqlanması nəticəsində Banka dəymiş zərəri tam həcmdə Banka ödəməlidir." İş materiallarından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, bildirilmişdir ki, keçirilmiş yoxlama nəticəsində Cavabdeh Bankda işlədiyi müddət ərzində əmək funksiyalarını kobud şəkildə pozmağı və kommersiya sirri, habelə bank sirri təşkil edən faktları Bankdan kənara çıxarmağı aşkar olunmuşdur. Cavabdeh müvafiq yoxlamanın nəticələri ilə tanış olması məqsədilə xx.xx.2021ci il tarixli İS-2021-0005 nömrəli akt təqdim edilmiş, 5 iş günü müddətində sonuncu iş yeri və vəzifəsi üzrə orta aylıq əmək haqqının 24 misli həcmində vəsaitin İddiaçı QSC-yə ödəməyi tələb edilmişdir. Məktubunun çatdırıldığı tarixdən sonrakı 5 iş günü ərzində izahatın təqdim edilmədiyi təqdirdə izahat verməkdən imtina etmiş hesab olunacağı barədə xəbərdar edilmişdir. İddiaçının hazırkı tələbi cavabdehdən vurulmuş ziyana görə 94038 manat məbləğində pul vəsaitinin, həmçinin kommersiya sirrinin üçüncü şəxslərə yayılmasına görə cavabdehin sonuncu iş yeri və vəzifəsi üzrə orta aylıq əmək haqqının 24 misli həcmində cərimənin ödənilməsindən ibarətdir. İddiaçı, qeyd olunan sübutlara və qanunvericiliyin normalarına istinad edərək, öz tələbini onunla əsaslandırır ki, cavabdehin özünə məxsus email ünvanına bank sirri hesab edilən məlumatları göndərməsi həmin məlumatları yaymaq məqsədi daşımışdır. Həmin məlumatların yayılması isə elektron məktubun yanlışlıqla Bankın e-mail ünvanına gəlməsi, Bankın müştəriləri tərəfindən kredit borclarının vaxtından əvvəl bağlanması ilə əsaslandırılır. İddiaçı hesab edir ki, bunun nəticəsi olaraq, Bank xeyli miqdarda faiz ödənişlərindən məhrum olmuş, maddi ziyan dəymişdir. Kommersiya sirri haqqında Qanunun:
2. hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar kommersiya sirridir. kommersiya sirrinin konfidenti - kommersiya sirrini qanuni əsaslarla kommersiya sirrinin sahibindən əldə edən hüquqi və ya fiziki şəxs; kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır. 5.0.4. kommersiya sirri sahibinin kommersiya sirrindən öz maraqları üçün istifadə etmiş şəxslərdən vurulan ziyanın əvəzini məhkəmə qaydasında almaq hüququ vardır. 6.1.2. Kommersiya sirrinin sahibi və konfidenti kommersiya sirri rejiminə riayət etməyə borcludurlar. 9.1. Sahibindən müqavilə əsasında alınan və ya vərəsəlik qaydasında keçən kommersiya sirri təşkil edən məlumatlar qanuni yolla əldə olunan sayılır. 10.1. Kommersiya sirrini təşkil edən məlumatların müəyyən edilmiş rejiminə əməl etmək öhdəliyi əmək müqaviləsinə və ya kommersiya sirrinin rejiminə əməl etmək barədə razılaşmaya əsasən kommersiya sirrinin konfidenti olan işçilərin üzərinə qoyulur. Azərbaycan Respublikasının Əmək Məcəllənin 199-cu maddəsinin e bəndinə əsasən, işçi qanunazidd hərəkətləri ilə işəgötürənin kommersiya sirrini yaydıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandırdığı faktiki halla, yəni bank sirri təşkil edən məlumatların cavabdeh tərəfindən üçüncü şəxslərə yayılması və bunun nəticəsində banka ziyan dəyməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. İşin hallarından cavabdehin xx.xx.2021-ci il tarixdə öz e-mail ünvanına, xx.xx.2021-ci il tarixdə isə öz e-mail ünvanından korporativ e-mail ünvanına məlumatlar göndərdiyi aydın olur. Bu hal isə bank sirri təşkil edən məlumatların üçüncü şəxslərə yayılması hesab oluna bilməz. Gələcəkdə hər hansı müştəri tərəfindən ona aid məlumatların açıqlandığı iddia olunarsa, məhz bu halda iddiaçı bank müvafiq əsasa istinadla cavabdehə qarşı tələb irəli sürmək imkanına sahib olacaqdır. Məhkəmə hesab edir ki, hər hansı müştərinin, o cümlədən cavabdehin özünün və bankın elektron ünvanına göndərdiyi e-maildə adları yer alan müştərilərin kredit öhdəliklərini vaxtından əvvəl icra etmiş olmaları banka vurulmuş ziyan kimi qiymətləndirilə bilməz. Bank, müştərilərlə kredit müqavilələri bağlayarkən müqavilənin vaxtından əvvəl icrası ilə bağlı hər hansı məhdudiyyət qoymur, həmçinin borcalanın müqavilə müddəti ərzində istənilən vaxt öhdəliklərini tam icra edə bilmək ehtimalını nəzərə almaqla müqavilə münasibətlərinə girir. İddiaçı tərəfindən məhz poçt ünvanına göndərdiyi məlumatların hesabına bank müştərilərinin bankda olan kredit müqavilələrini vaxtından əvvəl yekunlaşdırması halı müəyyən edilməmişdir. İddiaçının bildirdiyi faktiki hallar onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə biləcək mülki qanunvericilik müddəalarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmışdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə, qanunvericiliyin normalarını və işin tədqiq olunan hallarını nəzərə alaraq hesab edir ki, bank sirri hesab olunan məlumatların üçüncü şəxslərə yayılması müəyyən olunmadığından, tərəflər arasında olan Razılaşmaya uyğun olaraq işçinin orta aylıq əmək haqqının 24 misli həcmində cərimənin tələb olunması üçün əsaslar, həmçinin Banka maddi ziyan dəyməsi təsdiq olunmamışdır. Odur ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 212.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddiaçı QSC-nin Cavabdeh qarşı “dəymiş zərər və cərimə” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Məmmədli