Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2540/2023 26.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 Ramin qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 Ramin qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 Ramin qızı, X1, X2 və Cavabdeh1 ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdən və torpaq sahəsindən çıxarılması, həmin evin və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh4 Ramin qızı, X1, X2 və Cavabdeh1 iddiaçının evinə qanunsuz olaraq daxil olub yaşayırlar. İddiaçı dəfələrlə mülkiyyətində olan evdən çıxmalarına dair onları xəbərdar etsə də, buna məhəl qoymamışdırlar. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin torpaq sahəsi və üzərində yerləşən ev vərəsəlik qaydasında iddiaçıya keçmişdir. Məhkəmə iclasında Cavabdeh4 Ramin qızı iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, həmin evdə yoldaşı, oğlu, gəlini və nəvələri ilə birlikdə yaşayır. Əslən Salyan rayonundadırlar və qeydiyyatları da həmin rayonadır. Mübahisəli evə onunla yanaşı oğlu Ələkbərov Təvəkhül, gəlini Cavabdeh1, əri Cavabdeh3 yaşayır. Arifənin mərhum qardaşı Ramiz Bakı şəhəri 5 saylı klinik xəstəxanada xəstə kimi müalicə aldığı zamanlar onlar xəstəxanın yaxınlığında yerləşən kafedə işləmişlər. Daha sonra Ramiz onlara ona qulluq etmələri müqabilində hər hansı ödəniş etmədən ona məxsus evdə yaşaya biləcəklərini demiş və onlar da həmin evə yerləşmişlər. Bir müddət ərzində Ramizə ğz doğmaları kimi qulluq etmişlər, əvəzində isə heç bir haqq almamışlar. Sonradan Ramiz vəfat etmişdir. Ramiz vəfat etdikdən sonra onun digər bacısı İradə narahat olmamalarını, Ramizin onları ona tapşırdığını bildirmişdir. Lakin, İradə də daha sonra koronavirus infeksiyasından vəfat etmişdir. İradə öldükdən sonra iddiaçı İradənin ona heç nə demədiyini bildirərək onlardan dərhal evi tərk etmələrini istəmişdir. Rəsmi qeydiyyatı başqa evdə olsa da heç bir rəsmi razılaşmaları olmadan, yalnız şifahi razılıqla hal-hazıradək həmin evdə yaşayırlar. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd rədd edilməsini xahiş etdi və Cavabdeh4 Ramin qızı ilə oxşar məzmunda izahat verdi. Əlavə olaraq bildirdi ki, o, 2006-cı il tarixdən gəlin köçmüş və rəsmi qeydiyyatı başqa evdə olsa da, hal-hazırda ailəsi ilə birlikdə həmin mübahisəli evdə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 5/147 inventar nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir. - ƏMDX DƏDKR publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxaırşın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 0,0146350 ha olan dövlət mülkiyyət növünə aid yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 87,60 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur (daşınmaz əmlakın reyestr nömrəsi: **********52-10301). Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İşin mübahisəsiz hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** saylı çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin daşınmaz əmlak ona vərəsəlik qaydasında keçmişdir. Cavabdehlər verdikləri izahatda da evin mülkiyyət hüququ ilə İddiaçı məxsus olduğunu etiraf etmişlər. Cavabdehlərin ümumiyyətlə mübahisə predmeti olan yaşayış evinə dair heç bir hüquqları yoxdur. Halhazırda cavabdehlər evdə heç bir qanuni əsas olmadan yaşayırlar ki, bu da evin mülkiyyətçisinin hüquqlarını pozur. Göstərilənlərə əsasən məhkəmə hesab hesab edir ki, cavabdehlərin mübahisə predmeti olan yaşayış evindən istifadə etmək barədə hər-hansı hüququ olmadığından və həmin yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, cavabdehlərin həmin sahədən çıxarılması barədə iddia tələbi əsaslıdır. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Ramin qızı və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılmalı və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Ramin qızı və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılsınlar. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçıya təhvil verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-2540/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2540/2023
26.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver