Məhkəmə qərarları › İş №e-2(003)-2567/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2567/2024

20.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2567/2024 20.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:

1. Xəzər Rayon Məhkəməsinin 2(003)-2358/2019 №-li 20 sentyabr 2019- cu il tarixli qətnaməsində göstərilmiş 22.000 manat və ona hesablanmış 6 illik faiz borcu olaraq 6.000 manat üçün borc pul vəsaitinin gecikdirilməsi üçün 5 faiz (bank uçot faizi) 7.000 manat və 5 illik rəsmi inflyasiya faizi olaraq isə 135 faiz hissəsi 9.800 manat, ümumilikdə 16.800 manat;

2. Xəzər Rayon Məhkəməsinin 2(003)-2675/2022 №-li 24 oktyabr 2022-ci il tarixli qətnaməsində göstərilmiş 10.313 (on min üç yüz on üç) ABŞ dolları, ona hesablanmış gecikdirmə faizi 1546,95 ABŞ dolları (20.162 manat) pul vəsaitinin gecikdirilmə faizi olaraq 2 il gecikdirilməsi üçün 5 faiz (bank uçot faizi) 2.016 manat və 2 illik rəsmi inflyasiya faizi olaraq isə 120 faiz hissəsi 4.032 manat, ümumilikdə 6.048 manat; cəmi (əsas borcdan əlavə) 22.842 manat pul vəsaitinin, dövlət rüsumu olaraq 159 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1815/2013 saylı, 02 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı iddia tələbinə əsasən Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 22.000 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilməsi, qət edilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-2358/2019 №-li 20 sentyabr 2019- cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 10.313 (on min üç yüz on üç) ABŞ dolları pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 22.000 (iyirmi iki min) manat məbləğin gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi beş faiz olmaqla 02 iyul 2013- cü il tarixdən 02 iyul 2019-cu il tarixədək olan 6 (altı) il müddətində hər il üçün 1100 (bir min bir yüz) manat, cəmi 6600 (altı min altı yüz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamələr icraya yönəldilmiş, lakin Cavabdeh tərəfindən heç bir ödəniş olmamışdır. İdianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1815/2013 saylı, 02 iyul 2013-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 22.000 manat məbləğində pulun və 20 manat məbləğində dövlət rüsumunun İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)-2358/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 10.313 (on min üç yüz on üç) ABŞ dolları pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 22.000 (iyirmi iki min) manat məbləğin gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi beş faiz olmaqla 02 iyul 2013- cü il tarixdən 02 iyul 2019-cu il tarixədək olan 6 (altı) il müddətində hər il üçün 1100 (bir min bir yüz) manat, cəmi 6600 (altı min altı yüz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)-2675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 10313 manatın 3 il müddətinə hər il üçün illik 5 faiz olmaqla yəni, illik 515,65 manat, cəmi 1546,95 manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 5422/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-2675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi tutulmalı olan pulun məbləğinə aid hissədə dəyişdirilməsi, 1546,96 ABŞ dolları məbləğində pul qətnamənin icra ediləcəyi gün valyuta məzənnəsinə uyğun olaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli,3-34/2-41/04-1/2024 nömrəli məktubundan görünür ki, 2024-cü ilin yanvar-mart aylarından 2013-cü ilin müvafiq dövrünə nisbətən istehlak qiymətlərində 192,5% artım olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən “öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən “Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur.Faizdən faiz ödənilməsi yol verilməzdir. ” Məhkəmədə müəyyən olundu ki, 2013-2019-cu illər üçün illik 5 faiz miqdarında pul, yəni 6600 manat pul vəsaiti Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə cavabdehdən tutulmuşdur. Məhkəmə hesab edir ki, iddianın bu hissəsi qismən təmin olunmalı və cavabdehdən 2019-2024-cü illər üçün, yəni beş il üçün illik 5 faiz dərəcəsində, 5500 AZN pul tutulmalıdır. 22.000 AZN x 5% = 1100 AZN x 5 il = 5500 AZN İddianın əlavə 5 illik rəsmi infliasiya faizi olaraq 135 faiz hissəsi, yəni 9800 manatın cavabdehdən tutulması hissəsini iddiaçı hər hansı sübut təqdim etmədiyi üçün təmin oluna bilməz.Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən “faizdən faiz ödənilməsi yol verilməzdir”. Bundan başqa məhkəmədə müəyyən olundu ki, 3 il üçün, yəni 2019-2022-ci illər üçün, illik 5 faiz dərəcədə olmaqla, 1546,95 ABŞ dolları məbləğində pul, qətnamənin icra ediləcəyi gün valyuta məzənnəsinə uyğun olaraq manatla cavabdeh X1 İddiaçı verilməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə qət edilmişdir.Məhkəmə hesab edir ki, iddianın bu hissəsi, yəni pul vəsaitin iki il gecikdirilməsi üçün 5 faiz , yəni 2.016 manat məbləğində pulun tutulması qismən təmin olunmaıdır və cavabdehdən 1031,30 ABŞ dolları, ödəniş günün Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsi ilə manatla tutulmalıdır. 10.313 ABŞ dolları x 5% = 515,65 ABŞ dolları x 2 il = 1031,30 ABŞ dolları İddianın əlavə 2 illik rəsmi infliasiya faizi olaraq 120 faiz hissəsi, yəni 4.032 manatın cavabdehdən tutulması hissəsini iddiaçı hər hansı sübut təqdim etmədiyi üçün təmin oluna bilməz.Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən “faizdən faiz ödənilməsi yol verilməzdir”. İş materiallarında əlavə olunan ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 159,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 159 manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 5.500 (beş min beş yüz) manat, 1.031,30 ( min otuz bir ABŞ dolları, 30 sent) ABŞ dolları ödəniş günün Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsi ilə manatla və 159 manat rüsum İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi əsassız olduğundan rədd olunmalıdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar