Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2647/2021 25.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması məqsədi ilə mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması məqsədi ilə mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yanında saxlanılan 15 aprel 2009-cu il təvəllüdlü X7 və 27 noyabr 2010-cu il təvəllüdlü X10 ilə ünvan 2-dən çıxarılması və mənzilin əşyalarından boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh yanında saxlanılan 15 aprel 2009-cu il təvəllüdlü X7 və 27 noyabr 2010-cu il təvəllüdlü X10 ilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsi ev 8, 8 saylı mənzildən özlərinə məxsus əşyalarla çıxarılmaları və həmin mənzili mətbəx mebeli, 3 ədəd xalça, 1 ədəd çarpayı və döşək, qonaq otağı üçün mebel, şkaf, 1 ədəd masa və 6 ədəd stul, divan və 2 ədəd kreslo, yataq otağı üçün mebel (çarpayı, 2 ədəd şifonerl, 2 tumba, trumo, 3 ədəd dəhliz şkafi, 2 ədəd çilçıraq, pərdələr, qab-qacaqlardan boşaldaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh yanında saxlanılan 15 aprel 2009-cu il təvəllüdlü X7 və 27 noyabr 2010-cu il təvəllüdlü X10 ilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsi ev 8, 8 saylı mənzildən çıxarılmaları və həmin mənzilin əşyalarından boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçına qarşı “istifadə hüququnun tanınması tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Vyaçaslavovnanın mülkiyyətində olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsi, ev 8, 8 saylı mənzilə istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı ilk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsi ev m.8 mülkiyyətçisidir. Cavabdeh keçmiş gəlinidir. Oğlu X9 Cavabdeh ilə 08 iyun 2008-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Rəsmi razılığı olmasa da Cavabdeh onun mülkiyyətində olan qeyd etdiyi mənzilə gəlmiş və cehiz əşyalarını gətirmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli qətnaməsi ilə oğlu X2 Cavabdeh arasında bağlanmış nikah pozulmuş, boşanmadan sonra 15 aprel 2009-cu il təvəllüdlü X3 və 27 noyabr 2010cu il təvəllüdlü X5 analarının yanında qalmaları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir, nikahın pozulması haqqında akt qeydləri kitabında 16.05.2021-ci il tarixdə 189 nömrə ilə qeyd edilmişdir. Cavabdeh hazırda da onun mülkiyyətində olan mənzildə yaşayır, oradan çıxmaq və mənzilini boşaltmaq istəmir. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etməli olur. Hazırda cavabdehin mülkiyyətində olan mənzildə yaşaması onun mülkiyyət hüquqlarını, mənzildən istədiyi kimi istifadə azadlığını, o cümlədən rahatlığını pozur. Cavabdeh onun tələbinə məhəl qoymur. Buna görə də hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu, X8 ilə 08 iyun 2008-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. El adəti ilə toy etdikdən sonra, o, onların yaşadığı mənzilə bahalı cehiz əşyaları ilə qəlin gəlmiş və birgə nikahda yaşadığı dövrdə 2 uşaqları yəni, 15 aprel 2009-cı il təvəllüdlü X7 və 27 noyabr 2010-cü il təvəllüdlü X10 anadan olmuşdur. Cavabdeh ilə münasibətlər pozulduğundan aralarında olan rəsmi nikah pozulmuş və uşaqlar məhkəmənin qərarına əsasən onun himayəsində saxlanılmışdır. O, hələ də uşaqları ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 8, mənzil 8-də yaşayır, oranın kommunal xərclərini ödəyir və öz vəsaiti ilə təmir işləri həyata keçirmişdir. Uşaqları mübahisəli mənzilə yaxın yerləşən məktəbə gedirlər, poliklinikada qeydiyyatdadır və o, orada pasport qeydiyyatındadır. Quryeviçlərin mövqeyi ondan ibarətdir ki, onu və uşaqları mübahisəli mənzillərdən çıxarsınlar. Onların heç biri onun və uşaqlarının harada yaşayacağını düşünmək belə istəmirlər. 2008-ci ildən bu günə kimi İddiaçı mülkiyyətində olan mənzildən istifadə etdiyinə və yaşadığına görə hesab edir ki, həmin mənzildən istifadə hüququ yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia tələbini etiraf etmədi. İlk iddia tələbini müdafiə edərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və qarşılıqlı iddia tələbinin təmin, ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında nümayəndəsi və vəkili X4 qarşılıqlı iddia tələbini müdafiə edərək iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, ilk iddia tələbini qəbul etməyərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, ilk təmin və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X9 arasında bağlanmış nikah pozulmuşdur, boşanmadan sonra 15 aprel 2009-cu il təvəllüdlü X3 və 27 noyabr 2010-cu il təvəllüdlü X5 analarının yanında qalmaları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* seriyalı, ********** qeydiyyat nömrəli 23.09.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16 iyun 2021-ci il tarixdə 189 nömrəli akt qeydi tərtib olunmuşdur. Məhkəmə ilkin iddianın “Cavabdeh yanında saxlanılan 15 aprel 2009-cu il təvəllüdlü X7 və 27 noyabr 2010-cu il təvəllüdlü X10 ilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsi ev 8, 8 saylı mənzildən çıxarılmaları”na dair hissəsini araşdıraraq hesab edir ki, ilkin iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Beləliklə, iş materiallarından müəyyən olundu ki, ilkin iddiaçının oğlu X8 və Cavabdeh 08 iyun 2008-ci il il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra onlar ilkin iddiaçıya məxsus olan mübahisəli evdə yaşamışlar. İlkin iddiaçı onların yalnız müvəqqəti olaraq orada yaşamasına icazə vermişdir. İlkin iddiaçının oğlu X8 və Cavabdeh arasındakı nikah 17.02.2021-ci il tarixdə pozulmuşdur. Cavabdeh iki uşağı ilə birlikdə iddiaçıya məxsus olan mübahisəli evdə yaşayır. Cavabdeh və az yaşlı övladları həmin mənzildə qeydiyyatda deyildir. Mübahisəli ev bağışlanma müqaviləsi əsasında 23.09.2017-ci ildə İddiaçı adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda adı çəkilən mənzildə istifadə hüququnun yaranıb-yaranmaması halı müəyyən olunmalıdır. Belə ki, X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin qərarda qeyd edilən mövqe ilə göstərilmişdir ki, M.Bəylərov münasibətlərin yarandığı 2001-ci ildə mübahisəli evin mülkiyyətçisi olmamış, ev onun yalnız sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, dövlət qeydiyyatından keçməmiş mübahisəli evə iddiaçının istifadə hüququnun yaranması ilə bağlı mübahisə tərəfləri arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın (müqavilənin) olmamasına apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilməsi iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair mülkiyyətçi ilə digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. İşin müəyyən edilən hallarından görünür ki, mübahisəli mənzil bağışlama müqaviləsi əsasında idiaçıya bağışlanmış, 23.09.2017-ci il tarixdən İddiaçı mülkiyyətinə keçmişdir. Göründüyü kimi tərəflər arasında münasibət 2008-ci ildə yaransada, yəni cavabdeh mübahisəli mənzilə 2008-ci ildə köçsədə qeyd olunan mənzil iddiaçının mülkiyyətində olmamış, həmin mənzil idaçının adına xüsusi mülkiyyət hüququ əsasında 2017-ci ilin sentyabr ayında dövlət qeydiyyatına alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli mənzil 23.09.2017-ci il tarixədək iddiaçın sahibliyində və istifadəsində olduğundan və 23.09.2017-ci il tarixdən onun həmin mənzilə mülkiyyət hüquq yarandığından mübahisənin həlli zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən,yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci vəAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslində yer alan 89-cu maddəyə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. İşin müəyyən edilən hallarından görünür ki, mülki iş üzrə cavadeh Cavabdeh iddiaçıya münasibətdə digər ailə üzvüdür. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən оn dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh və onun uşaqları 15 aprel 2009-cu il təvəllüdlü X7 və 27 noyabr 2010-cu il təvəllüdlü X10 ilkin iddiaçının ailə üzvü hesab edilmədiyindən, iddiaçı ilə birlikdə qeyd edilən mənzildən istifadə hüququna malik olmamaqla, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər sırasına da aid olmadığından iddia təmin edilməklə Cavabdeh, onun yetkinlik yaşına çatmayan uşaqları 15 aprel 2009-cu il təvəllüdlü X7 və 27 noyabr 2010-cu il təvəllüdlü X10 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılmalıdır. Məhkəmə ilkin iddianın “mübahisəli mənzilin Cavabdeh əşyalarından boşaldılması”nə dair hissəsini araşdıraraq hesab edir ki, ilkin iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh istifadə hüququnun olmaması müəyyən edilməklə həmin mənzildən çıxarıldığından ona məxsusu əşyaların mübahisəli mənzildə qalması İddiaçı Vyaçaslavovnanın mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan ilkin iddia tələbi qeyd edilən hissədə də əsaslıdır. Buna görə də, ilkin iddia həmin hissədə də təmin edilməlidir. Həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə ilkin İddiaçı Vyaçaslavovnanın mülkiyyətində olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsi, ev 8, 8 saylı mənzilə istifadə hüququnun tanınmasını xahiş etmişdir. Məhkəmə prosessual qənaət prinsipi baxımından hesab edir ki, hazırki iş üzrə ilkin idda təmin edildiyindən, yəni Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun olmaması müəyyən edilməklə həmin mənzildən çıxarıldığından Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun tanınmasına dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, ilk iddia əsaslıdır. Buna görə də ilk iddia təmin edilməli, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh uşaqları 15 aprel 2009-cu il təvəllüdlü X7 və 27 noyabr 2010-cu il təvəllüdlü X10 ilə ünvan 2 ünvanından çıxarılsın. ünvan 2 ünvanından Cavabdeh məxsus əşyalar çıxarılsın. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-2647/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2647/2021
25.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver