Məhkəmə qərarları › İş №e-2(003)-283/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-283/2022

21.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-283/2022 21.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Açıq Səhmdarlar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdarlar Cəmiyyətinin Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən e t d i: İddiaçı Açıq Səhmdarlar Cəmiyyətinin Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçılar elektrik enerisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik eneriisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. iddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında biklirişlərdən göründüyü kimi, abonent kodu **********A0013 olan Cavabdeh elektrik eneriisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 11142,03 (on bir min yüz qırx iki manat üç qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik eneriisinin haqqı olan 11142,03 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. İddiaçı ASC-nin əməkdaşları hər ayCavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesabfaktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Aşağıdakı hüquqi əsaslara görə iddia tələbi təmin edilməlidir: Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-cı İl tarixli, 18 saylı qəranı ilə təsdiq edilmiş “Eləktrik ənərisindən istfadə Qaydalar”ın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enərisının haqqını əneritəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim ediklikdən sonra bir ay müddətində ödəməlidir. Ona görə də Cavabdeh istifadə etdiyi elektrik enerijisi üzrə yaranmış 11142,03 (on bir min yüz qırx iki manat üç qəpik) manat manat borc və ödənilmiş 124,0 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutılaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdarlar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, ünvan 1 ünvanına, cəmi 11142,03 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışdan görünür ki, abonent kodu **********A0013 olan Cavabdeh elektrik enerjisindən istifadəyə görə 2001-ci il tarixdən hazırki günədək cəmi 11142,03 manat məbləğində borcu yranmışdır. İş materiallarına əlavə edilmiş 14.09.2020-ci il tarixli, 196939 saylı aktın sürətindən görünür ki, yoxlama zamanı sayğacın qrifinin əriməsi müəyyən edilmişdir və sayğac yenisi ilə əvəz edilməlidir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 124,4 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, ünvan 1 ünvanına ümumilikdə 11142,03 manat borc enerjidən istifadəyə görə borc hesablanmışdır ki, həmin 11142,03 manat borc ümumi borcdan (12586,69 -1444,79) ödədiyi 1444,79 manat ödəniş nəzərə alınmaqla yekun nəticdə qalan borcdur. Məhkəmə həmçinin qeyd edir ki, tələb olunan 11142,03 manat borcun 960,31 manatı 2016-2020-ci illərdə aktlar əsasında hesablanmış cərimə və 10181,72 manatı isə istifadə gücünə görə orta sərfiyyatla hesablanmış borcdur. Məhkəmə qeyd edir ki, sərfiyyata görə abonentə hesablanmış 10181,72 (ödənişlər nəzərə alınmaqla sərfiyyata görə hesablanmış borc) manat borc 30.12.2001-ci il tarixdən 05.10.2021-ci il tarixədək olan dövrü əhatə edir. Məhkəmə ilk öncə cavabdehə aktlar əsasında hesablanmış 960,31 manat borca münasibət qeyd edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə 2011-ci il tarixdə 648,78 manat, 2018-ci ilin may-iyun aylarında 260,59 manat aktlar əsasında borc hesablansada həmin aktlar iddia ərizəsinə əlavə olunmamışdır. Həmçinin iş materillarına əlavə olunmuş 14.09.2020-ci il tarixli, 196939 saylı aktın sürətindən görünür ki, yoxlama zamanı sayğacın qrifinin əriməsi müəyyən edilmiş və cavabdehə 50,94 manat borc hesablanmışdır. Məhkəmə 2011 və 2018-ci il tarixlərdə cavabdehə aktlar əsasında borc hesablansa da həmin borcun hesablanmasına əsas olmuş aktlar məhkəməyə təqdim olunmadığından hesab edir ki, qeyd olunan aktlar əsasında hesablanmış borc cavabdehdən tələb edil bilməz. Bundan başqa cavabdehə 2020-ci il tarixdə akt əsasında 50,94 manat borc hesablansada məhkəmə hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda iddiaçı əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. İddiaçı tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş 14.09.2020-ci tarixli aktdır (02.08.2011-ci il, 14.05.2018-ci il və 27.06.2018-ci il tarixlərdə cərimənin hesablanmasına əsas olmuş akt larməhkəməyə təqdim olunmadı). 14.09.2020-ci tarixli akt qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən aktlar əsasında hesablanmış cərimə silinməlidir. Məhkəmə hesab edir ki, cavabdeh sayğacda pozuntu halının yarandığından istifadəçi tərəfindən elektrik enerjisindən qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında elektrik enerjisinin bərpasına görə zərərin yaranmasına tələb etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçıdan tələb olunan 960,31 manat məbləğində borcun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçı üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçıdan tələb edilən sərfiyyata görə hesablanmış 10181,72 manat (11142,03 – 960,31) borcun 9020,79 manatı 2016-cı ilin noyabr ayınadək, 1160,93 manatı isə 2016-cı ilin noyabr ayından hazırki vaxtadək hesablanmış borcdur. Məhkəmə yuxarıda göstərilənri ümumiləşdirərk hesab edir ki, abonentə 2016-cı ilin noyabr ayınadək hesablanmış borc müddətin keçməsinə görə abonetdən tələb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Qanunvericiliyin tələbindən görünür ki, iddiaçı təşkilat abonentə 2016-cı ilin noyabr ayınadək hesablanmış borcla bağlı vaxtında istər qaydaların tələblərinə əsasən hər hansı bir tədbir görməmiş, istərsə də mülki qanunvericiliyin tələblərinə əsasən həmin dövlər üçün yaranmış borc məbləğini göstərilən müddət ərzində tələb etməmədiyindən həmin tələblərin qüvvəsi itmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 2016-cı ilin noyabr ayınadək hesablanmış borc üzrə tələbetmə müddətləri keçdiyindən silinməli, 2016-cı ilin noyabr ayından hazırki iddia tələbi ilə müraciət edilən vaxtadək olan borc məbləği (yəni son 5 illik müddət üçün) 1160,93 manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən 2016-ci ilin noyabr ayından bu vaxtadək ümumilikdə 273,0 manat ödənişlər edilmişdir ki, həmin ödənişlərdə qanunvericiliyin tələbinə uyğun olaraq ilk öncə köhnə borclardan silinməli olduğundan iddiaçı təşkilat tərəfindən ilk öncə köhnə borclara silinmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.2-ci madəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış 1160,93 manat məbləğində borc tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 124,4 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 15,0 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 109,4 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə İddiaçı Açıq Səhmdarlar Cəmiyyətinin xeyrinə Cavabdeh 1160,93 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 15,0 manat olmaqla, ümumilikdə 1175,93 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh elektrik enerjidən istifadəyə görə yaranmış 1160,93 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 15,0 manat olmaqla, ümumilikdə 1175,93 (min yüz yetmiş beş manat, doxsan yeddi qəpik) tutularaq iddiaçı “İddiaçı Açıq Səhmdarlar Cəmiyyətinin hesabına ödənilsin. 109,0 manat məbləğində dövlət rüsumunun qalığı iddiaçı “İddiaçı Açıq Səhmdarlar Cəmiyyətinə aid edilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar