Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2850/2024 05.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xosrov oğluna qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xosrov oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7200 manat məbləğində borcun və məhkəməyə iddia qaldırıması üçün ödənilmiş 92 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 və Cavabdeh1 Xosrov oğluna qarşı Nizami RPİ-nin 25-ci Polis şöbəsinə dələduzluq cinayəti ilə bağlı müraciət etmişdir. Müraciətində qeyd etmişdir ki, 2023-cü ilin avqust ayının əvvəllərində Cavabdeh1 tanışı Cavabdeh2 Bayoğlan ilə birlikdə onun işlətdiyi ünvan 1 ünvanında yerləşən “Sultan hamam” adlı obyektinə elektrik enerjisinə qənaətedici sistem quraşdıracağı adı ilə ona köməklik edəcəyini vəd etdiyi üçün həmin şəxslərə inanmış, 2023-cü ilin avqust-sentyabr aylarında hissə-hissə ümumilikdə 7200 manat pulu ünvan 1 ünvanında yerləşən “Sultan hamam”ın daxilində olan zaman özünə maxsus "xxxx" ASC-nin bank kartından Cavabdeh2 adına olan "xxxx" ASC-yə aid bank kartına 3000 manat, ünvan 1 ünvanında yerləşən “Sultan hamam”ın daxilində isə Cavabdeh1 və Cavabdeh2 əlbəəl 4200 manat pul vermiş, lakin Cavabdeh1 və Cavabdeh2 ona vəd verdikləri işi yerinə yetirməyərək ona qarşı dələduzluq etmişdirlər. Cavabdehlər ona adıçəkilən obyektə elektrik enerjisinə qənaətedici sistem quraşdıracağı adı ilə ona köməklik edəcəkləri vədini verdiklərini etiraf etmişdirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, X1 və Cavabdeh2, İddiaçı məxsus ünvan 2 ünvanda verləşən "Sultan Hamam" adlı obyektə günəş enerjisi ilə işləyən sistemin quraşdırılması üçün aldıqları ümumilikdə 7200 (yeddi min iki yüz) manatı, keyfiyyətsiz iş görmələri nəticəsində sonuncunun Cavabdeh1 Xosrov oğlu və Cavabdeh2 qarşı olan pul tələbi ilə bağı aralarında yaranmış münasibətlər mülki hüquq xarakterlidir və mülki məsuliyyət yaradan bir hüquqi məsələsi olması müəyyən edümişdir. Bu da öz həllini məhkəmə qaydasıda tapmalıdır. Daha sonra İddiaçı “iddia tələbinin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlərdən Cavabdeh1 Xosrov oğlu 1000 manat məbləğində pul vəsaitini ona qaytarmışdır. Qeyd edilənlərinə əsasən cavabdehlərdən 6200 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdehlərlə özünə məxsus “Sultan hamam” adlı obyektinə elektrik enerjisinə qənaətedici sistem quraşdırılması ilə bağlı razılığa gəlinmişdir. Razılığa əsasən ödənişin 3000 manat hissəsini Cavabdeh2 məxsus bank kartına göndərmiş, qalan 4200 manatı isə hissə-hissə cavabdehlərə vermişdir. Həmçinin cavabdehlərdən Cavabdeh2 özü etiraf etmişdir ki, elektrik enerjisinə qənaətedici sistem quraşdırılması ilə bağlı ödənişi alsalar da işi yekunlaşdırmamışlar. Bununla yanaşı Cavabdeh1 onun tərəfindən cavabdehlərə ödənilmiş pulun 1000 hissəsini ona qaytarmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçıya məxsus “Sultan hamam” adlı obyektdə 3 ildir ki, kassir kimi işləyir. Təxminən 2023-cü ilin avqust ayında müdirin tapşırığına əsasən kassadan 4200 manat götürərək cavbadeh Cavabdeh2 vermişdir. Cavabdeh2 isə digər Cavabdeh1 vasitəsi ilə tanımışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçıya məxsus “Sultan hamam” adlı obyektdə administrator kimi faəliyyət göstərir. Cavabdehlərdən Cavabdeh1 arada obyektə gəlib usta kimi işləyirdi. Həmçinin iddiaçı cavabdehlərlə obyektə elektrik enerjisinə qənaətedici sistem quraşdırılması ilə razılığa gəlmişlər və cavabdehlər təxminən 7000 manat vəsait lazım olduğunu bildirmişlər. Təxminən 1 ay yarım ərzində cavabdehlərə ödəniş edilmişdir. Lakin razılığa əsasən görülməli olan iş həyata keçirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlərə qanunla müəyyən edilmiş qaydada bildiriş eləcə də sms bildirişi göndərilməklə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər, iddiaçı isə məhkəmə iclasında ərizə ilə müraciət edərək, işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir və məhkəmənin 05 sentyabr 2024-cü il tarixli qərardadı ilə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçıın izahatını dinləyib eləcə də mülki iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı müraciətində bildirmişdir ki, 2023-cü ilin avqust ayının əvvəllərində Cavabdeh1 tanışı Cavabdeh2 ilə birlikdə onun icarəyə işlətdiyi ünvan 3 ünvanında yerləşən «Sultan hamam» adlı obyektinə elektrik enerjisinə qənaət edici sistem quraşdıracağı adı ilə ona köməklik edəcəyini vəd etdiyi üçün həmin şəxslərə inanmış, 2023-cü ilin avqust-sentyabr aylarında hissə-hissə ümumilikdə 7200 manat pulu ünvan 3 ünvanında yerləşən «Sultan hamam»ın daxilində olan zaman "xxxx" ASC-yə məxsus 4169 7388 3822 5823 nömrəli bank kartından Cavabdeh2 adına olan "xxxx" ASC-yə aid 5261 6333 3665 7599 nömrəli bank kartına 3000 manat, ünvan 3 ünvanında yerləşən «Sultan hamam»ın daxilində Cavabdeh1 və Cavabdeh2 əlbəəl isə 4200 manat pul vermiş, lakin Cavabdeh1 və Cavabdeh2 ona vəd verdikləri işi yerinə yetirməyərək ona qarşı dələduzluq etmişdirlər. Faktla bağlı izahatı alınmış Cavabdeh2 izahatında bildirmişdir ki, Cavabdeh1 təxminən 2 il olar ki, tanıyır. Cavabdeh1 kamera quraşdırma işi ilə məşğul olur. O, Cavabdeh1 ilə Binə qəsəbəsində tanış olmuşdur. Belə ki, o elektrik işlədiyi üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində elektrik enerjisinə qənaət edici sistem quraşdırmışdır. O Binə qəsəbəsində həmin işi icra edərkən Cavabdeh1 ilə orada tanış olmuşdurlar. Qulu ilə tanış olduqdan sonra Qulunun təhlükəsizlik kameraları quraşdırma işi ilə məşğul olmasını öyrənmişdir. Qulu söhbət əsasında ona bildirdi ki, ünvan 3 ünvanında yerləşən "Sultan hamam" adlı obyekt vardır. Həmin obyektin sahibi İddiaçıdur. Hal-hazırda İddiaçı obyektinə kamera sistemləri quraşdırır. Cavabdeh1 hazırda obyektinə kamera quraşdırdığı İddiaçı imkanlı şəxs kimi ona tanıtmış və həmin obyektə elektrik enerjisinə qənaət edici sistem quraşdırmağı, əldə edilən gəlirə onunla birgə şərik olmağı təklif etmişdir. Qulu ona özünün əvvəlcədən Alim ilə bu barədə danışdığını və Alimin onları gözlədiyini demişdir. O da, Cavabdeh1 ilə razılaşmışdır. Özünün həmin obyektə sistem quraşdırmaq məqsədi olmayıb. Həmin ərəfədə təcili borclarını bağlamaq üçün ona pul ehtiyacı olub. Cavabdeh1 ilə İddiaçı obyektinə getmişdir. Həmin vaxtı İddiaçı ilə görüşmüşdür. Alim, ona bildirmişdir ki, Qulu onun onun Binə qəsəbəsində quraşdırdığı sistem haqqında əvvəlcədən danışıb. Həmin gün aralarında olan söhbət əsasında İddiaçı ondan nəyin necə olacağını və sistemi quraşdırdıqdan sonra necə işləyəcəyini soruşub, o da, İddiaçı bu haqda məlumat vermişdir. Obyektə baxdıqdan sonra Cavabdeh1 ilə aralarında olan söhbət zamanı o, Quluya həmin obyektə elektrik enerjisinə qənaət edici sistemin quraşdırılmasının 5000 (beş min) manat başa gələcəyini Quluya demişdir. Söhbət zamanı Qulu ona, İddiaçı ilə qiymət haqqında özünün danışacağını, Alimə həmin işin 8000 manata başa gələcəyini deyəcəyini, həmin vaxt dediyi məbləği Alimin yanında təsdiq etməsini ondan istəmişdir. Sonradan Qulu əvvəlcədən razılaşdıqları kimi Alim ilə qiymət barədə danışmış, həmin vaxt Qulu Alimə 8000 manat məbləğ dedikdən sonra o Qulunun dediklərini Alimə Cəfərliyə təsdiq etmişdir. Qulu və o işə başlamaq üçün avadanlıq almaq məqsədi ilə birlikdə İddiaçı 3000 manat pul istəmişdirlər. 2023-cü ilin avqust ayında o və Qulu obyektdə olan zaman İddiaçı də ona məxsus "Rabitə bank ASC" tərəfindən verilmiş 5261 6333 3665 7599 saylı bank kartına 3000 (üç min) manat pul köçürmüşdür. Həmin vaxtı Qulu ona bu işi İddiaçı ilə özü danışıb razılaşdığı deyib, həmin üç min manatının 1000 manatını ona verməli olduğunu demişdir. O da, həmin obyektdə İddiaçı onun kartına köçürdüyü 3000 manat puldan 1000 manatını Cavabdeh1 'Kapital Bank" ASC-yə aid bank kartına köçürmüşdür. Daha sonra Qulu ilə birlikdə obyektdən çıxmışdırlar. O, Alimin ona göndərdiyi puldan geridə qalan 2000 manat puldan 1000 manatını işə başlamaq üçün avadanlıqlar almaqdan ötrü ayırmış, yerdə qalan 1000 manat pul ilə başqa borclarını ödəmişdir. İddiaçı aldığı puldan, "Sultan hamam"-a quraşdırmaq üçün 1000 manatlıq avadanlıq almışdır. Hal-hazırda həmin avadanlıqlar İddiaçı obyektindədir. Lakin, həmin avadanlıqlar işləmir. Həmin obyektə quraşdırılacaq sistemə lazım olacaq akkumulyatorun alınması üçün Alim sonradan Quluya əlavə 1000 manat pul vermişdir. Qulu da həmin 1000 manata "Sədərək bazarı" adlanan ticarət mərkəzindən akkumulyator almışdır. Sonradan isə Qulu həmin akkumulyatoru 1200 manata satmışdır. Bundan sonra o pulu xərclədiyi üçün həmin obyektə əlavə lazım olan avadanlıqları ala bilmədiyini, Gəncə şəhərində həmin avadanlıların satıldığını, həmin şəhərdən lazımi avadanlıqları nisyə götürüb onun obyektinə quraşdıra biləcəyini, avadanlığın işləyəcəyi təqdirdə qalacağını, bunun üçün əlavə olaraq 19090 manat pul ödəməli olduğunu İddiaçı demişdir. Daha sonra İddiaçı Cavabdeh1 ilə məsləhətləşdikdən sonra bu barədə ona razılıq vermişdir. Bundan sonra o, Qulu ilə birlikdə Gəncə şəhərinə getmişdirlər. Gəncə şəhərində Qulu ilə birgə həmin obyektə lazım olan avadanlıqları götürüb Bakı şəhərinə gətirmişdirlər. O həmin avadanlığı "Sultan Hamama" quraşdırmışdır. Lakin, həmin avadanlıq qeyd olunan obyektdə bir həftə işlədikdən sonra isə avadanlıq işə düşməmişdir. Bundan sonra Qulu ilə birlikdə Gəncə şəhərinə gedib, həmin yanmış avadanlıqları Gəncə şəhərində aldıqları adama geri qaytarmışdırlar. Bundan başqa Qulu həmin obyekt üçün aldığı akkumulyatoru 1200 manata satmışdır. Daha sonra həmin 1200 manat pulun necə olduğundan xəbəri yoxdur. Əlavə olaraq bildirir ki, həmin obyektə avadanlıqları quraşdırdığı üçün zəhmət haqqı olaraq ona 270 manat pulu Alim vermişdir. O Alimdən həmin iş üçün cəmi 3000 manat pul almışdır. Qalıq 4200 manat puldan xəbəri yoxdur. Sonradan Cavabdeh1 onun adından istifadə edib Alimdən pul almasını bilmişdir. Faktla bağlı izahatı alınan Cavabdeh1 Xosrov oğlu izahatında bildirmişdir ki, İddiaçı Teyyub oğlunun, onun və Cavabdeh2 barəsində yazmış olduğu ərizənin məzmunu ilə tanış olmuşdur. İddiaçı ünvan 4 ünvanda yerləşən "Sultan" adlı hamamın sahibidir. 0, Alimi 2013-cü ildən tanıyır. Aqili isə təxminən bir ildir ki, elektrik kimi tanımışdır. O özü təhlükəsizlik kameralarının quraşdırılması işi ilə məşğul olur. Alim ilə münasibəti və tanışlığı oradan yaranmışdır. Belə ki, Alim ona, özünə aid bir neçə obyekt təhlükəsizlik kameraların quraşdırma işlərini həvalə etmişdir. O ara-sıra "Sultan" adlı hamamda olan kameraların baxımın etmək üçün həmin obyektə gedib. 2023-cü ilin avqust ayında, dəqiq xatırlamadığı tarixdə o "Sultan" hamama, kameraları yoxlamaq üçün getmişdir. Həmin gün Cavabdeh2 ilə birlikdə həmin obyektə getmişdir. Aqil işsiz olduğu üçün həmin ərəfələrdə ona kömək etmək üçün yanında gəzirmiş. Həmin vaxt İddiaçı ilə aralarında olan söhbət zamanı o yanında gələn Aqil adlı şəxsi Alimə və işçilərinə günəş enerjisi əldə etmək üçün panellər quraşdırmaqda bacarığı olan şəxs kimi təqdim etmişdir. Söhbətin davamında Alimə təklif etdilər ki, hamamın enerji sərfiyyatına olan xərcləri azaltmaq məqsədi ilə günəş enerjisi əldə etmək üçün panelləri Aqil onun obyektinə quraşdırsın. Alim bu barədə atası ilə məsləhətləşdikdən sonra cavab verə biləcəyini dedi. Bundan təxminən iki gün sonra Alim onu və Aqili həmin işlə bağlı söhbət etmək üçün "Sultan hamama” dəvət etmişdir. Həmin yerdə Aqil ilə Alimin arasında günəş enerjisi panellərin qurulub tam təhvil verilməsi üçün 8000 (səkkiz min) manat pul tələb olunduğunu Aqil İddiaçı demişdir. Həmin məbləğə avadanlıqların və zəhmət haqqı daxil idi. O həmin işin Aqil tərəfindən tam təhvil verilməsinə, Aqilin keyfiyyətli iş görməsinə cavabdeh olduğunu Alimə demişdir. Alim həmin vaxtı ona Aqili nəzərdə tutaraq "bax Qulu mən bu adamı tanımıram. Mən bu adama pul versəm, bir problem olsa səni tanıyıram" demişdir. O isə cavabında həmin iş ilə bağlı Aqilə cavabdeh olduğunu demişdir. Bundan sonra Alim Aqilə tam olaraq etibar etdi və Aqilin istifadəsində olan bank kartına, özünün istifadəsində olan bank kartından ilkin olaraq avadanlıq alması üçün 3000 (üç min) manat pul köçürdü. Həmin gün Aqilin yanından çıxdıqdan sonra Aqil ona özünün kartından pul nağdlaşdıra bilmədiyini deyib, onun adına "xxxx" ASC tərəfindən verilmiş **********831010 saylı bank kartına 900 manat pul göndərmişdir. Bundan sonra o Aqil ilə birlikdə bankomata ona məxsus kartı daxil edib, həmin 900 manat pulu nağdlaşdırmışdırlar. Həmin 900 manat pulun 500 manatlıq hissəsi ilə o Aqil ortaq tanışları Səbuhi adlı şəxsə olan borcunu qaytarmış, yerdə qalan 400 manatı isə ona vermişdir. O həmin 400 manatı öz şəxsi işləri üçün xərcləmişdir. Alimin bundan sonra həmin iş üçün Aqilə nə qədər pul verməsindən xəbərsizdir. Bundan sonrakı günlərdə o Aqil ilə birlikdə Gəncə şəhərindən günəş panelləri və panelləri tənzimləyən inventar aparatını nisyə alıb "Sultan" adlı hamama gətirmişdirlər. Gəncə şəhərində həmin malları aldıqları şəxs ilə aralarında olan razılığa əsasən həmin panellər işləməyəcəyi təqdirdə geri qaytaracaqları, işləyəcəkləri təqdirdə isə malı satan şəxsə 1900 manat pul göndəriləcəyi barədə razılaşmışlar. Gəncə şəhərindən qeyd olunan malları və əlavə Aqilin sifarişi ilə Bakı şəhərindən elektrik şiti, elektrik ayırıcı cihaz, elektrik kabeli alıb, hamam gətirmişlər. Həmin əşyaların alınmasında o iştirak etməmişdir. Növbəti gün Aqil və o hamam gəlib, akkumulyator alınmalı olduğunu Alimə demişdirlər. Alim bu barədə razılıq verdikdən sonra o, "Sədərək" ticarət mərkəzində akkumulyator satan şəxs ilə danışıb, qiymətin 1000 manata olmasını dəqiqləşdirmiş, bundan sonra Alim özü ona 1000 manat pul vermişdir. O həmin gün 1000 manatı aldıqdan sonra özü tək "Sədərək" ticarət mərkəzinə gedib, həmin akkumulyatoru almış və hamama gətirmişdir. Həmin gecə Aqil Gəncədən gətirdikləri panelləri hamamın damına yoxlamaq üçün düzmüş və kabelləri çəkmişdir. Növbəti gün səhər Aqil akkumulyatoru inventora qoşub, beləliklə dama düzülən panelləri fəaliyyətə başlatmaq istəyərkən partlayış baş vermişdir. Partlayış nəticəsində inventorlar sıradan çıxmışdır. Həmin vaxt o da, hamamda olmuşdur. Cavabdeh2 izahatında guya onun Aqilin adından istifadə edərək Alimdən əlavə pullar alması, Alimdən ilk gün aldığı 3000 manat pulun 1000 manatının onun tərəfindən alınması barədə dedikləri tamamilə yalandır. Həmin vaxt öz ailə üzvlərinin müalicəsi ilə bağlı pula ehtiyacı olduğundan Alimin ilkin olaraq verdiyi 3000 manat pulun 400 manatını Aqildən qəbul edib, xərcləmişdir. O özü həmin iş ilə bağlı şəxsən nə alimdən, nədə ki, Alimin işçilərindən hər hansı bir məbləğdə pul almamışdır. "Sədərək" ticarət mərkəzindən alınan 1000 manat dəyərində akkumulyator istisna olmaqla heç bir vaxt Aqilin Alimə məxsus hamamda iş görməsi üçün avadanlıq almağa tək getməmişdir. Aqil ilə birlikdə Gəncə şəhərindən avadanlıq almağa getmişdir. Avadanlıq yararsız olduğu üçün sonradan özü həmin avadanlığı yük avtomobilinə yükləyib, Gəncə şəhərində mal aldıqları adama təhvil vermişdir. Gəncə şəhərində gedərkən "Sədərək" ticarət mərkəzindən alınan 1000 manat dəyərində akkumulyatoru da, özü ilə aparmış, orada həmin akkumulyatoru Zabil adlı şəxsə 1200 manata satmışdır. Həmin pulun 1000 manatlıq hissəsini Bakı şəhərinə qayıdandan sonra Alimin kart hesabına göndərmişdir. 200 manat ilə Gəncə şəhərində olan xərclərini ödəmişdir. İşlər tam pozulduqdan sonra hamamda qalan avadanlıqları satmaq, bu yolla Alimə dəyən ziyanın bir hissəsini aradan qaldırmaq üçün həmin avadanlıqları Alimin razılığı ilə "Sultan" adlı hamamdan götürmüşdür. Həmin avadanlıqların sonradan bir hissəsini sataraq əldə etdiyi 200 manat pulu da, Alimin kart hesabına göndərmişdir. Beləliklə işin faktiki halları ilə məyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən “Sultan Hamam” adlı obyektə günəş enerjisi ilə işləyən sistemin quraşdırılması üçün Cavabdeh1 ilə Cavabdeh2 tərəfindən tərəflərin arasında olan şifahi razılığın tələbləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən pozulmuş, əvvəlcədən razılaşdırılmış şəkildə keyfiyyətli sistemin quraşdırılması nəticəsində həmin günəş enerjisi ilə işləyən sistem qeyd edilən obyektdə vəd edildiyi kimi işləməmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına münasibətdə qeyd edir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründnüyü kimi ünvan 2 ünvanda yerləşən “Sultan Hamam” adlı obyektə günəş enerjisi ilə işləyən sistemin quraşdırılması üçün tərəflər arasında olan şifahi razılığın tələbləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən pozulmuş, əvvəlcədən razılaşdırılmış şəkildə keyfiyyətli sistemin quraşdırılması nəticəsində həmin günəş enerjisi ilə işləyən sistem qeyd edilən obyektdə vəd edildiyi kimi işləməmişdir. Bununla da cavabdehlər iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə cavabdehlərdən tutulmalı olan məbləğə münasibətdə bildirir ki, hazırda iddiaçı cavabdehlərə qeyd olunan işin yerinə yetirilməsi üçün 7200 manatın verilməsini bildirmiş, məhkəmə baxışı zamanı isə həmin məbləğdən 1000 manat hissəsini qaytarılmasını bildirməklə iddia tələbini 6200 manat hissədə müdafiə etmişdir. İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından isə görünür ki, hər iki cavabdeh faktla bağlı izahat verərkən, günəş enerjisi ilə işləyən sistemin quraşdırılması üçün 8000 manat tələb olmasını bildirmişlər. Həmçinin pulun 3000 manat hissəsi iddiaçı tərəfindən Cavabdeh2 məxsus bank kartına köçürülmüşdür. Göründüyü kimi şifahi razılığa əsasən 3000 manat vəsait iddiaçı tərəfindən Cavabdeh2 məxsus bank kartına köçürülmüşdür. Həmçinin Cavabdeh1 İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı həmin vəsaitdən 900 manat hissəsinin nağdlaşdırılaraq 400 manat hissəsin xərcləmişdir. Bundan başqa İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı, eləcə də şahid ifadələri ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh2 məxsus bank kartına köçürülmüş, 4200 manat vəsait isə hissə-hissə cavabdehlərə verilmişdir, həmçinin qeyd olunan vəsaitdən 1000 manat hissə Cavabdeh1 tərəfindən iddiaçıya qaytarılmışdır. Eyni zamanda Cavabdeh1 razılığa əsasən ona cəmi 400 manat pul çatmasını bildirsə də məhkəmə baxışı zamanı Cavabdeh1 tərəfindən 1000 manat vəsaitin iddiaçıya qaytarılmasını eləcə də iddiaçı tərəfindən ödənilmiş vəsaitin məhz hər iki cavabdeh tərəfindən istifadə edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, 6200 manat vəsait cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. Hazırki iş üzrə şahidlər iddiaçıdan tərəfindən dindirilsə də işin faktiki halları onu deməyə əsas verir ki, tərəflər arasında olan şifahi razılıq “Sultan Hamam” adlı obyektdə baş tutmuş və bu zaman orada çalışan işçilər də həmin razılığa şahidlik etmişlər. Belə olan halda məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmişdir. Digər tərəfdən Cavabdeh1 İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı 1200 manat vəsaitin iddiaçıya qaytarılmasını bildirsə də, iddiaçı yalnız 1000 manat vəsaitin ona qaytarılmasını qeyd etmiş, həmçinin qalan 200 manat vəsaitin iddiaçıya verilməsi barədə cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xosrov oğlundan müştərək qaydada 6200 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə isə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 92 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xosrov oğlundan müştərək qaydada 6200 (altı min iki yüz) manat və ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xosrov oğlu qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra qiyabi qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №e-2(003)-2850/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(003)-2850/2024
05.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver