Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-288/2025 08.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə İddiaçı X7 cavabdehlər Cavabdeh2 və X4 qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Azər oğlu cavabdehlər X6 və Cavabdeh2 qarşı “borc, vurulmuş maddi və mənəvi zərər” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X2 16800 manat pulun və 140 manat dövlət rüsumunun və vəkilə ödədiyi 320 manatın alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə tanışlığı olmuşdur. Belə ki, onu yaxın münasibəti olan X3 vasitəsi ilə tanımış və ona görə güvənərək onun vasitəsi ilə 2024-cü ilin əvvəllərində (təxminən mart-aprel ayları) Fayaz ondan banklara borclu olduğunu və bankın onu məhkəməyə verəcəyi təqdirdə onun işində problem olacağını borclarını bağlamaq üçün 16800 manat pula ehtiyacı olduğunu bildirdi. Elə bu niyyət ilə ondan istədiyi pulu Vüqara güvənərək vermişdir. Həmin vaxt Fayaz özəlyazması ilə 16800 manatı almağına və həmin pulu tərtib etdiyi cədvəl əsasında 24 aya ayda 700 manat olmaqla qaytaracağına dair qəbz yazaraq vermişdir. Lakin Fayaz söz verdiyi vədə əməl etməyərək nə may ayında, nə də hazırki günə keçən 4 ay müddətində 1 manat belə olsun borcunu qaytarmamışdır. Dəfələrlə ondan pulnu istədikdə hərdən bir bəhanə ilə imtina etməyə başlamışdır. Onun ailə üzvlərinə və ortaq tanışlarına bu barədə müraciət etdikdə onun xeyli maddi və mənəvi sıxıntılarının olduğunu bildirərək ona biraz da möhlət verməsini istəmişdirlər. Vüqar isə pulu alaraq ona qaytaracağına söz versə də, o da öz vədinə əməl etməmişdir. Onların bu hərəkətləri sayəsində ona xeyli zərər dəymişdir. Onun pulunu qaytarmaq istəmədiyindən polisə müraciət etdikdə isə polis ona borc işinə baxmadığını, məhkəməyə verməli olduğunu bildirdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh sonuncu dəfə ona bildirdi ki, nə bilirsən et, uzağı məhkəmə ondan hər ay 200 manat pul tutacaqdır.” Onun bu hərəkətlətisəbəbindən o, stress və əsəb çəkməklə insanlara olan inam və güvənini də itirmişdir. İddiaçı X9 məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakı olmadan baxılaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaçını tanımadığını bildirdi. Həmçinin borca dair qəbzi də o yazmayıb və imza etməyib. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh X6 məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki, pulu iddiaçı Fayaza verib, onunla heç bir əlaqəsi yoxdur. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 tərəfindən əlyazma qəbzdən (ödəniş cədvəlindən) görünür ki, “X1 Fayaz Rüstəm oğluna 16800 manat borc pul verirb. Pulun geri qaytarılması aşağıda göstərilmiş ödəniş cədvəli əsasında X10 ilə razılaşdırılmışdır. xx.xx.2024 tarixindən başlayaraq xx.xx.2025 tarixinədək hər ay cədvələ əsasən ödəniş olunmazsa, ödəniş gecikdiyi tarixdən 30 gün müddətinə pulun tam şəkildə qaytarılmasını Cavabdeh2 öz öhdəliyinə götürmüşdür və imza etmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/644 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Ekspertizaya təqdim edilmiş e-2(003)-288/2025 nömrəli mülki işin 31-ci vərəqində “Mən Cavabdeh2...” sözləri ilə başlayıb, “..Mətini özum yazdım öz imzamla təstik edirəm imza” yazıları və həmin yazıların qarşısındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Göründüyü kimi, cavabdehin borc götürməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi xx.xx.2025-ci il tarixli, 4/644 saylı rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Lakin məhkəmə iclasında müəyyən edildi ki, Həsənov Vüqar iddiaçıdan pulu almamışdır və bu işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdeh X4 münasibətdə iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 140,0 manat dövlət rüsumu tələbi hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 140,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə 140,0 manat zərər də Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddiaçının “vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona verilməsi” tələbinə də hüquqi qiymət verərək, bu tələbi əsassız hesab etmiş və təmin olunmamalı olduğu qənaətinə gəlmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfə həmin vəsaitin ödənilməsini təsdiq edən müvafiq maliyyə sənədinin (qəbzin) təqdim edilməsi tövsiyə edilsə də, iddiaçı tərəfindən bu tələbi əsaslandıran hər hansı sənəd sübut kimi təqdim edilməmişdir. İş materiallarında olan rəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri 127,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin olunduğundan aparılmış ekspertiza tədqiqatının dəyərindən 127,0 manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X5 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) keçirilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 16800,0 manat pulun, 140,0 manat dövlət rüsumu olmaqla, cəmi 16940,0 (on altı min doqquz yüz qırx manat) manat məbləğində pul alınaraq X8 ödənilsin. Ekspertiza tədqiqatının dəyərindən 127,0 manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X5 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) köçürülsün. İddia qalan hissədə təmin edilməsin Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-288/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-288/2025
08.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver