Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3028/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə, iddiaçının vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə olmaqla Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə olmaqla Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 90 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atasının dayısına məxsus Ağstafa rayonu, Kol Xəlfəli kəndində yerləşən torpaq sahəsini onun həyat yoldaşı Həsənova Müşgünaz, Hüseynova Könül və baldızı Hüseynova Sevinc satmaq niyyəti ilə onlarla əlaqə qurmuş və orada yerləşən torpağın qanuni sənədlə 12 sot olduğunu bildirmiş və qiymətini soruşduqda 7000 (yeddi min) manata aralarında razılaşmışlar. O, Könülə 7000 (yeddi min) manatı vermiş, o isə torpağın sənədlərini onlara vermişdir. Lakin onlara güvəndikləri üçün torpağın sənədlərini ondan alanda heç bir yazısına diqqət etməmişlər. Bir iki gün sonra torpağın sənədlərinə nəzər yetirdikdə torpağın 12 sot yox, rəsmi olaraq 6 sot olduğunu öyrənmişlər. Bundan sonra Könülə zəng edərək pulu geri qaytarmağını, torpağı almayacaqlarını bildirmişlər. Lakin, Könül ona pulu qaytarmayacağını, həmin pulu atasının xəstəliyinə, müalicəsinə xərclədiyini, torpağı nə vaxt satarsa o zaman qaytaracağını bildirmişdir. Ondan sonra o, Könülə pulun hara xərcləndiyinin ona aidiyyətinin olmadığını, onu aldatdığını onu məhkəməyə verəcəyini söylədikdə o, ona küçə söyüşləri ilə təhqir etmişdir. Könülün bu sözündən sonra onun əlyazmasına diqqət etdikdə görmüşdür ki, onları aldatmaq niyyəti olmuşdur ki, o əlyazmasında nə torpağın sotunu, nə də pulu almağının tarixini yazmamış və beləliklə onları aldatmışdır. Bundan əlavə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə bununla bağlı şikayət ərizəsi ilə müraciət etmiş və Cavabdeh izahatında pulu aldığını etiraf etmişdir. Sonra polis idarəsindən ona xx.xx.2024-cü il tarixli məktubuna əsasən bildirmişlər ki, bu iş mülki xarakterli işdi və məhkəməyə müraciət olunmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə iddia ərizəsinin təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, pulu özü şəxsən Könülə vermişdir. Bu zaman təqdim edilən sənədə baxmamışdır. Pul atasının olmuşdur. Sonradan sənədə baxan zaman bilmişdir ki, torpaq sahəsi 12 sot deyildir. Bu zaman Könüldən pulu qaytarmasını tələb etmişdir. O da bu barədə Hacı adlı şəxslə danışmalı olduğunu bildirmişdir. Qeyd olunanlar 2024-cü il tarixdə baş vermişdir. Könül pulu atasının müalicəsi üçün xərclədiyini bildirmişdir. Hacı deyilən şəxs qapısını dəyişmişdir. Onlar orada yaşamırlar. Atası həmin həyətdə böyüdüyü üçün həmin torpaq sahəsini almaq istəmişdir. Torpaq sahəsi nənəsinə məxsus olmuşdur. Cavabdeh tərəf notarius vasitəsilə alqı-satqı edilməsinə razı olmamışdır. Könül pulun verilməsini istəmiş və bunun müqabilində torpaq sahəsinə dair sənədi verəcəyini bildirmişdir. Cavabdeh məhkəməyə mülahizə ünvanlayaraq orada bildirmişdir ki, o, verilmiş iddia tələbi ilə razı deyil və iddia tələbini qəbul etmir. İddia tələbində göstərilənlər tamamilə təhrif olunmuş və həqiqəti əks etdirmir. Belə ki, İddiaçı anası X1 bibisi oğludur. O, dəfələrlə anasının Ağstafa rayonu, Kolxəlfəli kəndində atasından miras qalmış 4/24 hissədən ibarət torpaq sahəsini almaq istəsə də anası onun problemli adam olması səbəbindən torpaq sahəsini ona satmaq istəməmişdir. O, dəfələrlə alıcı qismində digər şəxslərin torpağı almaq üçün etdikləri müraciətlərin qarşısını aldığından, o cümlədən digər qohumların xahişi və təkidi əsasında anası öz payını adı çəkilən şəxsə satmışdır. O isə növbəsində digər payçını da razı salacağını və onun da torpaq sahəsini alacağını bildirmişdir. Belə ki, 12 mart 2024-cü il tarixdə o, cavabdehin anasını və xalasını təcili olaraq Ağstafa rayonuna çağırdı ki, torpaq sahəsini 7.000 (yeddi min) manata alır. Torpaq sahəsinin alqı-satqısı üçün notariat ofisinə gedilsə də pulun özündə yox, qızında olmasını bildirmişdir. Buna görə də, həmin tarixdə alqı-satqı müqaviləsi baş tutmadığından anası Bakıya geri qayıtmalı olmuşdur. Üstündən 3 gün keçəndən sonra Lətifə anasına zəng vurdu ki, pulu götürüb sənədləri onlara versin. Anası da ondan xahiş elədi ki, sənədləri verib pulu Lətifədən götürsün. O da öz növbəsində sənədləri, yəni torpağın çıxarışını, etibarnaməni və anasının dilindən yazılmış kağızı Lətifəyə təqdim etmişdir. O da pulu ona vermiş, o isə öz növbəsində həmin pulu anasına təhvil vermişdir. Bu bildirdikləri anası ilə Lətifə arasında olan whatsapp yazışmalarında da öz əksini tapmışdır. Sonradan İddiaçı digər payçı X5 ilə razılığa gələ bilmədiyi üçün verdiyi pulu geri tələb etməyə başlamışdır. Çünki Hacı da öz payını 7.000 (yeddi min) manata satırdı. Lətif isə onun payını 4000 manata almaq istədiyi üçün aralarındakı razılaşma mümkün olmamışdır. Münasibətlər pozulandan sonra anası torpaq sahəsinin Lətifin özünün həmin torpaq sahəsini məcburi almaq istədiyini və alqısatqının baş tutmamasının onun öz günahı olduğunu, lakin bununla belə torpaq satıldıqdan sonra onun pulunu geri qaytaracağını bildirmişdir. Bugün də adıçəkilən şəxs həmin torpaq sahəsinin alınmasına maneçilik törədərək torpaq sahəsinin onun olduğunu bildirərək satılmasına imkan vermir. Anası isə Bakı şəhərində yaşadığı üçün adı çəkilən qanunsuz əməllərinin qarşısını almaqda acizdir. Hazırda hansı əsasla ondan pul tələb olunur bu da ona bəlli deyil. O, İddiaçı nə pul məbləği almış, nə də ki, ona hər hansı bir vəd vermişdir. Bu barədə aralarında heç bir razılıq və razılaşma olmamışdır. Həmin torpaq sahəsini ona anası satmışdır. Lətifə Lətifin qızı olaraq onun adından pulu təqdim etdiyi kimi o da anasının adından pulu alaraq anasına təqdim etmişdir. Pulu da anasının xahişi ilə qızı Nümayəndə götürüb anasına vermişdir. Adı çəkilən şəxs həm pulu istəyir, ancaq anasına məxsus pay torpağını da əkib-becərərək ordan gəlir götürür. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, hər iki tərəf yaxın qohumdurlar. Torpaq sahəsi Lətifin nənəsindən miras qalmış pay torpağıdır. Polis orqanlarında verilən izahatda Könülün pulu alması bildirilmir. Tərəflər arasında heç bir müqavilə imzalanmamışdır. Könül yalnız vasitəçi kimi pulu qəbul etmişdir. Hal-hazırda torpaq sahəsi iddiaçının istifadəsindədir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, cavabdeh onun qızı, iddiaçı isə bibisi oğludur. Torpağın mülkiyyətçisi odur. Sənədlər onun və bacısının adınadır. Lətif torpaq sahəsini almaq istəyirdi. O, Lətifə satmaq istəmirdi. Daha sonra əri xəstələnmişdir. Müalicəsinə pul lazım olmuşdur. O da məcbur qalaraq torpaq sahəsini Lətifə satmışdır. Qızı Könül Bakıya gedərək 7000 manat pulu götürmüşdür. Daha sonra isə digər şəriklə yola getmədikləri üçün pulu qaytarmalarını tələb etmişlər. Məhkəmə iddiaçının və cavabdehin vəkilinin, müstəqil tələb irəli sürməyən şəxsin izahatını, şahid ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ƏMDK DƏDKR publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən sahəsi 0,29 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən sahəsi 49,50 kv.m olan fərdi yaşayış evində hüquq sahibləri X2 (fərdi yaşayış evi 4/12 hissə, torpaq sahəsi 4/24 hissə), X3 (fərdi yaşayış evi 1/12 hissə, torpaq sahəsi 1/24 hissə) və X4r (fərdi yaşayış evi 7/12 hissə, torpaq sahəsi 19/24 sahəsi). - X2 tərəfindən verilmiş və onun özü və Cavabdeh tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, onlar bildirmişlər ki, ünvan 1ində yerləşən atalarından miras qalan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin, həmçinin pay torpağının onlara məxsus olan hissəsini bibisi oğlu İddiaçı 7000 manata satmışlar və pulu da tam şəkildə almışlar. Bununla bağlı gələcəkdə ona qarşı heç bir iddia və tələbləri olmayacaqdır. - Cavabdeh tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 25-ci PB-nə verilmiş izahatından aydın olur ki, o, anasının satdığı torpaq sahəsinin qzrşılığında 7000 manat pulu aldığını etiraf etmişdir. - Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi Turab Paşayev tərəfindən Nümayəndə ünvanlanmış məktubun surətindən görünür ki, onların ərizəsi mülki xarakterli olduğundan DİN-nin müvafiq əmrinə əsasən mülki xarakterli ərizə və müraciətlər baxılmadan işə alınır. Faktla əlaqədar aidiyyatı məhkəmə orqanına müraciət edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hüquqla yüklü edilmiş torpaq sahəsi İddiaçı şifahi olaraq 12 sot nəzərdə tutulmaqla 7000 manata satılmışdır. Lakin, aralarında hər hansı alqı-satqı müqaviləsi rəsmiləşdirilməmiş, daşınmaz əmlakın dövlət reyestr xidmətinə bu barədə məlumat daxil edilməmişdir. Sonradan iddiaçı ona deyilən torpaq sahəsinin əslində 12 sot yox, 6 sot olduğunu öyrəndikdən sonra fikrindən daşınaraq pulunun geri qaytarılmasını tələb etmişdir. Pulun cavabdeh tərəfindən alınması sonuncunun özü tərəfindən də bu barədə ərizəyə qol çəkilməklə etiraf edilmişdir. Lakin, cavabdeh pul məbləğini şəxsi ehtiyaclar üçün xərclədiyini bildirərək onu geri verməkdən imtina etmişdir. Məhkəmə cavabdeh tərəfin iddiaçının torpaq sahəsinə faktiki sahiblik etməsi mülahizəsinə münasibətdə qeyd edir ki, iddiaçının torpaq sahəsindən faktiki istifadə etməsi hazırkı iddia tələbinin rədd edilməsi üçün əsas deyildir. Belə ki, cavabdeh tərəfindən pul məbləği iddiaçıdan alınmış, lakin rəsmi olaraq iddiaçı onun müqabilində torpaq sahəsinə hər hansı hüquq əldə etməmişdir. Beləliklə də, məlum olur ki, cavabdeh müəyyən məbləğdə pul vəsaitini iddiaçıdan almış, lakin öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, bununla da əsassız varlanmışdır. Hazırkı halda isə cavabdhin əsassız varlanması iddiaçının əmlak hüquqlarına qəsd edərək ona maddi ziyan vurmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsası olmadan iddiaçıya məxsus pul vəsaitini özündə saxladığından iddia ərizəsi əsaslıdır ona görə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh 7000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 90 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 7000 manat və ödənilmiş dövlət rüsumuna görə 90 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-3028/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3028/2024
17.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver