Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-305/2024 05.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Bakı şəhəri Cavabdeh1 icra məmuru X*, Cavabdeh2 MMC-nin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Cavabdeh2 MMC-yə qarşı hərracın keçirilməsinə dair protokolun etibarsızlığı, əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı, veriləcək çıxarışın ləğvi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş e-2(006)-19*9/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair 18.09.202*-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və həmçinin "xxxx" MMC-nin X7 1*0 nömrəli 18.09.202*-cü il tarixli protokolun etibarsız sayılması və cavabdehlərdən dövlət rüsumunun əvəzi olaraq 100 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e- 2(006)-19*9/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan 90000 manat əsas borc, 27000 manat məbləğində faiz borcu, 4500 manat məbləğində dəbbə pulu olmaqla cəmi 121500 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan və ona məxsus ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ona məxsus ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiymətinin *00000 (üç yüz min) manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən cəmi 121500 manat məbləğində pul iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin ona qaytarılması, ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m olan fərdi yaşayış evin açıq hərracdan satıldıqdan sonra həmin fərdi yaşayış evi tərəfindən 1 ay boşaldılması qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-19*9/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiymətinin həddindən artıq aşağı müəyyən edilməsi və həmçinin əsas borca hesablanmış faiz və dəbbə pulunun miqdarından narazı olduğu üçün ondan apellyasiya şikayəti vermişdir. Lakin məhkəmə proseslərindən vaxtında məlumat almamış və bu səbəbdən məhkəmə proseslərində iştirak etməyərək müvafiq vəsatətlərini verə bilməmişdir. Bunun nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(10*)-**21/202* saylı 24.05.202*-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)- 19*9/2022 saylı xx.xx.2022-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmək istəyir ki, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün göndərilən məhkəmə bildirişləri ona çatdırılmamış və buna görədə məhkəmə proseslərindən xəbəri olmamış və bu səbəbdən apellyasiya instansiya məhkəməsində vəsatətlər verə bilməmiş və şikayəti təmin olunmamışdır. Bundan sonra, 01.06.202*-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(10*)-**21/202* saylı 24.05.202*-cü il tarixli qətnaməsi həm nümayəmdəsi və eyni zamanda vəkili olan Çingiz Məmmədovun "Elektron Məhkəmə" Sistemində yaradılmış şəxsi kabineti vasitəsi ilə ona təqdim olunmuş və tərəfindən 28.07.202*-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(10*)-**21/202* saylı 24.05.202*-cü il tarixli qətnaməsindən "Elektron Məhkəmə" Sistemi vasitəsi ilə kassasiya şikayəti verilmişdir. *1.07.202*-cü il tarixdə isə kassasiya şikayətinin bir surətini də Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə də məlumat üçün təqdim etmişdir. Bununla əlaqədar olaraq qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qətnamədən iki ay müddətində kassasiya şikayəti verilə bilər. Yəni Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 405.0.1-ci maddəsindən belə nəticəyə gəlmək olar ki, cavabdeh tərəf olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(10*)- **21/202* saylı 24.05.202*-cü il tarixli qətnaməsindən 01.08.202*-cü il tarixdədək kassasiya şikayəti vermək hüququ olmuşdur. Qeyd etiyi halları nəzərə almadan, heç bir araşdırma aparmadan və kassasiya şikayətinin surəti rəsmi qaydada icra şöbəsinə təqdim etməsinə baxmayaraq Bakı şəhər Cavabdeh1 rəisi İdris Həsənquliyevin imzası ilə müvafiq qərar qəbul olunaraq mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m olan fərdi yaşayış evinin açıq hərracda satılması üçün müvafiq tədbirlərin görülməsi üçün "xxxx" MMC şirkətinə hərracın keçirilməsinə dair *4/21F saylı *1.07.202*-cü il tarixli sifariş məktubu göndərmişdir. Bunun nəticəsi olaraq ona həm külli miqdarda maddi ziyan dəymiş və həmçinin "İcra Haqqında" Azərbaycan Respublikası qanununun və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələbləri ciddi surətdə pozulmuşdur. Bakı şəhəri Cavabdeh1 rəisinin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m olan fərdi yaşayış evin onun məlumatı olmadan açıq hərrac vasitəsi ilə bazar qiymətindən qat-qat aşağı qiymətə 255000 manata satılaraq ona külli miqdarda ziyan vurulmuşdur. "İcra Haqqında" Azərbaycan Respublikası qanunun 17.7 maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədinin icrası məcburi qaydada dayandırılmalı olduğu halda Bakı şəhəri Cavabdeh1 rəisi tərəfindən heç bir qanuni əsas olmadan və həmçinin heç bir araşdırma aparılmadan mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m olan fərdi yaşayış evinin açıq hərrac vasitəsi ilə satılaraq "xxxx" BOKT ASC-yə olan borcunun ödənilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Onun 01.08.202*-cü il tarixədək Bakı Apellyasiya Məhkəməsinin 2(10*)-**21/202* saylı qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək hüququ olduğu üçün icra sənədinin verilməsi üçün əsas olmuş qətnamədən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş sayılır. Bununla əlaqədar bir daha qeyd edir ki, apellyasiya şikayəti əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(10*)- **21/202* saylı qətnaməsi ona vəkili və nümayəndəsi olan Çingiz Məmmədovun "Elektron Məhkəmə" Sistemində yaradılmış şəxsi kabinet vasitəsi ilə 01.06.202*-cü il tarixdə rəsmi qaydada təqdim edildiyi üçün qeyd olunan məhkəmə aktından 01.08.202*-cü il tarixədək kassasiya şikayəti vermək hüququ olmuşdur. Həmçinin onuda bildirir ki, vəkili tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(10*)-**21/202* saylı qətnaməsindən kassasiya şikayəti verilərkən ödəniləcək 204 manat dövlət rüsumu əvəzinə səhfən 104 manat dövlət rüsumu ödəməsi səbəbindən Bakı Apellyasiya Məhkəməsinin 2(10*)-**21/202* saylı 01.09.202*-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra kassasiya şikayətinin verilməsi üçün lazım olan 204 manat dövlət rüsumu rəsmi qaydada Ali Məhkəmənin bank hesabına ödənilərək yenidən kassasiya şikayəti verilmişdir. Həmçinin onuda qeyd etmişdir ki, ikinci dəfə verdiyi kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması səbəbindən "buraxılmış müddətin bərpasına dair" ərizədə kassasiya şiakyətinə əlavə olunmuşdur və Bakı Apellyasiya Məhkəməsinin 2(10*)- **21/202* saylı 06.09.202*-cü il tarixli qərardadı ilə kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət bərpa olunaraq mülki iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Gördüyü kimi, Bakı şəhəri Cavabdeh1 tam olaraq qanunsuz fəaliyyəti və hərəkətləri nəticəsində 18.09.202*-cü il tarixdə "xxxx" MMC tərəfindən keçirilmiş açıq hərracda mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m olan fərdi yaşayış evi likvid bazar dəyərindən dörd dəfə ucuz qiymətə yəni 255000 manata satılaraq ona külli miqdarda maddi ziyan vurulmuşdur. O, qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşamır və daimi olaraq ünvan 3 ünvanında yerləşən 466K saylı bağ evində yaşayır. Bu səbəbdən onun ünvanına hərracların keçirilməsi barədə heç bir bildiriş məktubu gəlməmiş və bu səbəbdən o hərraclarda iştirak edə bilməyərək öz hüquqlarını müdafiə etməkdən məhrum olmuşdur. Belə ki, o, hərracların keçirilməsindən məlumatlı olsa idi müvafiq sənədləri təqdim etməklə vaxtında hərrac təşkilatın məlumatlandırıb mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan vaxtından əvvəl satılmasının qarşını alardı. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş e-2(006)-19*9/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair 18 09.202*-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və həmçinin "xxxx" MMC-nin X7 1*0 nömrəli 18.09.202*-cü il tarixli protokolun etibarsız sayılması və cavabdehlərdən dövlət rusumunun əvəzi olaraq 100 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş e-2(006)-19*9/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair 18.09.202*-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və həmçinin "xxxx" MMC-nin X7 1*0 nömrəli 18.09.202*-cü il tarixli protokolun etibarsız sayılması, 18.09.202*-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və həmçinin "xxxx" MMCnin X7 1*0 nömrəli 18.09.202*-cü il tarixli protokolun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilərək Daşınmaz Əmlakın Dövlət Reyestrində hərrac qalibinin adına veriləcək çıxaşın ləğv edilməsi və iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. İzahatında bildirdi ki, hərracın keçirilməsi barədə ona məlumat verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirdi ki, Xəzər rayon icra məmuru bildirir ki, işin Apellyasiya Məhkəməsinin icraatında olması ilə bağlı onun ümumiyyətlə məlumatı olmamışdır. Bu halda isə 202*-cü ilin mart ayında Cavabdeh1 icraatına daxil olmuş icra sənədi üzrə 5 ay müddətində hərəkətsiz qalması sual doğurur. Qanuni qüvvəyə minməmiş məhkəmə qətnamə icraya yönəldilmişdir. Bununla cavabdehin hüquqları pozulmuşdur. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri Cavabdeh1 icra məmuru X6 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. İzahatında bildirdi ki, apellyasiya şikayətinin verilməsi barədə rəsmi qaydada məlumat verilməmişdir. Ona görə də icra sənədi üzrə icraatın dayandırılmasına əsas olmamışdır. İcra hərəkətləri düzgün qaydada həyata keçirilmişdir. Hərracın keçirilməsi barədə telefon vasitəsi ilə də əlaqə saxlanılaraq İddiaçı məlumat verilmişdir. İzahatında həmçinin bildirmişdir ki, İddiaçı şifahi qaydada iş üzrə apellyasiya şikayətinin verəcəyini bildirilmiş, tarix yadında deyil. İddiaçı ona bildirmişdir ki, bu barədə bildiriş gətirib təqdim edəcək, lakin rəsmi qaydada hər hansı bir sənəd təqdim etməmişdir. Həmçinin İddiaçı iş üzrə kassasiya şikayətinin verdiyini bildirmiş, lakin bu barədə rəsmi bildiriş ona təqdim etməmişdir. İcra işində olan kassasiya şikayəti isə səhv etmirsə iş hərraca göndərildikdən sonra təqdim olunmuşdur. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X9 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. İzahatında bildirdi ki, icra məmurunun sifarişi əsasında hərrac həyata keçirilmişdir. Hərrac keçirilən müddətdə hərracın dayandırılması ilə bağlı hər hansı bir müraciət olmamışdır. Hərracın keçirilməsi barədə bildiriş göndərilmiş və qəzətdə elan dərc olunmuşdur. Hərracın keçirilməsində qanun pozuntusuna yol verilməmiş, qanun tələbləri əsasında hərrac keçirilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq iş üzrə üçüncü şəxslər "xxxx" BOKT ASC-nin, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin nümayəndələri və X4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, iş üzrə üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı Apellyasiya Məhkəməsinin 24.05.202*-cü il tarixli, 2(10*)-**21/202* saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı 90000 manat məbləğində əsas borc, 27000 manat məbləğində faiz, 4500 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 121500 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi, tələb ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiyməti *00000 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən cəmi 121500 manat məbləğində pul iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi cavabdeh İddiaçı qaytarılması, evin açıq hərracdan satıldıqdan sonra həmin fərdi yaşayış evinin ipoteka qoyan cavabdeh İddiaçı tərəfindən 1 (bir) ay ərzində boşaldılması, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğin 160 manat hissəsinin cavabdeh İddiaçı, 40 manat hissəsinin isə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pul vəsaitinin 400 manat hissəsinin cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi, 100 (yüz) manat hissəsinin isə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə aid edilməsi, ödənilmiş 408,92 manat məbləğində dövlət rüsumunun *27 manat hissəsinin cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi, qalan 81,92 manat hissesi isə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə aid edilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 01.09.202*-cü il tarixli, 2(10*)-**21/202* saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 24.05.202*-cü il tarixli, 2(10*)- **21/202* saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin 06.09.202*-cü il tarixli, 2(10*)-**21/202* saylı qərardadından görünür ki, cavabdeh İddiaçı ərizəsi təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 24.05.202*-cü il tarixli, 2(10*)-**21/202* saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericilikdə müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış müddət bərpa edilmiş, onun tərəfindən verilmiş kassasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.05.202*-cü il tarixli, 2(10*)-**21/202* saylı qətnaməsi *0.05.202*-cü il tarixdə tərəflərin, o cümlədən cavabdehin vəkili və nümayəndəsi X2 “Elektron məhkəmə” informasiya sıstemində yaradılmış elektron kabinetində yerləşdirildikdən sonra, cavabdeh tərəf qanunvenciliklə müəyyən edilmiş müddət ərzində, yəni 27.07.202*-cü il tarixdə həmin qətnamədən kassasiya şikayətini məhkəməyə təqdim etmişdir. Lakin kassasiya şikayətinə muəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)*6*0/202* saylı, 15.08.202*-cü il tarixli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və geri qaytarılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh həmin nöqsanı qısa müddət, yəni 2 gün ərzində, həmçinin iş hələ Bakı Apellyasiya Məhkəməsinə qaytarılmamış aradan qaldıraraq, qanunla müəyyən olunmuş, yəni 208 manat məbləğində dövlət rüsumunun ödənilməsini təmin etməklə kassasiya şikayətini Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun şəkildə, o cümlədən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə yenidən təqdim etmişdir. -12492785*9 nömrəli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Cavabdeh1 tərəfindən məhkəməyə təqdim olunmuş e2921*1/2022-12-21-004 nömrəli icra işindən görünür ki: -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-19*9/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh İddiaçı 90000 manat məbləğində əsas borc, 27000 manat məbləğində faiz borcu, 4500 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 121500 (yüz iyirmi bir min beş yüz) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m. olan fərdi yaşayış evinə yönəldilməli, cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında 0,11 ha torpaq sahəsinin üzərində yerləşən *41 kv.m-dən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti *00000 (üç yüz min) manat məbləğində olmaqla açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən cəmi 121500 (yüz iyirmi bir min beş yüz) manat məbləğində pul iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi cavabdeh İddiaçı qaytarılmalı, ünvan 1 ünvanında 0,11 ha torpaq sahəsinin üzərində yerləşən *41 kv.m-dən ibarət olan fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra həmin fərdi yaşayış evi ipoteka qoyan cavabdeh İddiaçı tərəfindən 1 (bir) ay ərzində boşaldılmalı, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğin 160 manat hissəsi cavabdeh İddiaçı, 40 manat hissəsi isə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pul vəsaitinin 400 manat hissəsi cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməli, 100 (yüz) manat hissəsi isə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə aid edilməli, iş üzrə ödənilmiş 408,92 manat məbləğində dövlət rüsumunun *27 manat hissəsi cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməli, qalan 81,92 manat hissesi isə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə aid edilməlidir. -Qeyd olunan icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Azər Heydərov tərəfindən 15.02.202*-cü il tarixdə qərar qəbul edilmişdir. İcra sənədi 02.0*.202*-cü il tarixdə Bakı şəhəri Cavabdeh1 icraatına daxil olmuşdur. -Bakı şəhər Cavabdeh1 Cavabdeh2 MMC-yə ünvanlanmış *1.07.202*-cü il tarixli məktubundan görünür ki, icra şöbəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-19*9/2022 saylı icra vərəqəsi üzrə hərracın keçirilməsi xahiş olunmuşdur. Həmçinin icra işinin materiallarından görünür ki: -iş materiallarında Bakı Apellyasiya Məhkəməsinin 24.05.202*-cü il tarixli, 2(10*)- **21/202* saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin surəti mövcuddur. -İddiaçı 20.09.202*-cü il tarixdə Cavabdeh1nə ərizə il müraciət edərək əmlakın satılmasına dair yekun hərrac protokolunu surətinin ona verilməsi xahiş etmiş və kassasiya şikayətinin hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olduğunu bildirmişdir. - "xxxx" BOKT ASC Cavabdeh1nə 18.09.202*-cü il tarixli məktubla müraciət edərək cavabdeh İddiaçı ilə borcun 10.10.202*-cü il tarixinədək ödənilməsinə dair aralarında razılaşma əldə edildiyindən icra sənədinin icrasının dayandırılmasını xahiş etmişdir (məktub icra şöbəsinə 21.09.202*-cü il tarixdə daxil olmuşdur). İş materiallarına əlavə olunmuş: -08.08.202*-cü il tarixli Cavabdeh2 MMC-nin açıq hərracın keçirilməsinə dair 199 nömrəli bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-19*9/2022 saylı və Cavabdeh1 *1.07.202*-cü il tarixli sifariş məktubuna əsasən ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m. olan fərdi yaşayış evi dəyəri *00000 manat olmaqla 28.08.202*-cü il tarixində, saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 10* bina, 11A ünvanında açıq hərrac keçiriləcəkdir. Hərracın keçirilməsinə dair “525-ci” qəzətdə 08.08.202*-cü il tarixində elan dərc edilmişdir. Həracda alıcı qismində iştirak etmək üçün sənədlərin son qəbul günü 25.08.202*-cü il tarixdə bitir. Həmin bildiriş İddiaçı aid ünvan 7ünvan düzgün deyil” qeydi ilə rabitə orqanı tərəfindən göndərilmiş zərf geri qaytarılmışdır) və ünvan 8 ünvanda yaşamır” qeydi ilə rabitə orqanı tərəfindən göndərilmiş zərf geri qaytarılmışdır) göndərilmişdir. -29.08.202*-cü il tarixli Cavabdeh2 MMC-nin açıq hərracın keçirilməsinə dair 199-1 nömrəli bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-19*9/2022 saylı və Cavabdeh1 *1.07.202*-cü il tarixli sifariş məktubuna əsasən ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m. olan fərdi yaşayış evi dəyəri 15% endirimlə 255000 manat olmaqla 18.08.202*-cü il tarixində, saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 10* bina, 11A ünvanında açıq hərrac keçiriləcəkdir. Hərracın keçirilməsinə dair “525-ci” qəzətdə 29.08.202*-cü il tarixində elan dərc edilmişdir. Həracda alıcı qismində iştirak etmək üçün sənədlərin son qəbul günü 15.09.202*-cü il tarixdə bitir. Həmin bildiriş İddiaçı aid ünvan 7bağ tapılmır” qeydi ilə rabitə orqanı tərəfindən göndərilmiş zərf geri qaytarılmışdır) və Nəsimi rayonu, Mirqasımov küçəsi, ev 28, mənzil 5 ünvanına (göndərilmiş bildiriş, poçt göndərişlərinə dair xəbərnamə əsasən 01.09.202*-cü il tarixdə etibarnamə əsasında “Məmmədov” soyadlı şəxsə verilmişdir) göndərilmişdir. -X7 1*0 nömrəli, 18.09.202*-cü il tarixli protokolun surətindən görünür ki, keçirilmiş hərracın qalibi X4 olmuşdur. - Təşkilatçı Cavabdeh2 MMC ilə alıcı X4 arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 18.09.202*-cü il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə, 1*0 nömrəli, 18.09.202*-cü il tarixli hərracın yekun protokoluna əsasən təşkilatçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m olan fərdi yaşayış evini alıcının mülkiyyətinə verməyi, alıcı tərəfindən isə əmlakın qiyməti olan 255000 manat pulun ödəməsi barədə öhdəliklərin götürülməsi haqqında bağlanmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünür ki, "xxxx" MMC adı dəyişdirilmiş, hazırki adı Cavabdeh2 MMC-dir. İş üzrə Cavabdeh2 MMC-nin iddiaya etiraz ərizəsində göstərilmişdir ki, hesab edirlər ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı hərrac təşkilatının qüsurları qismində hərrac prosesindən məlumatsız olması və qiymətin aşağı olmasını qeyd etmişdir. Bununla bağlı məhkəmənin diqqətinə çatdırılmasını zəruri hesab edirərək qeyd etmişlər ki, Cavabdeh1 *1.07.202*-cü il tarixli, *4/21F saylı sifariş məktubuna əsasən təşkilatları tərəfindən hərrac keçirilmişdir. Hərracın keçirilmə vaxtı 28.08.202*-cü il göstərilməklə, ilkin hərrac barədə 08.08.202*-cü ildə “525-ci” qəzetində elan verilmiş və bildirişlər tərəflərə göndərilmişdir. Hərrac baş tutmadığından ikinci hərrac keçirilmişdir. İkinci hərracın vaxtı 18.09.202*-cü il göstərilməklə, “525-ci” qəzetində elan verilmişdir. İkinci hərracın keçirilmə vaxtı göstərilməklə, 15% endirimlə hərracın keçirilməsi ilə bağlı bildiriş borclunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmişdir. İddiaçı qeyd edir ki, hərracın keçirilmə vaxtı və yeri barədə bildiriş ona təqdim edilməmişdir. Məhkəmənin diqqətinə çatdırırlar ki, bildirişlər icra vərəqəsi və iddiaçının özünün verdiyi iddia ərizəsində qeyd olunan ünvana göndərilmişdir. Necə olur ki, məhkəmə bildirişlərinin təqdim edilməsi üçün qeyd etdiyi ünvana gələn hərracla bağlı sənədlərdən məlumatsız olur. Bildirişin çatdırılması qəbzindən də göründüyü kimi bildiriş qeyd olunan ünvana çatdırılıb “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Konstitusiya Məhkəməsinin Plenumunun *0 dekabr 2008-ci il tarixli qərarında vurğulanaraq qeyd olunmuşdur ki, ... bu maddənin məzmununda nəzərdə tutulmuş bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Həmçinin apellyasiya instansiyası məhkəmələri öz qərarlarında Konstitusiya Məhkəməsinin Plenumunun bu qərarlarına istinad edərək öz mövqelərini bildirirlər. Əmlakın ilkin satış qiyməti öz əksini məhkəmə qətnaməsində tapmışdır. Hüquq normasının müəyyənliyi, aydınlığı, birmənalılığı hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Məhz bu baxımdan qanunverici qətnamədən şikayət verilmə müddətini və qaydasını tənzimləyərkən apellyasiya şikayətinin məhkəmə qətnaməsi tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilməsini təsbit etmişdir. Bu məqamda qeyd edilməlidir ki, prosessual müddətlər işdə iştirak dən şəxslər arasında müəyyənlik və sabitlik yaratmaq, onları intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Prosessual müddət məhdudiyyətlərinin olması mülki mübahisə tərəflərini əsassız çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Hüquqi müəyyənlik prinsipinin əsas meyarlarından biri də qanuni qüvvəsini almış məhkəmə qərarının sabitliyidir. Əks halda məhkəmədə işlərin baxılması əsassız uzana və ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə həll edilmiş mübahisəyə istənilən zaman yenidən baxılması insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər. Bu məsələ ilə bağlı belə bir mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə bağlı təcrübəsi ilə də üstüstə düşür. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Hüquqi qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməli və hüquq sistemində məhkəmə qərarlarına müddətsiz nəzarət institutunun mövcud olması məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. (Ryabıx Rusiyaya qarşı iş üzrə 200*-cü il, Volkova Rusiyaya qarşı iş üzrə 2005-ci il, Kutepov və Anikeyenko Rusiyaya qarşı iş üzrə 2005-ci il tarixli Qərarlar). Cavabdeh2 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, bütün bildirişlər vaxtında borcluya çatdırılmışdır. qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmədən iddia tələbinin əsassız hesab olunaraq, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -*17.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. -*17.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. - 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. -415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir -416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. -416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun: -41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. -41.*-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. -41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir. -42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən *0 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin * faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. -42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. -4*.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 4*.*-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. -4*.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -4*.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. -44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: -17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. -61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. -62.1-ci maddəsinə əsasən İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. -62.2-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. İşin araşdırılmış hallarından (iş materiallarında olan hərracın keçirilməsi barədə sənədlərdən) müəyyən edilir ki, Cavabdeh2 MMC tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində açıq hərrac keçirilsə də, hərracın keçirilməsinə qanuni əsas olmamışdır. Belə ki, işin hallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-19*9/2022 saylı icra sənədinin verilməsinə əsas olmuş birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən iş üzrə qəbul olunmuş 24.05.202*-cü il tarixli, 2(10*)-**21/202* saylı qətnaməsi *0.05.202*-cü il tarixdə İddiaçı rəsmi qaydada təqdim edilmiş, həmin qətnamədən isə onun tərəfindən kassasiya şikayəti 27.07.202*-cü il tarixdə verilmiş və kassasiya şikayətinə baxılması üçün həmin şikayət apellyasiya instansiyası tərəfindən kassasiya instansiyasına göndərilmişdir. Bakı şəhəri Cavabdeh1 isə icra sənədi əsasında *1.07.202*-cü il tarixdə həracın keçirilməsi barədə Cavabdeh2 MMC-yə sifariş məktubu göndərmişdir. Bununla da iş üzrə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-19*9/2022 saylı icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədiyi halda həmin icra sənədi üzrə hərracın keçirilməsi barədə Bakı şəhəri Cavabdeh1 tərəfindən sifariş verilmişdir. Baxmayaraq ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən icra sənədi üzrə icraatın məcburi qaydada dayandırılması ilə bağlı hal mövcud olmuşdur. Belə ki, məhkəmə iclasında icra sənədinin icraatında olan icra məmurunun izahatından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-19*9/2022 saylı icra sənədinin verilməsinə əsas olmuş birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi barədə İddiaçı tərəfindən ona şifahi qaydada məlumat verilmiş, habelə iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən də kassasiya şikayətinin verilməsi barədə məlumat verilmişdir. Lakin icra məmuru icraatında olan icra sənədinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbir görmədən, göstərilmiş hallarla bağlı hər hansı bir araşdırma aparmadan, ümumiyyətlə icra sənədinin icraata qəbul edildiyi vaxtdan, yəni 02.0*.202*-cü il tarixdən *1.07.202*-cü il tarixədək icra işi üzrə hər hansı bir hərəkət edilmədən icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin qanuni qüvvəsini almadan icra hərəkəti həyata keçirilərək icra sənədi üzrə əmlakın açıq hərracdan satılması barədə sifariş verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, icra vərəqəsinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən həmin icra sənədi üzrə hərracın keçirilməsi barədə sifariş verilməsi qanunsuz olmuş və həmin qanunsuz sifariş əsasında baş tutmuş hərracın nəticələrini də qanuni əsaslı hesab edilməsi mümkün deyil. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı, ona məxsus əmlak barəsində hərracın keçirilməsi ilə bağlı yekun protokolun etibarsız hesab edilməsinin tələb etməkdə haqlı olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən isə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına da səbəb olur. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 19*9/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılması barədə Cavabdeh2 MMC-nin X7 1*0 nömrəli protokolu etibasız hesab edilməli və həmin protokol əsasında Cavabdeh2 MMC ilə X4 arasında bağlanmış 18.09.202*-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh2 MMC ilə X4 arasında bağlanmış 18.09.202*-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında alıcı X1 mülkiyyət hüquqların dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarış verilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, işin araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi "xxxx" MMC-nin X7 1*0 nömrəli 18.09.202*-cü il tarixli protokolun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilərək Daşınmaz Əmlakın Dövlət Reyestrində hərrac qalibinin adına veriləcək çıxaşın ləğv edilməsi hissəsində əsassız olmaqla gələcəyə yönəlmiş tələbdən ibarətdir ki, hazırki məqamdə təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-19*9/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılması barədə Cavabdeh2 MMC-nin X7 1*0 nömrəli protokol etibasız hesab edilməli və həmin protokol əsasında Cavabdeh2 MMC ilə X4 arasında bağlanmış 18.09.202*-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ödənilmiş dövlət rüsumunun tutulması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməsi nəzərə alınmaqla ödənilmiş dövlət rüsumuna görə 70 manat dövlət büdcəsindən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumun qalan *0 manat hissəsi iddiaçının İddiaçı özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və *60-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-19*9/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.11 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi *41 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılması barədə Cavabdeh2 MMC-nin X7 1*0 nömrəli protokol etibasız hesab edilsin və həmin protokol əsasında Cavabdeh2 MMC ilə X4 arasında bağlanmış 18.09.202*-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumuna görə 70 manat dövlət büdcəsindən tutularaq İddiaçı ödənilsin, dövlət rüsumun qalan *0 manat hissəsi iddiaçının İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-305/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-305/2024
05.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver