Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3232/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə1, Cavabadeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə İddiaçı cavabadeh "xxxx" MMC-yə qarşı əmlakların təhvil verilməsi, onlara dair sahiblik və istifadə hüququnun tanınması, əmlakların iddiaçının sərəncam və istifadəsinə verilməsi, o cümlədən mülkiyyət hüququnun tanınması və bununla bağlı digər öhdəliklərin icra edilməsinin cavabdehin üzərinə qoyulması və s. haqqında iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabadeh "xxxx" MMC-yə qarşı əmlakların təhvil verilməsi, onlara dair sahiblik və istifadə hüququnun tanınması, əmlakların iddiaçının sərəncam və istifadəsinə verilməsi, o cümlədən mülkiyyət hüququnun tanınması və bununla bağlı digər öhdəliklərin icra edilməsinin cavabdehin üzərinə qoyulması və s. haqqında iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarixli və 07 avqust 2009-cu il tarixli müqavilələrə və Bakı şəhəri, İcra Hakimiyyəti Başcısının xx.xx.2007-ci il tarixli 505 saylı Sərəncamına əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri Xəzər rayon Şuvəlan ŞTQ, Almaz İldırım (Şuvəlan qəs.) 106 ünvanında inşa edilmiş baş yola çıxışı olan, hər bir kotec üzrə torpaq sahəsi 0,10 ha olmaqla cəmi 0,20 ha torpaq sahəsi ilə birlikdə, müqavilələrə müvafiq olaraq 534 kv.m sahədən və 600 kv.m sahədən ibarət 2 ədəd kotecin ona təhvil verilməsi, koteclər üzərində onun sahiblik və istifadə hüququnun tanınması, koteclərin onun sahibliyinə və istifadəsinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi; həmin koteclərdə: Otaqların suvanması və arakəsmələrin qoyulması; Su, elektrik və qaz xətlərinin mərkəzi (stoyak) xətlərinin qoyulması; PVS sistemli 2-li paketli pəncərələrin qoyulması; Obyektin fasadının üzlük materiallar ilə üzlənilməsi (layihəyə uyğun); Obyektin damının örtuklə örtülməsi; Obyektin torpaq sahəsinin tam abadlaşdırılması; Obyektin həyətində eni 2 (iki) metr, uzunluğu 4 (dörd) metr, dərinliyi 1,6 (bir metr altmış santimetr) metr olan hovuz quraşdırılması; Obyektin həyətinin ümumi plana uyğun olaraq müvafiq əhatəyə alınması; Obyektin daxili təmir üçün hazır olması; Telefon xətlərinin cəkilməsi ucun PXV-dən borular qoyulması işlərinin gorulməsinin cavabdehə həvalə edilməsi; Koteclərə onun mülkiyyət hüququnun tanınması, yəni həmin koteclərə aid borcunun olmaması barədə ona yeni maliyyə arayışlarının, o cümlədən həmin koteclərin ona məxsusluğu barədə layihədən təsdiq edilmiş çıxarışın, tikilinin özəlləşdirilməsi və çıxarışın verilməsinə dair dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin ona verilməsinin, koteclərə dair onun mülkiyyət hüquqlarının tanınması üçün digər zəruri hərəkətlərin aparılması və sənədlərin təqdim edilməsinin cavabdehə tapşırılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, investor qismində çıxış etdiyi onunla (bundan sonra mətndə “investor” adlanacaq) "xxxx" MMC (bundan sonra mətndə “şirkət” adlanacaq) arasında 01 may 2008-ci il tarixdə bağlanmış və 12 saylı Dovlət notariat kontorunda təsdiq edilmiş “Mənzil Tikintisinə Kapital Qoyulma haqqında Borc muqaviləsi”nin 1.1-ci bəndinə əsasən ünvan 2 ünvanda tikintisi nəzərdə tutulan kotec ofisin tikintisinə 534 (beş yüz otuz dörd) min ABŞ dolları məbləğində kapitalın tərəfindən qoyulması, şirkət qismində çıxış edən "xxxx" MMC isə investorun kapital qoyduğu məbləğə uyğun olaraq koteci investora təhvil verməyi öhdəsinə götürmüşdur. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən obyekt (kotec-ofis) torpaq sahəsindən (Bakı şəhəri, İcra Hakimiyyəti xx.xx.2007-ci il tarixli 505 saylı Sərəncama əsasən) və bu müqavilə ilə nəzərdə tutulan tikintidən ibarət olmalı, obyekt minimum 500 kv.m ərazidə 534 (beş yüz otuz dörd) kv.m olmaqla (hər kvadrat metri 1000 (bir min) ABŞ dolları götürülüb) iki mərtəbə və mansar əlavə edilməklə, kürsülülük mərtəbəsi yeraltı qaraj və texniki otaqlardan ibarət olmaqla baş planda əvvəlcədən yeri müəyyən edilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən şirkət obyektin tikintisini eskiz lahiyəsinə uyğun olaraq 30 dekabr 2008-ci il tarixinə qədər başa çatdırmalı və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma baş idarəsi tərəfindən təsdiq edilmiş 29 yanvar 2008-ci il tarixli 18/04-32 nömrəli Eskiz lahiyə və Obyektin mövqeyi Baş planda gostərilməklə investora təhvil verməli idi. Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş obyektin tikintisi üçün müəyyən edilmiş 534 (beş yuz otuz dord) min ABŞ dolları məbləğində vəsait öncədən ödəniş əsasında ünvan 2 ünvanda minimum 500 kv.m ərazidə iki mərtəbə mansarda kürsülülük mərtəbəsi: yeraltı qaraj və texniki otaqlardan ibarət olan obyektin tikintisinin aparılması üçün müqavilənin 2.2-ci bəndində qeyd edildiyi kimi tam həcmdə 100% müqavilə bağlanan vaxt şirkətin kassasına nağd şəklində kapital qoyuluşu tərəfindən edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə bütün ödənişlər Azərbaycan Respublikası Milli Bankının 05 dekabr 2006-cı il tarixinə məzənnəsi ilə manatla aparılmış, həmin məzənnə 05 dekabr 2006-cı il tarixində 0,8722 AZN təşkil etmiş, kapital məbləği 465.754,8 (dörd yüz altmış beş min yeddi yüz əlli dörd min manat 80 qəpik) AZN təşkil etmişdir. Müqavilənin 3-cü bəndinə əsasən tərəflərin hüquq və öhdəlikləri müəyyən edilmiş, 3.4-cü bəndinə əsasən: mənzillər suvanmış halda və arakəsmə qoyulmaqla; su, elektrik və qaz xətlərinin stoyak xətləri qoyulmaqla; PVS sistemli 2-li paketli pəncərə qoyulmaqla; lahiyəyə uyğun olaraq obyektin fasadı üzlük materiallarla üzlənilmiş tam hazır vəziyyətdə olmalı; obyektin damı örtüklə örtülməli; torpaq sahəsi 500 (beş yüz) kv.m-dən az olmamaqla tam abadlaşdırılmış şəkildə olmalı; həyətdə eni 2 (iki) metr, uzunluğu 4 (dörd) metr, dərinliyi 1,6 (bir tam onda altı) metr olan hovuz olmaqla hovuz investordan lazım olan təmizləyici aksesuarlar verildikdən sonra betonlanmalı və suvanmalı; həyət ümumi plana uyğun müvafiq əhatəyə alınmalı (ümumi planlaşmaya uyğun); ev daxili təmir üçün hazır olmalı; telefon xətlərinin PXV-dən boruları qoyulmalıdır. Muqaviləyə əsasən 30 dekabr 2008-ci il tarixinə qədər obyektin tikintisi başa çatdırılmalı və təhvil verilməli idi. Müqavilənin 5.2-ci bəndinə əsasən şirkət obyektin tikintisini Müqavilənin 1.3-cü bəndində göstərilən müddətdə təhvil verməzsə, gecikdirərsə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,1% miqdarında investora cərimə odəməyi öhdəsinə götürmüşdür. Obyektin tikintisi və təhvil verilməsi müqavilədə göstərilən müddətdə başa çatdırılmamış və ona təhvil verilməmişdir. Eyni zamanda Müqavilənin 5.3-cu bəndinə əsasən şirkət investora obyektin qeydiyyat vəsiqəsinin (mulkiyyəti təsdiq edən sənədin) alması üçün kömək etmək öhdəliyini də götürmüşdür. Aralarında bağlanmış 01 may 2008-ci il tarixli Müqavilənin icrasından irəli gələn ohdəliklərin cavabdeh tərəfindən icra edilməməsi səbəbi ilə, cavabdehin təklifinə uyğun olaraq aralarında yeni razılaşma əsasında 12 saylı Dovlət Notariat kontorunda təsdiq edilmiş 07 avqust 2009-cu il tarixli “Kotec Tikintisinə Kapital Qoyulma haqqında” Borc Muqaviləsi bağlanmışdır. Muqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən (Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 505 saylı sərəncamı və 12168 saylı inşaat pasportu) və tikintisi nəzərdə tutulan minimum 500 kv.m ərazidə 600 kv.m-dən az olmamaq şərti ilə (hər kvadrat metri 1000 (bir min) ABŞ dolları hesabı) iki mərtəbə + mansarda, kürsülülük mərtəbəsi, yeraltı qaraj, texniki otaqlardan və “obyekt”in həyətində olan hovuzdan ibarət satışa verilən istənilən 3-cü kotecdir. Muqaviləyə əsasən ödənilən məbləğ müqavilə bağlandığı vaxt investor tərəfindən şirkətin kassasına odənilmiş hesab edilən məbləğ 150 000 (bir yuz əlli min) ABŞ dolları və tətbiq edilmiş cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ 128 160 (bir yuz iyirmi səkkiz min bir yuz altmış) ABŞ dolları başa düşülür. Muqaviləyə əsasən cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə 31 avqust 2009-cu il tarixə yəni gecikdirilmiş 8 aya görə şirkət tərəfindən hazırki müqavilə üzrə nəzərə alınan cərimə məbləği başa duşulur və qeyd edilən məbləğ şirkətin kassasına ödənilmiş kimi hesab edilir. Müqaviləyə əsasən sonrakı cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarili 3M-03-664 saylı müqavilə üzrə 31 avqust 2009-cu il tarixindən sonra cərimə sanksiyası şirkət tərəfindən hazırki muqavilədə nəzərə alınan məbləğ başa duşulur və qeyd edilən məbləğ şirkətin kassasına ödənilmiş hesab ediləcəkdir. Müqaviləyə əsasən kapital qoyulan hissə ödənilən məbləğ və sonrakı cərimə sanksiyası üzrə nəzərə alınan məbləğə uyğun hər kvadrat metri 1000 (bir min) ABŞ dolları olmaqla obyektdən investora düşəcək sahə başa duşulur. Muqaviləyə əsasən dəqiqləşdirilmiş məbləğ şirkətin 3-cü koteci satışa təhvil verildikdə həmin kotecin ümumi sahəsi müəyyən edilib qalan məbləğ və sonrakı cərimə sanksiyası üzrə məbləğ arasındakı fərq başa düşülür. Muqaviləyə əsasən sonrakı cərimə sanksiyaların tətbiq edildiyi müddət 1 sentyabr 2009-cu il tarixdə başlayır və tərəflər arasında bağlanmış 1 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə tikilinin tamamlama günu bitir. Muqaviləyə əsasən 1 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə tikilinin tamamlama günu şirkət tərəfindən investora bildiriş gondərildiyi gun başa duşulur. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə uyğun olaraq investor obyektin tikintisinə kapital qoyur, şirkət isə obykektin kapital qoyulan hissəsinə müvafiq sahəni investora təhvil verir, obyektin artıq hissəsi şirkətə məxsusdur. Müqavilənin1.2-ci bəndinə əsasən investor şirkətə məxsus obyektin artıq hissəsini satışa cıxarır və satışından əldə olunan sahənin hər kvadrat metri 1000 (bir min) ABŞ dolları hesabı ilə olan məbləği şirkət, qalan məbləği isə investor əldə edir. Müqavilənin 1.5-ci bəndinə əsasən şirkət obyektin tikintisini eskiz layahəsinə uyğun olaraq müqavilə quvvəyə mindiyi gundən 6 (altı) ay muddətində başa catdırmalı və investora təhvil verməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə öz üzərinə götürdükləri vəzifələrin vaxtlı-vaxtında və lazıminca icra olunmasını bir birindən tələb edə bilərlər. Müqavilənin 2.8-ci bəndinə əsasən obyektin təhvili zamanı tikinti quraşdırma işləri görülüb qutarmalıdır: Otaqlar suvanmalı və arakəsmələr qoyulmalı; Su, elektrik və qaz xətlərinin mərkəzi (stoyak) xətləri qoyulmalı; PVS sistemli 2-li paketli pəncərələr qoyulmalı; Obyektin fasadı üzluk materiallar ilə üzlənilmiş tam olmalı (layihəyə uyğun); Obyektin damı örtuklə örtülməli; Obyektin torpaq sahəsi tam abadlaşdırılmış olmalı; Obyektin həyətində eni 2 (iki) metr, uzunluğu 4 (dörd) metr, dərinliyi 1,6 (bir metr altmış santimetr) metr olan hovuz quraşdırılmalı; Obyektin həyəti ümumi plana uyğun olaraq muvafiq əhatəyə alınmalı; Obyekt daxili təmir üçün hazır olmalı; Telefon xətlərinin çəkilməsi üçün PXV-dən borular qoyulmalıdır. Müqavilənin 3.1-ci bəndinə əsasən kotecin ilkin umumi qiyməti 600 000 (altı yuz min ABŞ dolları hər kvadrat metri 1000 (bir min) ABŞ dolları hesabı) ABŞ dolları az olmamaq şərti ilə (şirkətin istənilən 3-cu koteci satışa təhvil verildikdə həmin kotecin faktiki sahəsi muəyyən edilib məbləğ dəqiqləşdiriləcək) muəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən investor tərəfindən obyektin tikintisinə qoyduğu məbləğ: Ödənilən məbləğ - 278.160 (iki yuz yetmiş səkkiz min bir yuz altmış) ABŞ dollarıdır (150.000 (bir yuz əlli min) ABŞ dolları investorun kassasına odənilmiş hesab edilən məbləğ və cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ 128.160 (bir yuz iyirmi səkkiz min bir yuz altmış) ABŞ dolları təşkil edir. İlkin qalan məbləğ 321.840 (üç yüz iyirmi bir min səkkiz yüz qırx) ABŞ dolları təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən obyektin tikintisi üçün nəzərdə tutulan ilkin umumi məbləğ 600000 (altı yuz min) ABŞ dolları Azərbaycan Respublikası Milli Bankının 29 may 2009-cu il tarixinə olan manat məzənnəsi ilə aparılır. Həmin məzənnə 29 may 2009-cu il tarixinə 0,8036 manat təşkil edir. Müqavilənin 3.4-cü bəndinə əsasən ilkin ümumi məbləğ 482.160 (dörd yüz səksən iki min bir yüz altmış) AZN təşkil edir. Müqavilənin 3.5-ci bəndinə əsasən ilkin qalan məbləğ 258.630,60 (iki yuz əlli səkkiz min altı yüz otuz manat altmış qəpik) AZN təşkil edir. Müqavilənin 3.6-cı bəndinə əsasən investor tərəfindən ödənilən məbləğ hazırki müqavilə imzalandığı vaxtdan şirkətin kassasına ödənilmiş hesab edilir. Müqavilənin 3.7-ci bəndinə əsasən şirkətin istənilən 3-cü koteci satışa verildikdə tərəflər həmin kotecin ümumi sahəsini müəyyən edib müqavilə üzrə ümumi və şirkətə ödəniləcək dəqiqləşdirilmiş məbləğ müəyyən edəcək. Müqavilənin 5.1-ci bəndində də qeyd edildiyi kimi tərəflər müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müqavilənin 5.5-ci bəndinə əsasən şirkət Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən edilən təqsirli hərəkətləri nəticəsində investora vurulmuş ziyana görə məsuliyyət daşıyır. Müqavilənin 7.3-cü bəndinə əsasən hazırki müqavilə üzrə, habelə 01 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə obyektlərin tamamlanması haqqında şirkət investora bildiriş göndərir. Müqavilənin 7.6-cı bəndinə əsasən investor obyektin tikintisi başa catanadək bütün məbləğini ödəməklə həmin tikiliyə bütün hüquqları əldə edir. Muqaviləyə əsasən aydın olur ki, şirkət muqavilədə nəzərdə tutulmuş əlavə öhdəliklərlə birlikdə obyekti ən geci 6 (altı) ay muddətində ona təhvil verməli idi. Bu müqavilə üzrə ohdəliyin icra muddəti 26 fevral 2010-cu il tarixdə başa catmışdır. Tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarixli və 07 avqust 2009-cu il tarixli müqavilələr üzrə öhdəliklərin icra edilməsi tələbi üzrə cavabdehlə dəfələrlə danışıq və göruşlər kecirilmiş, 21 may 2010-cu il tarixdə və 23 dekabr 2010-cu il tarixlərdə öhdəliklərin icra edilməsi üzrə rəsmi pretenziya göndərilməklə xəbərdarlıq vermiş, lakin bütün bunlara baxmayaraq müqavilə üzrə öhdəliklərin icra edilməsi üzrə cavabdeh tərəfindən hal- hazıra qədər hər hansı ciddi addımlar atılmamışdır. Cavabdehə gondərdiyi 23 dekabr 2010-cu il tarixli pretenziyada Bakı şəhəri, Əzizbəyov rayonu, Şuvəlan qəsəbəsi, A.İldırım kucəsi 106 unvanda minimum 500 kv.m ərazidə kvadrat metri 1000 ABŞ dolları olmaqla 534 min ABŞ dolları dəyərində olan kotecin, Bakı şəhəri, Əzizbəyov rayonu, Şuvəlan qəsəbəsi, A.İldırım kucəsi 106 unvanda minimum 500 kv.m ərazidə kvadrat metri 1000 ABŞ dolları olmaqla 422.340 (150000 ABŞ dolları şirkətə odənilən məbləğ+tətbiq edilmiş cərimə sanksiyası üzrə 128.160 ABŞ dolları+144.180 ABŞ dolları 2009-cu ilin sentyabr ayından pretenziya verilən 21 may 2010-cu il tarixədək 9 ay üçün hesablanmaqla sonrakı cərimə sanksiyası üzrə məbləğ) ABŞ dolları dəyərində olan kotecin və ya yuxarıda qeyd edilən koteclərin dəyəri 956.340 ABŞ dolları məbləğində pul və dəymiş zərər (koteclərin realizasiyası zamanı əldə olunacaq (1100 ABŞ dolları/kv.m) hər kvadrat metrə görə 100 ABŞ dolları əlavə) 956.340 kv.m üçün 95634 (doxsan beş min altı yüz otuz dörd) ABŞ dolları olmaqla ümumilikdə 1.051.974 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir. Tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarixli və 07 avqust 2009-cu il tarixli müqavilələr üzrə müqavilənin predmeti olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şuvəlan qəsəbəsi, A.İldırım kucəsi 106 unvanında aparılan tikinti üzrə təhvil verilməli olan 2 ədəd kotecin dəyərinin tərəfindən ödənilməsi barədə "xxxx" MMC tərəfindən ona təqdim edilmiş 23 iyul 2014-cü il tarixli 37 saylı maliyyə arayışından görünür ki, yuxarıda qeyd edilən muqavilələrə əsasən 4 və 6 nömrəli koteclərin dəyərləri tərəfindən şirkətə tam ödənilib və heç bir maliyyə borcu yoxdur. Halbuki, müqavilədə ona təhvil verilməli olan koteclərin 4 və 6 nömrəli koteclər olması qeyd edilməmiş, qeyd edilən koteclərin tərəfindən təhvil alınması üçün onunla cavabdeh arasında hər hansı rəsmi razılaşma bağlanmamış, cavabdeh yenə də öz fərziyyələrinə əsaslanan maliyyə arayışı tərtib edərək onun tərəfindən 4 və 6 saylı koteclərin pulunu ödəməsi barədə qeydlər aparmışdır. Onun tərəfindən maliyyə arayışında qeyd edilən 4 və 6 saylı kotecləri qəbul etməyə və ona ayrılmasına rəsmi razılıq verməmişdir. "xxxx" MMC tərəfindən ona təqdim edilmiş 23 iyul 2014-cu il tarixli koteclərin planına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şuvəlan qəsəbəsi, A.İldırım küçəsi 106 unvanında tikintisi aparılan koteclərin sayı və coğrafi yerləşməsi muəyyən edilmişdir. Qeyd olunan pretenziya bildiriş cavabdehə rəsmi təqdim edildikdən sonra aralarında aparılmış müzakirə nəticəsində qısa müddətdə maksimum 3 ay ərzində onun tələblərinin təmin ediləcəyi bildirilmiş, lakin həmin bildirişin verilməsindən 6 aydan çox vaxt keçməsinə baxmayaraq öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Nəticədə 23 dekabr 2010-cu il tarixli Təkrar Bildirişlə muqavilələrin şərtlərinə müvafiq olaraq öhdəliklərinin məbləği həmin tarixə umumilikdə 1.068.480 ABŞ dolları məbləğindən ibarət olması barədə və öhdəlik tələbinin məhkəmə qaydasında həll edilməsi məcburiyyəti yaranarsa bu məbləğə öhdəliyin icrasının gecikdirildiyi günə qədər ona vurulan zərərə görə hesablanacaq məbləği əlavə etməklə tələbin məbləğinin artmış olacağı cavabdehə bildirilmiş və təkrar bildirişlə müqavilələr üzrə öhdəliklərin icrasını təmin etmədiyi bildirməklə 10 gun müddətində ümumilikdə 1.068.480 (bir milyon altmış səkkiz min dörd yüz səksən) ABŞ dolları məbləğində öhdəliyin icrasını təmin etməyi tələb etmiş, əks halda müqavilələr və Qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi, müqavilənin ləğvi və dəymiş ziyanın ödənilməsi və pul tələbi barədə məhkəmədə iddia qaldırmaq məcburiyyətində olacağını qeyd etmişdir. Xeyli müddət aralarında aparılan danışıqların nəticə vermədiyini, muxtəlif bəhanələrlə tikintinin tamamlana bilməsi məqsədi ilə muvafiq sənədlərin və icazələrin alınması üçün cavabdeh tərəfindən verilmiş boş vədlər və danışıqlar müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin qərəzli şəkildə icra edilməməsi kimi başa düşülür. xx.xx.2024-cu il tarixdə, cavabdehə pretenziya göndərmiş, qeyd edilənlərin 10 gün müddətində aradan qaldırılmasını tələb etmişdir. İstər Beynəlxalq qanunvericilik və Beynəlxalq məhkəmə təcrübəsində, istərsə də Milli qanunvericilik və Milli məhkəmə təcrübəsində hər kəsin mülkiyyət hüququ ilə yanaşı əmlaka sahib olmaq, əmlakdan istifadə etmək hüquqları tanınır və qanunla bu hüquqlar müdafiə olunur. Bundan başqa cavabdeh onun israrlı təkidlərinə baxmayaraq kotecləri müqavilə şərtlərinə uyğun olaraq ona təhvil verməməklə bərabər, əmlaklara dair mülkiyyəti təsdiq edən sənədlərin hazırlanmasında da müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Cavabdeh əmlaklara dair mülkiyyəti təsdiq edən sənədlərin hazırlana bilməməsini və onun mülkiyyətinə verilə bilməməsini çoxsaylı bəhanələr və həqiqətə uyğun olmayan məlumatlarla onu aldadaraq mübahisənin illərlə davam etməsinə səbəb vermiş, onun Qanuni mənafelərini pozmuşdur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə1 hər biri ayrılıqda iddia tələbini müdafiə edərək, iddia tələbinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabadeh "xxxx" MMC-nin nümayəndəsi vəkil Nümayəndə2 iddia tələbini etiraf etmədi və iddia tələbinə etirazını onunla əsaslandırdı ki, iddia müddəti ötürülmüşdü. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında surəti olan İddiaçı ilə (bundan sonra mətndə “investor” adlanacaq) "xxxx" MMC (bundan sonra mətndə “şirkət” adlanacaq) arasında 01 may 2008-ci il tarixdə bağlanmış və 12 saylı Dovlət notariat kontorunda təsdiq edilmiş “Mənzil Tikintisinə Kapital Qoyulma haqqında Borc muqaviləsi”nin 1.1-ci bəndinə əsasən ünvan 2 ünvanda tikintisi nəzərdə tutulan kotec - ofisin tikintisinə 534 (beş yüz otuz dörd) min ABŞ dolları məbləğində kapitalın tərəfindən qoyulması, şirkət qismində çıxış edən "xxxx" MMC isə investorun kapital qoyduğu məbləğə uyğun olaraq koteci investora təhvil verməyi öhdəsinə götürmüşdur. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən obyekt (kotec-ofis) torpaq sahəsindən (Bakı şəhəri, İcra Hakimiyyəti xx.xx.2007-ci il tarixli 505 saylı Sərəncama əsasən) və bu müqavilə ilə nəzərdə tutulan tikintidən ibarət olmalı, obyekt minimum 500 kv.m ərazidə 534 (beş yüz otuz dörd) kv.m olmaqla (hər kvadrat metri 1000 (bir min) ABŞ dolları götürülüb) iki mərtəbə və mansar əlavə edilməklə, kürsülülük mərtəbəsi yeraltı qaraj və texniki otaqlardan ibarət olmaqla baş planda əvvəlcədən yeri müəyyən edilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən şirkət obyektin tikintisini eskiz lahiyəsinə uyğun olaraq 30 dekabr 2008-ci il tarixinə qədər başa çatdırmalı və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma baş idarəsi tərəfindən təsdiq edilmiş 29 yanvar 2008-ci il tarixli 18/04-32 nömrəli Eskiz lahiyə və Obyektin mövqeyi Baş planda gostərilməklə investora təhvil verməli idi. Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş obyektin tikintisi üçün müəyyən edilmiş 534 (beş yuz otuz dord) min ABŞ dolları məbləğində vəsait öncədən ödəniş əsasında ünvan 2 ünvanda minimum 500 kv.m ərazidə iki mərtəbə mansarda kürsülülük mərtəbəsi: yeraltı qaraj və texniki otaqlardan ibarət olan obyektin tikintisinin aparılması üçün müqavilənin 2.2-ci bəndində qeyd edildiyi kimi tam həcmdə 100% müqavilə bağlanan vaxt şirkətin kassasına nağd şəklində kapital qoyuluşu tərəfindən edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə bütün ödənişlər Azərbaycan Respublikası Milli Bankının 05 dekabr 2006-cı il tarixinə məzənnəsi ilə manatla aparılmış, həmin məzənnə 05 dekabr 2006-cı il tarixində 0,8722 AZN təşkil etmiş, kapital məbləği 465.754,8 (dörd yüz altmış beş min yeddi yüz əlli dörd min manat 80 qəpik) AZN təşkil etmişdir. Müqavilənin 3-cü bəndinə əsasən tərəflərin hüquq və öhdəlikləri müəyyən edilmiş, 3.4-cü bəndinə əsasən: mənzillər suvanmış halda və arakəsmə qoyulmaqla; su, elektrik və qaz xətlərinin stoyak xətləri qoyulmaqla; PVS sistemli 2-li paketli pəncərə qoyulmaqla; lahiyəyə uyğun olaraq obyektin fasadı üzlük materiallarla üzlənilmiş tam hazır vəziyyətdə olmalı; obyektin damı örtüklə örtülməli; torpaq sahəsi 500 (beş yüz) kv.m-dən az olmamaqla tam abadlaşdırılmış şəkildə olmalı; həyətdə eni 2 (iki) metr, uzunluğu 4 (dörd) metr, dərinliyi 1,6 (bir tam onda altı) metr olan hovuz olmaqla hovuz investordan lazım olan təmizləyici aksesuarlar verildikdən sonra betonlanmalı və suvanmalı; həyət ümumi plana uyğun müvafiq əhatəyə alınmalı (ümumi planlaşmaya uyğun); ev daxili təmir üçün hazır olmalı; telefon xətlərinin PXV-dən boruları qoyulmalıdır. Muqaviləyə əsasən 30 dekabr 2008-ci il tarixinə qədər obyektin tikintisi başa çatdırılmalı və təhvil verilməli idi. Müqavilənin 5.2-ci bəndinə əsasən şirkət obyektin tikintisini Müqavilənin 1.3-cü bəndində göstərilən müddətdə təhvil verməzsə, gecikdirərsə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,1% miqdarında investora cərimə odəməyi öhdəsinə götürmüşdür. Obyektin tikintisi və təhvil verilməsi müqavilədə göstərilən müddətdə başa çatdırılmamış və ona təhvil verilməmişdir. Eyni zamanda Müqavilənin 5.3cu bəndinə əsasən şirkət investora obyektin qeydiyyat vəsiqəsinin (mulkiyyəti təsdiq edən sənədin) alması üçün kömək etmək öhdəliyini də götürmüşdür. İş materiallarında surəti olan İddiaçı ilə (bundan sonra mətndə “investor” adlanacaq) "xxxx" MMC (bundan sonra mətndə “şirkət” adlanacaq) arasında 07 avqust 2009-cu il tarixdə bağlanmış və 12 saylı Dovlət notariat kontorunda təsdiq edilmiş “Kotec Tikintisinə Kapital Qoyulma haqqında” Borc Muqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən (Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 505 saylı sərəncamı və 12168 saylı inşaat pasportu) və tikintisi nəzərdə tutulan minimum 500 kv.m ərazidə 600 kv.m-dən az olmamaq şərti ilə (hər kvadrat metri 1000 (bir min) ABŞ dolları hesabı) iki mərtəbə + mansarda, kürsülülük mərtəbəsi, yeraltı qaraj, texniki otaqlardan və “obyekt”in həyətində olan hovuzdan ibarət satışa verilən istənilən 3-cü kotecdir. Muqaviləyə əsasən ödənilən məbləğ müqavilə bağlandığı vaxt investor tərəfindən şirkətin kassasına odənilmiş hesab edilən məbləğ 150 000 (bir yuz əlli min) ABŞ dolları və tətbiq edilmiş cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ 128 160 (bir yuz iyirmi səkkiz min bir yuz altmış) ABŞ dolları başa düşülür. Muqaviləyə əsasən cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarili 3M-03-664 saylı müqavilə üzrə 31 avqust 2009-cu il tarixə yəni gecikdirilmiş 8 aya görə şirkət tərəfindən hazırki müqavilə üzrə nəzərə alınan cərimə məbləği başa duşulur və qeyd edilən məbləğ şirkətin kassasına ödənilmiş kimi hesab edilir. Müqaviləyə əsasən sonrakı cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarili 3M-03-664 saylı müqavilə üzrə 31 avqust 2009-cu il tarixindən sonra cərimə sanksiyası şirkət tərəfindən hazırki muqavilədə nəzərə alınan məbləğ başa duşulur və qeyd edilən məbləğ şirkətin kassasına ödənilmiş hesab ediləcəkdir. Müqaviləyə əsasən kapital qoyulan hissə ödənilən məbləğ və sonrakı cərimə sanksiyası üzrə nəzərə alınan məbləğə uyğun hər kvadrat metri 1000 (bir min) ABŞ dolları olmaqla obyektdən investora düşəcək sahə başa duşulur. Muqaviləyə əsasən dəqiqləşdirilmiş məbləğ şirkətin 3-cü koteci satışa təhvil verildikdə həmin kotecin ümumi sahəsi müəyyən edilib qalan məbləğ və sonrakı cərimə sanksiyası üzrə məbləğ arasındakı fərq başa düşülür. Muqaviləyə əsasən sonrakı cərimə sanksiyaların tətbiq edildiyi müddət 1 sentyabr 2009-cu il tarixdə başlayır və tərəflər arasında bağlanmış 1 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə tikilinin tamamlama günu bitir. Muqaviləyə əsasən 1 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə tikilinin tamamlama günu şirkət tərəfindən investora bildiriş gondərildiyi gun başa duşulur. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə uyğun olaraq investor obyektin tikintisinə kapital qoyur, şirkət isə obykektin kapital qoyulan hissəsinə müvafiq sahəni investora təhvil verir, obyektin artıq hissəsi şirkətə məxsusdur. Müqavilənin1.2-ci bəndinə əsasən investor şirkətə məxsus obyektin artıq hissəsini satışa cıxarır və satışından əldə olunan sahənin hər kvadrat metri 1000 (bir min) ABŞ dolları hesabı ilə olan məbləği şirkət, qalan məbləği isə investor əldə edir. Müqavilənin 1.5-ci bəndinə əsasən şirkət obyektin tikintisini eskiz layahəsinə uyğun olaraq müqavilə quvvəyə mindiyi gundən 6 (altı) ay muddətində başa catdırmalı və investora təhvil verməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə öz üzərinə götürdükləri vəzifələrin vaxtlı-vaxtında və lazıminca icra olunmasını bir birindən tələb edə bilərlər. Müqavilənin 2.8-ci bəndinə əsasən obyektin təhvili zamanı tikinti quraşdırma işləri görülüb qutarmalıdır: Otaqlar suvanmalı və arakəsmələr qoyulmalı; Su, elektrik və qaz xətlərinin mərkəzi (stoyak) xətləri qoyulmalı; PVS sistemli 2-li paketli pəncərələr qoyulmalı; Obyektin fasadı üzluk materiallar ilə üzlənilmiş tam olmalı (layihəyə uyğun); Obyektin damı örtuklə örtülməli; Obyektin torpaq sahəsi tam abadlaşdırılmış olmalı; Obyektin həyətində eni 2 (iki) metr, uzunluğu 4 (dörd) metr, dərinliyi 1,6 (bir metr altmış santimetr) metr olan hovuz quraşdırılmalı; Obyektin həyəti ümumi plana uyğun olaraq muvafiq əhatəyə alınmalı; Obyekt daxili təmir üçün hazır olmalı; Telefon xətlərinin çəkilməsi üçün PXV-dən borular qoyulmalıdır. Müqavilənin 3.1-ci bəndinə əsasən kotecin ilkin umumi qiyməti 600 000 (altı yuz min ABŞ dolları hər kvadrat metri 1000 (bir min) ABŞ dolları hesabı) ABŞ dolları az olmamaq şərti ilə (şirkətin istənilən 3-cu koteci satışa təhvil verildikdə həmin kotecin faktiki sahəsi muəyyən edilib məbləğ dəqiqləşdiriləcək) muəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən investor tərəfindən obyektin tikintisinə qoyduğu məbləğ: Ödənilən məbləğ - 278.160 (iki yuz yetmiş səkkiz min bir yuz altmış) ABŞ dollarıdır (150.000 (bir yuz əlli min) ABŞ dolları investorun kassasına odənilmiş hesab edilən məbləğ və cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ 128.160 (bir yuz iyirmi səkkiz min bir yuz altmış) ABŞ dolları təşkil edir. İlkin qalan məbləğ 321.840 (üç yüz iyirmi bir min səkkiz yüz qırx) ABŞ dolları təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən obyektin tikintisi üçün nəzərdə tutulan ilkin umumi məbləğ 600000 (altı yuz min) ABŞ dolları Azərbaycan Respublikası Milli Bankının 29 may 2009-cu il tarixinə olan manat məzənnəsi ilə aparılır. Həmin məzənnə 29 may 2009-cu il tarixinə 0,8036 manat təşkil edir. Müqavilənin 3.4-cü bəndinə əsasən ilkin ümumi məbləğ 482.160 (dörd yüz səksən iki min bir yüz altmış) AZN təşkil edir. Müqavilənin 3.5-ci bəndinə əsasən ilkin qalan məbləğ 258.630,60 (iki yuz əlli səkkiz min altı yüz otuz manat altmış qəpik) AZN təşkil edir. Müqavilənin 3.6-cı bəndinə əsasən investor tərəfindən ödənilən məbləğ hazırki müqavilə imzalandığı vaxtdan şirkətin kassasına ödənilmiş hesab edilir. Müqavilənin 3.7-ci bəndinə əsasən şirkətin istənilən 3-cü koteci satışa verildikdə tərəflər həmin kotecin ümumi sahəsini müəyyən edib müqavilə üzrə ümumi və şirkətə ödəniləcək dəqiqləşdirilmiş məbləğ müəyyən edəcək. Müqavilənin 5.1-ci bəndində də qeyd edildiyi kimi tərəflər müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müqavilənin 5.5-ci bəndinə əsasən şirkət Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən edilən təqsirli hərəkətləri nəticəsində investora vurulmuş ziyana görə məsuliyyət daşıyır. Müqavilənin 7.3-cü bəndinə əsasən hazırki müqavilə üzrə, habelə 01 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə obyektlərin tamamlanması haqqında şirkət investora bildiriş göndərir. Müqavilənin 7.6-cı bəndinə əsasən investor obyektin tikintisi başa catanadək bütün məbləğini ödəməklə həmin tikiliyə bütün hüquqları əldə edir. İş materiallarında surəti olan "xxxx" MMC-nin 23 iyul 2014-cü il tarixli 37 saylı maliyyə arayışından görünür ki, 4 və 6 nömrəli koteclərin dəyərləri İddiaçı tərəfindən şirkətə tam ödənilib və heç bir maliyyə borcu yoxdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Bakı şəhəri Xəzər rayon Şuvəlan ŞTQ, Almaz İldırım (Şuvəlan qəs.) 106 ünvanında inşa edilmiş baş yola çıxışı olan, koteclərin inşaat işləri başa çatdırılmışdır. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarixli və 07 avqust 2009-cu il tarixli müqavilələrə əsasən cavabadeh "xxxx" MMC Bakı şəhəri Xəzər rayon Şuvəlan ŞTQ, Almaz İldırım (Şuvəlan qəs.) 106 ünvanında inşa edilmiş baş yola çıxışı olan, hər bir kotec üzrə torpaq sahəsi 0,10 ha olmaqla cəmi 0,20 ha torpaq sahəsi ilə birlikdə, 534 kv.m və 600 kv.m sahədən ibarət 2 ədəd koteci otaqları suvanmış və arakəsmələri qoyulmuş; Su, elektrik və qaz xətlərinin mərkəzi (stoyak) xətləri qoyulmuş; PVS sistemli 2-li paketli pəncərələri qoyulmuş; fasadlarının üzlük materialları ilə üzlənilmiş; damı örtuklə örtülmüş; torpaq sahələri tam abadlaşdırılmış; həyətlərində eni 2 metr, uzunluğu 4 metr, dərinliyi 1,6 metr olan hovuz quraşdırılmış; həyətləri ümumi plana uyğun olaraq müvafiq əhatəyə alınmış; daxili təmir üçün hazır; Telefon xətlərinin cəkilməsi ucun PXV-dən borular qoyulmuş vəziyyətdə İddiaçı sahibliyinə və istifadəsinə verməyi, Koteclərə onun mülkiyyət hüququnun tanınması üçün zəruri olan koteclərə aid borcunun olmaması barədə maliyyə arayışları, o cümlədən həmin koteclərin ona məxsusluğu barədə layihədən təsdiq edilmiş çıxarış, tikilinin özəlləşdirilməsi və çıxarışın verilməsinə dair dövlət qeydiyyatı üçün zəruri olan sənədləri ona verməyi, koteclərə dair onun mülkiyyət hüquqlarının tanınması üçün digər zəruri hərəkətləri etməyi və sənədləri təqdim etməyi öhdəsinə götürmüşdür. 01 may 2008-ci il tarixli və 07 avqust 2009-cu il tarixli müqavilələrin predmeti olan koteclərin dəyəri İddiaçı tərəfindən ödənilmişdir. Müəyyən edilmiş hallar ondan ibarətdir ki, 01 may 2008-ci il tarixli və 07 avqust 2009cu il tarixli müqavilələrin predmeti olan koteclərin dəyərini tam ödənilməsinə və iddia tələbində göstərilən tamamlama işləri istisna olmaqla inşaat işləri başa çatmasına baxmayaraq cavabadeh, Bakı şəhəri Xəzər rayon Şuvəlan ŞTQ, Almaz İldırım (Şuvəlan qəs.) 106 ünvanında yerləşən kotecləri iddiaçının sahibliyinə və istifadəsinə vermir, onların iddiaçının mülkiyyətinə qeydə alınması üçün zəruri hərəkətləri etmir. Cavabdeh hazırda iddiaçının iddia müddətini keçirməsi əsası ilə iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 178.8-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarətdir ki, “Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Lakin Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 139-1.1.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 139-1.1.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 384.0.4-cü maddəsinə əsasən iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, iddiaçı 01 may 2008-ci il tarixli və 07 avqust 2009-cu il tarixli müqavilələrin predmeti olan koteclərin dəyərini tam ödədiyi andan, onların üzərində mülkiyyət hüququ əmələ gəlmişdir və o, bu hüququnun qeydə alınması üçün zəruri hərəkətləri etməsini, kotecləri sahibliyinə və istifadəsinə verməsini və tamamlama işlərini bitirməsini cavabdehdən tələb etməkdə haqlıdır və onun mülkiyyətçi hüququnun pozuntularının aradan qaldırılması haqqında hazırkı tələblərinə iddia müddəti şamil edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri Xəzər rayon Şuvəlan ŞTQ, Almaz İldırım (Şuvəlan qəs.) 106 ünvanında yerləşən cavabadeh inşa etdiyi və 01 may 2008-ci il tarixli və 07 avqust 2009-cu il tarixli müqavilələrə əsasən verilməli olan koteclərə iddiaçının mülkiyyət hüququ əmələ gəldiyindən, tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarixli və 07 avqust 2009-cu il tarixli müqavilələrə və Bakı şəhəri, İcra Hakimiyyəti Başcısının xx.xx.2007-ci il tarixli 505 saylı Sərəncamına əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri Xəzər rayon Şuvəlan ŞTQ, Almaz İldırım (Şuvəlan qəs.) 106 ünvanında inşa edilmiş baş yola çıxışı olan, hər bir kotec üzrə torpaq sahəsi 0,10 ha olmaqla cəmi 0,20 ha torpaq sahəsi ilə birlikdə, müqavilələrə müvafiq olaraq 534 kv.m sahədən və 600 kv.m sahədən ibarət 2 ədəd kotec iddiaçıya təhvil verilməli, koteclər üzərində onun sahiblik və istifadə hüququ tanınmalı, koteclərin onun sahibliyinə və istifadəsinə verilməsi öhdəliyi cavabdehə həvalə edilməli, həmin koteclərdə: Otaqların suvanması və arakəsmələrin qoyulması; Su, elektrik və qaz xətlərinin mərkəzi (stoyak) xətlərinin qoyulması; PVS sistemli 2-li paketli pəncərələrin qoyulması; Obyektin fasadının üzlük materiallar ilə üzlənilməsi (layihəyə uyğun); Obyektin damının örtuklə örtülməsi; Obyektin torpaq sahəsinin tam abadlaşdırılması; Obyektin həyətində eni 2 (iki) metr, uzunluğu 4 (dörd) metr, dərinliyi 1,6 (bir metr altmış santimetr) metr olan hovuz quraşdırılması; Obyektin həyətinin ümumi plana uyğun olaraq müvafiq əhatəyə alınması; Obyektin daxili təmir üçün hazır edilməsi; Telefon xətlərinin cəkilməsi ucun PXV-dən borular qoyulması işlərinin gorulməsi cavabdehə həvalə edilməli, Koteclərə iddiaçının mülkiyyət hüququnun tanınması, yəni həmin koteclərə aid borcunun olmaması barədə ona yeni maliyyə arayışlarının, o cümlədən həmin koteclərin ona məxsusluğu barədə layihədən təsdiq edilmiş çıxarışın, tikilinin özəlləşdirilməsi və çıxarışın verilməsinə dair dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin ona verilməsi, koteclərə dair onun mülkiyyət hüquqlarının tanınması üçün digər zəruri hərəkətlərin aparılması və sənədlərin təqdim edilməsi cavabdehə tapşırılmalı, iddia tələbi təmin edilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı cavabadeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 may 2008-ci il tarixli və 07 avqust 2009-cu il tarixli müqavilələrə və Bakı şəhəri, İcra Hakimiyyəti Başcısının xx.xx.2007-ci il tarixli 505 saylı Sərəncamına əsasən cavabadeh "xxxx" MMC tərəfindən Bakı şəhəri Xəzər rayon Şuvəlan ŞTQ, Almaz İldırım (Şuvəlan qəs.) 106 ünvanında inşa edilmiş baş yola çıxışı olan, hər bir kotec üzrə torpaq sahəsi 0,10 ha olmaqla cəmi 0,20 ha torpaq sahəsi ilə birlikdə, 01 may 2008-ci il tarixli və 07 avqust 2009-cu il tarixli müqavilələrə müvafiq olaraq 534 kv.m sahədən və 600 kv.m sahədən ibarət 2 ədəd kotec İddiaçı təhvil verilsin. Koteclər üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınsın. Koteclərin İddiaçı sahibliyinə və istifadəsinə verməsi öhdəliyi cavabdeh "xxxx" MMCyə həvalə edilsin. Həmin koteclərdə: Otaqların suvanması və arakəsmələrin qoyulması; Su, elektrik və qaz xətlərinin mərkəzi (stoyak) xətlərinin qoyulması; PVS sistemli 2-li paketli pəncərələrin qoyulması; Koteclərin fasadının layihəyə uyğun üzlük materiallar ilə üzlənilməsi, damının örtuklə örtülməsi; Koteclərin torpaq sahəsinin tam abadlaşdırılması, həyətində eni 2 (iki) metr, uzunluğu 4 (dörd) metr, dərinliyi 1,6 (bir metr altmış santimetr) metr olan hovuz quraşdırılması; Koteclərin həyətinin ümumi plana uyğun olaraq müvafiq əhatəyə alınması; Koteclərin daxili təmir üçün hazır edilməsi; Telefon xətlərinin cəkilməsi ucun PXV-dən borular qoyulması işlərini gorməsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Koteclərə İddiaçı mülkiyyət hüququnun tanınması, yəni həmin koteclərə aid borcunun olmaması barədə İddiaçı yeni maliyyə arayışlarının, o cümlədən həmin koteclərin ona məxsusluğu barədə layihədən təsdiq edilmiş çıxarışı, tikilinin özəlləşdirilməsi və çıxarışın verilməsinə dair dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin ona verilməsi, koteclərə dair İddiaçı mülkiyyət hüquqlarının tanınması üçün digər zəruri hərəkətlərin aparılması və sənədlərin təqdim edilməsi cavabdeh "xxxx" MMC-yə tapşırılsın. Cavabdeh "xxxx" MMC-dən ödənilmiş dövlət rüsumu üzrə 100 manat tutularaq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Şəhəri Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-3232/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3232/2024
17.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver