Məhkəmə qərarları › İş №e-2(003)-3317/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3317/2021

07.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3317/2021 07.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və sairə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçıCavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində 0.78 ha torpaq sahəsi və onun üzərindəki 1 nömrəli qeyri-yaşayış sahəsində Cavabdeh tərəfindən quraşdırılmış bütün avadanlıqların onun öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin və qeyriyaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi və onun həmin ünvana köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər icra hakimiyyəti başçının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 11.11.1994-cü il tarixli 30/8474 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 0.78 ha torpaq sahəsi və onun üzərindəki 1 nömrəli qeyri-yaşayış sahəsi “Təranə” kooperativinə məxsus olmuşdur. 30.03.1995-ci il tarixdə “Təranə” kooperativi ilə X5 arasında bağlanmış 3M-2-56 reyestr nömrəli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi və onun üzərindəki qeyri-yaşayış sahəsi X1. X5 18.06.2001-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra isə bu əmlak ona miras qalmışdır. Cavabdeh isə həmin sahəni zəbt etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində 0.78 ha torpaq sahəsi və onun üzərindəki 1 nömrəli qeyri-yaşayış sahəsində Cavabdeh tərəfindən quraşdırılmış bütün avadanlıqların onun öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, torpaq sahəsini və obyekti təsərrüfat qurmaq məqsədi ilə 2019-cu ilin sonlarında iddiaçıdan icarəyə götürmüşdür. Lakin ölkədə baş verən pandemiya səbəbindən maddi vəziyyəti pisləşmiş və istədiyi təsərrüfatı qura bilməmişdir. Qeyri-yaşayış sahəsi hazırda onun istifadəsindədir. İcarəyə götürdükdən sonra ora müxtəlif əşyalar gətirmiş, avadanlıqlar quraşdırmışdır. Lakin maddi vəziyyəti ilə əlaqədar həmin avadanlıqları söküb apara və əmlakı boşalda bilmir. Ona görə də həm torpaq sahəsinin boşaldılması üçün ona azı 9 ay möhlət verilməsini, həm də maddi vəziyyətini nəzərə alaraq torpaq sahəsinin iddiaçının vəsaiti hesabına boşaldılması barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini, torpaq sahəsini boşaltmaq istədiyini, lakin hazırda bəzi səbəblərdən bunun mümkün olmadığını bildirmiş, ona görə də həm torpaq sahəsinin boşaldılması üçün ona azı 9 ay möhlət verilməsini, həm də maddi vəziyyətini nəzərə alaraq torpaq sahəsinin iddiaçının vəsaiti hesabına boşaldılması barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər icra hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən “Təranə” Kooperativinə verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 0.78 ha torpaq sahəsi və onun üzərindəki 1 nömrəli qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi “Təranə” Kooperativinin adına qeydiyyatdan keçirilmişdir və bu barədə 54 nömrəli reyestr kitabında 8474 səhifəsində 30/8474 nömrəsi ilə 11.11.1994-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş “Təranə” Kooperativi ilə X5 arasında 7-ci Dövlət Notariat Kontorunda bağlanmış və həmin notariat kontorunun notariusu V.H.Süleymanov tərəfindən təsdiq edilmiş 3M/2-56 reyestr nömrəli, 30.03.1995-ci il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən “Təranə” Kooperativi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 0.78 ha torpaq sahəsi və onun üzərindəki 1 nömrəli qeyri-yaşayış sahəsini X2. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 2V-7 reyestr nömrəli, 12.01.2021-ci il tarixli qanun üzrə vərəsəliik hüququ haqqında şəhadətnaməyə əsasən 18.06.2001-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 0.78 ha torpaq sahəsi və onun üzərindəki 1 nömrəli qeyri-yaşayış sahəsi tam pay hüququ ilə onun vərəsəsi İddiaçı keçmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 0.78 ha torpaq sahəsi və onun üzərindəki 1 nömrəli qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, hazırda həmin əmlak Cavabdeh faktiki sahibliyində olmaqla onun tərəfindən qeyri-yaşayış sahəsindən qanunsuz istifadə istifadə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, həmin torpaq sahəsi qanunsuz sahiblikdən azad edilməli, həmin torpaq sahəsində cavabdeh tərəfindən tikilən və quraşdırılan tikililər cavabdehin hesabına sökülməli və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım 1 ünvanda yerləşən 0.78 ha olan qeyri-yaşayış sahəsində və onun üzərindəki 1 nömrəli qeyri-yaşayış sahəsində quraşdırılmış bütün avadanlıqlar Cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülsün, 0.78 ha olan qeyri-yaşayış sahəsi və onun üzərindəki 1 nömrəli qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar