Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3332/2022 22.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 5000 (beş min) manat və Cavabdeh2 isə 2500 (iki min beş yüz) manat, eləcə də ödənilmiş 95 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, birinci qrup əlildir və qardaşının ünvanında yaşayır. 1994-cü ildə hərbi xidmətdə olarkən baş vermiş hadisə nəticəsində əlil olmuşdur. Əlil arabası ilə hərəkət edir və daim kənar şəxsin köməyinə ehtiyacı var. 3 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının arayışına əsasən xx.xx.2006-cı il tarixli müayinə aktı ilə onun birinci qrup əlil olmağı təsdiq edilmişdir. Cavabdehlər onun həmkəndliləridir, həmçinin onlar qardaşdırlar. 2019-ci ilin sonu cavabdehlər ondan ən geci bir il ərzində qaytaracaqları adı ilə borca pul istəmişlər. O da onlara inanıb Cavabdeh1 5000 (beş min) manat və Cavabdeh2 isə 2500 (iki min beş yüz) manat borca pul vermişdir. Buna baxmayaraq, cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirməklə onun pulunu qaytarmaqdan yayınırlar. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, həqiqətən iddiaçıya borcu vardır. Qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən borc pulun alınmasına dair qəbzdə imza ona məxsusdur. O, iddiaçıdan faizlə qaytarmaq şərti ilə 5000 manat borc pul almışdır. Hazırda onun iddiaç ıya 5000 manat deyil, 2500 manat borcu qalıb. Belə ki, o, həmin borcdan bir hissəsini qaytarmışdır. 2500 manat borcu hissə-hissə qaytaracağına vəd verərək, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddianı etiraf edərək göstərdi ki, həqiqətən iddiaçıya 2500 manat borcu vardır. Həmin borcu qaytarmamışdır. Həmin borcu hissə-hissə qaytaracağına vəd verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasına razı olduğunu bildirmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında sadə yazılı formada olan xx.xx.2016-cı il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı xx.xx.2013-cü ildə 7000 manat pul aldığını, lakin bu günkü günə qədər pulu qaytarmadığını qeyd etmiş bunu öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan tərəflər arasında sadə yazılı formada olan xx.xx.2016-cı il tarixli qəbzdən görünür ki, Cavabdeh2 İddiaçı xx.xx.2014-cü ildə 2500 manat pul aldığını, lakin bu günkü günə qədər pulu qaytarmadığını qeyd etmiş bunu öz imzası ilə təsdiqləmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı, Cavabdeh1 5000 manat və Cavabdeh2 isə 2500 manat borca pul vermiş, cavabdehlər həmin borcu ödəməmişlər. Yaranmış borcu ödəməsi cavabdehlərə təklif edilsə də, onlar borcu ödəməkdən yayınmışlar. İş materiallarından da göründüyü kimi, iddia tələbi Cavabdeh2 özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh2 tərəfindən iddia etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddianı etiraf edərək qəbul etməsi iddianın ona münasibətdə təmin edilməsi üçün yetərlidir. Buna görə də, Cavabdeh2 iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia ona münasibətdə təmin edilməli, Cavabdeh2 2500 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 münasibətdə qeyd edir ki, məhkəmə Cavabdeh1 iddia ilə bağlı qeyd etdiklərinə tənqidi yanaşır. Belə ki, Cavabdeh1 iddiaçıdan 5000 manat borc pul aldığını etiraf etsə də, həmin borcdan iddiaçıya qaytardığını iddia etdiyi pulun məbləğinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin hər hansı sübut təqdim edə bilməməsini nəzərə alaraq, Cavabdeh1 iddiaçıya 5000 manat borcunun olmasını işin hallarına uyğun hesab edir. Qeyd olunanlara əsasən Cavabdeh1 5000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 95,0 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 5000 (beş min) manat və Cavabdeh2 2500 (iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 95 (doxsan beş) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-3332/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3332/2022
22.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver