Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-336/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobillərin və bağ evinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobillərin və bağ evinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən bağ evinin və **-NF-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşının, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu avtomobilin, **-NC-*** dövlət nömrə nişanlı, VOLVO FH markalı yük maşını və **-ZC-*** dövlət nömrə nişanlı, “KRONE” markalı yarımqoşqu avtomobilin, **- BH-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ ACTROS 1841” markalı yük maşınının, **- ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu və **-DP-*** dövlət nömrə nişanlı, “SCANİA R420” markalı yük maşını nəqliyyat vasitələrinin cavabdehin qanunsuz sahibliyindən azad edilərək ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh qohumluq münasibətlərindən və birgə sahibkarlıq fəaliyyətindən istifadə edərək iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən bağ evinə yerləşmişdir. Tərəflər arasında birgə fəaliyyət münasibətləri pozulmuş, lakin cavabdeh iddiaçının iradəsinə zidd olaraq yenə bağ evində yaşamağa davam etməklə iddiaçının mülkiyyət hüquqlarını pozur. İddiaçının bağ evindən çıxması barədə tələblərinə məhəl qoymur. Bağ evindən çıxmır. Halbuki həmin bağ evi iddiaçıya məxsusdur və iddiaçının həmin bağ evi üzərində mülkiyyət hüquqları qanununvericiliyin tələblərinə uyğun dövlət qeydiyyatına alınmışdır. İddiaçı bağın boşaldılmasını tələb etsə də cavabdeh bağda yaşamağa davam edir. Bundan başqa cavabdeh yenə qohumluq münasibətlərindən istifadə edərək iddiaçıya məxsus **-NF-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını, **- ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu avtomobili, **-NC-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını, **-ZC-*** dövlət nömrə nişanlı, “KRONE” markalı yarımqoşqu avtomobili, **-BH-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ ACTROS 1841” markalı yük maşını, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu və **-DP-*** dövlət nömrə nişanlı, “SCANİA R420” markalı yük maşınlarını beynəlxalq yükdaşımalarda istifadə edir. İlkin olaraq tərəflər birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olsalar da, sonrada aralarında mübahisə olduğundan birgə fəaliyyətlərini dayandırmışlar. Həmin vaxtdan iddiaçı qeyd edilən nəqliyyat vasitələrini cavabdehdən tələb etsə də nəqliyyat vasitələri Cavabdeh1 tərəfindən qanunsuz olaraq istismar edilir və xüsusilə məhkəmənin diqqətinə çatdırır ki, həmin nəqliyyat vasitələri saxta sənədlərlə beynəlxalq daşımalarda istifadə edilir. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və başqa cavabdehin cəlb edilməsinə dair ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 (Ş/V: AA*******, Telefon: 050-211 - 43-30, ***-***- **-**) hazırki iş üzrə cavabdeh qismində işə cəlb edilməsini və Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1922 saylı ünvanda yerləşən bağ evinin Cavabdeh1 və Cavabdeh2 **-NF-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşının, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu avtomobilin, **-NC-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını, **-ZC-*** dövlət nömrə nişanlı, “KRONE” markalı yarımqoşqu avtomobilin, **-BH-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ ACTRO E 41” markalı yük maşınının, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yanmqoşqu və **-DP-*** dövlət nömrə nişanlı, “SCANİA R420” markalı yük maşını nəqliyyat vasitələrinin isə Cavabdeh1 qanunsuz sahibliyindən azad edilərək iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, mübahisəli bağ evinə məxsus iki qaz sayğacı mövcuddur. Həmin sayğaclardan biri Cavabdeh1 digəri isə Cavabdeh2 adınadır. Çünki cavabdehlər analoji izahat və ifadələrində mübahisəli bağ evindən ayrı-ayrı sayğac quraşdırmaqla istifadə edirlər. Həmin ərazidə yaşayan qonşularda həmin faktı təsdiq edirlər. Avtomobillərdə hazırda Cavabdeh1 istifadəsindədir. Həmin avtonəqliyyat vasitələri iddiaçının mülkiyyətində olmasına baxmayaraq onlardan qanunsuz yük daşıma fəaliyyəti ilə məşğuldurlar. Bu səbəbdən də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, mübahisəli əmlaklar Cavabdeh1 tərfindən alınsa da onun istifadəsində deyildir. Belə ki, qeyd olunan əmlaklar cavabdeh tərəfindən alınmış, lakin həmin əmlaklar iddiaçının adına qeydiyyata alınmışdır. Hazırda onlar həmin əmlakların dəyərini iddiaçıdan tələb edirlər. Bağ evindən istər hüquqlarını təmsil etdiyi Cavabdeh1, istərsə də digər Cavabdeh2 istifadə etmir. Onların bağ evindən istifadə etmələrinə dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdr. İddiaçının yalnız sübutu qaz sayğaclarına dair cavabdehlərə verilmiş bildirişlərdən ibarətdir. Cavabdehlərin Mərdəkan qəsəbəsində bağ evi olmaları işin hazırki faktiki hallarına uyunluq təşkil edə bilməz. Çünki hər bir şəxsin müxtəlif ünvanlarda istənilən qədər daşınmaz əmlakı ola bilər. Avtomobillər isə hüquqlarını təmsil etdiyi Cavabdeh1 tərəfindən alınmışdır və ona məxsusdur. Həmin avtonəqliyyat vasitələrinin dəyəri barədə mübahisə hazırki iddianın predmetini təşki etmir. Odur ki, iddiaçı tərəfindən heç bir mötəbər sübutların təqdim olunmamasını nəzərər alaraq iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış proses iştirakçısı İddiaçı haqqında olan “əmlak məlumatları” bölməs(lər)ində, eləcə də nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətləri ilə müəyyən edimişdir ki, ünvan 1 ünvanda yerləşən bağ evi, **-NF-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşının, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu avtomobilin, **-NC-*** dövlət nömrə nişanlı, VOLVO FH markalı yük maşını və **-ZC-*** dövlət nömrə nişanlı, “KRONE” markalı yarımqoşqu avtomobilin, **-BH-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ ACTROS 1841” markalı yük maşınının, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu və **-DP-*** dövlət nömrə nişanlı, “SCANİA R420” markalı yük maşını nəqliyyat vasitələri ərizəçi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən bağ evini torpaq sahəsi ilə birlikdə 85000 manat İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən bağ evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2019-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin təsisçilərinin 09 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, "xxxx" MMC-nin cari fəaliyyətinə rəhbər-direktor vəzifəsində çalışan İddiaçı oğl tutduğu vəzifədən azad edilərək, cari fəaliyyyətinə rəhbər-direktor vəzifəsinə X3 təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin təhlili və İnformasiya Təminatı Baş İdarəsinin 3-37/2-223xx-xx/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı, xx.xx.1958-ci il təvəllüdlü Fakhrat Mamedov sonuncu dəfə ünvan 3 ünvanında qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılsın və icraata qəbul edilərək istintaq aparılsın. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən bağ evi, **-NF-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşının, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu avtomobilin, **-NC-*** dövlət nömrə nişanlı, VOLVO FH markalı yük maşını və **-ZC-*** dövlət nömrə nişanlı, “KRONE” markalı yarımqoşqu avtomobilin, **-BH- *** dövlət nömrə nişanlı, “MERCEDES BENZ ACTROS 1841” markalı yük maşınının, **-ZX- *** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu və **-DP-*** dövlət nömrə nişanlı, “SCANİA R420” markalı yük maşını nəqliyyat vasitələri ərizəçi İddiaçı mülkiyyətindədir. Həmin bağ evi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xeyrəb oğlunun, avto nəqliyyat vasitələri isə Cavabdeh1 tərəfindən istifadə olunur. Hazırda İddiaçı həmin bağ evinin və avto nəqliyyat vasitələrinin geri qaytarılmasını tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdehin nümayəndəsi və vəkilinin sözügedən daşınar və daşınmaz əmlakların cavabdehə məxsus olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozubpozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Məhkəmə ilk öncə iddia tələbinin bağ evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xeyrəb oğlunun qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı sözügedən daşınmaz əmlakın mülkiyyətisi olduğundan həmin əmlakın özgənin qanunsuz sahibliyindən və istifadəsindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cavabdehlər Cavabdeh2 və X1 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişlər-xəbərdarlıqlarla Mərdəkan qəsəbəsində sayğac nömrələri 42674231 və 42673586 olan təbii qazdan istifadə etmələri müəyyən edilmişdir. Ona görə ki, istər iddiaçı tərəfindən təqdim olunan cavabdehlərin təbii qazdan istifadə etmələri barədə xx.xx.2024-cü il tarixli bildirişlər-xəbərdarlıqlarla mübahisəli bağ evindən istifadə etmələri sübuta yetirilmişdir. Bundan başqa cavabdehin vəkili və nümayəndəsi məhkəmədə verdiyi izahatında da və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-16(003)-240/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verdiyi şikayətində də qeyd olunan mübahisəli əmlakın Cavabdeh1 tərəfindən alındığını və həmin əmlakın sonuncuya məxsus olduğunu bildirmişdir. Digər tərəfdən cavabdehin nümayəndəsi və vəkilinin Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1922 saylı bağ evindən hazırda cavabdehlər tərəfindən istifadə edilməməsini bağlı göstərdikləri inandırıcı və ağılabatan mühakimə deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, ünvan 1 ünvanda yerləşən bağ evi cavabehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin avtonəqliyyat vasitəsinin Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, **-NF-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu avtomobil, **-NC-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını, **-ZC-*** dövlət nömrə nişanlı, “KRONE” markalı yarımqoşqu avtomobil, **-BH-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ ACTRO E 41” markalı yük maşını, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu və **-DP-*** dövlət nömrə nişanlı, “SCANİA R420” markalı yük maşını olan avtonəqliyyat vasitələri hazırda iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, iddiaçı sözügedən daşınar əmlakların mülkiyyətisi olduğundan həmin əmlakın özgənin qanunsuz sahibliyindən və istifadəsindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili sözügedən avtonoqəliyyat vasitələrinin hüquqlarını təmsil etdiyi şəxsin şəxsi vəsaiti hesabına alınması, lakin iddiaçının cavabdehlə qohumluq münasibətlərindən istifadə edərək, öz adına rəsimləşdirməsini, hazırda avtonəqliyyat vasitələrinin hüquqlarının təmsil etdiyi şəxsin istifadəsində olmasını bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşaraq, onun izahatında göstərdikləri ilə iddiaçının təqdim etdiyi sübutlarla, eləcə də iş materiallarına uyğun gəlməməsini müəyyən etmişdir. Həmçinin cavabdehin nümayəndəsi və vəkilinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-16(003)-240/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verdiyi şikayətində də, avtonoqəliyyat vasitələrinin Cavabdeh1 istifadəsində olmasını dolayısı yolla təsdiq etmişdir. Belə ki, cavabdehin nümayəndəsi və vəkili həmin şikayətində göstərmişdir ki, “İ instansiya məhkəməsinin qərardadı ilə istifadəsinin qadağan edildiyi nəqliyyat vasitələri halhazırda beynəlxalq yükdaşımaları həyata keçirir. Onların istismarının qadağan edilməsi həmin avtomobillərin əsl sahibi Fakhrat Mamedova külli miqdarda ziyan dəyməsinə və həmin nəqliyyat vasitələrini idarə edən işçilərin - sürücülərin işsiz qalmasına səbəb olacaqdır.” Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, **-NF-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu avtomobil, **-NC-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını, **-ZC-*** dövlət nömrə nişanlı, “KRONE” markalı yarımqoşqu avtomobil, **-BH-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ ACTRO E 41” markalı yük maşını, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu və **-DP-*** dövlət nömrə nişanlı, “SCANİA R420” markalı yük maşını olan avtonəqliyyat vasitələri Cavabdeh1 qanunsuz sahibliyində və istifadəsindən alınaraq İddiaçı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən bağ evi cavabehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı geri qaytarılması və **-NF-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu avtomobil, **-NC-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını, **-ZC-*** dövlət nömrə nişanlı, “KRONE” markalı yarımqoşqu avtomobil, **-BH-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ ACTRO E 41” markalı yük maşını, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu və **-DP-*** dövlət nömrə nişanlı, “SCANİA R420” markalı yük maşını olan avtonəqliyyat vasitələri Cavabdeh1 qanunsuz sahibliyində və istifadəsindən alınaraq İddiaçı geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən bağ evi cavabehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən və istifadəsindən alınaraq alınaraq İddiaçı geri qaytarılsın. **-NF-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu avtomobil, **-NC-*** dövlət nömrə nişanlı, “VOLVO FH” markalı yük maşını, **-ZC-*** dövlət nömrə nişanlı, “KRONE” markalı yarımqoşqu avtomobil, **-BH-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ ACTRO E 41” markalı yük maşını, **-ZX-*** dövlət nömrə nişanlı, “KRONE SDR 27” markalı yarımqoşqu və **-DP-*** dövlət nömrə nişanlı, “SCANİA R420” markalı yük maşını olan avtonəqliyyat vasitələri Cavabdeh1 qanunsuz sahibliyindən və istifadəsindən alınaraq İddiaçı geri qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-336/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-336/2024
15.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver