Məhkəmə qərarları › İş №e-2(003)-3383/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3383/2023

21.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3383/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 14000 manat pul və 132 manat məhkəmə rüsumunun alınıb ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə tanışlığı olmuşdur. 2021-ci ilin əvvəllərində Zaur ona banklara borclu olduğunu və bankın onu məhkəməyə verəcəyi təqdirdə işində problem olacağını, borclarını bağlamaq üçün 14300 manat pula ehtiyacı olduğunu bildirmişdir. Elə bu niyyət ilə ondan 2021-ci ilin may ayında 14300 manat məbləğində pul istəmiş və ona 14000 manat məbləğində pulu vermişdir. Həmin vaxt o öz əlyazması ilə 14000 manatı almağına və həmin pulu 1 il sonra qaytaracağına dair qəbz yazaraq vermişdir. Lakin Zaur söz verdiyi vədə əməl etməyərək nə 2022-ci ilin may ayında, nə də hazırki günə qədər borcumu qaytarmır. Dəfələrlə ondan pulunu istədikdə hərdən bir bəhanə ilə imtina etməyə başlamışdır. Onun ailə üzvlərinə və ortaq tanışlarına bu barədə müraciət etdikdə, hazırda onun xeyli maddi və mənəvi sıxıntılarının olduğunu bildirərək, ona biraz da möhlət verilməsini istəmişdirlər. Onun bu hərəkətləri sayəsində ona xeyli zərər dəymişdir. Belə ki, razılaşmamıza əsasən o onun pulunu 1 ilə qaytarmalı və həmin pulu öz işinə yatırım edərək pul qazanmalı idi. Lakin onun öz vədini yerinə yetirmədiyindən artıq o, öz qazancından da məhrum olmuşdur. Onun pulunu qaytarmaq istəmədiyindən polisə müraciət etdikdə isə polis ona borc işinə baxmadığını, məhkəməyə verməli olduğumu bildirdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh sonuncu dəfə ona bildirmişdir ki, nə bilirsən et, uzağı məhkəmə ondan hər ay 200 manat pul tutacaqdır. Onun bu hərəkətləti səbəbindən stress və əsəb çəkməklə insanlara olan inam və güvənini də itirmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakım olmadan baxılaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda izahatında həqiqətən iddiaçıdan 14000 manat pul aldığını, ona həmin pulu almasına dair qəbz yazıb verdiyini, iddiaçının təqdim etdiyi qəbzin onun tərəfindən yazılması və qəbzdəki imzanın ona məxsus olmasını bildirdi. Cavabdeh iddianı etiraf etməsi barədə ərizə təqdim etmiş və həmin ərizə iş materiallarına əlavə edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, onun iddianı etiraf etməsi barədə ərizəsini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli əlyazma qəbzdən görünür ki, “14000 manat pulu İddiaçı götürdüyümü və həmin pulu 1 il sonra 2022-ci ilin may ayında qaytarmağı öz öhdəmə götürürəm. Həmin pulu 1 il sonra vaxtında qaytarmadığım təqdirdə borcun məndən tutulmasına və əmək haqqına yönəldilməsinə etirazım olmayacaq” Göründüyü kimi, cavabdehin borc götürməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni zamanda iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, iddia qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə həmçinin iddianın 132 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 14000 (on dörd min) manat məbləğində pul vəsaiti və 132 (yüz otuz iki) manat məbləğində dövlət rüsumu alınaraq alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar