Məhkəmə qərarları › İş №e-2(003)-3437/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3437/2024

26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3437/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada öz xeyrinə 2.000 manat borcun və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, cavabdeh Rövşəni uzun müddətdir tanıyır və digər cavabdeh Elvinlə 3 il bundan öncə tanış olublar. Münasibətləri normal olmuşdur. Rövşən 2022-ci ildə Elvinlə onu tanış etmiş və Elvinə 2.000 manat pul lazım olduğunu və qaytararkən əlavə pul verəcəyini, pulu qaytarmaqda problem olarsa özü həll edəcəyini vəd etmişdir. O da Rövşənə inanmış və Elvinə ən geci 6 aya qaytarmaq şərti ilə 2.000 manat vermişdir. Lakin Elvin müxətlif bəhanələrlə artıq 2 ildir ki, həmin pulu qaytarmır. Rövşənə müraciət etsə də, o da artıq həmin borcdan yayınır. İddianı təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər X1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Mülki məcəllənin 77.1-ci maddəsinə əsasən “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” Məhkəmədə müəyyən olundu ki, İddiaçı cavabdehlər Bayramov Rövşən və Cavabdeh2 borc verdiyini iddia etmiş, lakin, iddiası ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd olunmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar