Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-357/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixində Xəzər rayonu, Qala qəsəbəsində Hövsan südçülük sovxozunda yerləşən 0.03 ha torpaq sahəsinin Cavabdeh alınması üçün ödədiyi 1800 (min səkkiz yüz) manat məbləğin və həmin torpaq səhəsində tikinti işlərinin aparılması ilə əlaqədar çəkdiyi 2253 (iki min iki yüz əlli üç) manat məbləğində xərcin, ümumilikdə 2012-ci ildən 2023-cü ilədək olan infylasiya faiz dərəcəsinin 2,5 əmsal olmasını nəzərə alaraq cavabdehdən 10132.50 (on min yüz otuz iki manat əlli qəpik) manat məbləğində vəsaitin (inflasiya nəzərə alınmaqla) və həmçinin ödənilmiş 120.4 (yüz iyirmi manat qırx qəpik) dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçı xx.xx.2012-ci il tarixində Xəzər rayonu, Qala qəsəbəsində Hövsan südçülük sovxozunda yerləşən 0.03 ha torpaq sahəsini Cavabdeh etibarnamə əsasında 1800 manata almış, sonra həmin torpaq sahəsini 10 mişar daşında hasarlatmış və 5 daş hündürlüyündə qarşısı yumru, təxminən 10x12 m sahədə evin özülünü tikdirmişdir. Həmin torpaq sahəsinə darvaza qoymağa imkanı olmadığına görə mişar daşı ilə darvazanın yerini bağlamışdır ki, gələcəkdə imkanı olan kimi yarımçıq qalan tikilini davam etdirsin. Sonrakı illərdə həm xəstəliyi ilə əlaqədar, həm də maddi imkanı olmadığına görə orada heç bir tikinti işi aparılmamış və müvəqqəti nəzarətsiz qalmışdır. Daha sonra iddiaçının oğlu X3 2023-cü ilin yanvar ayında Bakıya gələrkən mülkiyyətində olan torpaq sahəsinə baş çəkməyə gedərkən Kamil Zeynalov adlı şəxsin onların tikmiş olduğu evin özülünü sökərək yerində başqa ev tikdiyini görmüşdür. Süleyman bu barədə iddiaçıya məlumat verdikdə ona baş vermiş hadisə ilə əlaqədar ərazi üzrə polis bölməsinə müraciət etməyi bildirmişdir. X13 Polis Bölməsinə müraciəti əsasında Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi tərəfindən ********* saylı cinayət işi açılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Belə ki, aparılan araşdırmalar zamanı Cavabdeh bildirmişdir ki, xx.xx.2011-ci ildə Xəzər rayonu, Qala qəsəbəsində X4 2500 (iki min beş yüz) manata 0.06 ha torpaq sahəsi almışdır. xx.xx.2012-ci ildə həmin torpaq sahəsinin 0.03 ha sahəsini 1500 (min beş yüz) manata iddiaçıya satmışdır. Həmin torpaq sahəsini etibarnamə əsasında satmışdır. Belə ki, Aygün Əliyeva da ona torpaq sahəsini etibarnamə əsasında satmışdır. Bu illər ərzində iddiaçıya satdığı torpaq sahəsinə görə hər hansı problem olmamışdır. Lakin, Ələkbərə ilin əvvələrində məlum olmuşdur ki, həmin torpaq sahəsinin yaxınlığında yaşayan mərhum X5 həmin torpaq sahəsini təxminən 6 il bundan əvvəl İlqar adlı şəxsə satmış, sonuncu isə 2022-ci ilin sonlarında torpaq sahəsini başqa şəxsə satmışdır. Bundan başqa, baş verənlərdən məlumatı yoxdur. Abşeron Rayon İcra Hakimiyyətinin verilmiş sorğulara cavablarından görünür ki, həmin torpaq sahəsinə dair sərəncam, tarix və sərəncam nömrəsi məlum olmadığına görə torpaq sahəsinin X6 və ya başqa şəxsə ayrılmasını müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Cavabdeh Xəzər rayonu, Qala qəsəbəsində dövlət mülkiyyətində olan 0.03 ha torpaq sahəsini xx.xx.2012-ci il tarixində özünə məxsus olması barədə iddiaçıya yalan məlumat verməklə aldadaraq 1800 (min səkkiz yüz) manata satmış, həmin torpaq sahəsi iddiaçı tərəfindən daş hasara alınaraq orada təxminən 10x12 m fərdi yaşayış evinin kürsüsü inşa edilmişdir. Uzun müddət Bakıya gəlmədiyinə görə həmin torpaq sahəsinin yaxınlığında yaşayan mərhum Rüfət adlı şəxsdən xahiş etmişdir ki, həmin torpaq sahəsinə nəzarət etsin. 2017-ci ildə iddiaçı tərəfindən nəzarət edilməsi tapşırılan mərhum X5 qeyd olunan torpaq sahəsini içərisindəki yarımtikili ilə birlikdə X12 özünə məxsus daşınmaz əmlak kimi təqdim etməklə aldadaraq ona 600 (altı yüz) manata satmışdır. X17 isə həmin torpaq sahəsini xx.xx.2022-ci il tarixində X9 9.000 (doqquz min) manata satmış və sonuncu torpaq sahəsini X1 hədiyyə etmiş, bundan sonra sonuncu isə həmin torpaq sahəsində özünə fərdi ev inşa etmişdir. Cavabdeh xx.xx.2012-ci ildə Xəzər rayonu, Qala qəsəbəsində Hövsan südçülük sovxozunun ərazisində yerləşən özgənin (dövlət, bələdiyyə və şəxsi, o cümlədən Aygün Əliyevanın və qeyrilərinin mülkiyyətində olub-olmamasından asılı olmayaraq) 0.03 ha torpaq sahəsini özünə məxsus olması barədə iddiaçıya yalan məlumat verməklə aldadaraq 1800 manata satmış, etibarından sui-istifadə edərək ona maddi ziyan vurmuşdur. Qeyd olunan hallar ibtidai istintaq zamanı ********* saylı cinayət işi üzrə təsdiq olunmuş və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Lakin, xx.xx.2023-cü il tarixli, ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən Cavabdeh barəsində AR CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə onun barəsində AR CM-in 178.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Həmçinin, Xəzər rayonu, Qala qəsəbəsində Hövsan südçülük sovxozunda yerləşən 0.03 ha torpaq sahəsini aldıqdan sonra 10 mişar daşında hasarlamış, 5 daş hündürlüyündə qarşısı yumru, təxminən 10*12 m sahədə evin özülü inşa etdirmişdir. İddiaçı həmin işlərin görülməsinə 1 ədədi 0,45 qəpik olmaqla 2500 ədəd kubik üçün 1125 manat və 1 ədədi 0,50 qəpik olmaqla 1100 ədəd kubik üçün 550 manat, ümumilikdə 1675 manat məbləğ pul; 1 maşını 50 manat olmaqla 3 maşın qum üçün 150 manat və 1 maşını 60 manat olmaqla 2 maşın qum üçün 120 manat, ümumilikdə 270 manat məbləğdə pul; 1 ədədi 7 manat olmaqla 44 ədəd sement üçün 308 manat məbləğdə pul xərcləmişdir. Göründüyü kimi xx.xx.2012-ci il tarixində Cavabdeh Xəzər rayonu, Qala qəsəbəsində Hövsan südçülük sovxozunda yerləşən 0.03 ha torpaq sahəsininin alınması üçün 1800 (min səkkiz yüz) manat və həmin torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar 2253 (iki min iki yüz əlli üç) manat məbləğində, ümumilikdə 4053 (dörd min əlli üç) manat məbləğində vəsait iddiaçı tərəfindən xərclənmişdir. Eyni zamanda 2012-ci ildən 2023-cü ilədək olan inflyasiya faiz dərəcəsinin 2,5 əmsal olmasını nəzərə alaraq cavabdehdən 10132.50 (on min yüz otuz iki manat əlli qəpik) manat məbləğində vəsait (inflasiya nəzərə alınmaqla) tutulub iddiaçıya ödənilməlidir. Belə ki, hazırda həmin torpaq sahəsi və üzərində inşa etdiyi yarımtikili ilə bağlı mülkiyyət hüququ əldə etmiş olsa idi həmin torpaq sahəsi və üzərindəki yarımtikilini orta bazar qiyməti ilə minimum 15.000 manat satmış ola bilərdi. Cavabdehin iddiaçını aldatması ilə əlaqədar olaraq o, yuxarıda qeyd olunan məbləğdə maddi zərərə uğramışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, torpağı 1800 manata Ələkbərə satmışdır. Torpağı aldığı adamı isə tapa bilmir ki, məsələyə aydınlıq gətirsin. İddia tələbinin 1800 manat hissəsini qəbul edir. Lakin, ustalara ödənilən ödəniş və tikinti materiallarının alınması ilə bağlı olan xərcləri isə qəbul etmir. Belə ki, torpaq sahəsində tikinti işləri gedən zaman orada olmamış və bütün bunları öz gözləri ilə görməmişdir. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərmişdir ki, o, iddiaçı Ələkbərlə uzaq qohumdur. 2012-ci il tarixdə torpağı Vüsaldan almışlar. Ələkbərin yaşamaq üçün evi yox idi. Ələkbər bir müddət onun evində yaşamışdır. Bu səbəbdən onlar torpağı alarkən notariat orqanına birlikdə getmişlər. Torpağı almaq üçün 1800 manat ödəmişlər. Daha sonra Ələkbər daş və sement alaraq həyətə tökmüş və hasar çəkmişdir. Bununla da evin fundamenti qurulmuşdur. Daha sonra isə onlar torpağın başqa birinə satıldığını müəyyən etmişlər. Ələkbər torpağı aldıqdan sonra oraya təxminən 4-5 maşın daş, 3 maşın qum gətirdərək tökmüşdür. Ustalara müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pul vermişdir. Birinci dəfə ustalara pul verərkən o, da onun yanında olmuş və Ələkbər təxminən 450-550 manat arası ödəniş etmişdir. Sonrakı ödənişlərdə isə o, orada olmamışdır. Məhkəmə iclasında şahid X16 ifadəsində göstərmişdir ki, o da iddiaçı Ələkbərlə uzaq qohumdur. Cavabdehi şəxsən tanımır. Təxminən 2012-ci il tarixdə Ələkbər Vüsaldan torpağı notariat qaydasında almışdır. Torpaq alınana qədər Ələkbər onların evində yaşamışdır. Torpağı 1800 manat məbləğində pul ödəyərək almışdır. Ələkbərlə daha çox atası Eyyub bir yerdə olmuşlar. O isə öz işləri ilə əlaqədar onların yanında az olmuşdur. Ələkbər tərəfindən usta ödənişləri və materiallara təxminən 4-5 min manat pul verilmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 25 may 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlı və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-35-1/2-H-1235-36- 445/2023 saylı məktubdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hövsan südçülük sovxozunun ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 0,03 ha hissəsində X2 tərəfindən özbaşına tikinti işlərinin aparılması barədə müraciətə əsasən torpaq sahəsinə yerində baxış zamanı Qala qəsəbəsi ərazisində yerləşən 334 saylı tam orta məktəbin yaxınlığında hər mərtəbəsi 120 m2 olan 2 mərtəbəli fərdi yaşayış evinin inşa edilməsi müşahidə edilmişdir. - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il 3-34/2- 109/04-1/2023 saylı məktbunun surətindən görünür ki, inflyasiya göstəricisi kimi qəbul edilmiş istehlak qiymətləri indeksi 2023-cü ilin sentyabr ayında 2012-ci ilin noyabr ayına nisbətən 193,6 faiz təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 2012-ci il tarixdə 1800 manat məbləğində pul verərək cavabdehdən Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin yarısını- yəni 0,03 ha hissəsini almışdır. Həmin hal cavabdehin özü tərəfindən həm məhkəmə iclasında, həm də istintaq zamanı verdiyi ifadədə etiraf edilmişdir. Məhkəmə iddia tələbinin iddiaçının torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar çəkdiyi 2253 manatın cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hal iddiaçı tərəfindən sübut edilmədiyindən təmin edilə bilməz. Şahid ifadələrinin tikinti xərcləri ilə bağlı hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dəvət edilən şahidlərin həmin məsələ ilə bağlı ifadələri heç bir digər sübutla təsdiq olunmadığından mötəbər sübut hesab oluna bilməz. İddiaçı iddia tələbində inflyasiya faiz dərəcəsinə görə, yəni uzun müddət keçdikcə pulun dəyərdən düşməsi əsası ilə əldən çıxmış fayda olaraq ona dəymiş 1800 manat məbləğində zərərlə təmir xərclərinə görə ödədiyi pul məbləğini toplayaraq cəmlənən məbləğ həddində hesablama aparmış və cavabdehdən 10132,50 manat məbləğində pul tələb etmişdir. Lakin, Dövlət Statistika Komitəsinin məktubundan da göründüyü kimi, pulun verildiyi 2012-ci il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmə ərəfəsi olan 2023-cü ilin sentyabr ayına inflyasiya faiz dərəcəsi 193,6 faiz təşkil edir. Hazırkı halda iddia tələbi qismən təmin edildiyindən inflyasiya faiz dərəcəsi ilə birlikdə cavabdehdən tutulmalı olan məbləğ 3484,8 manat təşkil edir (1800 x 93,6/100=1684,8; 1684,8+1800=3484,8). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. İş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 120,4 manat dövlət rüsumundan ibarətdir. İddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 54,84 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan 65,56 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3484,8 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 54,84 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 65,56 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-357/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-357/2024
31.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver