Məhkəmə qərarları › İş №e-2(003)-3605/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3605/2023

25.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3605/2023 25.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vərəsəlikdə miras payının bağışlanması müqaviləsinin ləğv edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d im : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə verilmiş 2V-52 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X1 mıras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.8 kv/m olan fərdi yaşayış evindən və mülkiyyətində olan 0.08652 ha torpaq sahəsindən onlara düşən 1/8 hissə vərəsəlik payının Cavabdeh bağışlanmasına dar Bakı şəhəri 7 saylı notariat ofsinin xüsusi notariusu N.Vədətov tərəfindən təsdiq edilmiş 28 fevral 2017-ci il tarixli “Vərəsəlikdə miras payın bağışlanma müqaviləsi”ndən imtina edilmiş hesab olunması, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1554/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “vəsiyyətnamənin, əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğvi”nə dair iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, vəsiyyətnamənin, əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğvinə dair tərəflər arasında məhkəmə mübahisələri olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə İddiaçı2 və İddiaçı1 tələbinin təmin edilməməsi barədə qatnamə çıxarılmış və qanuni qüvvəyə minmişdir. Hazırkı iddia eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan hazırki tələbə məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mübahisəli evə istifadə hüququnun itirilməsi müəyyən edildiyindən, yəni artıq istifadə hüququ ilə bağlı məsələ üzrə mübahisə öz həllini tapdığından eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət edilməsi hüququ istisna edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vərəsəlikdə miras payının bağışlanması müqaviləsinin ləğv edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar