Məhkəmə qərarları › İş №e-2(003)-3686/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3686/2021

30.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3686/2021 30.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışıq sazişi bağlandığını bildirmiş və barışıq sazişinin təsdiq olunmaqla, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, məhkəməyə təqdim edilən 10.09.2021-ci il tarixli notarial qaydada təsdiqlənmiş barışıq sazişinə əsasən iddiaçı-İddiaçı, cavabdeh-Cavabdeh, iddiaçı- İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildə cavabdeh- Cavabdeh aid istifadə hüququna xitam verilməsi ve cavabdeh-Cavabdeh, iddiaçı-İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildə olan yaşayış yeri üzrə pasport qeydiyyatından çıxması üçün 6 000 (altı min) manat kompensasiya ödəyir. Cavabdeh, iddiaçının ödədiyi 6 000 (altı min) manat pulu qəbul edir və onun, iddiaçı- İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildəki istifadə hüququna xitam verilməsi ilə razılaşır və həmin mənzil ilə bağlı iddiaçıya qarşı gələcəkdə hər hansı bir qaydada hər hansı bir tələb irəli sürməyəcəyini bildirir.Cavabdeh-Cavabdeh, İddiaçı-İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildə olan yaşayış yeri üzrə qeydiyyatdan çıxağı öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək barışıq sazişi bağladıqlarından, mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla hazırki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ilə Cavabdeh arasında 10.09.2021-ci il tarixdə aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: 1) İddiaçı, cavabdeh-Cavabdeh, iddiaçı-İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildə cavabdeh-Cavabdeh aid istifadə hüququna xitam verilməsi ve cavabdeh-Cavabdeh, iddiaçı-İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildə olan yaşayış yeri üzrə pasport qeydiyyatından çıxması üçün 6 000 (altı min) manat kompensasiya ödəyir. 2) Cavabdeh, iddiaçının ödədiyi 6 000 (altı min) manat pulu qəbul edir və onun, iddiaçı-İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildəki istifadə hüququna xitam verilməsi ilə razılaşır və həmin mənzil ilə bağlı iddiaçıya qarşı gələcəkdə hər hansı bir qaydada hər hansı bir tələb irəli sürməyəcəyini bildirir. 3) Cavabdeh-Cavabdeh, İddiaçı-İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildə olan yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılmasına etiraz etmir. İddiaçı Cavabdehna qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar