Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3723/2024 12.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə 8.000 manat məbləğində pul vəsaitin və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında göstərdi ki, İddiaçı tanışı Cavabdeh 2020-ci ilin noyabr ayında iddiaçınını yaşadığı evə gələrək yeni ev aldığını, pulu çatmadığına görə ondan 4.000 manat borc pul istəyərək bir aya qaytaracağını bildirmişdir. Bundan sonra, 29 aprel 2021-ci il tarixdə Cavabdeh İddiaçı yaşadığı evə gedərək uşağı xəstə olduğunu demiş və 4000 (dörd min) manat borca pul istəyərək üç günə qaytaracağını bildirmişdir.İddiaçı borca verdiyi pulu dəfələrlə cavabdehdən geri qaytarmağı istəsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Buna görə də iddiaçı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək cavabdehin törətdiyi əmələ görə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin 11 iyun 2021-ci il tarixli Qərarına əsasən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. X2 Sevincin izahatı və ərizəsinə istinad edilmişdir. Həmin ərizədə və izahatda Cavabdeh qeyd etmişdir ki, “2020-ci ilin oktyabr ayında Buzovna qəsəbəsində yaşayan Gita adlı qadından 4.000 manat pul sələmə götürərək hər aya görə 1.000 manat pul ödəmiş, sonuncu dəfə aprel ayında 1.000 manat ödəməsini bildirmişdir. Pulun kökünü yəni 4.000 manatı ödədiyini bildirmişdir. Yenidən 2021-ci ilin aprel ayında isə Gitadan hər aya 1.000 manat ödəmək şərtilə 4.000 manat sələmə götürmüşdür. Gitaya yenidən götürdüyü puldan sələmə pul ödəməmişdir. Gitaya onun dediyinə görə 8.000 manat borclu olduğunu bildirmişdir”. İşin hallarından da göründüyü kimi cavabdeh ümumilikdə 8.000 manat pul vəsaitini cavabdehdən aldığını etiraf etmişdir və həmin pulu iddiaçıya qaytarmamışdır.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir.İddiaçı ilk dəfə 2020-ci ildə 4.000 manat məbləğində pul borc almış və 250 manat məbləğində faizi ilə geri qaytarmışdır. Bundan təqribən 5 ay sonra İddiaçı yenidən 4.000 manat məbləğində borc almış və 1.000 manat məbləğində faizi ilə geri qaytarmışdır.O borcunu artıqlamasıyla ödəyib.İddiaçı isə hesab edir ki, o yanlız faiz borcunu ödəmiş, “ana borc” qalmışdır.İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci Polis Şöbəsindən alınan 444/21 saylı materialdan görünür ki, X1 öz izahatında Gitadan 2020-ci ilin oktyabr ayında 4.000 manat sələmə pul götürərək hər aya görə sonuncu dəfə aprel ayında 1.000 manat ödədiyini və pulun kökünü, 4.000 manatı ödəmədiyini etiraf etmişdir. Yenidən 2021-ci ilin aprel ayında hər aya 1.000 manat ödəmək şərti ilə Gitadan 4.000 manat sələmə pul götürmüşdür. Gitaya yenidən götürdüyü borcdan sələm borcu ödəməmişdir.Məvacib kartı Gitadadır,lakin o həmin kartdan pul çıxarda bilmənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən “borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür”. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh Gitadan 2 dəfə ayrı-ayrı vaxtlarda faizi ilə qaytarmaq şərti ilə 4.000 manat olmaqla cəmi 8.000 manat borc almışdır. Cavabdeh 2020-ci ilin oktyabr ayında borc aldığı 4.000 manata görə hər ay aprelə qədər 1.000 manat ödədiyini, borcun əsası olan 4.000 manatı ödəmədiyini və 2021-ci ilin aprel ayında aldığı 4.000 manatdan isə sələm pulu ödəmədiyini məhkəmədə və polis şöbəsində etiraf etmişdir. Göründüyü ki, Cavabdeh borc aldığını etiraf etmiş, lakin borcu ödəmiş olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə 8.000 manat məbləğində pul vəsait tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 8.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-3723/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3723/2024
12.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver