Məhkəmə qərarları › İş №e-2(003)-378/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-378/2025

11.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-378/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 850 manat məbləğində borcun, 320 manat vəkilə ödənilən xidmət haqqının və 126 manat dövlət rüsumun birgə qaydada cavabdehlər Cavabdeh1 və X2 tutulması və borcun X3 ünvan 1 ünvanıda yerləşən 22 saylı mənzilə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında göstərdi ki, İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehlərin qardaşı X6 ilə tanış olmuş, ona torpaq almaq istədiyini bildirmişdir. X6 iddiaçıya qardaşlarının, yəni cavabdehlərin torpaq satdığını bildirmiş, onların telefon nömrələrini iddiaçıya vermişdir. İddiaçı cavabdehlərlə telefon vasitəsi ilə əlaqə saxlamış və 6 ha torpaq sahəsi istədiyini bildirmişdir, cavabdehlər isə hər 1 ha üçün 19 500 manat pul vəsaiti istəmişlər. Tərəflər xx.xx.2024-cü il tarixdə 6 ha torpaq sahəsinin 117 000 manata satılacağı barədə şifahi razılığa gəlmişlər. Daha sonra cavabdeh Nəcəfov X1 gəlməsi üçün iddiaçıdan ilkin olaraq 500 manat beh istəmişdir və iddiaçı bu məbləği cavabdehin kartına göndərmişdir. İddiaçıya torpaqla bağlı bütün sənədlərin qaydasında olduğu deyilsə də, sonradan torpağın atalarının adına olmasını, ataları rəhmətə getdiyi üçün alqı-satqı üçün torpağın analarının adına keçirmək lazım olduğunu bildirmişlər. xx.xx.2024-cü il tarixdə iddiaçı və Cavabdeh1 torpağın olduğu Şüvəlan qəsəbəsind görüşmüş və birlikdə “ASAN xidmət” getmişlər, orada da torpağın atanın adına olduğu üçün ananın adına keçirilməli, bundan sonra alqı-satqının mümkün olacağını bildirdilər. Sənədləşmə işlərindən sonra torpaq sahəsi cavabdehlərin atalarının adından analarının adına keçirilmiş, bu müddətdə iddiaçıdan dəfələrlə 500, 1000, 1500, və 2000 manat istəmişlər. İddiaçı isə ümumilikdə 11 350 manat vəsaiti beh olaraq Cavabdeh1 vermişdir, lakin cavabdehlər onu alqı-satqı olacağı vədi ilə aldadıb, alqı-satqını həyata keçirməmişdilər. Daha sonra tərəflər yenidən alqı-satqı üçün “ASAN xidmət” getmişlər, bu dəfə isə cavabdehin məhkəməyə verildiyi üçün alqı-satqı mümkün olmamışdır. Alqı-satqı baş tutmadığı üçün iddiaçı cavabdehdən ödədiyi 11 850 manat pul vəsaitini geri istəmişdir, cavabdeh pulları qaytaracağını bildirsə də, bu günədək heç bir ödəniş etməmişdir. İddiaçı tərəfdən cavabdehlərin daşınar və daşınmaz əmlakları barədə məlumat əldə edilməsi məqsədi ilə müvafiq qurumlara müraciət edilmiş, nəticədə Cavabdeh1 mülkiyyətində **-NH-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” və **-DP-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ E300” minik markalı avtomobil, X3 mülkiyyətində isə **-UB-*** dövlət qeydiyyat nişanlı “MERCEDES E2” minik markalı avtomobil və ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil vardır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X5 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, qardaşı Cavabdeh1 iddiaçıdan pul alması barədə məlumatı yoxdur, sözügedən torpaq atalarının adına olub, ataları isə 2022-ci ildə vəfat etmişdir. Özü hal-hazırda ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildə yaşayır və başqa evi yoxdur. İddianın rədd edilməsini xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 hesabına pullar köçürülmüşdür, lakin cavabdeh bunun qarşılığında heç bir öhdəlik icra etməmiş və ya iddiaçıya əmlak verməmişdir. Bunda başqa məhkəmə hesab edir ki, X5 heç bir pul vəsaiti əldə etmədiyi üçün iddia ona qarşı hissədə təmin olunmamalı və borcun X3 ünvan 1 ünvanıda yerləşən 22 saylı mənzilə yönəldilməsi tələbi də təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İş materiallarına əlavə edilmiş flash kartda olan İddiaçı ilə Cavabdeh1 telefon danışığında cavabdeh iddiaçıya “borcun 10 000 manatını ayın 25-i gəlib götürməsini, qalan hissəsi olan 1800 manatı isə Almaniyaya gedəndən sonra ordan göndərəcəyini” bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 11 800 manat borcu etiraf etmişdir və 11 800 manat pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. İddiaçı 320 manat vəkilə ödənilən xidmət haqqının cavabdehlərdən tutulması tələbi bununla bağlı heç bir sübut təqdim edilmədiyindən təmin olunmamalıdır. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 126 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 126 manat məbləğində mediasiya xərci Cavabdeh1 tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 11 800 manat (on bir min səkkiz yüz manat) pul vəsaiti və ödənilmiş 126 manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar