Məhkəmə qərarları › İş №e-2(003)-3861/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(003)-3861/2024

11.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3861/2024 11.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 730,0 manat pulun, 30,0 manat dövlət rüsumunun və hüquqi yardım üçün 100 manatın pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Saatlı rayonun Nabatkənd kəndində yaşayıram və yaşadığım kənddə kənd təsərrüfatı məhsulları əkməklə məşğul olur. 2024cü ildə mülkiyyətində olan torpaq sahəsini qarpız bitkisi əkmişdi. Təxminən iyun ayının 26sı həmkəndlisi X4 onunla telefon əlaqəsi saxlayaraq Bakı şəhərindən iki nəfər şəxsin kəndə qarpız almağa gəldiyini və qarpızı varsa onlara sata biləcəyini bildirdi. Bundan sonra Oktay İsgəndərov həmin şəxsləri onun həyətinə göndərdi. O, həmin şəxslərlə tanış oldu və öyrəndi ki, birinin adı Cavabdeh, o birinin adı isə X3r, yaşadıqları ünvan isə Bakı şəhəri, Türkan qəsəbəsidir. Həmin vaxt Şəhram və Əbdülağa ona bildirdilər ki, satmaq üçün onlara qarpız lazımdır. O, Şəhram və Əbdülağa ilə razılaşaraq onlara ümümilikdə dəyəri 930,0 manat nisyə qarpız satdı və onlar qarpızın pulundan 200 manat verdilər qarpızın pulundan qalan 730 manatı isə bildirdilər ki, iki gündən sonra onun bank kartına atacaqlar, lakin Şəhram və Əbdülağa mənə verdikləri sözü yerinə yetirmədilər. Onu da qeyd edir ki, Şəhram və Əbdülağa qarpız almağa “Ford” marakalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillə gəlmişdilər və qarpızları da həmin avtomobilə yüklədilər. O, da həmin avtomobilin dövlət qeydiyyat nömrəsinin şəkilini telefonu ilə çəkmişdir. Dəfələrlə Şəhram və Əbdülağadan ona olan 730 manat borcu tələb etsə də onlar hər dəfə bəhanə gətirərək pulu ödəməmişlər. O, bu barədə qanuni tədbir görülməsi üçün Saatlı RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin şikayətinin heç bir müsbət nəticəsi olmamış və ona məhkəmədə iddia qaldırmağı məsləhət görülmüşdür. Daha sonra iddiaçı iddianı dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh 730,0 manat pulun, 30,0 manat dövlət rüsumunun və hüquqi yardım üçün 100,0 manatın pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. . Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehə satmaları üçün qarpız verməsinə dair razılığa gəlmişlər. Cavabdeh bunun müqabilində 200,0 manat vermişdir. Lakin onlar cəmi 930,0 manat verəcəklərinə dair razılığa gəlmişdirlər. Buna görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, iddiaçı onun həmyerlisidir, uzun müddətdir tanıyır. Cavabdehi ilk dəfə Vüqardan qarpız alanda, tərəziyə aparılan zaman görüb. Şəhram 200,0 manat pulu onun kartına köçürüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, iddiaçı onun qaynatasının qonşusudur. O, qaynatasıgilə getmişdir və o zaman Vüqargilin qapısı açıq olmuşdur, maşına qarpız yığırdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, Vüqar onun qonşusudur. Cavabdehi şəxsən tanımır. Kəndə gəlmişdilər onun qardaşını axtarırdılar, qardaşı həmin vaxt kənddə olmadığından onun evinə gəldilər. Söhbət zamanı qarpız almaq istədiklərini dedilər, o isə Vüqara zəng edib bu barədə məlumat verdi. Qarpızları yığıb qiyməti barədə razılığa gəldilər. Lakin hal-hazırda pulunun olmadığını, daha sonra karta yükləyəcəyini dedi. Vüqar çox tərəddüddən sonra razılaşdı və ümumi məbləğdən 200,0 manat pul verdi cavabdeh. Daha sonra bügün sabah pulu verəcəyi vədi ilə pulun qalanını ödəmədi. İddiaçı ərizə ilə müraciət edərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarından görünür ki, iddiaçı ona hüquqi yardım göstərilməsi üçün 100,0 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarının elektron portaldan çıxarışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında iddiaçının izahatı və şahidlərin izahatından müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 930,0 manat müqavilində satması üçün qarpız vermişdir. Lakin cavabdeh cəmi 200,0 manat pul vermiş və qalan 730,0 manat pulu verəcəyini üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Ümumilikdə 730,0 manat pulu iddiaçıya qaytarmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1 və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Qeyd edilən Məcəllənin 778.3-cü maddəsinə əsasən, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Göstərilən Məcəllənin 779-cu maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdehin iş üzrə dinlənilmiş şahidlərin ifadələrindən görünür ki, o, qarpız satmaq üçün iddiaçıdan 930,0 manat dəyərində qarpızı almış və 730,0 manat borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı izahatında öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyini, lakin cavabdehin öhdəliyindən yayındığını qeyd etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan 930,0 manat dəyərində qarpızı alması işin materialları ilə yanaşı, şahidlərin izahatı ilə təsdiq olunur. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan qarpız almış, onun müqabilində 930,0 manat iddiaçıya ödəyəciyi bildirmiş, yalnız 200,0 manat ödəmiş, qalıq 730,0 manat pulu isə iddiaçıya qaytarmamışdır. Odur ki, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən, iddiaçıda həmin pulu cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlirki, iddia tələbi təmin edilərək Cavabdeh 730,0 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə habelə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçının hüquqi yardım almasına görə ödəmiş olduğu 100,0 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 730,0 manat məbləğində pul vəsaiti, hüquqi yardım üçün ödınilmiş 100,0 manat pul və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 860,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 730,0 manat məbləğində pul vəsaiti, hüquqi yardım üçün ödənilmiş 100,0 manat pul və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 860,0 manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar