Məhkəmə qərarları › İş №e-2(003)-3936/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3936/2022

01.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3936/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına verilmiş ********** saylı, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən A tikilisinin ümumi sahəsi 68.3 kv.m. olan təsərrüfat otağının cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması, həmin təsərrüfat otağının boşaldılaraq ona təhvil verilməsi və təsərrüfat otağından istifadə edilməsinə yaradılan maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə (hər biri ayrı-ayrılıqda) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı özgənin qanunsuz sahibliyindən mülkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki işə baxılanadək, hazırkı mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı özgənin qanunsuz sahibliyindən mülkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə 2(003)-49/2022 №-li mülki işlə, İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(003)-3936/2022 №-li mülki iş birlikdə baxılması üçün bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, hər iki mülki işin materiallarını araşdıraraq hesab edir ki, həmin işlərin birləşdirilməsi prosessual qənaət prinsipi baxımından məqsədəmüvafiqdir və ona görə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3. maddəsinə əsasən birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3. maddəsindən görünür ki, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.4, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı özgənin qanunsuz sahibliyindən mülkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə 2(003)-49/2022 №-li mülki işlə, İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(003)-3936/2022 №-li mülki iş birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar