Məhkəmə qərarları › İş №e-2(003)-400/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-400/2023

24.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-400/2023 24.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1 və Cavabdeh3, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri punlik şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 və Cavabdeh3 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsindən payına düşən 0,035 ha hissənin naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1 və Cavabdeh3, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri punlik şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsindən payına düşən 0,0311 ha hissənin naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə iclasında mülki işlərin bir icraatda birləşdirilərək baxılmasına etiraz etmədi. Məhkəmə iclasında Cavabdeh1 mülki işlərin bir icraatda birləşdirilərək baxılmasına etiraz etmədi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə məhkəmə iclasının iştirakı olmadan keçirərək, işlərin birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı Muradqulu qızı, Cavabdeh2, X3 və X1 qarşı əmlakın naturada bölgüsü tələbinə dair 2(003)-70/2023 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 111,6 kv.m. olan fərdi yaşayış evindən və 0,105 ha torpaq sahəsindən 1/3 hissədə müəyyən olunmuş payının naturada bölünərək mülkiyyətinə verilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi məhkəmənin qərardadına əsasən icraata götürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən iddia tələbləri mahiyyətinə görə eyni əmlakın naturada bölünərək paylı mülkiyyətçinin mülkiyyətinə verilməs ilə bağlı olduğundan, göstərilən mülki işlərin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiqdir. Buna görə də göstərilən mülki işlər birləşdirilərək, bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1 və Cavabdeh3, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri punlik şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə üzrə 2(003)-400/2023 saylı mülki işlə, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı Muradqulu qızı, Cavabdeh2, X3 və X1 qarşı əmlakın naturada bölgüsü tələbinə dair 2(003)-70/2023 saylı mülki iş birləşdirilsinlər, həmin işlərə bir icraatda baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar