Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4036/2023 26.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi və pasport qeydiyyatından çıxarılması” tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1-a istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin evdən pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1-da yaşayır və həmin ev onun xüsusi mülkiyyətimdədir. Buna baxmayaraq Cavabdeh, X13, X17, X20, X11, X21, X23, X8 və X3 uzun illərdir ki, başqa ünvanda yaşayırlar və formal olaraq onun mülkiyyətində olan evdə pasport qeydiyyatında qalmışlar. 2023-cü ilin yanvar ayında sözügedən şəxslərin pasport qeydiyyatından çıxarılmaları üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6302/2023 saylı qərarı ilə iddia qismən təmin edilmiş, qardaşı Cavabdeh istisna olmaqla, digərləri qeydiyyatdan çıxarılmışdır. Cavabdeh onun qardaşı olduğuna görə məhkəmə mülki və mənzil qanunvericliyinin normalarını tətbiq edərək bu qənaətə gəlmişdir ki, Cavabdeh yaşayış sahəsinə istifadə hüququnun olmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdur. Bu səbəbdən hazırki iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edilmişdir. Xəzər rayonu, Türkan qəsəbəsi, Yenikənd küçəsi, ev 19 mərhum atası X5 miras qalmış, xx.xx.2021- ci il tarixli miras payın bağışlanma müqaviləsinə əsasən Cavabdeh miras əmlakdan ona düşən hissəni də ona bağışlamışdır. Həmçinin Cavabdeh 19 saylı fərdi yaşayış evinə dair istifadə hüququnun olması barədə Əmlak məsələləri dövlət xidmətinin arxivində hər hansı məlumat da aşkar edilməmişdir. Cavabdeh Türkan qəsəbəsində özünə məxsus evi vardır və həmin evin sənədi Cavabdeh həyat yoldaşı X4 adına rəsmiləşdirilmişdir. Sadalanan məlumatlar Bakı İnzibati Məhkəməsi tərəfindən sorğular əsasında əldə edilərək məhkəmə qərarı ilə müəyyən edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-4036/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması” barədə iddiasına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda izahatında, cavabdeh 20-30 ilə yaxındır həmin ünvanda yaşamır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir.Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Öncəki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, atasından miras qalmış ünvan 2 ünvanında yerləşən payından qardaşı İddiaçı xeyrinə imtina edərək, ona bağışlamışdır. Uzun illərdi həmin ünvanda yaşamır. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xəzər rayonu, Türkan qəsəbəsi, Yenikənd küçəsi, ev 19 ünvan İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh, X6, X9, X14, X4, X15, X18, X2, X1 ünvan 2 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir. X7 adına (əsaslarda təvəllüd göstərilməmişdir) Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir. Cavabdeh, X6, X9, X14, X15, X18, X2, X1 adlarına hazırda Bakı şəhəri ərazində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci ildə vəfat etmiş X10 vərəsələri İddiaçı, Cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X12 verilmiş **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57 kv/m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,1092 ha torpaq sahəsindən ½ hissədə pay almalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci ildə verilmiş 2V-512 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 miras qalmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57 kv/m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,1092 ha torpaq sahəsindən ona düşən İddiaçı bağışlamışdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş halları ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1971-ci ildə vəfat etmiş X10 vərəsələri İddiaçı, Cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X12 verilmiş **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57 kv/m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,1092 ha torpaq sahəsindən ½ hissədə payları müəyyən edilmiş, xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh xx.xx.2021-ci ildə verilmiş 2V-512 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 miras qalmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57 kv/m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,1092 ha torpaq sahəsindən ona düşən İddiaçı bağışlamışdır. Cavabdeh uzun müddətdir ki, mübahisəli ünvanda yaşamır. Mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, “Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında miras payın bağışlanması müqaviləsinin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində Cavabdeh mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-4036/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4036/2023
26.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver