Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-4073/2024 03.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu İddiaçı X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh olmaqla cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı “mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh olmaqla Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı «mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə, 4 saylı evə qeydiyyatına xitam verilməsi (qeydiyyatdan çıxarılması) və bu dəyişikliklərin elektron məlumat bazasında edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin “xahiş etdi” adlı hissəsində iddiaçı tərəfindən kənar şəxs heasb edilən Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə, 4 saylı evdən çıxarılmasını xahiş edilmişdir. Lakin, evdə qeydiyyatda olan kənar şəxsin evdən qeydiyyatdan çıxarılması üçün əvvəlcə müvafiq polis orqanına müraciət edilməli, imtina cavabı aldıqda isə həmin cavabla birlikdə müvafiq inzibati məhkəməyə müraciət edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlərin inzibati xarakterli münasibətlərə aid olması, habelə tələbin məhz inzibati orqana qarşı irəli sürülməsi hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 mövcud ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı X3 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 264-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh olmaqla cavabdeh Bakı şəhər Xəzər Rayon Polis İdarəsinə qarşı «mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya evdən qeydiyyatdan çıxarılma ilə bağlı müvafiq inzibati orqana müraciət etmək, imtina cavabı aldıqda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul (xx.xx.2024-cü il tarixli ********** saylı qəbz) iddiaçı X2 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-4073/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-4073/2024
03.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver