Məhkəmə qərarları › İş №e-2(003)-420/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-420/2022

11.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-420/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququ olmayan hesab edilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 10 evdən istifadə hüququ olmayan hesab edilməsi, Cavabdeh əşyaları (6 nəfərlik, tünd qəhvəyi rəngli stol-stul dəsti; tünd yaşıl rəngli divan-kreslo; tünd qəhvəyi rəngli kamod-dolab; tünd qəhvəyi rəngli yataq dəsti: iki nəfərlik yataq, dolab, güzgülü termo) ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi 1B saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə istifadə hüququnun tanınması və himayəsində olan azyaşlı uşaqları ilə birlikdə fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X8 ilə Cavabdeh 10 iyun 2005-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 23.02.2006-cı il təvəllüdlü X5, 02.09.2008-ci il təvəllüdlü X6 və 19.01.2018-ci il təvəllüdlü X7 doğulmuşdur. Cavabdeh oğlu ilə nikaha daxil olduqdan sonra el adəti ilə mülkiyyətində olan ünvan 2 ünvanına gəlin köçmüşdür. Eyni zamanda, cavabdeh evə köçərkən özünə məxsus əşyalarını da orada yerləşdirmiş və pasport qeydiyyatına düşmüşdür. ünvan 10 evin yerləşdiyi torpaq sahəsində öz şəxsi vəsaiti hesabına 1B saylı ikimərtəbəli yaşayış sahəsini tikdirmişdir. Belə ki, o, bir neçə il ərzində evin tikintisi üçün hissə-hissə tikintiinşaat materialları almış, əlavə olaraq təxminən 25.000-27.000 manat pul vəsaiti xərcləməklə 1B saylı evin tikintisini başa çatdırmışdır. Lakin hələlik evə çıxarış almamışdır. Evin tikintisi başa çatdıqdan sonra oğlu Murad Quliyevin, Cavabdeh və onların yetkinlik yaşına çatmayan uşaqlarının 1B saylı yaşayış sahəsində yaşamasına icazə vermişdir. Cavabdeh də 1A saylı evdən 1B saylı evə köçərkən özünə məxsus aşağıdakı əşyalarını orada yerləşdirmişdir: 6 nəfərlik, tünd qəhvəyi rəngli stol-stul dəsti; tünd yaşıl rəngli divan-kreslo; tünd qəhvəyi rəngli kamod-dolab; tünd qəhvəyi rəngli yataq dəsti: iki nəfərlik yataq, dolab, güzgülü termo. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, e-2(003)-2646/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə X8 arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş 23.02.2006-cı il təvəllüdlü X5, 02.09.2008-ci il təvəllüdlü X6 və 19.01.2018-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması, X2 23.02.2006-cı il təvəllüdlü X5, 02.09.2008-ci il təvəllüdlü X6 və 19.01.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qəbul edildikdən təxminən 15 gün sonra cavabdeh ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi 1B saylı evdən çıxıb getmişdir. Lakin cavabdeh ona məxsus ünvan 2 ünvanında yerləşən evdə pasport qeydiyyatındadır, əşyaları isə ona məxsus ünvan 3 ünvanında qalmışdır. Hesab edir ki, cavabdehin onun mənzilinə qeydiyyata düşməsi heç bir hüquqi nəticə yaratmır. Belə ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ barədə sonuncu ilə mənzilin sahibi kimi onun arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanmadığından və cavabdehin həmin mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin ona məxsus mənzildən istifadə hüququ əmələ gəlməmişdir. Bundan başqa, cavabdehin mənzilində qeydiyyatda qalması onun artıq kommunal xərclər ödəməsinə səbəb olur. Bu səbəbdən hesab edir ki, cavabdeh mülkiyyətində olan ünvan 10 evdən istifadə hüququ olmayan hesab edilməli və əşyaları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi 1B saylı evdən çıxarılmalıdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində tələbini Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi 1A ünvanında yerləşdiyi evin torpaq sahəsində öz şəxsi vəsaiti hesabına 1B saylı iki mərtəbəli yaşayış evini tikdirməsi, həmin evin tikintisinə 25.000-27.000 manat məbləğində pul vəsaiti xərcləməsinə, tikintini başa çatdırdıqdan sonra oğlu Murad Quliyevə, ona və onların yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə 1B saylı yaşayış sahəsində yaşamasına icazə verməsi ilə əsaslandırmışdır. O, X8 ilə 10.06.2005-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayonu (indiki Xəzər) rayonu VVADQ şöbəsində 341 saylı qeyd edilmiş nikah münasibətlərinə daxil olmuş, birgə nikahdan 23.02.2006-cı il təvəllüdlü X5, 02.09.2008-ci il təvəllüdlü X6 və 19.01.2018-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Nikah bağlandıqdan sonra İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi 1A ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 2008-ci ildə İddiaçı razılığı əsasında Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi 1A ünvanında yerləşən fərdi yaşayış evinə daimi qeydiyyata alınmışdır. X13 münasibətləri onun üzündən korlanmış, yaşadığı və övladlarını böyütdüyü evdə onun normal olmayan davranışları ucbatından artıq mütəmadi hal almış ailə daxili münaqişələrə tab gətirə bilməməsi səbəbindən ailə daxilində söz-söhbət yaranması ilə müşaiyət olunmuşdur. Bu hal həm onun ailəsində, həm də Muradın ailəsində narahatçılığa, bir sözlə əsəb gərginliyinə səbəb olurdu. 2019-cu ildə öz ailəsinə kirayəyə ev tutub yaşamaq istədiyini bildirmiş, lakin Muradın buna narazılıq etdiyini və həyətyanı torpaq sahəsinin geniş olduğunu və həmin yerdə ev tikib yaşamaq olar fikrini demiş və eyni zamanda, onların evi tikmək üçün pullarının olmadığını da demişdir. 2019-cu ilin təxminən dekabr ayı Murad Ceyhunun mobil telefonuna zəng etmiş və demişdir ki, Nigarla anası bir evdə yola getmirlər, o da Nigara təklif etmişdir ki, gəl kirayəyə ev tutaq, amma mənim imkanım yoxdur ki, aylıq kirayə haqqını ödəyim, banka borcum var. Sonra Ceyhun təklif etmişdir ki, Sizin aylıq kirayə pulunuzu mən hər ay ödəyəcəyəm. Murad Ceyhuna bildirmişdir ki, mənə vaxt ver fikirləşim. Sonradan Ceyhuna zəng edib bildirmişdir ki, mənə pul göndər həyətimizdə ev tikmək üçün yer var. Ceyhun buna etiraz etməmiş və öz növbəsində bildirmişdir ki, evi tam tikib qurtardıqdan sonra evi keçirərsiniz bacım oğlu Amilin adına, hər iki evin arasından daş hasar hörün ki, ailə daxilində artıq başqa söz-söhbət olmasın, həyətlərə olan giriş qapılarıda ayrı olsun. Murad atası Amillə məsləhətləşəndən sonra Ceyhuna öz razılığını bildirdikdən sonra həmin 1B fərdi yaşayış evi tikilmişdir. Sonradan o, öz cehiz əşyalarını və Ceyhunun maliyyə vəsaiti hesabına əlavə məişət avadanlıqlarının alınmasını və orada yaşamaq üçün lazımi şəraitin qurulmasını təmin etmişdir. Belə ki, 1B fərdi yaşayış evinə ağ rəngdə 2.90 x 5.5 metr ölçüdə mətbəx mebeli dəyəri 2045 manat atası Azər Məmmədov tərəfindən mebel ustası Fərmana ödənilib, ağ rəngli qabyuyan (SAMSUNG markalı) DOSTTECH MƏRDƏKAN filialından 761.17 manat (kredit şərtilə) almış, ankastre soba-420 manata, qaz plitəsi 120 manata, ikili qab yumaq yeri-60 manata, modern (Baku Elektronics) mağazasından 49 manata Ceyhun tərəfindən verilən pul vəsaiti hesabına alınmış və quraşdırılmışdır. Əlavə olaraq məlumat üçün qeyd etmək istəyir ki, 1B fərdi yaşayış evinə cehiz əşyaları olan 1 ədəd divan, 2 ədəd kreslo, 4 ədəd xalça, 1 stol, 6 ədəd stul, 1 ədəd qorka, 1 ədəd kamot, 5 dəst - servis, 48 ədəd nəlbəki, 1 ədəd madonna çay servisi, 2 dəst madonna kofe servisi, 7 ədəd güldan, 6 ədəd meyvə qabı, 24 ədəd cay stəkanı xrustal, 20 ədəd kola stəkanı, 1 dəst yaşıl fujer, 1 dəst göy rəngli altı ədəd fujer, 1 dəst çəhrayı rəngli 6 ədəd fujer, 1 dəst - 6 ədəd kompot stəkanı, 1 dəst - xrustal konyak komplekti, 2 ədəd gümüş metal konfet qabı, 6 ədəd xrustal qənd qabı, 6 ədəd sadə rumka, 6 ədəd xrustal rumka, 7 ədəd xrustal rumka, 7 ədəd göy rəngli şirniyyat qabları, 18 ədəd - xrustal razetka, 6 ədəd sadə razetka, 5 ədəd - kül qabı, 12 ədəd armudu stəkan dəsti, 7 ədəd çərəz qabı, 4 ədəd mürəbbə qabı xrustal, 3 ədəd iri bakal, 2 ədəd bulud, 2 ədəd 3 hissəli çərəz qabı, 21 ədəd desert qabı, 21 ədəd farfor sup boşqabı, 1 ədəd kondisioner LG markalı, 1 ədəd soyuducu LG markalı, 1 ədəd televizor (Samsung), 1 ədəd Aspirator (Elektrotek markalı), mətbəxdə istifadə olunan ümumi əşyalar, 1 ədəd mikrodalğalı soba (SHARP), 1 ədəd SHARP paltar yuyan, 1 ədəd toster Vitek markalı, 1 ədəd ütü stolu, 1 ədəd ütü, 4 ədəd yun yorğan, 6 ədəd sintipon yorğan, 1 ədəd yun plet, 6 ədəd balış, 10 ədəd ədyal, 1 ədəd uşaq yorğan dəsti, 1 ədəd Mikrolab səs ucaldan, uşaqlara aid məktəb və paltar dəstləri, uşaqlara aid yataq dəstləri, qaşıq-cəngəl dəstləri, süfrələr - 1A fərdi yaşayış evindən yeni tikilmiş iki mərtəbəli 1B fərdi yaşayış evinə köçürülmüşdür. Lakin bülün bu edilənlərə baxmayaraq ailə daxilində münaqişə səngimirdi, hətta ərazi polis şöbəsində də bu məsələyədə baxılmış, münaqişəli ailə kimi qeydiyyatada alınmışlar. Həm özünün və həm də uşaqların psixoloji durumunun pozulmaması və digər məlum səbəblərlə bağlı olaraq nikahın pozulması qərarına gəlmiş, iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, 3 aylıq barışıq müddəti başa çatdıqdan sonra Xəzər Rayon Məhkəməsinin 2(003)- 2646/2021 nömrəli 04.10.2021-ci il tarixli qətnaməsi ilə nikahın pozulması, birgə nikahdan olan övladlarımın mənim yanında saxlanılması və alimentin tutulmasına dair qətnamə qəbul edildi. O, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi 1A ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi ilə 21 il müddətində etibarlı ailə əlaqələrinin mövcud olduğu, 2008-ci ildən İddiaçı razılığı ilə 1A ünvanına daimi qeydiyyata alındığı, ailənin qorunub saxlanılması üçün qardaşı Ceyhun Məmmədovun həmin həyətdə iki mərtəbəli ümumi sahəsi 220 kv.m olan 1B saylı fərdi yaşayış evinin tikilməsi və yaşamaq üçün lazımi avadanlıqlarla təchiz edilməklə 52.000 manat məbləğində pul xərcləməsi, sonradan həmin evə öz və uşaqların əşyaları ilə birlikdə köçürülməsi, yalnız İddiaçı və oğlu Murad Quliyevin onları orada yaşamasını qəsdən və bilərəkdən qeyri-könüllü olaraq, məcburiyyət qarşısında qalaraq (ailə münaqişəsi zəminində baş verə biləcək cinayət xarakterli əməlin qarşısını almaq məqsədilə öz və uşaqlarının həyat təhlükəsizliyinin təmin etmək məqsədilə) heç bir əşya götürmədən tərk etmişdir. Hazırda müvəqqəti olaraq atası Azər Məmmədova məxsus umumı sahəsi 68 kv.metr olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsi 12 saylı evin 4 saylı mənzilində himayəsində olan 3 azyaşlı övladları ilə yaşamaq məcbuiyyətində qalmışdır. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə etdi, qarşılıqlı iddia ərizəsini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsini müdafiə etdi, iddia ərizəsini qəbul etmədi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, İddiaçı Cavabdeh qarşı “ünvan 4 ünvanına istifadə hüququ olmayan hesab edilməsi və evdən çıxarılma tələbinə dair” iddia ərizəsinin təmin edilməməsini, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və fərdi yaşayış evinə himayəsində olan 23.02.2006-cı il təvəllüdlü X5, 02.09.2008-ci il təvəllüdlü X6 və 19.01.2018-ci il təvəllüdlü X7 ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Hesab edir ki, ilkin iddia ərizəsi üzrə iddiaçının iddia tələbinin 1-ci hissəsinin təmin edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında (Bakı şəhəri, 29 mart 2016-cı il , İstinad olunan hüquqi mənbə) təsbit edilmiş preyudisiallıq baxımından yol verilməzdir. Yəni, tərəfin ailə üzvü dairəsinə daxil olan Cavabdeh (ailə üzvləri dedikdə : ərarvad, valideynlər və uşaqlar , Ailə Məcəlləsinin 2.1-ci maddəsi) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələri mövcud olmuşdur, Cavabdeh ünvan 5 ünvanına gəlin köçmüşdür, birgə nikahdan olan 3 övlad dünyaya gətirmişdir, 2008-ci ildən həmin ünvana daimi qeydiyyata alınmışdır, 21 ilə yaxın müddətdə həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Bu fakt mülki iş materiallarına əlavə edilmiş sənədlərlə məhkəmə gedişində sübut olunmuşdur. Ailənin qorunub saxlanılması üçün Cavabdeh qardaşı X9 və Murad Quliyevlərin razılığı ilə həmin həyətdə iki mərtəbəli ümumi sahəsi 220 kv.m olan 1B saylı fərdi yaşayış evini tikilmişdir. Həmin evə yaşamaq üçün lazımi avadanlıqlarla təchiz edilməklə 52000 manat məbləğində pul xərcləməsi, sonradan həmin evə öz və uşaqların əşyaları ilə birlikdə köçməsinin mülkiyyətçinin və mənzilin digər sakini Murad Quliyev onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi də məhkəmə gedişində sübut olunmuşdur. Belə olduğu təqdirdə qanunverici təkzib edilən sübut və sübutların olmadığı halda, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, Cavabdeh yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsini istisna edir və belə oduğu təqdirdə ilkin iddianın 1-ci hissəsi təmin edilməməlidir. Hesab edir ki, ilkin iddia ərizəsi üzrə iddiaçının iddia tələbinin 2-ci hissəsində sadalanan həmin əşyaların çıxarılması, lakin digər cehiz və sonradan Cavabdeh valideynlərinin maliyyə hesabına alınmış və quraşdırılmış məişət əşyalarının iddiaçıya aidliyinə dair sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Daha sonra ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etiraz erizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı “ünvan 6 ünvanına istifadə hüququ olmayan hesab edilməsi və evdən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Xəzər rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində tələbini ünvan 7 ünvanında yerləşdiyi evin torpaq sahəsində öz şəxsi vəsaiti hesabına 18 saylı iki mərtəbəli yaşayış evinin tikdirməsi, həmin evin tikintisinə 25000-27000 manat məbləğində pul vəsaiti xərcləməsinə, tikintinin başa çatdırdıqdan sonra oğlu Murad Quliyevə, Cavabdeh və onların yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə 1B saylı yaşayış sahəsində yaşamasına icazə verməsinə, cavabdehin 14 saylı evdən 18 saylı evə köçərkən özünə məxsus 6 nəfərlik tünd qəhvəyi rəngli stol-stul dəstinin, tünd yaşıl rəngli divan-kreslo, tünd qəhvəyi rəngli kamod-dolabın, tünd qəhvəyi rəngli yataq dəsti-iki nəfərlik yataq, güzgülü termonun orada yerləşdirilməsinə icazə verməsinə, lakin sonradan Xəzər rayon məhkəməsinin 2(003)- 2646/2021 nömrəli 04.10.2021-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulmasına və bu səbəbdən də cavabdehin onun keçmiş ailə üzvü olması səbəbindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına istinad etməklə Cavabdeh ünvan 7 saylı evdən istifadə hüququ olmayan hesab edilməsi və əşyaların (6 nəfərlik tünd qəhvəyi rəngli stol-stul dəstinin, tünd yaşıl rəngli divan-kreslo, tünd qəhvəyi rəngli kamod-dolabın, tünd qəhvəyi rəngli yataq dəsti-iki nəfərlik yataq, güzgülü termo) 18 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə etiraz edir. Belə ki, X8 ilə 10.06.2005-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayonu (indiki Xəzər) rayonu VVADQ şöbəsində 341 saylı qeyd edilmiş nikah münasibətlərinə daxil olub, birgə nikahdan 23.02.2006-cı il təvəllüdlü X5, 02.09.2008-ci il təvəllüdlü X6 və 19.01.2018-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Nikah bağlandıqdan sonra İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçüb. 2008-ci ildə İddiaçı raztlığı əsasında ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə daimi qeydiyyata alınmışam. X13 münasibətləri onun üzündən korlanmış, yaşadığı və övladlarını böyütdüyü evdə onun normal olmayan davranışları ucbatında artıq mütəmadi hal almış ailə daxili münaqişələrə tab gətirə bilməməsi səbəbindən ailə daxilində söz-söhbət yaranması ilə müşaiyət olunmuşdu. Bu hal-həm onun ailəsində və həm də Muradin ailəsində narahatçılığa, bir sözlə əsəb gərginliyinə səbəb olurdu. Hər iki tərəfin valideynləri demək olar ki, yaşlı adamlardı, uşaq deyillər. 2019-cu ildə öz ailəsinə kirayəyə ev tutub yaşamaq istədiyini bildirdi, lakin Muradın buna narazılıq etdiyini və həyətyanı torpaq sahəsinin geniş olduğunu və həmin yerdə ev tikib yaşamaq olar fikrini dedi və eyni zamanda evi tikmək üçün pulumuzun olmadığını da dedi. 2019-cu ilin təxminən dekabr ayı Murad Ceyhunun mobil telefonuna zəng etdi və dedi ki, Nigarla anası bir evdə yola getmirlər, o da Nigara təklif etdi ki, gəl kirayəyə ev tutaq, amma onun imkanı yoxdur ki, aylıq kirayə haqqını ödəsin, banka borcu var. Sonra Ceyhun aylıq kirayə pulunu ödəməyi təklif etdi. Murad Ceyhuna bildirdi ki, ona vaxt versin fikirləşsin. Sonradan Ceyhuna zəng edib bildirib ki, ona pul göndərsin həyətində ev tikmək üçün yer var. Ceyhun buna etiraz etməmiş və öz növbəsində bildirib ki, evi tam tikib qurtardıqdan sonra keçirərsiniz bacım oğlu Amilin adına, hər iki evin arasından daş hasar hörün ki, ailə daxilində artıq başqa söz-söhbət olmasın, həyətlərə olan giriş qapılarıda ayrı olsun. Murad atası Amillə məsləhətləşəndən sonra Ceyhuna öz razılığını bildirdikdən sonra həmin 18 fərdi yaşayış evi tikilmişdir. Sonradan Nigar öz cehiz əşyalarını və Ceyhunun maliyyə vəsaiti hesabına əlavə məişət avadanlıqlarının alınmasını və orada yaşamaq üçün lazımi şəraitin qurulmasını təmin etmişdir. Belə ki, 18 fərdi yaşayış evinə ağ rəngdə 2.90 x 5.5 metr ölçüdə mətbəx mebeli dəyəri 2045 manat atam Azər Məmmədov tərəfindən mehel ustası Fərmana ödənilib, ağ rəngli qabyuyan (SAMSUNG markalı) DOSTTECH MƏRDƏKAN filialından 761.17 manat (kredit şərtilə) almışam, ankastre soba — 420 manata, qaz plitəsi 120 manata, ikili qab yumaq yeri — 60 manata, modem (Baku Elektronics) mağazasından 49 manata Ceyhun tərəfindən verilən pul vəsaiti hesabına alınmış və quraşdırılmışdır. Əlavə olaraq məlumat üçün qeyd etmək istəyirəm ki, 1B fərdi yaşayış evinə cehiz əşyalarım olan 1 ədəd divan, 2 ədəd kreslo, 4 ədəd xalça, 1 stol, 6 ədəd stul, 1 ədəd qorka, 1 ədəd kamot, 5 dəst - servis, 48 ədəd nəlbəki, 1 ədəd madonna çay servisi, 2 dəst madonna kofe servisi, 7 ədəd güldan, 6 ədəd meyvə qabı, 24 ədəd cay stəkanı xrustal, 20 ədəd kola stəkanı, 1 dəst yaşıl fuler, 1 dəst göy rəngli altı ədəd fuler, 1 dəst çəhrayı rəngli 6 ədəd fufer, 1 dəst — 6 ədəd kompot stəkanı, 1 dəst — xrustal konyak komplekti, 2 ədəd gümüş metal konfet qabı, 6 ədəd xrustal qənd qabı, 6 ədəd sadə rumka, 6 ədəd xrustal rumka, 7 ədəd xrustal rumka, 7 ədəd göy rəngli şirniyyat qabları, 18 ədəd - xrustal razetka, 6 ədəd sadə razetka, 5 ədəd — kül qabı, 12 ədəd armudu stəkan dəsti, 7 ədəd çərəz qabı, 4 ədəd mürəbbə qabı xrustal, 3 ədəd iri bakal, 2 ədəd bulud, 2 ədəd 3 hissəli çərəz qabı, 21 ədəd desert qabı, 21 ədəd farfor sup boşqabı, 1 ədəd kondisioner LG markalı, 1 ədəd soyuducu LG markalı, 1 ədəd televizor (Samsung), 1 ədəd Aspirator (Elektrotek markalı), mətbəxdə istifadə olunan ümumi əşyalar, 1 ədəd mikrodalğalı soba (SHARP), 1 ədəd SHARP paltar yuyan, 1 ədəd toster Vitek markalı, 1 ədəd ütü stolu, 1 ədəd ütü, 4 ədəd yun yorğan, 6 ədəd sintipon yorğan, 1 ədəd yun plet, 6 ədəd balış, 10 ədəd ədyal, 1 ədəd uşaq yorğan dəsti, 1 ədəd Mikrolab səs ucaldan, uşaqlara aid məktəb və paltar dəstləri, uşaqlara aid yataq dəstləri, qaşıqcəngəl dəstləri, süfrələr — 1A fərdi yaşayış evindən yeni tikilmiş iki mərtəbəli 18 fərdi yaşayış evinə köçürülmüşdür. Lakin bütün bu edilənlərə baxmayaraq ailə daxilində münaqişə səngimirdi, hətta ərazi polis şöbəsində də bu məsələyədə baxılmış, münaqişəli ailə kimi qeydiyyatada alınmışlar. Həm özünün və həm də uşaqların psixololi durumunun pozulmaması və digər məlum səbəblərlə bağlı olaraq nikahın pozulması qərarına gəldi, iddia ərizəsi ilə Xəzər rayon məhkəməsinə müraciət etdi, 3 aylıq barışıq müddəti başa çatdıqdan sonra Xəzər rayon məhkəməsinin 2(003)-2646/2021 nömrəli 04.10.2021-ci il tarixli qətnaməsi ilə nikahın pozulması, birgə nikahdan olan övladlarının onun yanında saxlanılması və alimentin tutulmasına dair qətnamə qəbul edildi. Qeyd edilənlərə əsasən iddia tələbinin qəbul edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16.10.2020-ci il qeydiyyat tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14.10.2020-ci il tarixli Texniki Paportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən 1A və 1B saylı fərdi yaşayış evləri İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 16.06.2004-cü il tarixli, 028265 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 125.8 kv.m olan yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 119 saylı 19.03.2004-cü il tarixli sərəncamından görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 7/19 saylı sahədə yerləşən fərdi yaşayiş evi İddiaçı tərəfindən tikilmiş və onun adına qeydiyyatdan keçmişdir. 04 yanvar 2004-cü il tarixli şəhadətnamədən görünür ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2646/2021 №-li 04.10.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X8 arasında 10 iyun 2005-ci il tarixdə Əzizbəyov (Xəzər) rayon VVADQ şöbəsində akt qeydləri kitabında 341 nömrə ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş 23.02.2006-cı il təvəllüdlü X3, 02.09.2008-ci il təvəllüdlü X4 və 19.01.2018-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması, X2 04 oktyabr 2021-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının oğlu X8 və Cavabdeh 10 iyun 2005-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdeh ailə qurduqdan sonra İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanına gəlin köçmüşdür. Onlar iddiaçıya məxsus olan mübahisəli mənzildə yaşamışlar. Sonradan İddiaçı ünvan 10 evin yerləşdiyi torpaq sahəsində 1B saylı ikimərtəbəli yaşayış sahəsi tikilmiş və Cavabdeh cehiz əşyaları ilə qeyd olunan ünvana köçmüşdür. İddiaçı oğlu və Cavabdeh arasındakı nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 2646/2021 №-li 04.10.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh üç uşağı ilə birlikdə iddiaçıya məxsus olan mübahisəli evdə yaşamışlar. Hal-hazırda Cavabdeh cehiz əşyaları iddiaçıya məxsus fərdi yaşayış evindədir ( 1B saylı evdə) evdədir. Mübahisəli mənzil 16.10.2020-ci ildə İddiaçı adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə hesab edir ki, Cavabdeh yuxarıda adı çəkilən evlərdə istifadə hüququnun yaranıb-yaranmaması halı müəyyən olunmalıdır. Göründüyü kimi, mübahisəli mənzillə bağlı hüquq münasibəti 2005-ci ildə yaranmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin bu cür halında cavabdehlərə qarşı mövcud iddia tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun olaraq həll edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri öz yetkinlik yaşına çatmayan, uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən də konkret işlərə baxılaraq, məhkəmələr üçün preyudisial əhəmiyyət daşıyan qərarlar qəbul edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27.05.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Qeyd edilən Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, mübahisəli evin (ümumiyyətlə reyestrdə qeydə alınan çıxarışa əsasən ünvan 1 A kimi qeyd edilsə də, həmin ünvanda iki fərdi yşayış evi 1A və 1B ünvanları vahid əmlak hesab edilir) mülkiyyətçisi olan İddiaçı ilə Cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, digər ailə üzvlərinin (arvadın) köçürülməsinə isə yalnız mülkiyyətçinin yazılı notariat qaydasında bağlanan razılığı ilə yol verildiyindən, bununla da Cavabdeh qeyd edilən mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən tanına və ya itirilə bilməz. Ona görə də ilkin iddia tələbinin “onun istifadə hüquqlarının itirilmiş hesab edilməsi”na dair hissəsi əsassızdır və həmin hissədə ilk iddia təmin edilməməlidir. Məhkəmə ilk iddia tələbinin Cavabdeh əşyaları (6 nəfərlik, tünd qəhvəyi rəngli stolstul dəsti; tünd yaşıl rəngli divan-kreslo; tünd qəhvəyi rəngli kamod-dolab; tünd qəhvəyi rəngli yataq dəsti: iki nəfərlik yataq, dolab, güzgülü termo) ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi 1A ünvanında yerləşən 1B saylı fərdi yaşayış evindən çıxarılması barədə hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Beləki, Cavabdeh mübahisəli ünvan 10 ünvanda yerləşən 1B saylı fərdi yaşayış evinə istifadə hüququna malik olmadığından, ona məxsus yuxarıda adı çəkilən əşyalar həmin mənzildən çıxarılmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisəli ünvanda yerləşən (1A və 1B saylı) fərdi yaşayış evlərinə Cavabdeh istifadə hüququnun yaranması qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxmından müəyyən edilmədiyindən sonuncunun mübahisəli ünvanda yerləşən 1A və 1B saylı fərdi yaşayış evlərinə istifadə hüququ tanına bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşıünvan 2 ünvanında yerləşən 1A və 1B fərdi yaşayış evlərinə istifadə istifadə hüququnun tanınması və himayəsində olan azyaşlı uşaqları ilə birlikdə fərdi yaşayış evinə köçürülməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı, qarşılıqlı iddia tələbi isə əsassızdır. Buna görə də ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh əşyaları (6 nəfərlik, tünd qəhvəyi rəngli stol-stul dəsti; tünd yaşıl rəngli divan-kreslo; tünd qəhvəyi rəngli kamod-dolab; tünd qəhvəyi rəngli yataq dəsti: iki nəfərlik yataq, dolab, güzgülü termo) ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi 1B saylı evdən çıxarılsın. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və azyaşlı uşaqları ilə birlikdə fərdi yaşayış evinə köçürülməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar