Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4321/2025 23.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynova Mələk Bəxtiyar qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlərin ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, atası (hədiyyə verən) ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 50.6 m olan mənzili tam hissədə tam mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətinə verilmişdir.. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş ********** qeydiyyat nömrəsi olan çıxarışa ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir.Sözügedən mənzildə cavabdehlər Cavabdeh1, X8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 pasport qeydiyyatındadır. Qeyd edilən şəxslər iddiaçının qohumu olsalar da, xeyli vaxtdır ki (1995-ci ildən), həmin ünvanda yaşamırlar, qeydiyyatları formal xarakter daşıyır. Belə ki, Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 130 saylı Mənzil - Kommunal İstismar Sahəsi tərəfindən Xəzər Rayon Məhkəməsinə təqdim olunması üçün verilmiş arayış da bu faktı təsdiq edir. Belə ki, bu şəxslərin həmin ünvanda qeydiyyatda qalması bir mülkiyyətçi kimi mənim bir sıra hüquqlarımın məhdudlaşdırılmasına mənzilə görə əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olmuşdur. Ümumiyyətlə, cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmağı iddiaçını narahat edir. Nəticədə iddiaçıda məcbur olub Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə bildirdi ki, iddiaçı və onun ailəsi mübahisə predmeti olan evdə yaşayır. Cavabdehlər həmin ünvanda yaşamamalarına baxmayaraq qeydiyyatdadırlar. Cavabdehlər mübahisəli mənzildə uzun müddətdir ki, yaşamırlar, onların özlərinə məxsus mübahisə predmeti olan evə yaxın ərazidə mənzilləri mövcuddur və hazırda həmin mənzildə yaşayırlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri məlumat verilməsinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişlər.
5. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları.
6. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 130 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 08 oktyabr 2021-ci il tarixdə verilmiş 46 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 60 ünvanında yerləşən 2 saylı mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin ünvanda qeydiyyatda olsalar da, qeyd edilən ünvanda yaşamırlar.
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X2 09 aprel 2022-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər – xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2024-cü il təvəllüdlü X9, xx.xx.1950ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı , xx.xx.1964-cü il təvəllüdlü X3 , xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh3 , xx.xx.1990-cı il təvəllüdlü X4 , xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh4.
8. Daşınmaz Əmlakın Bağışlanması haqqında müqavilənin xx.xx.2024-cü il tarixli, **********HD30401 nömrəli notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında mənzil X6 tərəfindən İddiaçı bağışlanmışdır.
Şahid ifadələri.
9. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində tərəflərlə uzun müddətdir ki, qonşu olduqlarını, cavabehlərin hazırda mübahisə predmeti olan evi könüllü olaraq tərk etdiklərini və 1990-cı illərdən onların özlərinə məxsus müvafiq evə yaxın bir ərazidə yerləşən evdə yaşadıqlarını bildirmişdir. Eyni zamanda bildirmişdir ki, tərəflər arasında hər hansı mübahisənin şahidi olmamışdır.
10. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində tərəflərlə uzun müddətdir ki, qonşu olduqlarını, cavabehlərin hazırda mübahisə predmeti olan evi könüllü olaraq tərk etdiklərini və 1990-cı illərdən onların özlərinə məxsus müvafiq evə yaxın bir ərazidə yerləşən evdə yaşadıqlarını bildirmişdir. Eyni zamanda bildirmişdir ki, tərəflər arasında hər hansı mübahisənin şahidi olmamışdır.
İşin faktiki halları.
11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qohumdurlar. ünvan 2 ünvanında yerləşən mənzil bağışlama müqaviləsi ilə İddiaçı atası tərəfindən xx.xx.2024-cü il tarixdə bağışlanmışdır .
12. Cavabdehlər hazırda həmin ünvanda yaşamadıqları üçün İddiaçı onların mənzildən istifadə hüququndan məhrum edilmələrini xahiş etmişdir.
13. İşdə şahid qismində iştirak edən şəxslərin dindirilməsi zamanı iş üçün faktiki hallar aşkar edilmişdir. Belə ki, iddiaçının iddiasının əsasında duran fakt – cavabdehlərin mübahisəli mənzildə yaşamaması, daimi yaşayış yerinin başqa ünvan olması – şahidlərin etirafı əsasında sübut edilir.
14. İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 hazırda ünvan 2 ünvanında yerləşən mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmışlar.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş ********** qeydiyyat nömrəsi olan çıxarışa Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 60 ünvanında yerləşən 2 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir.
Tətbiq edilən hüquq.
16. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə qüvvədə düşmüşdür).
Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
17. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.1999-cu il tarixli qərarı.
Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
19. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2024cü il tarixində verilmiş ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 60 ünvanında yerləşən 2 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir və mənzil üzrə bağışlanma müqaviləsi üzrə atası tərəfindən bağlanmışdır və mübahisə predmet olan ev iddiaçının mülkiyyətindədir.
20. Belə ki, iş üzrə faktik hallara görə, cavabdehlərin özünün mülkiyyətində ayrıca mənzili var və mübahisəli mənzildə yaşamırlar.
21. Hazırkı işdən görünür ki, cavabdehlərin daimi yaşayış yeri mübahisəli mənzilin yerləşdiyi ünvan yox, başqa ünvandır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddiasının əsasında duran fakt – cavabdehin mübahisəli mənzildə yaşamaması, daimi yaşayış yerinin başqa ünvan olması – şahidlərin etirafı əsasında sübut edilir.
22. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli mənzilə yaşayış yeri kimi heç bir ehtiyacı yoxdur.
23. İşin yuxarıda qeyd edilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, cavabdehlər Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və azyaşlı övladı X1 mübahisəli mənzil üzərində istifadə hüquqları itirilmiş hesab edilməlidir.
Məhkəmə xərcləri.
24. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X7 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 60 ünvanında yerləşən 2 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və azyaşlı övladı X1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 60 ünvanında yerləşən 2 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Mələk Hüseynova