Məhkəmə qərarları › İş №e-2(003)-438/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-438/2021

03.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-438/2021 03.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndələri və vəkilləri X20 və Vəkil, Cavabdehin nümayəndəsi X14, Cavabdehin nümayəndəsi və vəkili X9 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 60000 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx’ MMC (MMC), İddiaçı (“İddiaçı”) və Cavabdeh (“Cavabdeh”) arasında bağlanmış 08 sentyabr 2012-ci il tarixli, 194 nömrəli müqaviləyə (“Müqavilə”) əsasən, ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 73cü mənzilinin ona təhvil verilməsi razılaşdırılmışdır. Müqaviləyə əsasən, bunun qarşılığında onun tərəfindən cavabdehə 81 200 (səksən bir min iki yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan sonra, MMC, X15 və onun arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli, 233 nömrəli müqaviləyə əsasən, o, mənzilə dair pay hüququnu X2. Lakin MMC öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, mənzili X10 təhvil verməmişdir. Bundan sonra, X15 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin təhvil verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia təmin edilməmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mənzil MMC tərəfindən hələ 01.09.2011-ci il tarixində başqa bir müqavilənin icra edilməsi üçün “Həsrət “ KM-in direktoru olan M.Məmmədov adlı bir şəxsə verilmiş, lakin M.Məmmədov həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. M.Məmmədov mənzilə görə hər hansı ödəniş etməmiş, sonradan Mənzili Elnur Yusifov adlı bir şəxsə, həmin şəxs cavabdehə, cavabdeh ona, o isə X2. Yəni alıcılar tərəfindən ödənişlər MMC-yə deyil, əvvəlki alıcılara ödənilmişdir. Əslində isə, mənzil MMC tərəfindən 15.01.2007-ci il tarixində Kemal Denizlili adlı bir şəxsə satılmışdır və hazırda da mənzildə o yaşayır. Buna görə də, məhkəmə tərəfindən 06 sentyabr 2013-cü il tarixli, 233 nömrəli müqavilə formal olaraq, M.Məmmədov ilə MMC arasında bağlanmış əqdi pərdələmək niyyəti ilə, görünüş üçün bağlandığından etibarsız hesab edilmiş və həmin müqavilə əsasında X15 tərəfindən MMC-yə qarşı irəli sürülən iddia tələbi təmin edilməmişdir. Bundan sonra X15 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil üçün ödədiyi məbləğin tutularaq geri qaytarılmasını xahiş etmiş, iddia təmin edilmişdir. Belə ki, məhkəmə tərəfindən hesab edilmişdir ki, 06 sentyabr 2013-cü il tarixli, 233 nömrəli müqavilə etibarsız hesab edildiyindən həmin müqavilə əsasında X15 tərəfindən ona ödənilmiş məbləğ geri qaytarılmalıdır. Hesab edir ki, məhkəmələrin yuxarıda qeyd olunan mövqeyi hazırki münasibətlərə də tətbiq edilməlidir. Yəni mənzilə görə MMC-yə hər hansı ödənişin edilmiş olmaması, M.Məmmədov ilə MMC arasında bağlanmış əqdi pərdələmək niyyəti ilə bağlanmış olması, onun tərəfindən cavabdehə Mənzilin dəyəri ödənilsə də, qarşılığında Mənzilə dair hər hansı hüquq əldə etmiş olmaması nəzərə alınaraq, müqavilə etibarsız hesab edilməli və buna görə də, cavabdeh əsassız varlanmış şəxs hesab edilməli, müqaviləyə əsasən tərəfindən cavabdehə ödənilmiş məbləğ geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilərək, cavabdehdən 60000 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri və vəkilləri X20 və Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X18 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı öz iddiasını digər məhkəmə instansiyalarında həmin mənzil üzrə sonuncu payçı X8 xeyrinə qətnamə və qərarların qəbul edilməsinə əsaslanaraq, məhkəmələrin mövqeyinin ona da münasibətdə tətbiq etməli olduğunu hesab etmişdir. Birbaşa iddia tələbi kimi olmasa da, iddiaçının iddia ərizəsindən (iddia yalnız pul tələbinə dair irəli sürülmüşdür) belə görünür ki, iddiaçı, onunla MMC arasında bağlanmış müqavilənin etbarsız hesab edilməsini, Cavabdeh isə əsassız varlanmış şəxs kimi tanınmasını təsdiq edilməli hüquqi fakt olaraq məhkəmə qarşısında, sübutemə predmeti kimi qaldırmışdır. Aşağıda göstərilən maddi hüquq normalarının tələbinə əsasən, İddiaçı iddia tələbi qanunsuz və əsassızdır, ona görə də təmin edilə bilməz. Əvvəla, İddiaçı statusunda məhkəmədə qeyd olunan pul tələbi ilə bağlı Cavabdeh qarşı iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddia ərizəsinə əlavə edilən 08 sentyabr 2012-ci il tarixli, 194 nömrəli müqavilənin məzmunundan görünür ki, müqavilə iddiaçı ilə «xxxx» MMC-in direktoru X16 arasında bağlanmış, ikitərəfli müqavilənin rekvizitlər hissəsində isə yalnız iki tərəfin iradəsini ifadə edən imzalar və möhür öz əksini tapmışdır. Yəni, ünvan 2 ünvanında inşa edilən 3 saylı binanın 73-cü mənzilə dair müqavilə yalnız «alıcı» statusunda olan İddiaçılə «xxxx» statusundakı, MMC-in direktoru, Məzahir Cəfərov arasında bağlanmışdır. Adı çəkilən müqavilənin məzmunu Cavabdeh müqavilə münasibətlərinin iştirakçısı olmadığını təsdiq edir. Məlumdur ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğuna konkret məhdudiyyətlərinə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş va ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitəsindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmə hüququ özündə iddianı təmin etmək və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq hüquqa sahib olub-olmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra, pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub - pozulmaması, cavabdehin bu pozuntunu edib - etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüququn üç elementi var : öz hərəkətlərinə hüquqi ixtiyarı, başqa (borclu) şəxsdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Cavabdeh İddiaçı iddia tələbində qeyd edilmiş müqavilə münasibətlərinin iştirakçısı olmadığından İddiaçı Cavabdeh qarşı hər hansı subyektiv hüququ da mövcud deyil. Ona görə də X11 iddia tələbini Cavabdeh qarşı deyil, «xxxx» MMC-yə qarşı irəli sürməli idi. Eyni zamanda, ididiaçı iddia tələbində (Xəzər Rayon Məhkəməsində) digər məhkəmə icraatlarında baxılan işlərdə, X10 münasibətdə qəbul edilmiş qərara anoloji qərarın qəbul edilməsi istəyini qeyd etmişdir. ünvan 2 ünvanında inşa edilən 3 saylı binanın 73-cü mənzilin İddiaçı tərəfindən Leyla Tağıyevaya satılması, L.Tağıyevanın 60000 (altmış min) manat pul vəsaitini İddiaçı verilməsi sonuncuların etirafı və digər dəlillərlə tam şəkildə sübuta yetitilimişdir. Bu şəbəbdən də istinad edilən məhkəmə qərarlarında İddiaçı 60000 (altmış min) manatın alınaraq X10 verilməsi qət edilmişdir. X5 irəli sürdüyü iddianı əsaslandırmaq üçün məhkəməyə hər hansı sübut təqdim etməmiş, taktiki alqı-satqı prosesinin İddiaçı ilə Cavabdeh arasında olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPMnin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Yəni sübutetmə vəzifəsi tərəflərin üzərinə düşür. Əlavə olaraq, hakim Mirzəyev Əsəd Abdulla oğlunun sədrliyi ilə cavabdeh İddiaçı verdiyi kassasiya şikayəti üzrə Azərbycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli 2(102)-5451/18 nömrəli qərarında faktiki alqı-satqının məhz İddiaçı ilə Tağıyeva Leyla arasında həyata keçirilməsi qeyd olunmuşdur. Belə ki, həmin qərarda, məhkəmənin münasibəti aşağıdakı məzmunda öz əksini tapmışdır : «İş materiallarında olan xxxx İddiaçı və X17 arasında bağlanmış 23.08.2018ci il tarixli müqavilənin surətindən görünür ki, verilən behin məbləği 2000 manat müəyyən edilmişdir və vasitəçinin X21 olduğu göstərilmişdir» (X4 Leyla Turqut qızının əridir) İş üzrə icraat materiallarında beh müqaviləsinin olması bir daha İddiaçı ilə X15 (və ya X17) arasında faktiki alqı-satqı prosesinin olmasını təsdiqləyir. İddiaçı «Pul tələbinə» dair iddiasının əsaslandırılması və analoji qərarın qəbul edilməsi üçün məhkəmə tərəfindən Cavabdeh əsassız varlanma faktının təsdiq etməsinə dair mülahizələr irəli sürmüşdür. Bu mülahizəyə dair, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İş üzrə materialların tədqiqindən və Cavabdeh ifadəsindən məlum olur ki, Yusifov X6 Yetərlə heç bir mülki münasibətə girməyib, aralarında faktiki alqısatqı münasibətləri olmayıb. Cavabdeh pay hüququndan imtina edərək, əvəzində MMC-nin direktoru X7 60000 (altmış min) manat deyil, 40000 (qırx min) manat məbləğində pul vəsaiti almışdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsin tələblərinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Bu halda isə Cavabdeh adı çəkilən MMC-nin mənzil payçısı olan və ərizəsi əsasında pay hüququnun ləgv edilməsi zamanı müqavilə münasibətlərində olub. Yəni Cavabdeh mənzili alması və bu müqaviləsinin ləgv edilməsi zamanı qüvvədə olan müqavilə olub. Məhkəmə tərəfindən əsassız varlanma faktının tanınması və təsdiqlənməsi üçün ilk öncə «xxxx» MMC-in direktoru X16 ilə İddiaçı arasında bağlanmış, 08 sentyabr 2012-ci il tarixli 194 nömrəlı müqavilə (əqd) etbarsız hesab etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. “xxxx” MMC-in direktoru X16 ilə İddiaçı arasında bağlanmış müqavilənin (əqdin) 08 sentyabr 2012-ci il tarixdə bağlandığını və icrasına başlanıldığı gündən bir ildən çox vaxt keçdiyini nəzərə alsaq iddiaçının əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia vermək hüququnun olmadığını demək olar. Əlavə olaraq X15 ilə bağlı olan məhkəmə materiallarından əminliklə demək olar ki, həmin mənzil üzrə müqavilənin (əqdin) icrası həyata keçirilmiş, MMC tərəfindən öhdəliklər yerinə yetirilərək mənzil İddiaçı təhvil verilmiş, İddiaçı isə həmin mənzilin üzərində sərəncam verərək onu L.Tağıyevaya satmışdır. Qeyd olunmuş hüquqi mövqeləri nəzərə alaraq hesab edilir ki: İddiaçı pul tələbini mübahisələndirməsi ilə bağlı Cavabdeh qarşı müvafiq subyektiv hüquqa malik olan şəxs qismində qəbul edilə bilməz; İddiaçı Cavabdeh arasında faktiki alqı-satqı prosesini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən Leyla Turqut qızının xeyrinə qəbul edilmiş qərarlarla analogiya aparıla bilməz; Cavabdeh əsassız varlanması faktını təsdiq etmək üçün heç bir hüquqi əsas yoxdur; Əqdin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş bir il iddia müddəti keçmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X22 iddia tələbini qəbul etməmiş, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 08 sentyabr 2012-ci il tarixli 194 saylı müqavilənin surətindən görünür ki, bir tərəfdən “xxxx” MMC-nin direktoru X16, digər tərəfdən Cavabdeh Rafik oğlu ilə 15 avqust 2011-ci il tarixdə bağlanmış müqavilə öz razılıq ərizəsi ilə ləğv edilərək, gələcəkdə alıcı adlandırılacaq İddiaçı arasında bağlanır. Həmin müqaviləyə görə, mənzilin ümumi dəyəri 81200 manat təşkil edir və yeni payçı İddiaçı bu məbləği əvvəlki payçı Cavabdeh Rafik oğluna ödəyib. Bundan əlavə, İddiaçı Leyla Tağıyevanın xeyrinə 60000 manat pul vəsaitinin tutulmasına dair qətnamədən görünür ki, 06.09.2013-cü il tarixli müqavilə ilə bir tərəfdən “xxxx” MMC, digər tərəfdən İddiaçı ilə bağlanmış müqavilə öz razılıq ərizəsi ilə ləğv edilərək, gələcəkdə alıcı adlandırılacaq X15 arasında bağlanır. Həmin müqaviləyə görə, mənzilin ümumi dəyəri 81200 manat təşkil edir və yeni payçı Leyla Tağıyeva bu məbləği əvvəlki payçı İddiaçı ödəyib. İş materiallarına əlavə edilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 3 saylı yaşayış kompleksi “xxxx” MMC-yə məxsusdur. Bu kompleksin 15ci mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kvadrat metr olan 2 otaqlı, 73 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, “xxxx” MMC-yə borcu yoxdur. İş materiallarından görünür ki, xxxx İddiaçı ilə alıcı Elnur Tağıyev arasında 23.08.2013cü il tarixli beh müqaviləsi bağlanmış, 06.09.2013-cü il tarixli müqaviləyə əsasən, İddiaçı ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 73 saylı mənzili yeni payçı X2. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli 2(102)-676/17 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2016-cı il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 73 saylı mənzilinin xxxx MMC tərəfindən X10 təhvil verilməsi, xxxx MMC-nin X10 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2016-cı il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, “xxxx” MMC ilə X15 arasında ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 101.5 kv.m.-dən ibarət olan 2 otaqlı 73 saylı mənzilin X3 barədə 06.09.2007-ci il tarixli 233 saylı müqavilənin etibarsız hesab edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli 2(102)-5451/18 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8980/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı 60000 manatın alınaraq X10 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2018-ci il tarixli 2(103)-2751/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8980/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2018-ci il tarixli 2(103)-2751/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə iclasında tədqiq edilən hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 3 saylı yaşayış binasının 73 saylı mənzili 01.09.2011-ci il tarixli müqavilənin icra edilməsi üçün Həsrət KM-in direktoru M.Məmmədova verilmiş, lakin M.Məmmədov həmin müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək torpaq sahəsini MMC-yə verməmişdir. M.Məmmədov mənzilə görə MMC-yə hər hansı ödəniş etməmiş, sonradan mənzil Elnur Yusifov adlı şəxsə, Elnur Cavabdeh adlı şəxsə, Qoşqar adlı şəxs İddiaçı, sonuncu da L.Tağıyevaya satmışdır. Mübahisəli mənzil sahibi İddiaçı razılığı ilə “xxxx” ilə X15 arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli 233 nömrəli müqaviləyə əsasən, 60000 manat İddiaçı ödənilməklə X1. MMC öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, mənzili Leyla Tağıyevaya təhvil verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən, “xxxx” MMC ilə X15 arasında ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 101.5 kv.m.-dən ibarət olan 2 otaqlı 73 saylı mənzilin X3 barədə 06.09.2007-ci il tarixli 233 saylı müqavilənin etibarsız hesab edilməsi qərara alınmışdır. Müqavilə etibarsız hesab edildiyindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8980/2017 saylı 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı 60000 manatın alınaraq X10 verilməsi qət edilmişdir. Hazırkı iş üzrə İddiaçı mübahisəli mənzili əvvəlki payçı Cavabdeh Rafik oğlundan almışdır və sonuncudan pul vəsaitinin geri qaytarılmasını xahiş edir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, yuxarıda qeyd edilən hallara əsasən Cavabdeh Rafik oğlu ilə arasında bağlanmış müqavilənin heç bir hüquqi əhəmiyyəti olmadığını, müqavilə üzrə cavabdeh tərəfindən öhdəlik icra edilməyərək mübahisəli ev ona təqdim edilmədiyindən, müqavilə üzrə ödədiyi pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646-cı maddəsinə əsasən, Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə xxxx torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli 2(102)-676/17 saylı qərarının surətindən görünür ki, L.Tağıyeva və MMC arasında bağlanmış 06.09.2013-cü il tarixli müqaviləni MMC adından M.Cəfərov imzalamışdır. Bundan başqa, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil MMC tərəfindən ilk olaraq 15.01.2007-ci il tarixdə Kemal Denizliliyə satılmışdır. K.Denizlili mənzilin dəyərini MMCyə tam ödəmişdir. Mübahisəli mənzil həmin vaxtdan K.Denizliliyə təhvil verilmiş və hazırda da mənzildə K.Denizlili yaşayır. MMC ilə K.Denizlili arasında 15.01.2007-ci il tarixdə bağlanılmış müqavilə mübahisələndirilməmişdir. Müqavilə hazırda da qüvvədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 60000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 60000 (altmış min) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar