Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-4430/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Hüseynli Hüseyn İnanc oğlu, Seyid-X1 Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun icraata xitam verilməsinə fair xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM X2 oğlu şikayət ilə məhkəməyə müraciət edərək, Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun icraata xitam verilməsinə fair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Göründüyü kimi X2 oğlu iddia ərizəsi ilə deyil şikayət ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən hesab edirəm ki, müraciət Azərbaycan Respublikası MPM-nin 149- 150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Həmçinin qeyd edirəm ki, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri hazırki işin məhkəmədə mülki qaydada baxılmasına imkan vermir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM Seyid-X1 Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun icraata xitam verilməsinə fair xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №e-2(003)-4430/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-4430/2024
31.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver