Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-447/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xəzər rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh3 (azyaşlı övladı ilə birlikdə), Cavabdeh2 Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1219 ünvanında yerləşən bağ sahəsindən istifadə hüququna xitam verilməsi və Cavabdeh1, Cavabdeh3 (azyaşlı övladı ilə birlikdə), Cavabdeh2 Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1219 ünvanında yerləşən bağ sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil göstərdi ki, iddiaçı, ünvan 2 ünvanında yerləşən bağ evinin tam mülkiyyət hüququ ilə mülkiyyətçisidir. Həmin mənzil 2005-ci ilədək iddiaçının bibisi X3 məxsus olmuş və həmin evdə təkbaşına yaşamışdır. xx.xx.2005-ci ildə X6, mülkiyyətində olan bağ sahəsinin satılması üçün öz qardaşı və iddiaçının atası olan X5 etibarnamə vermişdir. Bundan sonra xx.xx.2005-ci ildə iddiaçı ilə Hacıyeva Naibənin etibarnamə əsasında nümayəndəsi X9 arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin bağ sahəsinin müqabilində iddiaçı tərəfindən köhnə valyuta ilə 92 milyon manat ödəniş edilmişdir. Həmin müqavilə əsasında sözügedən əmlak xx.xx.2006-cı ildə Daşınmaz Əmlakın Dövlət Reyesterində iddiaçının adına qeydiyyata alınmış və MH0004109 nömrəli çıxarış əldə edilmişdir. Bağ sahəsinin mülkiyyət hüququ ona keçsə də, Hacıyeva Naibə tənha və kimsəsiz qadın olduğundan vəfat etdiyi günədək həmin mənzildə yaşamağa davam etmiş və buna iddiaçı tərəfindən heç bir maneə törədilməmişdir. Bu alqı-satqıdan bir müddət sonra bibisi oğlu Rusiya Federasiyasında yaşayan Kərimov Tələt və arvadı Cavabdeh1 Azərbaycana geri dönmüş, Hacıyeva Naibəni öz evlərinə aparmış və onun qocalığından və xəstəliyindən istifadə edərək bu alqısatqı müqaviləsini etibarsız etmək üçün ona müxtəlif təziqlər etmişdir. X16 və arvadı Cavabdeh1 alqı-satqının etibarsızlığını onunla əsaslandırır ki, sözü gedən bağ sahəsi 2002-ci ildə Hacıyeva Naibə tərəfindən onlara vəsiyyət edilmiş, onlar isə bunun müqabilində hər ay X8 pul göndərmişlər. Onlara bu bağ sahəsi deyil, ünvan 3 ünvanında yerləşən mənzil miras qalmışdır və göndərilmiş pulların iddiaçının mülkiyyətində olan və mübahisə predmetini təşkil edən bağ sahəsi ilə heç bir əlaqəsi yoxdur. Həmin vəsait hər ay iddiaçının X22 tərəfindən bank vasitəsilə təhvil alınaraq Hacıyeva Naibəyə çatdırılmışdır. Lakin bu təhvil-təslim bacı-qardaş arasında baş tutduğundan,heç bir vasitə ilə rəsmiləşdirməmişdir. Sözügedən pul vəsaitlərinin Hacıyeva Naibəyə təhvil verildiyini təsdiq edən heç bir sənəd olmadığından X12 və Cavabdeh1 məhkəmə qaydasında həmin vəsaitin iddiaçının atasından tutularaq onlara ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsinə nail olmuşdurlar. Nəticədə X22 vaxtilə tam həcmdə çatdırdığı pulları yenidən hissə-hissə ödəmək məcburiyyətində qalmışdır. X22 vəfat etdikdən sonra isə Kərimov Tələt və Cavabdeh1 2011-ci ildə Səbail Rayon Məhkəməsinə müraciət edərək mərhum atam X9 tərəfindən mənə bağışlanmış olan ünvan 4 ünvanında yerləşən mənzilin hərracda satılaraq 20.300 manat məbləğində vəsaitin atasının adından onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(009)-1233/11 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bu müddət ərzində Kərimov Tələt və Cavabdeh1 Mərdəkan qəsəbəsində yerləşən həmin bağ sahəsindən iddaçının və yaxınlarının istifadəsini tamamilə məhdudlaşdırmış, həmin ərazini qanunsuz şəkildə zəbt etmişdir. Bunlardan sonra Hacıyeva Naibə təzyiq altında qalaraq onunla baş tutan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı 2012-ci ildə Xəzər Rayon Məhkəməsində iddia qaldırmış və Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2-(003)-570/2012 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, xx.xx.2012-ci il tarixli 2(103)-5521/2012 saylı qətnamə ilə Bakı Apellyasiya Məhkəməsi, xx.xx.2013-cü il tarixli 2(102)-1767/13 saylı qərar ilə Ali Məhkəmə həmin qətnaməni qüvvədə saxlamışdır. Bununla kifayətlənməyən Cavabdeh1 2014-cü ildə Xəzər Rayon Məhkəməsində özü iddiaçı qismində eyni məzmunlu iddia qaldırmışdır. Həmin iddia Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(003)-1491/2014 saylı qətnaməsi ilə təmin edilməmiş, xx.xx.2015-ci il tarixli 2(103)- 629/2014 saylı qətnamə ilə Bakı Apellyasiya Məhkəməsi, xx.xx.2015-ci il 2(103)-3241/2015 saylı qərar ilə Ali Məhkəmə həmin qətnaməni qüvvədə saxlamışdır. DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024cü il tarixli, ******* saylı arayışına əsasən, iddiaçıya məlum olmuşdur ki, həmin bağda xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2019-cu il təvəllüdlü azyaşlı X10 qeydiyyatdadır. Həmin şəxslər sözü gedən mənzilə 2005-ci ildən sonra yəni iddiaçının mülkiyyət hüququ əldə etməsindən sonra qeydiyyata alınmışdır. Lakin həmin şəxslərin qeydiyyata alınmasına iddiaçı tərəfindən heç bir notarial razılıq verilməmişdir. Adı çəkilən şəxslərin mənzilə hansı şəkildə qeydiyyata alınmaları iddiaçıya məlum deyildir. Daha əvvəl baş verən məhkəmə mübahisələri əsnasında həmin şəxslərin qeydiyyata düşmək üçün X1 qalmış çıxarışı istifadə etməklə qanunsuz olaraq qeydiyyata alınmışdırlar. Cavabdeh1 və ailə üzvlərinin iddiaçıya məxsus əmlakdan istifadəsinə iddiaçı heç bir razılıq verməmişdir. Əlavə olaraq qeyd etdi ki, sözügedən ev 2 otaqlıdır və Gülnarə bu evdə heç vaxt yaşamayıb. O, onkoloji xəstədir və həmin evi satıb müalicəsinə xərcləmək istəyir. 2005-2006-cı ildən bu ilədək Kəmalə və Şəhla hal-hazırki zamana qədər bu evdə yaşayır. İddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 göstərdi ki, iddia tələbini qəbul edir. Sözügedən evə o, 2017-ci ildə pul verməklə qeydiyyata düşüb. 2024-cü ilin noyabrında isə həmin evdən qeydiyyatdan çıxıb və oğlunun evinə qeydiyyata alınıb. Həmin ünvanda heç vaxt yaşamayıb. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 göstərdi ki, Şəhla onun qızıdır. Sözügedən bağ sahəsində o, 2005-ci ildən bu günədək yaşayır. Bu tikili 2 otaqdan ibarətdir. Orada faktiki olaraq özü, qızı Şəhla və Şəhlanın oğlu Ruslan yaşayır. Gülnarə əri Tələtin (2020-ci ildə vəfat etmişdir) dayısı qızıdır. Gülnarə həmin evdə heç vaxt yaşamayıb. Naibə əri Tələtin xalasıdır. 1987-ci ildən bəri onlar Naibəyə baxıblar.2005-ci ildə Naibə ilə birgə yaşayıblar. Gülnarə Naibənin bibisi qızıdır. Onlar 1987-ci ildən 2005-ci ilədək Murmanskda yaşayıblar. Oradan Naibəyə pul göndərirdilər. Lakin Naibə ayağını sındırdıqdan sonra onların göndərdiyi pulları bankdan almaq üçün qardaşı Arifə etibarnamə vermişdir. Arif etibarnamədən istifadə edərək evi qızı Gülnarəyə guya satmışdır. O, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı 2010-2012-ci illərdə məhkəməyə müraciət etmişdir. Naibə 2020-ci ilin mart ayında vəfat etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan ******* nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki,Bakı şəhəri,Mərdəkan qəsəbəsi, 1219 saylı bağ Hacıyeva Naibə tərəfindən (X7 vasitəsilə) İddiaçı 92.000.000 manata satılmışdır. İş materiallarında olan ******* saylı Daşınmaz Əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri,Mərdəkan qəsəbəsi, 1219 saylı bağ evi tam mülkiyyət hüququ üzrə xx.xx.2006-cı il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Xəzər rayon məhkəməsinin 2(003)-570/2013 saylı xx.xx.2012ci il tarixli qətnaməsindən görünür ki, X18 əli qızının İddiaçı qarşı aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi işlə bağlı hər hansı sübut təqdim edilmədiyinə görə əsassız hesab olunmuş və rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya məhkəməsinin 2(103)-5521/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, Xəzər rayon məhkəməsinin 2(003)- 570/2013 saylı xx.xx.2012-ci il tarixli qətnaməsindən X6 tərəfinədən verilmiş apellyasiya şikayəti əqdin aldatma yolu ilə bağlandığı sübut edilə bilmədiyinə görə təmin edilməmişdir. İş materiallarında olan Ali Məhkəmənin 2(102)-1767/2013 saylı xx.xx.2013-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)-5521/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsindən X6 tərəfindən verilmiş kassasiya şikayəti mülki işə baxılarkən hüquq normalarının düzgün tətbiq olunduğu əsas gətirilərək təmin edilməmişdir. İş materiallarında olan Xəzər rayon məhkəməsinin 2(003)-149/2014 saylı xx.xx.2014cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi müqavilənin etibarsızlığı barədə əsaslar müəyyən edilmədiyinə görə əsassız hesab olunmuş və rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya məhkəməsinin 2(103)-629/2014 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, Xəzər rayon məhkəməsinin 2(003)- 149/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən Cavabdeh1 və maraqlı şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətləri Xəzər rayon məhkəməsinin dəyişdirilməsi üçün əsaslar olmadığına görə təmin edilməmişdir. İş materiallarında olan Ali Məhkəmənin 2(102)-3241/2015 saylı xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)-629/2014 saylı xx.xx.2015ci il tarixli qətnaməsindən X6 tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğuna görə təmin edilməmişdir. İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 2(005)-428/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, X2 cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Bakı ərazi idarəsinə,İddiaçı, 25 saylı notariot kontoruna, X4 və 3-cü şəxslər Elşən Rəsulova və Arif Qaraşova qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə mülki işə eyni predmetlə bağlı eyni şəxslər arasında mübahisəyə Xəzər rayon məhkəməsində baxıldığına görə icraata xitam verilmişdir. İş materiallarında olan Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1, Cavabdeh3 və Əsgərova X11 qəsəbəsi, 1219 saylı bağ ünvanında qeydiyyatdadırlar. Onların həmin ünvanda nə vaxtdan qeydiyyatda olmaları və hal-hazırda həmin ünvanda kimlərin yaşaması barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və X15 Şəxsi 1 saylı ərazi idarəsindən gələn xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Xəzər rayonu,Mərdəkan qəsəbəsində yerləşən 1219 saylı bağ evi üzərində yüklülük aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, qızı Şəhla ilə 20 ildən çoxdur ki, həmin evdə yaşayır. İddiaçı həmin evə aid saxta yollarla çıxarış almışdır və hal-hazırda həmin iş Xəzər rayon Polis idarəsində araşdırılma mərhələsiindədir. Qızı Şəhla birinci qrup əlildir və Mərdəkan qəsəbəsində yerləşən 26 nömrəli xəstəxanada qeydiyyatdadır. Həmin evdə qeydiyyatda olduqları barədə arayışı var. Sözügedən üv üzrə vergi ödənişləri hər il o özü edir. İddia ərizəsinin rəd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki məcəllənin 152.3-cü maddəsinə əsasən “istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır”. Məhkəmədə müəyyən olundu ki, cavabdehlərdən Cavabdeh2 ünvan 2 ünvanında yerləşən bağ evində indiyə qədər yaşamamışdır. O, pul verərək həmin evə qeydiyyata düşmüşdür. Bu səbəbdən onun həmin evə istifadə hüququ yaranmayıb və itirilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 ünvan 2 ünvanında yerləşən bağ evindən istifadə hüququnun itirilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Digər tərəfdən, məhkəmədə müəyyən olundu ki, cavabdehlərdən Cavabdeh2 ünvan 2 ünvanında yerləşən bağ evində heç vaxt yaşamayib və yaşamır. Bu səbəbdən, o həmin evdən çıxarıla bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 ünvan 2 ünvanında yerləşən bağ evindən çıxarılması hissəsində əsassız olduğundan rədd edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, “yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir”. Məhkəmdə müəyyən olundu ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən bağ evində yaşayırlar. Lakin, onların həmin evdən istifadə hüququnun mövcud olması ilə bağlı notarial qaydada təsdiqlənmiş razılaşmaları yoxdur. Belə çıxır ki, Cavabdeh1 və Cavabdeh3 həmin evə dair istifadə hüquqları yaranmayıb və itirilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3(azyaşlı övladı ilə birlikdə) ünvan 2 ünvanında yerləşən bağ evinə istifadə hüquqları itirilməsi tələbi əsassızdır və təmin edilə bilməz. Həmçinin məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri,Mərdəkan qəsəbəsi, 1219 saylı bağ evi tam mülkiyyət hüququ üzrə xx.xx.2006-cı il tarixdən İddiaçı mülkiyyətindədir. Belə olan halda, İddiaçı cavabdehlərin özünə məxsus evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3(azyaşlı övladı ilə birlikdə) ünvan 2 ünvanında yerləşən bağ evindən çıxarılmalıdır. Yuxarıda göstərilənləri və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh3 (azyaşlı övladı ilə birlikdə) ünvan 2 ünvanında yerləşən bağ evindən çıxarılsın. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov.
Məhkəmə qərarları › İş №e-2(003)-447/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-447/2025
23.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver