Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-4744/2025 02.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı X1 « inzibati işə xitam verilməsi » tələbinə dair ərizəsinin məhkəmə icraatına mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli İXP7582282 nömrəli inzibati protokol əsasında qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7657142 nömrəli qərarı ləğv edərək inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, X4 ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, X4 ərizəsində qərarı ləğv edərək inzibati işə xitam verilməsi ilə bağlı tələb qoymuşdur. Lakin, inzibati işə xitam verilməsi ilə bağlı məsələlərə mülki məhkəmə icraatı qaydasında baxılmır. Ərizəçiyə izah olunmalıdır ki, inzibati işə xitam verilməsi ilə bağlı məhkəməyə inzibati işlər üzrə şikayət vasitəsilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 « inzibati işə xitam verilməsi » tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 « inzibati işə xitam verilməsi » tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qəbul etməkdən imtina edilsin və ərizəçiyə geri qaytarılsın. X2 inzibati işə xitam verilməsi ilə bağlı məhkəməyə inzibati işlər üzrə şikayət vasitəsilə müraciət etməli olduğu izah edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(003)-4744/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-4744/2025
02.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver