Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-5069/2025 26.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı İddiaçı1 Cavabdeh ASC-yə qarşı « hesabat nəticələrinin ona təqdim edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aliment öhdəlikləri üzrə qalan cəmi borcunun cavabdeh tərəfindən hesablanmasına və həmin hesabatın nəticələrinin cavabdeh tərəfindən ona təqdim edilməsinə dair məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı1 Cavabdeh ASCyə qarşı ərizəsinə məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, İddiaçı1 iddia ərizəsində aliment öhdəlikləri üzrə qalan cəmi borcunun cavabdeh tərəfindən hesablanmasına və həmin hesabatın nəticələrinin cavabdeh tərəfindən ona təqdim edilməsi ilə bağlı tələb qoymuşdur. İddiaçıya izah olunmalıdır ki, aliment borcu ilə bağlı məktubu müvafiq icra şöbəsi verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı1 Cavabdeh ASC-yə qarşı « hesabat nəticələrinin ona təqdim edilməsi» tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı1 Cavabdeh ASC-yə qarşı « hesabat nəticələrinin ona təqdim edilməsi» tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(003)-5069/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-5069/2025
26.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver