Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-668/2021 26.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının Nümayəndə iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin və ailə üzvlərinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xəzər rayon Məhkəməsinin 01.07.2019-cu il tarixli 2(003)-73/2019 saylı qətnaməsi ilə Cavabdeh cəmi 25 312.4 ABŞ dolları borcun iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri. Xəzər rayonu. Buzovna qəsəbəsi. 438a saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ilkin satış qiyməti 45 000 manat olmaqla açıq hərracda satılması və əldə olunmuş pul hesabına borcun bağlanması qət edilmişdir. Xəzər rayon Məhkəməsinin 01.07.2019-cu il tarixli 2(003)-73/2019 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, ipoteka predmeti açıq hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən "xxxx" BOKT ASC-yə təklif edilmişdir. "xxxx" MMC ilə "xxxx" BOKT ASC arasında "hərracın yekunları üzrə əmlakın alqı-salqısı müqaviləsi" bağlanmış və X1 Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və X1 yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Bakı şəhəri. Xəzər rayonu. Buzovna qəsəbəsi, 438a saylı fərdi yaşayış evinə "Fİnoko” BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır (Qeydiyyat № **********. tarix; 28.10.2020). İpoteka predmeti olan əmlakın "xxxx" BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, Cavabdeh və onun ailə üzvləri hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 438a saylı fərdi yaşayış evində yaşayır. Bu isə bir mülkiyyətçi kimi "Fİnoko” BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də hazırkı iddianın qaldırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, cavabdehin və ailə üzvlərinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01.07.2019cu il tarixli 2(003)-73/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh cəmi 25312.4 ABŞ dolları borcun iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri. Xəzər rayonu. Buzovna qəsəbəsi. 438a saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ilkin satış qiyməti 45 000 manat olmaqla açıq hərracda satılması və əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Y-37 nömrəli, 05.03.2020-ci il tarixli hərracın yekunları barədə protokuluna əsasən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı BOKT ASC əmlakı 28688 manata aldı. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan İddiaçı BOKT ASC tələbinin məbləği həcmində alış qiymətinin ödəməkdən azad olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 28.10.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xüsusi mülkiyyətindədir. İddianın mahiyyətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılmalarını xahiş etmişdir. İşin məhkəmə iclasında tədqiq olunan hallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evini zəbt etməsi səbəbindən iddiaçı qanuni əsaslarla onun mülkiyətinə verilmiş fərdi yaşayış evindən istifadə etmək, həmin evə dair mülkiyyət hüquqlarını həyata keçirmək imkanından məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh və onun ailə üzvləri əşyaları ilə birlikdə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə məxsus ünvan 1 fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh və onun ailə üzvləri əşyaları ilə birlikdə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə məxsus ünvan 1 fərdi yaşayış evindən çıxarılaraq, həmin əmlak iddiaçıya təhvil verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən:Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-668/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-668/2021
26.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver