Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-726/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh2 və ”AVTOTRADE LİZİNQ” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 49911 manat məbləğində vurulmuş ziyanın, 200 manat vəkil xərcinin və 239,73 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 08.45 radələrində Qala-Türkan yolunda Cavabdeh2 “Toyota Prius” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti haqqında qanunvericiliyin tələblərini pozaraq iddiaçıya məxsus “Toyota Corolla” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Həmin yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmişdir. Həmin avtomobil qəzası nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, Toyota Bakı Mərkəzi MMC-nin qiymətləndirmə aktına əsasən iddiaçıya məxsus “Toyota Corolla” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün zəruri olan xərc ƏDV ilə 49911 (qırx doqquz min doqquz yüz on bir) manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, cavabdehlər iddiaçıya vurulmuş ziyanın əvəzini ödəməlidirlər. Belə ki, BB seriyalı 240429 nömrəli qeydiyyat şəhadətnaməsindən göründüyü kimi, “Toyota Corolla” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsusdur. BB seriyalı 136128 nömrəli qeydiyyat şəhadətnaməsindən göründüyü kimi, “Toyota Prius” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil ”AVTOTRADE LİZİNQ” MMC-yə məxsusdur. Eyni zamanda 308 nömrəli, 20 noyabr 2022ci il tarixli etibarnamədən göründüyü kimi Cavabdeh1 MMC ona məxsus “Toyota Prius” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ ilə digər Cavabdeh2 vermişdir. ”AVTOTRADE LİZİNQ” MMC etirazla məhkəməyə müraciət edərək İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı 49911 manat məbləğində vurulmuş ziyanın, 200 manat vəkil xərcinin, 239,73 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbinin “Cavabdeh1 MMC-dən tutulmasına” dair hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 08:45 radələrində Qala-Türkan yolunda Cavabdeh2 “Toyota Prius” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti haqqında qanunvericiliyin tələblərini pozaraq İddiaçı məxsus “Toyota Corolla” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Həmin yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmişdir. Eyni zamanda 308 nömrəli, 20 noyabr 2022-ci il tarixlietibarnamədən göründüyü kimi Cavabdeh1 MMC ona məxsus “Toyota Prius” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnu digər Cavabdeh2 vermişdir. Lizinq obyekti olan “Toyota Prius” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq şirkəti tərəfindən lizinq müqaviləsinə əsasən lizinq alanın sahibliyinə və istifadəsinə verilmişdir. Lizinq alanın yazılı ərizəsi əsasında lizinq şirkəti qeyd olunan evtomobilin idarə edilməsi üçün Cavabdeh2 verilməsi barədə etibarnamə vermişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil ilk cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin əsl Cavabdeh3 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh1 MMC “Toyota Prius” markalı nəqliyyat vasitəsini vətəndaş Cavabdeh3 satmış həmin nəqliyyat vasitəsinə mülkiyyət və sərəncam hüququ müqavilə qüvvədə olduğu müddət ərzində Cavabdeh1 MMC-yə, sahiblik və istifadə hüququ isə Cavabdeh3 məxsusdur. Eləcə də nəqliyyat vasitəsinin zərərin bütün növlərindən qorunması, istifadə zamanı buraxılan səhvlərdən və istifadə zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti Cavabdeh3 daşıyır. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 49911 manat məbləğində vurulmuş zərərin, vurulmuş ziyanın əvəzi iddiaçıya ödənildiyi tarixə qədər hər ay 1500 manat əldən çıxmış faydanın, 239,73 manat məbləğində dövlət rüsumunun və 200 manat məbləğində hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqının tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafə edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 49911 manat məbləğində vurulmuş zərərin, vurulmuş ziyanın əvəzi iddiaçıya ödənildiyi tarixə qədər hər ay 1500 manat əldən çıxmış faydanın, 239,73 manat məbləğində dövlət rüsumunun və 200 manat məbləğində hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqının tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Toyota Bakı Mərkəzi MMC-nin qiymətləndirmə aktına əsasən İddiaçı məxsus “Toyota Corolla” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün zəruri olan xərc ƏDV ilə 49911 (qırx doqquz min doqquz yüz on bir) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitələrinin nisyə alqı-satqısı haqqında” 010/22 nömrəli, 08 iyul 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, “Toyota Prius markalı avtomobil Cavabdeh3 32400 manata satılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, "xxxx" MMC İddiaçı “Toyota Corolla” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə vermişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 ona lizinq müqaviləsi əsasında verilmiş 18700 manat kredit məbləğini xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 899,66 manat ödəniş etməklə qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan göründüyü Cavabdeh1 MMC tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 MMC ona məxsus “Toyota Prius” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnu xx.xx.2022-ci il tarixədək Cavabdeh2 vermişdir. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh3 “Toyota Prius markalı” avtomobil təhvil verilmişdir. İş materiallarında olan TP ******* saylı qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/2733 nömrəli,03 may 2023-cü il tarixli rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Toyota Corolla” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 49888,0 manat müəyyən edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiasının əsası kimi istinad etdiyi “Toyota Corolla” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 tərəfindən 49911 manat zərər vurulması hissəsinə qiymət verərək, məhkəmə, cavabdehdən tutulmalı olan zərərin məbləğini müəyyən edərkən iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsaslanaraq ekspert rəyində hesablanmış həddə, yəni 49888 manat məbləğində ziyanın tutulmalı olduğunu hesab edir. Bundan başqa vurulmuş ziyanın əvəzi iddiaçıya ödənildiyi tarixə qədər hər ay 1500 manat əldən çıxmış faydanın iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qeyri-dəqiq olduğundan və tələbi təstiq edən sənədlər və sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilə bilməz. Həmçinin məhkəmə hesab edir ki, “Toyota Corolla” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 tərəfindən vurulmuş ziyan cavabdehin avtomobili etibarnamə əasında idarə etdiyi vaxtda olduğundan, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar Cavabdeh3 qarşı əmələ gəlmiş iddiası bu hissədə də əsassızdır və təmin edilməməlidir. Belə ki, bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh2 tərəfindən törədildiyindən vurulmuş ziyan Cavabdeh2 oğlundan alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar 239,73 manat dövlət rüsumunu və 200 manat məbləğində hüquqi yardım alınması üçün çəkilmiş xərcin ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu və vəkil xərci ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 239,73 manat dövlət rüsumu və 200 manat məbləğində hüquqi yardım alınması üçün çəkilmiş xərc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 49888 manat zərər, ödənilmiş 239,73 manat məbləğində dövlət rüsumu və 200 manat məbləğində hüquqi yardım alınması üçün çəkilmiş xərc alınaraq İddiaçı verilməli,iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 49888 (qırx doqquz min səkkiz yüz səksən səkkiz) manat zərər, ödənilmiş 239,73 (iki yüz otuz doqquz manat, yetrmiş üç qəpik) manat məbləğində dövlət rüsumu və 200 (iki yüz) manat məbləğində hüquqi yardım alınması üçün çəkilmiş xərc alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-726/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-726/2023
06.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver