Məhkəmə qərarları › İş №e-2(003)-802/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-802/2024

28.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-802/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 və Mələk adlı uşağın saxlanmaları üçün Cavabdeh xeyrinə 2022-ci il dekabr ayından 2023-cü ilin mart ayınadək tutulmuş 2933,73 (iki min doqquz yüz otuz üç manat yetmiş üç qəpik) manat aliment məbləğinin yarısı - 1466,86 (min dörd yüz altmış altı manat səksən altı qəpik) manat, 2023-cü il mart ayından 2023-cü il noyabr ayınadək tutulmuş 4997,04 (dörd min doqquz yüz doxsan yeddi manat dörd qəpik) manat aliment məbləğini tam və ödənilmiş 100 manat dövlət rüsumunu, ümumilikdə 6563,90 (altı min beş yüz altmış manat doxsan qəpik) manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa cavabdehin vəkili və nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı Cavabdeh xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün alimentin müvəqqəti tutulmasını xahiş etmiş və tələb təmin edilmişdir. Cavabdeh evi tərk edərkən yalnız xx.xx.2021-ci il təvəllüdlü X9 özü ilə aparmışdır. X11 və X10 atalarının yanında qalmışdır. 2022-ci il sentyabr ayında cavabdeh birgə nikahdan doğulmuş qızı Xədicə Həbibovanı yanına aparmış, hətta oxuduğu məktəbi də dəyişmişdir. 27 mart 2023-cü il tarixdə isə X10 öz istəyi ilə yenidən atasının yanına qayıtmışdır. Xəzər Rayon Məhkəməsinin e-2(003)- 236/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı 14 mart 2021-ci il tarixdə anadan olmuş X7 atası olmaması faktı müəyyən edilmişdir. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-485/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 21 aprel 2012-ci il təvəllüdlü X11 və 06 may 2013-cü il təvəllüdlü X10 nikahın pozulmasından sonra ataları İddiaçı yanında qalmışlar. Qeyd edilməlidir ki, qanunvericilik uşaqların saxlanması öhdəliyini valideynin üzərinə qoymuşdur. Odur ki, İddiaçı Mələk adlı uşağın atası olmadığı üçün belə bir öhdəliyi mövcud olmamışdır. Ona görə də, onun tərəfindən ödənilmiş aliment vəsaiti cavabdehden tutularaq ona geri qaytanımalıdır. X10 ilə bağlı qeyd edilməlidir ki, alimentin tutulması 28 noyabr 2022-ci il tarixdən müəyyən edilsə də, uşaq 27 mart 2023-cü il tarixdən faktiki atanın yanında olmuş va ata onun saxlanma xərclərini özü çəkmişdir. Buna görə də ondan əlavə vəsaitin tutulması ədalətsiz olardı. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının 14 mart 2021-ci il tarixdə anadan olmuş Mələk Həbibovanın atası olmaması faktı müəyyən edilmişdir. Hazırda cavabdeh həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirdiyini bildirsə də bu barədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, Mələk Həbibova üçün iddiaçı tərəfindən ödənilmiş aliment iddiaçıya geri qaytarılmalıdır. X13 2023-cü ilin mart ayından etibarən iddiaçının yanında qalır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında əlavə olaraq bildirdi ki, iddiaçı onun əmlaklarını ələ keçirib, həmçinin iddiaçı 28 mart 2023cü il tarixdə məcburi olaraq Xədicəni özü ilə aparmışdır. Raminin 14 mart 2021-ci il tarixdə anadan olmuş Mələk Həbibovanın atası olmaması faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək niyyətindədir. Bununla belə artıq ödənilmiş vəsaiti geri qaytara bilər. Sonda cavabdeh iddia tələbinin həlli məsələsini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirdi. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 14 iyun 2011-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 arasında 14 iyun 2011-ci ildə nikah bağlanmışdır. Tərəflərin birgə nikahlarından 21 aprel 2012-ci il təvəllüdlü X11 və 06 may 2013-cü il təvəllüdlü X10 doğulmuşdur. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci ildə rəsmi olaraq “785” nömrə ilə qeyd olunmuş nikahın pozulması, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X5 anaları Cavabdeh himayəsində qalmaları və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancın (başqa gəlirlərin) 1/3 (üçdə biri) miqdarında aliment alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-485/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 14 iyun 2011-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 785 nömrə ilə qeydə alınmış nikahın pozulması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 21 aprel 2012-ci il təvəllüdlü X11 və 06 may 2013-cü il təvəllüdlü X10 boşanmadan sonra ataları İddiaçı yanında qalması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Eyni zamanda Cavabdeh müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Cavabdeh xeyrinə iddiaçının himayəsində qalan xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün alimentin müvəqqəti tutulması barədə qərardad qəbul edilməsini etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-16(010)-82/2022 nömrəli, 30 noyabr 2022-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsinə dair dair e-2(010)-5503/2022 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X3 üçün İddiaçı Cavabdeh xeyrinə hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında müvəqqəti aliment tutulması və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Bundan başqa İddiaçı Cavabdeh (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Suraxanı rayon qeydiyyat şöbəsi) qarşı atalığın müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Cavabdeh ilə Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış 14 iyun 2011-ci il tarixli nikahdan olan 14 mart 2021-ci il tarixdə anadan olmuş X7 atası olmamasının müəyyən edilməsi və onun adının 4 saylı Asan Xidmət tərəfindən qeydə alınmış X7 doğum haqqında akt qeydində atası kimi yazılması qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-236/2023 nömrəli, 13 mart 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 14 mart 2021-ci il tarixdə anadan olmuş X7 atası olmaması faktının müəyyən edilməsi və 4 saylı Asan Xidmət Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında İddiaçı xx.xx.2021-ci il tarixdə doğulmuş X7 atası kimi yazılması qeydinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan “X16 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 06 noyabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 02 iyun 2006cı il tarixindən etibarən “X16 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləyir. Hal-hazırda o, İdarənin Xüsusi texnika dəstəsində qaldırıcı maşinisti vəzifəsində çalışır. Onun 2022-ci il dekabr ayı üçün 694,48 manat, 2023-cü il yanvar ayı üçün 756,46 manat, 2023-cü il fevral ayı üçün 729,20 manat, 2023-cü il mart ayı üçün 753,59 manat, 2023-cü il aprel ayı üçün 1287,81 manat, 2023-cü il may ayı üçün 168,62 manat, 2023-cü il iyun ayı üçün 638,78 manat, 2023-cü il iyul ayı üçün 723,90 manat, 2023-cü il avqust ayı üçün 739,95 manat, 2023-cü il sentyabr ayı üçün 797,38 manat və 2023-cü il oktyabr ayı üçün 640,60 manat olmaqla ümumilikdə 2022-ci il dekabr ayı – 2023-cü il oktyabr ayları tarixlərində faktiki əmək haqqından tutulan alimentin məbləği 7930,77 manat olmuşdur. İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 14 iyun 2011-ci il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahlarından 21 aprel 2012-ci il təvəllüdlü X11, 06 may 2013-cü il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X12 anadan olmuşdur. Həmçinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-485/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 14 iyun 2011-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 785 nömrə ilə qeydə alınmış nikahın pozulması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 21 aprel 2012-ci il təvəllüdlü X11 və 06 may 2013-cü il təvəllüdlü X10 boşanmadan sonra ataları İddiaçı yanında qalması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-16(010)-82/2022 nömrəli, 30 noyabr 2022-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsinə dair dair e-2(010)-5503/2022 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X3 üçün İddiaçı Cavabdeh xeyrinə hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında müvəqqəti aliment tutulması və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 236/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı 14 mart 2021-ci il tarixdə anadan olmuş X7 atası olmaması faktının müəyyən edilməsi və 4 saylı Asan Xidmət Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında İddiaçı xx.xx.2021-ci il tarixdə doğulmuş X7 atası kimi yazılması qeydinin ləğv edilməsi qət edilmişdir. Bununla yanaşı iş materialların ilə müəyyən edilmişdir ki, 2022-ci il dekabr ayı – 2023-cü il oktyabr ayları tarixlərində İddiaçı faktiki əmək haqqından tutulan alimentin məbləği 7930,77 manat olmuşdur. Hazırda iddiaçı X5 və Mələk adlı uşağın saxlanmaları üçün Cavabdeh xeyrinə 2022-ci il dekabr ayından 2023-cü ilin mart ayınadək tutulmuş 2933,73 (iki min doqquz yüz otuz üç manat yetmiş üç qəpik) manat aliment məbləğinin yarısı - 1466,86 (min dörd yüz altmış altı manat səksən altı qəpik) manat, 2023-cü il mart ayından 2023-cü il noyabr ayınadək tutulmuş 4 997,04 (dörd min doqquz yüz doxsan yeddi manat dörd qəpik) manat aliment məbləğini tam və ödənilmiş 100 manat dövlət rüsumunu, ümumilikdə 6563,90 (altı min beş yüz altmış manat doxsan qəpik) manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. İddianın əsası kimi isə X7 atası olmaması faktının müəyyən edilməsinə və X10 üçün alimentin tutulması 28 noyabr 2022-ci il tarixdən müəyyən edilsə də, uşaq 2023-cü ilin mart ayınadn faktiki onun yanında olmasına istinad etmişdir. Cavabdeh isə məhkəmə iclasında iddiaçının X7 atası olmaması faktının müəyyən edilməsi barədə qətnamədən apellyasiya şikayəti vermədiyini, eləcə də X5 28 mart 2023cü il tarixdə məcburi qaydada iddiaçı tərəfindən aparılmasını bildirmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən isə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə ilk olaraq iddia tələbinin - X5 və Mələk adlı uşağın saxlanmaları üçün Cavabdeh xeyrinə 2022-ci il dekabr ayından 2023-cü ilin mart ayınadək tutulmuş 2933,73 (iki min doqquz yüz otuz üç manat yetmiş üç qəpik) manat aliment məbləğinin yarısı - 1466,86 (min dörd yüz altmış altı manat səksən altı qəpik) manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı olmuşdur. Belə ki, işin faktiki hallarından göründüyü kimi Cavabdeh İddiaçı ilə aralarında 14 iyun 2011-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 785 nömrə ilə qeydə alınmış nikahın pozulması tələbi ilə yanaşı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə də məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-16(010)-82/2022 nömrəli, 30 noyabr 2022-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsinə dair dair e- 2(010)-5503/2022 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X3 üçün İddiaçı Cavabdeh xeyrinə hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında müvəqqəti aliment tutulması və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-236/2023 nömrəli, 13 mart 2023cü il tarixli qətnaməsinə əsasən isə İddiaçı 14 mart 2021-ci il tarixdə anadan olmuş X7 atası olmaması faktı müəyyən edilmişdir. Həmçinin cavabdeh tərəf məhkəmə hazırlıq iclasında həmin tələb üzrə məhkəmə mübahisəsinin davam etməsini bildirsə də müəyyən edilmişdir ki, qeyd olunan iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-236/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi qəbul edilmişdir, bundan başqa cavabdeh məhkəmə baxışı ərəfəsində qətnamədən apelyasiya şikayəti vermədiyini bildirmişdir. Eyni zamanda işin faktiki halları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e- 2(003)-236/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsinin apellyasiya qaydasında mübahisələndirilməsi müəyyən edilməmişdir. Göründüyü kimi İddiaçı 14 mart 2021-ci il tarixdə anadan olmuş X7 atası olmasa da onun əmək haqqından 2022-ci il dekabr ayından başlayaraq aliment tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Mələk adlı uşağa görə İddiaçı aliment tutulmaqla iddiaçıya maddi ziyan dəymişdir və tutulan həmin vəsait hesabına cavabdeh əsassız olaraq varlanmışdır. Məhkəmə iddia tələbinin qeyd olunan hissəsində cavabdehdən tutulmalı olan vəsaitin məbləğinə münasibətdə isə qeyd edir ki, cavabdehdən tutulmalı olan məbləğ 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayına qədər tutulmuş 2933.73 manat alimentin yarısı olan - 1466,86 manat müəyyən edilməlidir. Çünki iddiaçıdan müvəqqəti aliment məhz iki uşaq - xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X3 üçün tutulmuşdur və iddiaçıdan qeyd olunan dövr üçün tutulmuş alimentin məbləği məhz Mələk Həbibovaya münasibətdə yəni (2933.73:2=1466,86) 1466,86 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 2023-cü il mart ayından 2023-cü ilin noyabr ayınadək tutulmuş 4997,04 (dörd min doqquz yüz doxsan yeddi manat dörd qəpik) manat aliment məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə də iddia tələbi əsaslı olmuşdur. Belə ki, tərəflərin birgə nikahlarından doğulmuş X11 və 06 may 2013-cü il təvəllüdlü X10 boşanmadan sonra ataları İddiaçı yanında qalması qət edilmiş, və bununla yanaşı işin faktiki halları ilə müəyyən edilmişdir ki, qeyd olunan qətnamə qəbul edilənə qədər, yəni 2023-cü ilin mart ayından etibarən 06 may 2013-cü il təvəllüdlü X10 İddiaçı yanında olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh də izahatında 06 may 2013-cü il təvəllüdlü X5 2023-cü ilin mart ayından iddiaçıda olmasını qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 06 may 2013-cü il təvəllüdlü X10 2023-cü ilin mart ayından iddiaçının yanında olduğundan həmin aydan etibarən 2023-cü ilin oktyabr ayına qədər iddiaçıdan tutulmuş aliment hesabına cavabdeh əsassız varlanmışdır ki, iddiaçı həmin vəsaitin, yəni (2023-cü ilin mart ayından 2023-cü ilin oktyabr ayına qədər alimentə görə tutulma 4997.04 manat təşkil etmişdir) 4997,04 manatın cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia iddia təmin edilməli, X5 və Mələk adlı uşağın saxlanmaları üçün Cavabdeh xeyrinə 2022-ci il dekabr ayından 2023-cü ilin mart ayınadək tutulmuş 2933,73 (iki min doqquz yüz otuz üç manat yetmiş üç qəpik) manat aliment məbləğinin yarısı - 1466,86 (min dörd yüz altmış altı manat səksən altı qəpik) manat, 2023-cü il mart ayından 2023-cü il noyabr ayınadək tutulmuş 4 997,04 (dörd min doqquz yüz doxsan yeddi manat dörd qəpik) manat aliment məbləği ümumilikdə 6463.90 (altı min dörd yüz altmış üç manat doxsan qəpik) manat pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 üçün Cavabdeh xeyrinə 2022-ci il dekabr ayından 2023-cü ilin mart ayınadək tutulmuş 2933,73 (iki min doqquz yüz otuz üç manat yetmiş üç qəpik) manat aliment məbləğinin yarısı - 1466,86 (min dörd yüz altmış altı manat səksən altı qəpik) manat və 2023-cü il mart ayından 2023cü il noyabr ayınadək tutulmuş 4997,04 (dörd min doqquz yüz doxsan yeddi manat dörd qəpik) manat aliment məbləği, ümumilikdə 6463.90 (altı min dörd yüz altmış üç manat doxsan qəpik) manat məbləğində pul vəsaiti və ödənimiş 100 (yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar