Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-825/2025 18.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 25 saylı Notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi cəlb edilməklə “vəsiyyətnamənin etibarsız sayılması, çıxarışın ləğvi, daşınmaz əmlaka daxil olmağa maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka dair dair maneənin aradan qaldırılması, evə dair səndələrinin cavabdehlərdən alınıb ona verilməsi və evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X19 05 sentyabr 1930-cu ildə Lerik rayonunda anadan olmuşdur. xx.xx.2010-cu il tarixində Bakı şəhrəri, Xəzər rayonu Binə qəsəbəsində vəfat etmişdir. Atasının ölümündən sonra ünvan 2 ünvanda (keçmiş Çaparidze küçəsi ) ev qalmışdır. X4 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə 1950-ci ildə köçmüşdür. İddiaçı da atasının qız övladı olaraq həmin ünvanda dünyaya gəlmiş və həmin ünvanda yaşamışdır. Atası vəfat edəndən sonra evə dair sənədlər cavabdehlərdə qalmışdır. Evin X4nun adına olması və həmin sənədlərin təqdim edilməsi və evə dair dövlət reystrindən çıxarışın əldə edilməsini imkansız edir. İddiaçı da mərhumun yeganə vərəsəsi olmağına baxmayaraq vərəsəlik işini aça və vərəsə kimi tanına bilmir. Evə dair yeni sənədlərin çıxarılmasına cavabdehlər mane olur, atasına məxsus ev başqa şəxslərə kirayəyə verilib və iddiaçının müvafiq sənədlərin əldə edilməsi üçün qrumlardan nümayəndələrin həmin evə daxil olmasına imkan vermir. İddiaçı 1959-cu ildə doğulmuşdur. X10 övladları olmuş X35 xx.xx.2012-ci ildə, X33 xx.xx.2022-ci ildə, X28 xx.xx.2009-cu ildə dünyasınındəyişmişlər. İddiaçının anası X20 xx.xx.1991 -ci ildə ölmüşdür. Bu gün iddiaçı tək vərəsə olaraq sağdır. Cavabdeh1 xx.xx.2009-cu ildə dünyasını dəyişmiş X23 qızıdır. Digər cavabdeh isə Cavabdeh1 əridir. Binə Bələdiyəsinin vəkil sorğusuna verdiyi cavabdan görünür ki, Binə qəsəbəsi Asif Həsənov (keçmiş Çaparidze 6) ünvanda X10 mülkiyyətində olan daşınmaz əmlaka 2007-ci ildən yerli vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Binə Bələdiyəsinin 01 may 2024-cü il tarixli vəkil sorğusuna verilən cavabdan görünür ki, həmin ünvana baxış keçirilmiş və məlum olmuşdur ki, Binə qəsəbəsi, Asif Həsənov küçəsində ( 39T. X-423411, Y-4478116) 6 ünvanda yerləşən torpaq sahəsində bir mərtəbəli yaşayış evi mövcuddur. Sözü gedən ünvanda yaşayan vətəndaşların şəxsiyyətini müəyyən etmək mükün olmadı. Hal hazırda cavahdehlər iddiaçının atasından qalan evi kirayə veriblər. 04 may 1985-ci ildə İddiaçı X29 ilə nikaha daxil olduğu üçün familyası dəyişərək Mənsimova familyası olmuşdur. Məhkəmə tərəfindən verilən sorğu nəticəsində iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 adına 23 mart 2009-cu ildə vəsiyyətnamə qoymuşdur və həmin vəsiyyətnamədə bütün əmlakının X7 və X14 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə əsasında xx.xx.2004-cü il tarixində notariat orqanı ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. X2 vəsiyyətnamə qoyan tarixdə onun adına heç bir əmlak olmamışdır. İddiaçının atasının adına mülk yalnız xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Vəsiyyətnamədən istifadə edən Cavabdeh1 öz adından əri digər Cavabdeh2 etibarnamə vermiş, bütün vərəsəlik işlərini etibarnamə ilə Cavabdeh2 aparmışdır. Notariat orqanına Cavabdeh2 etibarnamə əsasında imzaladığı vərəsəlik işində olan 4 iyul 2024-cü il traixli ərizəsində yazılır ki, mərhumun başqa vərəsəsi yoxdur. Ərizədən görünür ki, iddiaçının vərəsə olmağı cavabdehlər tərəfindən gizlədilmiş və notariat orqanı aldadılmışdır.
3. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 03 mart 2009-cu il tarixli X19 tərəfindən X5 və X11 adına qoyulmuş vəsiyyətnamənin etibarsız sayılması və 14 iyul 2024-cü il tarixli Cavabdeh1 adına verilmiş Vəsiyyət üzrə vərəsəlik haqqında şahadətnamənin etibarsız sayılması və ondan doğan bütün hüquq nəticələrin, Binə qəsəbəsi Asif Həsənov küçəsi 6 (yeni qayda ilə AZ1045 ünvan 3 ünvanda yerləşən daşınmaz əmlaka Cavabdeh1 adına verilmiş (qeydiyyat nömrəsi **********. xx.xx.2024 cü il tarixli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın ləğvi, Bakı şəhəri, Xəzər ravonu, Binə qəsəbəsi Asif Həsənov küçəsi 6 (yeni qayda ilə AZ1045 ünvan 4 ünvanda yerləşən daşınmaz əmlaka daxil omaq üçün bütün maneələrin aradan qaldırılması, evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Dəqiqləşmə barədə ərizədə ilk verilən iddia ərizəsində göstərilənlərə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən verilən sorğu nəticəsində bizə məlum olmuşdur ki, Cavabdeh1 adına 23 mart 2009-cu ildə vəsiyyətnamə qoyulmuşdur və həmin vəsiyyətnamədə bütün əmlakının X6 və X14 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə əsasında 04.07 2004-cü il tarixində notariat orqanın ona vəsyyətnamə üzrə vərəsəlik hüquqi haqqında şahadətnamə vermişdir. İzah edərək bildiriəm ki, X9 vəsiyyətnamə qoyan tarixdə onun adına heç bir əmlak olmamışdır. Atamın adına mülk yalnız xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Vəsiyyətnamədən istifadə edən Cavabdeh1 öz adından əri , digər Cavabdeh2 etibarnamə vermiş , bütün vərəsəlik işlərini etibarnamə ilə Cavabdeh2 aparmışdır. Notariat orqanına Cavabdeh2 etibarnamə əsasında imzaladığı vərəsəlik işində olan 4 iyul 2024-cü il traixli ərizəsindən yazılır ki , mərhumun başqa vərəsəsi yoxdur. Ərizədən görünür ki, mənim vərəsə olaraq olmağım cavabdehlər tərəfindən gizlədilmiş və notariat orqanı aldadılmışdır. X9 ölən günədək onun xüsus mülkiyyətində hər hansı bir əmlak olmamış və həmin əmlaklar üzərində əmlak hüquq olmamışdır. 3 mart 2009-cu ildə verilmiş vəsiyyətnamə üzə 08.06 2024- cü il tarixdə qeydiyyata alınmış əmlak vəsiyyət üzrə Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsə kimi tanınması qanuna zidd olan haldır. 31 saylı notariat orqanının notariusu qanunun tələblərini pozmuşdur. Notariat orqanı iki hal şahidinin iştirakın tələb etməsini nəzərə almamışdır. Belə ki, notarusun texniki vasitədən istifadə etməklə vəsiyyətnaməni tərtib edir, vəsiyyətnaməni imza edən şəxs savadsız halda kril qrafikası əks olunan əyriüyrü xətlərlə imza edir. Amma qanun deyir ki, iki hal şahidi də o zamanı iştirak etməli və vəsiyyətnaməni imza etməlidir. Notariat orqanı vəsiyyətnamənin məzmunundan görünür ki, vəsiyyət edənə məxsus bütün əmlakı bütün əmlakı vəsiyyət edir, notarius Mülki Məcəllənin 1166-1178-ci və 1193 -cü maddələrinin məzmunun izah etsə də, izah etdiyi maddələrin yuxarıda qeyd edilən tələblərinə əməl etmir və qanunvericiliyin tələblər pozulur. Bundan əlavə vərəsəlik şahədətnaməsinin verilməsi üçün təqdim edilən sənədlərə baxdıqda açıq aydın görünür ki, Cavabdeh1 tərəfindən notariat ofisinə təqdim edilən ərizədə (ərizəni dəgər cavabdeh etibarnamə əsasında imzlamışdır.) yazılır ki, “bildirirəm mərhumun digər vərəsəsi yoxdur.” Bu ərizəmilə cavabdehlər mənim birinci dərəcəli vərəsə olmaq siyasında olduğumu bildikləri üçün gizlətmişlər. Belə olan halda vərəsəlik üçün verilən şəhadətnamə etibarsız sayılartaq ləğv edilməlidir. İzah edərək bildiriəm ki, atamın ölmü anından sonra mərhumun yeganə vərəsəsi mən qalmışam. Yeganə vərəsə olaraq məni miras payın hamısından və ya bir hissəsindən mərhum etmə məqəsdini qarşıya qoyan cavabdehlər notariat orqanından qanunvericiliyin tələblərini pozan vəsiyyətnamə əldə etmiş, sonradan həmin vəsiyyətnamədən istifadə edərək tərəfin başqa vərəsəi yoxdur deyərək miras əmlaka tam sahiblənmişdir. Əqd kimi vəsiyyətnamənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o tərtib edildikdən sonra ehtimal olunan vərəsələr üçün heç bir hüquqi nəticə yaratmır. Vərəsəlik hüquq münasibətləri vəsiyyət edən şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə yaranır. Atam tərəfindən qoyulmuş vəsiyyətnamə statusu vermək istəyənlər vəsiyyətnaməni atamın sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edərək özündə saxlaya bilməmişdlər. Odur ki , 13 mart 2009-cu il tarixində qoyulmuş vəsiyyətnamə, atamın ölmündən sonra uzun müddət mirasa vərəsə olaraq məndən gizlədilmiş və yalnız məhkəmə sorğusuna əsasən əldə edilmiş sənədlərdən sonra vəsiyyətnamənin olduğunu bimişəm.
5. Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi X19 2010-cu il tarixdə ölmüşdür. İddiaçının da etiraf etdiyi kimi Cavabdeh1 xx.xx.2009-cu ildə ölmüş Məmmədov Fikrətin qızıdır. Atası babadan əvvəl öldüyünə görə atasına çatası miras paya vərəsə olmaq hüququ yaranmışdır. Bundan başqa mərhum əmlakın Cavabdeh1 vəsiyyət etmişdir. Bundan başqa iddiaçının mərhum atasının adına daşınmaz əmlakın 2024-cü ildə keçməsinə dair fikri də əsassızdır. Belə ki, mülk mövcud olmuş, lakin müvafiq qeydiyyatı daha sonra həyata keçirilmişdir. Evin kirayəyə verilməsi mülkiyyətçinin müstəsna hüququdur. Mülki qanunvericiliyin tələblərindən görünür ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Göründüyü kimi digər vərəsələr mirasın qəbulu ilə bağlı öz iradələrini bildirməmişlər. Əksinə qanunla müəyyən olunmuş müddətdə nə rəsmi olaraq notariat orqanına müraciət etməmiş, nə də miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Həmçinin Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etməməklə mirasın qəbuluna susmuşdur. Beləliklə iddiaçı miras əmlakın tələb etməkdə haqlı olmadığından, iddiaçı mülki qanunvericiliyin tələblərini pozmadan verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair iddiada haqlı olmadığından, baxılan mübahisə üzrə iddiaçının iddia tələbində qeyd etdiyi halları sübut edilmədiyindən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız sayılması, hüquqi nəticələrin etibarsız hesab edilməsi, çıxarış qeydinin ləğvi, maneələrin aradan qaldırılması, evə köçürülmə” tələbinin rədd edilməsi (təmin edilməməsi) barədə qətnamə çıxarılması xahiş olunmuşdur.
6. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etmədiyini, iddiaçının qeyd etdiklərinin yalan olduğunu, onun 1985-ci ildə ailə quraraq evdən köçüb getdiyini, ondan sonra həmin evdə yaşamadığını, atası (miras qoyan) xəstə olanda belə gəlib-getmədiyini, ona baxmadığını, hətta atası və qardaşları öləndə də onların yasında iştirak etmədiyini, həyat yoldaşı (digər cavabdeh olan) vərəsə Cavabdeh1 1993-cü ildə həmin evdə doğulduğunu və atası, anası və babası ilə birgə həmin evdə yaşadığını, miras qoyana da ölən günə kimi məhz onların qulluq etdiyini, miras qoyanın öz istəyi ilə əmlakını onun həyat yoldaşına vəsiyyət etdiyini, iddiaçının isə qardaşlarının sağlığında heç vaxt evdən pay tələb etmədiyini, qardaşları öləndən sonra isə indi gəlib ev tələb etdiyini, bununçun onun heç bir hüququnun olmadığını, ona heç kimin evə gəlibgetməsinə mane olmadığını, ümumiyyətlə iddiaçının özünün heç vaxt evə gəlmək istəyinin olmadığını, iddianın əsassız olduğunu bildirmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 25 saylı Notariat ofisinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və iştirak etməməmənin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Bununla belə məhkəməyə ərizə təqdim edilərək, məhkəmə cilaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və iştirak etməməmənin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
9. xx.xx.2009-cu il tarixli vəsiyyətnamədən görünür ki, Bakı şəhəri Binə qəsəbəsi. A.Həsənov küçəsi, ev 6-da yaşayan X15 məxsus bütün əmlakını X7 və X14 vəsiyyət etmişdir.
10. AZ-İİ seriyalı 223115 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X17rasında xx.xx.2017-ci il tarixində 5 saylı Baı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2543 nömrəli akt qeydi ilə nikah bağlanmış və nikahdan sonra ərə Səlimov, arvada Səlimova soyadı verilmişdir.
11. xx.xx.2024-cü il tarixli, 2V-274 reyetr nömrəli “Vəsiyyətnamə üzrə vərəslik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X10 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2024-*cü il tarixdə X15 verilmiş **********96-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyetrindən arayışa əsasən ünvan 6 (Yeni qaydalarla: AZ 1045, ünvan 5 ünvanında yerləşən 0.055060 ha torpaq sahəsi və ümumi sahəsi 37.30 kv.metr olan fərdi yaşayış evindən ibarətdir.
12. Bakı şəhər 25 saylı notariat ofisinin 2V-274 nömrəli işinin məzmunundan görünür ki, Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə X4 vərəsə Cavabdeh1 miras əmlak ünvan 6 (Yeni qaydalarla: AZ 1045, ünvan 5 ünvanında yerləşən əmlakdan ibarətdir.
13. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 6 (Yeni qaydalarla: AZ 1045, ünvan 5 ünvanında yerləşən 0.055060 ha torpaq sahəsi və ümumi sahəsi 37.30 kv.metr olan daşınmaz əmlak tam pay olmaqla Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır.
14. Azərbayn Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır.
15. Binə bələdiyyəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Binə qəsəbəsi, Asif Həsənov küçəsi (keçmiş Caparidze-6) küçəsi ev 6 saylı fərdi yaşayış evində yaşamış, xx.xx.2010-cu il tarixdə ölmüş X4 qeyd olunmuş ünvanda yerləşən mülkiyyətində olan daşınmaz əmlaka görə 2007-ci il tarixdən Binə bələdiyyəsinə yerli vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
16. Binə qəsəbə inzibatiərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Binə qəsəbəsi, Asif Həsənov küçəsində yerləşən evin nə vaxt tikilməsi, evin yerləşdiyi torpaq sahəsinin hansı qərarla, nə vaxt verilməsi haqqında qəsəbə nümayəndəliyində heç bir məlumat olmadığından vətəndaş İddiaçı qəsəbə nümayəndəliyinə dəvət olunmuş və sorğuda qeyd olunan Binə qəsəbəsi, Asif Həsənov küçəsində yeləşən evə aid sənədləri təqdim etməsi bildirilmişdir. Vətəndaş İddiaçı qəsəbə nümayəndəliyinə sözügedən ünvana aid yalnız “Ev dəftəri”ni təqdim etmiş və sözügedən evin nə vaxt tikilməsi, evin yerləşdiyi torpaq sahəsinin hansı qərarla, nə vaxt verilməsi barədə sənədlərin olmadığını və atası mərhum X3 qalan övladının yalnız özü olduğunu bidlirmişdir.
17. “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, X10 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
18. Binə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Binə qəsəbəsi Asif Həsənov küçəsi 6 ünvanında yerləşən torpaq sahəsinin hansı qurumun balansında olması barədə Binə bələdiyyəsində heç bir məlumat mövcud deyil.
19. Binə qəsəbə inzibatiərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Binə qəsəbəsi, Asif Həsənov küçəsində 6 ünvanında yerləşən torpaq sahəsində bir birmərtəbli yaşayış evi mövcuddur. Mənsimova (Məmmədova) Aidə Kərim qızı qəsəbə nümayəndəliyinə həmin ünvana aid “Ev dəftəri” nin surətindən başqa heç bir sənəd təqdim etməmişdir. Sözügedən ünvanda yaşayan vətəndaşların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdır.
20. 03.05.2024-cü il tarixli arayışdan görünür ki, X28 və X1 qeydiyat şöbəsinin Avrora İN-yində xx.xx.1991-ci il tarixdə 36 nömrəli akt qeydi ilə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir.
21. ИE seriyalı 858076 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, X25 atası X16r.
22. İİİ-ЖГ seriyalı 15846 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X34 04051985-ci il tarixdə X26 ilə nikaha daxil olmuş, ərə Məmmədov, aravada Məmmədova soyadı verilmişdir.
23. ИЖ seriyalı 373566 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, X23 atası X16r.
24. XVİİ-ЖГ seriyalı 405157 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1993-cü il tarxidə anadan olmuş, atası X28, anası X8r.
25. AZ-İİ seriyalı 310248 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1991-ci il tarixdə ölmüşdür.
26. AZ-İİ seriyalı 310322 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X28 xx.xx.2009-cu il tarixdə ölmüşdür.
27. AZ-İ seriyalı 442183 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2010-cu il tarixdə ölmüşdür.
28. AZ-İİ seriyalı 310247 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X35 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
29. AZ-İİ seriyalı 264025 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X33 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
30. AZ-İİ seriyalı 108835 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2020-ci il tarixdə ölmüşdür.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyasının:
31. 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
32. 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir.
33. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “MM”):
34. 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
35. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
36. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
37. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
38. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
39. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
40. 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
41. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
42. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
43. 1273-1-ci maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
44. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın 99-cu bəndinin 5-ci hissəsinə əsasən vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilər.
Məhkəmənin mövqeyi:
46. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
47. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, hazırki iddia tələbinin hüquqi əsasını vərəsəlik hüquq münasibətləri təşkil edir.
48. İşin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, miras qoyan X19 iddiaçının atası, Cavabdeh1 isə babasıdır. Miras qoyan xx.xx.2010-cu il tarixində vəfat etmişdir. Onun arvadı X20 isə ondan əvvəl - xx.xx.1991-ci il tarixdə vəfat edib. Onların nikahı xx.xx.1952-ci ildə qeydiyyata alınıb. Onların 4 övladı olub və 3-ü vərəsəlik işi açılmamışdan əvvəl vəfat edib - Fikrət Məmmədov (cavabdehin atasıdır) 2009-cu ildə, yəni miras qoyandan əvvəl, ikisi isə - Arif Məmmədov 2012-ci ildə, İdrət Məmmədov 2022ci ildə, yəni miras qoyandan sonra vəfat edib. Miras qoyanın sağ qalan bir övladı da hazırki iş üzrə İddiaçıdır. O, xx.xx.1985-ci ildə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan etibarən mübahisəli evdə yaşamır.
49. Miras qoyan tərəfindən vəsiyyətnamə yazılıb. Həmin vəsiyyətnamə xx.xx.2009-cu il tarixində texniki vasitə ilə tərtib edilib, əl ilə imzalanıb və notarius tərəfindən təsdiq edilib. Vəsiyyətnamədə qeyd edilir ki, mən Binə qəsəbəsi, Asif Həsənov küçəsi, ev 6 ünvanında qeydiyyatda olan X19 mənə məxsus olan bütün əmlakımı X7 və X14 vəsiyyət edirəm. (Vəsiyyətnamədə adı qeyd edilən vərəsə X12 xx.xx.2020-ci il tarixində, yəni vərəsəlik işi açılmamışdan əvvəl vəfat etmişdir.)
50. Vərəsəlik işi 25 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixində açılıb və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilib. Mübahisəli ev (yəni Binə qəsəbəsi, Asif Həsənov küçəsi, ev 6) həmin şəhadətnamə əsasında xx.xx.2024-cü il tarixində Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış və Çıxarış verilmişdir. Şəhadətnamədə qeyd edilir ki, 31 saylı notariat ofisi tərəfindən xx.xx.2009-cu il tarixdə təsdiq edilə vəsiyyətnaməyə əsasən xx.xx.2010-cu il tarixdə vəfat etmiş X10 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Binə qəsəbəsi, Asif Həsənov küçəsi, ev 6 ünvanında qeydiyyatda olan Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətənamə verilən miras əmlak DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış”a əsasən Binə qəsəbəsi, Asif Həsənov küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət daşınmaz əmlakdır. Arayışdan görünür ki, həmin daşınmaz əmlak X10 (miras qoyanın) adına xx.xx.2024-cü il tarixində dövlət qeydiyyatına alınmışdır. Binə Bələdiyyəsinin arayışına əsasən həmin daşınmaz əmlaka görə X19 2007-ci ildən yerli vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Habelə iş materiallarında mübahisəli evə dair xx.xx.1971-ci ilə aid ev dəftəri mövcuddur.
51. İşin iddiaçı tərəfindən mübahisələndirilən halları ondan ibarətdir ki: 1. Vəsiyyətnamə qanunvericiliyin tələbinə uyğun tərtib edilməyib, yəni vəsiyyətnamə tərtib edilərəkən iki şahidin iştirakı təmin edilməli olduğu halda, edilməyib. 2. Vəsiyyətnamə yazılan vaxt, habelə miras qoyanın öldüyü günə qədər miras qoyanın xüsusi mülkiyyətində hər hansı bir əmlak olmamış və hazırki mübahisəli daşınmaz əmlak (miras əmlak) üzərində də miras qoyanın əmlak hüquqları olmamışdır. Hazırki mübahisəli daşınmaz əmlak miras qoyanın adına yalnız xx.xx.2024-cü il tarixində dövlət qeydiyyatına alınmışdır. Bütün rəsmiləşdirmə və vərəsəlik işlərini də cavabdehlər görmüşdür. Cavabdehin xx.xx.2009-cu ildə verilmiş vəsiyyətnamə ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış əmlaka vəsiyyətnamə üzrə vərəsə kimi tanınması qanunsuzdur. 3. İddiaçı miras qoyanın yeganə sağ qalan övladı olaraq hazırda tək vərəsə olmasına və atasından miras qalmış həmin əmlak ona verilməli olmasına baxmayaraq, cavabdeh vərəsəlik işi açılarkən ərizəsində mərhumun başqa vərəsələrinin olmadığını bildirərək iddiaçının vərəsə olduğunu gizlətmişdir.
52. Cavabdehlərin iddia tələbinə etirazının əsas dəlilləri ondan ibarətdir ki: 1. Vəsiyyətnamə miras qoyan tərəfindən öz istəyi ilə verilib və şəxsən özü tərəfindən imzalanıb, miras qoyanın həqiqi iradəsini əks etdirir, şahidlərin iştirak edib-etməməsi isə notariusun izah etməli olduğu haldır, bu onların səhvi deyil və mülkiyyətçinin həqiqi iradəsini aradan qaldırmır. Habelə cavabdehin iddiaçı barəsində notariusa məlumat veribverməməsi də vəsiyyətnamənin qanuniliyinə təsir göstərmir. 2. İddiaçı miras qoyanın qızı olsa da o, 1985-ci ildə ailə qurub evdən köçüb getmiş və o vaxtdan bugünədək həmin evə gəlib-getməmiş, atasına (miras qoyana) baxmamış, hətta atası və qardaşları öləndə onların yasında belə iştirak etməmiş, qardaşlarının sağlığında da heç vaxt evdən pay tələb etməmiş, həmin evdə təkcə cavabdeh və onun ailəsi yaşamış, evdə onlar rəsmi qeydiyyatda olmuş, miras qoyana da ölən günədək məhz onlar baxmış, iddiaçının isə qardaşları öləndən sonra indi gəlib ev tələb edir. 3. Miras əmlak miras qoyanın mülkiyyətində olub və bu barədə ev dəftəri var. Miras qoyanın vəfatından sonra miras əmlakı birbaşa öz adlarına keçirə bilmədiklərinə görə, ev qanuni olaraq əvvəlcə miras qoyanın adına sənədləşdirilib, daha sonra vəsiyyətnamə əsasında cavabdehin (vərəsənin) adına keçirilib. 4. Əgər miras qoyandan hər hansı miras əmlak qalmayıbsa, hazırki ev onun xüsusi mülkiyyətində olmayıbsa, bəs onda iddiaçı hazırda hansı əsasla atasından qalmış əmlakı tələb edir, vərəsə olduğunu, evin ona verilməsini istəyir? Miras qoyan 2010cu ildə vəfat edib və iddiaçı 6 ay ərzində özü notariusa müraciət etməli olduğu halda bu günə qədər də bunu etməyib, susub. Susmaq isə mirasdan imtinaya bərabər tutulur. Ona görə iddiaçı mirasın qəbul müddətini də ötürüb. Habelə iddiaçı miras əmlakı heç vaxt faktiki olaraq da qəbul etməyib.
53. Məhkəmə hesab edir ki, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına qiymət verilməlidir. Belə ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq isə iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib, subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.”
55. Aydındır ki, subyektin bu və ya digər şəkildə subyektiv hüququnun olması üçün qanunvericilikdə bü münasibətləri tənzimləyən maddi hüquq norması olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.
56. İddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vərəsəlik hüququndan əmələ gəlir. Lakin onun bu hüququ yalnız qanunla müəyyən olunmuş qaydaya və tələblərə riayət edilməklə yaranır.
57. Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki qanunvericiliyin hazırki mübahisəli hüquq münasibətinin yarandığı zaman – mirasın açıldığı xx.xx.2010-cu il tarixdə qüvvədə olan müddəalarının tələbinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün mirasın açıldığı vaxt sayılır. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. (MM mad. 1145, 1146, 1202.2, 1243.2, 1262, 1273-1)
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər.
59. Eləcə də Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Yuxarıda göstərilən qərarla mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi də qərara alınmışdır.
60. Belə ki, məhkəmə araşdırması ilə işin yuxarıda qeyd edilən faktiki halları ilə müəyyən olunur ki, iş üzrə iddiaçının xx.xx.2010-cu il tarixdə vəfat etmiş Kərim Məmmədovun vərəsəsi kimi ondan qalmış mirası qəbul etdiyini təsdiq edilmir. Belə ki, iddiaçı mirası qəbul etmək üçün nə qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etmiş, nə miras əmlakı faktiki qəbul etdiyini təsdiq edən hər hansı sübut var, nə də onun mirası qəbul etməsini təsdiq edən məhkəmə qərarı mövcuddur. Belə olan halda iddiaçının vərəsə kimi hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun (subyektiv hüququnun birinci elementinin - öz hərəkətlərinə hüquqi ixtiyarının) olmadığı müəyyən olunur. Belə ki, iddiaçı əgər mərhumun mirasını qanunla müəyyən edilmiş qaydada qəbul etməmişdirsə, hazırkı mübahisənin obyektini təşkil edən əmlaka dair vəsiyyətnamənin etibarsız hesab edilərək həmin əmlak miras kütləsinə daxil edilsə belə, iddiaçının həmin əmlakdan pay tələb etmək hüququ olmayacaqdır. Bu isə onu deməyə əsas verir ki, İddiaçı sözügedən miras əmlakla bağlı iddia irəli sürmək və özü üçün üstünlük əldə etmək hüququna malik deyildir. Başqa sözlə, iddiaçının hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etmək üçün hüquqi ixtiyarı yoxdur. Konstitutusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən, subyektiv hüququn ikinci və üçüncü elementlərinin, yəni iddiaçının cavabdehlərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış our və iddiada irəli sürülən digər dəlillərin əlavə olaraq araşdırılmasına da ehtiyac qalmır, çünki işin həlli üçün bunun heç bir əhəmiyyəti yoxdur.
61. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
62. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 25 saylı Notariat kontoru və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi cəlb edilməklə “vəsiyyətnamənin etibarsız sayılması, çıxarışın ləğvi, daşınmaz əmlaka daxil olmağa maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddiası təmin edilməməlidir.
63. Məhkəmə qeyd edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyi üçün iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 25 saylı Notariat kontoru və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi cəlb edilməklə “vəsiyyətnamənin etibarsız sayılması, çıxarışın ləğvi, daşınmaz əmlaka daxil olmağa maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov