Məhkəmə qərarları › İş №e-2(003)-846/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-846/2022

25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-846/2022 25.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2310 manat məbləğində vurulmuş zərərin və 43,10 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, “Hyundai Accent” markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobil 02.08.2019-cu ildən 02.08.2020-ci ilədək "xxxx" ASC-də İcbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il sentyabrın 03-də Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “Hyundai Accent" markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobillə ünvan 1 ünvanında yola çıxmaq istəyərkən əvvəlcə “Great Wall” markalı, ** FA *** dövlət nömrə nişanlı, daha sonra isə “Nissan Qashqai” markalı 99 HO 92 dövlət nömrə nişanlı avtomobili vurmuşdur. Nizami DYPŞ-in İXP İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327,1, 332.1 və 332.4-cü maddələri ilə məsuliyyətə cəlb edilmiş, Nizami Rayon Məhkəməsinin 06.09.2019-cu il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 332,4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Avtomobillərin texniki Mərkəzi tərəfindən 07.09.2019-cu il tarixdə verilmiş qüsur smetasına əsasən hadisə nəticəsində “Great Wall” markalı, ** FA *** dövlət nömrə nişanlı avtomobilə 1400 manat, “Nissan Qashqai” markalı 99 HO 92 dövlət nömrə nişanlı avomobilə isə 910 manat məbləğində zərər dəymişdir. Zərərçəkmiş şəxslərə dəymiş zərər ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, zərfin üzərində “qapı bağlı” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1351/2019 saylı 06.09.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh 03.09.2019-cu il tarixdə saat 23:00-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Hyundai Accent" markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobillə ünvan 1 ünvanında yola çıxmaq istəyərkən əvvəlcə “Great Wall” markalı, ** FA *** dövlət nömrə nişanlı, daha sonra isə “Nissan Qashqai” markalı 99 HO 92 dövlət nömrə nişanlı avtomobili vurmuşdur. Hadisə nəticəsində həmin avtomobillərin sahiblərinə maddi zərər vurulmuşdur. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, "xxxx" MMC-yə məxsus olan “Hyundai Accent" markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən əmlaka vurulan zərərə görə 5000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 07.09.2019cu il tarixdə verilmiş qüsur aktlarının surətlərindən görünür ki, “Great Wall” markalı, ** FA *** dövlət nömrə nişanlı avtomobilə 1400 manat, “Nissan Qashqai” markalı 99 HO 92 dövlət nömrə nişanlı avomobilə isə 910 manat məbləğində zərər dəymişdir İş materiallarından görünür ki, iddiaçı sığorta şirkəti tərəfindən 1400 manat məbləğində pul “Great Wall” markalı, ** FA *** dövlət nömrə nişanlı avtomobilin sahibi X1 hesabına, 910 manat məbləğində pul isə , “Nissan Qashqai” markalı 99 HO 92 dövlət nömrə nişanlı avomobilin sahibi X3 hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmişşəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. İş materialları ilə müəyyən edilir ki, iş üzrə yüksək təhlükə mənbəyi olan “Hyundai Accent" markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobili, idarə etmə hüququ olmadan Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törətməklə 2 avtomobilə ümumilikdə 2310 manat məbləğində zərər vurmuş, həmin zərər iddiaçı tərəfindən ödənilmişdir. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2310 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 43.10 manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2310 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 43.10 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar