Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-86/2023 05.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpağın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 3/4 hissədə onun mülkiyyətində, 1/4 hissədə Cavabdeh mülkiyətində olan paylara uyğun olaraq onun və Cavabdeh arasında naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci i tarixli qanun üzrə vərəsəlk hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, 10 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.1995-ci il tarixdə ölmüş X2 vərəsəsi İddiaçı, bacısı X10, vəfat etmiş qardaşı X5 vərəsələri və arvadı X6 və qızı X3 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəsbəsi, 1690 saylı bağ sahəsi miras əmlakdan ona və bacısı Ağca Mehdiyeva ¼ hissədə, vəfat etmiş qardaşı X5 vərəsələri - arvadı X6 və qızı Quliyev Şamil qızına ¼ hissədə pay keçmiş, ¼ hissədə açıq qalmışdır. 21 avqust 2021 -ci il tarixli miras payının bağışlanması haqqında müqaviləyə əsasən X11, X6, X7 öz paylarını ona bağışlamışlar. Onun adına çıxarış verdikdən sonra açıq qalan1/4 hissə Cavabdeh tərəfindən qəbul edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlak reyestrində **********41 saylı çıxarışına əsasən ünvan 1 3/4 hissədə mükiyyətində, 1/4 hissədə Cavabdeh mülkiyətindədir. O, bildiriş göndərməklə paylı mülkiyyətdə olan bağ sahəsinin 0.12 ha olan torpaq sahəsindən girişdən 0.09 ha onun, arxa sahənin Cavabdeh öz sahəsinə birləşməsi ilə naturada ayrımasını təklif etmişdir, çünki başqa qaydada mümkün deyildir. Lakin cavabdeh onun təklifinə həç bir cavab verməmişdir. Onunla razlaşmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini, miras payın bağışlanması müqaviləsinin surətini, Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın reyestirində **********41 saylı çıxarışın surətini, cavabdehə göndərilmiş bildiriş və qəbzi, dövlət rüsumunun ödənilməsi barədə Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı, etibamamənin əslini, vəkil orderinin əslini iddia ərizəsinə əlavə edib. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verdi və iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi və rədd edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Cavabdehun nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən aydın olur ki, Bakı şəhəri, 10 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.1995-ci il tarixdə ölmüş X2 vərəsəsi İddiaçı, bacısı X10, vəfat etmiş qardaşı X5 vərəsələri və arvadı X6 və qızı X3 ünvan 1 miras əmlakdan ona və bacısı Ağca Mehdiyevaya 1/4 hissədə, vəfat etmiş qardaşı X5 vərəsələri arvadı X6 və X4 ¼ hissədə pay keçmiş, ¼ hissədə açıq qalmışdır. İş materiallarında olan miras payın bağışlanması haqqında müqavilənin surətindən aydın olur ki, X10, X6, X9 ünvan 1 ünvanında yerləşən sahəni İddiaçı bağışlamışlar . İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəsbəsi, 1690 saylı bağ sahəsi ¼ hissədə Cavabdeh, ¾ hissədə isə İddiaçı paylı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş AA№629509 saylı torpaq sahəsinin planı və ölçüsünun sürətindən görünür ki, ünvan 1 ünvanı mərhum X8 məxsusdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 10/2556 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən mübahisə predmeti olan 1690 saylı torpaq sahəsinin yalnız 1 tərəfdən yol (küçə) ilə əhatə olunduğu, torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evinin mövcud olduğunu, həmçinin torpaq sahəsinin bölünəcəyi təqdirdə əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranacağını nəzərə alaraq qeyd olan torpaq sahəsinin paylar üzrə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edildi. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanda yerləşən, ümumi birgə istifadədə olmaqla tərəflərin mülkiyyətindədir, lakin iddia tələbi olan ünvan 2 torpaq sahəsi dövlət mülkiyyətindədir. Hazırda iddiaçılar həmin torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. İddia ərizəsinin məzmunundan, iş materiallarından aydın olur ki, iddiaçı və cavabdehlərin hər biri mübahisəli əmlakın müstəqil mülkiyyətçiləridir, yəni, onların payı məlumdur. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İş materiallarında olan ekspert rəylərindən də aydın olur ki, payların ayrıca mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən səbəblərdən mübahisəli payların ayrıca mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbi təmin edilə bilməz. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə ekspertiza xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi rədd edildiyindən 50,0 (əlli) manat ekspertiza xərci iddiaçılardan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50,0 (əlli) manat məbləğində pul İddiaçı tutulub X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəgörə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “torpağın naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50,0 (əlli) manat məbləğində pul İddiaçı tutulub X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-86/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-86/2023
05.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver