Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-103/2024 15.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, X1, Cavabdeh Janashia Leilanın, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7, AR İN yanında Dövlət Vergi Xidməti və AR Dövlət Gömrük Xidməti cəlb edilməklə cavabdeh Janashia Leilaya qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Janashia Leilaya qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 77 min ABŞ dolları məbləğində pulun, ödəniş gününə manata olan məzənnəsi ilə əsas borcun və 70 min manat dəyərində dəymiş maddi ( əldən çıxmış fayda və borcun əldə edilməsi ilə bağlı çəkilən xərclər nəzərə alınmaqla) və mənəvi zərərin, həmçinin 540 manat məbləğində ödənilmiş dövlət rüsumunun Gürcüstan vətəndaşı olan Janashia Leiladan alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, eyni zamanda Leila Janashianın əməlində cinayət faktları tam sübuta yetirildiyini nəzərə alarq xüsusi qərardad çıxarılmaslq prokurora xəbər verilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gürcüstan vətəndaşı olan JANASHİA LEİLA adlı şəxs tərəfindən, inamından sui-istifadə edilməklə, dələduzluq yolu ilə ona məxsus 77 min ABŞ dolları məbləğində pulu mənimsənilmişdir. Maddi durumunun ağır olması ilə, ayrı-ayrı vaxtlarda qızı üçün cehiz kimi aldığı bahalı əntiq əşyalarını satmaq niyyətində olduğundan, əmisi qızı vasitəsi ilə tanış olduğu Gürcüstan vətəndaşı cavadeh JANASHİA LEİLA adlı şəxsə bildirmişdir. Belə ki, Gürcüstan vətəndaşı olan JANASHİA LEİLA adlı şəxsi, uzun illərdir ki, Azərbaycanda, məhz bu fəaliyyətlə, yəni əntiq mallarının satışı ilə məşğul olduğunu əvvəlcədən bildiyindən ona müraciət edib. Hətta, 15-16 il bundan əvvəl də, onun mağazasından 9 min ABŞ dolları dəyərində, qızı üçün servis komplekti də almışdır. Beləliklə, satmaq istədiyi “mallara” baxmaq üçün, xx.xx.2022-ci il tarixdə, JANASHİA LEİLA adlı şəxs, yaşadığı-ünvan 1 ünvana gəlir və “mallara” baxış keçirərək, bəyəndiyi və tez satılacaq “malların” siyasını tərtib edir. Onun tərtib etdiyi bu siyahı üzrə, aralarında olan razılaşma əsasında, ayrı-ayrı adlarda olan cehiz malları, ümumilikdə, 77 min ABŞ dollarında, həmin dövrün manata ekvivalenti ilə dəyərləndirildi və qərara alındı ki, pulun qaytarlması anında da, həmin günə olan ABŞ dollarının manata ekvivalenti nəzərə alınmaqla hesablaşma aparılacaqdır. Bu cür razılaşma əsasında da, onunla Gürcüstan vətəndaşı olan JANASHİA LEİLA adlı şəxs arasında “Qaimə-Fakturalar” imzalandı. 7 vərəqdən ibarət həmin 7 ədəd “Qaimə-Fakturalar” dan da görünür ki, ümumilikdə dəyəri 77 min ABŞ dollarında, ayrı-ayrı adda olan suvenir-əntiq mallar Ülviyyə tərəfindən xx.xx.2022-ci il tarixdə, evində, JANASHİA LEİLAya təhvil verilmişdir. Xüsusi olaraq o da qeyd edilməlidir ki, malların təhvil və qəbul edilməsi ilə əlaqədar, “QaiməFakturalar”ı hər iki tərəf imzaladıqdan sonra, JANASHİA LEİLAya məxsus, "xxxx" X6 aid möhürlə də, onun tərəfindən təsdiq edilmişdir. Bununla da, JANASHİA LEİLA özünü, həm də bu şirkətin rəhbəri kimi təqdim edərək, fəaliyətinin tam qanuni olduğunu göstərməklə, inamını demək olarsa da, tam qazanmışdır. Bundan sonra, malların daşınması üçün avtomobil sifariş edilmiş və mallar yüklənilərək, Bakı şəhəri, X28 İdarəsinin yerləşdiyi ərazinin arxa tərəfindəki, önünda, “ANTİK” reklamı vürülmüş mağazaya boşaldılmışdır. Hazırda da, JANASHİA LEİLAya həmin ünvandakı mağazada fəalliyyət göstərir. Sonradan, bu ünvanın, ünvan 2, həmin dövrdən, yəni, xx.xx.2022-ci il tarixindən bu günə kimi, Gürcüstan vətəndaşı olan JANASHİA LEİLA adlı şəxsə verdiyi malların pulunu ondan geri ala bilmir. Maddi durumunun ağır olması ilə əlaqədar, ona verdiyi mallar, faktiki olaraq aldığı qiymətlərlə hesablandığından və həmin mallar da, dərhal satıldğından, mallarının da geri qaytarılması mümkünsüz olmuşdur. Ümumiyyətlə isə, JANASHİA LEİLA adlı şəxsin fəaliyyətindən xəbəri olduğundan, bilirib ki, o, aldığı əntiq malları, 3-4 dəfə baha qiymətə satır və iddiaçıdan aldığı malların üzərinə “100 faiz ticarət” əlavəsini gəlməklə də, tez satışının həyata keçirilməsinə nail olmuşdur. Gürcüstan vətəndaşı olan JANASHİA LEİLA adlı şəxs hər dəfə ona, pulunun bir ay müddətinə qaytaracağı barədə vəddlər versə də, bu günə kimi mənimsənilmiş pulun geri alınmasına nail ola bilməmişdir. Bu məsələ ilə əlaqədar ona köməklik göstərilməsi üçün, tanışı X3 müraciət edib və bu məqsədlə aralarında, həmçinin müqavilə də bağlanıb. X4 verdiyi Etibarnamə əsasında, o, 2023-cü il, iyun ayının 23-də, JANASHİA LEİLA adlı şəxsin fəaliyyıt göstərdiyi, Bakı şəhəri, X28 İdarəsinin yerləşdiyi ərazinin arxa tərəfindəki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 69 G ünvandakı mağazada olmuş, özünü təqdim edərək, gəlişinin səbəblərini bildirmişdir. Onunla, məsələnin sülh yolu ilə, heç bir şikayət etmədən, iddiaçı ilə onun arasında bağlanması nəzərdə tutulan müqavilə ilə tənzimlənməsinə və müqavilənin, tərəfindən tərtib edilərək baxılması üçün ona təqdim edilməsinə razılaşmışlar. JANASHİA LEİLA X4 da bildirmişdir ki, onun məhkəmə və digər problemləri olduğundan bu günə kimi “Ülviyyənin” pulunu geri qaytara bilməmiş, Ali Məhkəmə də məsələni onun xeyrinə həll etdiyindən, ən uzağı, bir ay müddətinə pulları mütləq qaydada, “Ülviyyəyə” geri qaytaracaqdır. Beləliklə, X5, 28 iyun 2023-cü il tarixdə, saat 12-13 raddələrində, JANASHİA LEİLA adlı şəxsin fəaliyyət göstərdiyi, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 69 G ünvandakı mağazaya gəlmiş və onunla JANASHİA LEİLA arasında imzalanması nəzərdə tutulan, “BORCUN ETİRAFİ VƏ QAYTARİLMASİ MÜDDƏTİ BARƏDƏ” tərtib edilmiş müqavilənin layihəsini ona təqdim edərək xahiş etmişdir ki, Vəkili və tanışları ilə baxsınlar, öz irad və təkliflərini bildirsinlər və bizlərlə də birlikdə, ümumi razılıq əsasında müqavilə imzalansın. Həmçinin, müqavilənin əsas şərtlərini də ona izah etmişdir. JANASHİA LEİLA müqavilənin şərtləri ilə razılaşdığını, hətta, pulun qaytarılması ilə bağlı müqavilədə nəzərdə tutulmuş 2 ay müddətinə iradını nümayiş etdirərək, pulun bir ay müddətində, yəni avqust ayının 1-dək, əminliklə qaytaracağını bildirmişdir. X7 ilə görüşləri zamanı, JANASHİA LEİLA onu da bildirmişdir ki, pulun qaytara bilməməsinə, eyni zamanda səbəb kimi, “Ülviyyədən götürdüyü malların bir qismini sata bilməməsi və həmin malların yerləşdiyi, ünvan 3 ünvanda yerləşən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsində olan bütün əmlaklarının üzərinə, müvafiq məhkəmə qərarı ilə həbs qoyulması ilə izah etmişdir.” Əldə olunmuş razılaşma əsasında da, Müqavilənin layihəsinin ona təqdim edilməsinin səhərisi günü, yəni 29 iyun 2023-cü il tarixdə, saat 12:18-də, Ə.Rüstəmov tərəfindən istifadəsindəki (055) 317- 50-65 nömrəli telefonla, JANASHİA LEİLAnın istifadəsindəki (055) ***-**-** nömrəli telefonuna zəng etmiş, təqdim etdiyi Müqavilə layihəsinə münasibətllərinin necə olduğunu, əlavələrinin olub-olmayacağını JANASHİA LEİLAdan soruşmuşdur. JANASHİA LEİLA xanım isə, “çox həyacanlı olmuş” və “həyacanlı şəkildə” telefonla Ə.Restəmova bildirmişdi ki, “rəfiqəsinin məsləhəti ilə, heç bir müqailəyə imza atmayacaq, “biz” onun sözünə inanmalıyıq vəssalam: “Söz vermişəmsə bir ay ərzində ödəyəcəm, deməli, bir ay ərzində ödəyəcəm.” Belə olduqda: “Axı, “müqavilədə” hansı müddəa rəfiqəsinin xoşuna gəlmədi ki, o, buna qəti etirazını bildirir və əgər, xoşu gəlməyən hər hansı müddəa varsa, onu da müzakirə etməyə hazır olduğuqlarını , Ə.Rüstəmov ona bildirmiş, həmçinin, müqavilənin müzakirəsi üçün, rəfiqəsi ilə birlikdə görüşün təşkil etməsini ondan bir daha xahiş etmişdir. Bundan sonra isə, JANASHİA LEİLA bildirmişdi ki, “Ə.Rüstəmovun telefon nəmrəsini rəfiqəsinə verəcəkdir və yaxın saatlarda, rəfiqəsi telefon vasitəsi ilə, şəxsən iradını ona bildirəcəkdir. Ə.Rüstəmovun JANASHİA LEİLA ilə danışıqların sülh yolu iləhəll edilməsi ilə bağlı bütün cəhdləri nəticəsiz qalmış, sonunda da, bildirilmişdir ki, “vəkilləri ilə də danışıbdır, vəkilləri də məsləhət biliblər ki, “heç bir müqaviləyə imza atılmamalıdır” deyib, telefonunu qapatmışdır. Qeyd olunan hərəkətləri ilə, JANASHİA LEİLA-nın bütün xisləti onlara tam məlum olduğundan, bir daha onunla əlaqə saxlanılmamış və Ə.Rüstəmov tərəfindən, məhkəməyə və aidiyyatı orqanlara müraciətlərin hazırlanması məqsədi ilə, materialların və məlumatların toplanılmasına başlanılmışdır. Beləliklə, toplanmış məlumatlardan müəyyən edilmişdir ki, JANASHİA LEİLA adlı bu xanım: 20 ildən artıq müddətdə, böyük bir bizneslə məşğul olsa da, bu müddətdə, bir qəpik də olsa belə, vergi ödəməmişdir. 20 ildən artıq müddətdə, milyonlarla dəyərində xaricdən Azərbaycana əntiq malları idxal etsə də, “gömrükdən keçərkən”, həmin mallardan, bir manatlığını belə bəyan etməmişdir. 20 ildən artıq müddətdə, böyük bir bizneslə məşğul olmaqla və bundan, bir qəpik də olsa belə, vergi ödəməməklə, milyonlarla dəyərində xaricdən Azərbaycana idxal etdiyi malların “gömrükdən keçirərkən”, həmin mallardan, bir manatlığını belə bəyan etməməklə yanaşı, hələ sayı bilinmyən neçə-neçə Azərbaycan vətəndaşının külli miqdarda pullarını da mənimsəmişdir. İddia ərizəsinin yuxarı hissəsində göstərmişdir ki, “malların təhvil və qəbul edilməsi ilə əlaqədar, “Qaimə-Fakturalar”ı hər iki tərəf imzaladıqdan sonara, JANASHİA LEİLAya məxsus, "xxxx" X6 aid möhürlə təsdiq etməklə, o, özünü həm də, bu şirkətin rəhbəri kimi təqdim etməklə, inamımı tam qazanmış və bununla da, sonradan faktiki olaraq inamından sui-istifadə etmiş, əvvəlcədən və bilərəkdən, aldığı mallara görə satışından əldə edəcəyi gəlirləri mənimsəmək niyyətində olduğunu tam təsdiq etmişdir. Belə ki, apardıqları araşdırmalardan müəyyən edilmişdir ki, azərbaycanda hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adında heç bir vergi ödəyicisi fəailiyyət göstərmir, ümumiyyətlə isə, bu adda Cəmiyyətin mövcud olması ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Bundan başqa, Gürcüstan vətəndaşı olan JANASHİA LEİLA adlı şəxsin, Azərbaycanda hər hansı hüquqi şəxs təsis etməsi və ya hər hansı hüquqi şəxsin səlahiyyətli nümayəndəsi kimi qeydin mövcuduğu barədə məlumatın əldə edilməsi, tərəflarindən aparılan araşdırmalarla mümkün olmamışdır. Qeyd olunanlardan əlavə, “pulun qaytara bilməməsinə səbəb kimi, Ülviyyədən götürdüyü malların bir qismini sata bilməməsi və həmin malların yerləşdiyi, ünvan 3 ünvanda yerləşən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsində olan bütün əmlaklarının üzərinə, müvafiq məhkəmə qərarı ilə həbs qoyulması ilə izah etməsi” ilə əlaqədar bildiriririk ki, JANASHİA LEİLAnın bu uydurması da tam ifşa olunmuşdur. Belə ki, apardıqları araşdırmalarla, yəni, Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadı ilə, ünvan 3 ünvanda yerləşən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyriyaşayış sahəsində olan və üzərinə həbs qoyulmuş əmlakların siyahısında, bu xanımın təmsil etdiyi şəxsdən götürdüyü əmlaklar sıyahısı uzlaşmır. Bundan başqa, həmin ərazidəki malların kimlərdən alınması barədə, bu xanımın məhkəməyə təqdim etdiyi siyahıda da, Ülviyyənin, yəni iddiaçının adı keçmir. İmzalanmasından qəti şəkildə imtina ediyi müqavilə layihəsinin əsas şərtləri ilə bağlı isə, qeyd olunanları bildirir: 1-ci bənddə qeyd olunur ki, “Müqavilənin Predmeti “Borclu”, Gürcüstan vətəndaşı JANASHİA LEİLA, “Tələbkar”, İddiaçı 77000 (yetmiş yeddi min) ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etməklə, bu borcun xx.xx.2023-cü il tarixədək tam qaytarılmasını üzərinə götürməklə yanaşı, həmin müddətdən sonra vaxtında ödəilməmiş borc üzrə qalıq məbləğinin 0,1 faizi miqdarında cərimə hesablanılmaqla, pulun ödənilməsi gününə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə ödənilməsini üzərinə götürməkdən ibarətdir.” Yəni, borcun qaytarılması üçün, biz, xanıma əlavə olaraq bir ay da əlavə müddət verdikləri halda, buna imza etməməsi, faktiki olaraq “onun dələduzluq fəaliyyətini” ifşa etmiş olur və sair. Gürcüstan vətəndaşı JANASHİA LEİLAnın Azərbaycan Resublikasında qanunsuz sahibkalıq faliyyəti ilə məşğul olması, qanunsuz fəaliyyət göstərməklə yanaşı, dövlət büdcəsinə bir qəpik də vergi ödəməməsi və xaricdən gətirdiyi malları bəyan etmədən qaçalmalçılıq yolu ilə gətirərək bir qəpik də olsun belə gömrük rüsumları ödəməməsi ilə yanaşı, tərtib etdiyi saxta sənədlərlə, Azərbaycan vətəndaşlarını aldadaraq dələduzluq fəaliyyəti ilə məşğul olması ilə bağlı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, ən azından, 192-ci, 213-cü, 178ci, 206.1.-ci və 209-cu maddələri ilə cinayət əməli törətməsi ilə bağlı qeyd olunanları bildirirlər. Gürcüstan vətəndaşı JANASHİA LEİLA, ünvan 3 ünvanda yerləşən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsində olan malların ona məxsusluğunu sübut etmək üçün, ayrı-ayrı Gürcüstan vətəndaşlarından aşağıdakı məzmunda, demək mümkünsə, tam saxta ərizələr almışdır. 1. Gürcüstan Respublikası vətəndaşları olan Pati Çeçinadze və Madona Meqiladze tərəfindən verilmiş notarial qaydad təsdiq və tərcümə edilmiş ərizəyə əsasən onların Leila Janasihiaya ilə işgüzar münasibətləri var idi. Leila Janasihiayanı 2005-ci ildən tanıyırlar. Qeyd edilən əşyalar 2012ci ildən 2017- ci ilədək vaxtaşırı aparılan əşyalardır. X23 inam əsasında əşyalar verirdilər. 2013-ci ildən bir neçə dəfə onlar Bakıya onun yanına və univermaq “BUM”a mağazaya getmişlər və orada öz əşyalarını görmüşlər. Müvafiq olaraq bir halda ki, Leila Janasihiaya məbləği ödəmir və əşyaların yeri də məlumdur, onlar öz əşyalarını geri qaytarmaq istəyirlər.
2. Gürcüstan Respublikası vətəndaşı olan Tsitso Tolordava tərəfindən verilmiş notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən o, 2008-2012-ci illərdə qeyd edilən əşyaları (21 şəkil müşayiət edir) Leila Janasihiaya satmışdır. 3. Gürcüstan Respublikası vətəndaşı olan Mamiya Kuriaqşvili tərəfindən verilmiş notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən o, 2017-ci ildə qeyd edilən əşyaları (1 şəkil müşayiət edir) realizasiya etmək üçün Leila Janasihiaya vermişdir. 4. Gürcüstan Respublikası vətəndaşı olan Maria Obraztsova tərəfindən verilmiş notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən o, 2011- 2014-cü illərdə qeyd edilən əşyaları (10 şəkil müşayiət edir) Leila Janasihiaya satmışdır. 5. Gürcüstan Respublikası vətəndaşı olan Tsaro Okryaşvili tərəfindən verilmiş notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən o, 2008-2016-cı illərdə qeyd edilən əşyaları (52 şəkil müşayiət edir) realizasiya etmək üçün Leila Janasihiaya vermişdir. 6. Gürcüstan Respublikası vətəndaşı olan Diana Keburiya və Sanata Narsiya tərəfindən verilmiş notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.2019cu il tarixli ərizələrdə də yuxarıda qeyd olunanlarla eyni məzmunda izahatlar verilmişdir. 7.Həmin ərizələrə onlarda qeyd olunan sayda antik əşya fotoşəkilləri də əlavə olunmuşdur.
8. Həmçinin iş materiallarında olan pul köçürmələri sənədlərindən görünür ki, Leila Janasihia tərəfindən müxtəlif vaxtlarda müxtəlif Gürcüstan vətəndaşlarının hesablarına çoxsaylı pul vəsaitləri köçürülmüşdür(3-cü cild, s. 115-249. 4-cü cild, s. 1-40) 9. Bundan əlavə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinin 01 dekabr 2020-ci il tarixli qərarına əsasən Leila Janashiayanın ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. 10.Həmin qərarda qeyd olunmuşdur ki, izahatı alınmış X26 və X20 X19 ilə eyni məzmunlu izahat verərək sonuncunun izahatında göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. 11. Həmçinin həmin qərara əsasən material üzrə izahatı alınmış X15 izahatında göstərmişdir ki, “2018-ci ilin oktyabr ayının ortalarında Leila ona zəng edərək Gürcüstan Respublikasından əntiq əşyaları alıb Bakı şəhərinə gətirmək istədiyini, lakin Gürcüstan Respublikasının vətəndaşı olduğu üçün malları karqodan göndərə bilmədiyini, Bakı şəhəri Gömrük İdarəsində yalnız Azərbaycan vətəndaşlarının adına malların sənədləşdirilməsinin mümkün olduğunu ona bildirib ona onu uzun illərdir ki, tanıdığını və malların onun adına sənədləşdirib Bakı şəhəinə aparmasını ondan xahiş etmişdir. Leilanı uzun illərdir ki, tanıdığından o, Leilanın bu təklifi ilə razılaşmışdır. 23 oktyabr 2018-ci il tarixdə o, Leila ilə Bakı şəhərində görüşmüş və Gömrük Komitəsində onun adına Gürcüstan Respublikasından göndərilmiş karqoda olan bir ədədi 1200 lari olan Xafetariya, bir ədədi 300 lari olan 6 ədəd olmaqla 1800 manat təşkil edən “Jurnal masası”, bir ədəd dəyəri 110 lari olan “Masaüstü saat”, bir ədədi 120 lari olan 6 ədəd olmaqla 720 lari təşkil edən “Şəkil”, iki ədəd 300 lari olan “Çətir”, 2 ədəd ümumi dəyəri 200 lari olan “Lampa”, bir ədəd ümumi dəyəri 900 lari təşkil edən “Kiçi Kafetariya”, 1 ədəd 1000 lari olan”Bufet”, 3 ədəd dəyəri 1500 lari olan “Güzgü”, bir ədəd 700 lari olan masa, 2 ədəd 300 lari olan stul, iki ədəd ümumi dəyəri 300 lari olan çılçıraq, 3 ədəd ümumi dəyəri 560 lari olan masa, bir ədəd 200 lari olan jurnal masası, 1550 lari olan yumşaq mebel, iki ədəd 930 lari olan çılçıraq, bir ədəd 300 lari olan şəkil kanvası, 18 ədəd ümumi qiyməti 1170 lari stul, 2 ədəd 200 lari olan kreslo, 3 ədəd 800 lari olan çılçıraq, bir ədəd 200 lari olan lampa, 1100 lari olan yumşaq mebel, 3000 lari olan stol, 2 ədəd 2400 lari olan yeməkxana dolabı, bir ədəd 500 lari olan kamot, ümumilikdə isə, 20030 lari təşkil edən əşyaların, 8000 manat təşkil edən rüsumunu Leila xanım onun adından Bakı Baş Gönmrük İarəsinə ödəmiş və bundan sonra o, Leilanın işlədiyi “BUM”a aparmışdır. Nariranı tanımır və o, Nairaya Gürcüstandan mal gətirməyib. Beləliklə, X8 adına gətirilən 20 min lari dəyərində mallara görə ödənilmiş gömrük rüsumu istisna olmaqla, X19 tərəfindən bu illər ərzində, milyonlarla manat dəyərində respublikaya idxal etdiyi mallara görə bir qəpik də olsun gömrük rüsumu ödənilməmişdir. Bundan başqa, X8 izahatından o da müəyyən edilmişdir ki, həqiqətən də, X19 Azərbaycanda qanunsuz fəaliyyət göstərmişdir. Onun adına vergi ödəyicisinin eyniləşdirmə nömrəsi olmadığından, X13 gömrük kodu verilməmişdir. Məhz, bu səbəbdən də, əgər mal onun adına gəlmiş olsaydı, malın rəsmiləşdirilməsi üçün, ondan, vergi orqanında qeydiyyata durmaq tələb olunardı ki, adına gömrük kodu açılsın. Göstərilənlərlə əlaqədar olaraq, qeyd edilənləri nəzərə almasaq belə, tək X22 qarşı, həmçinin də, hazırda ünvan 3 ünvanda yerləşən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyriyaşayış sahəsində olan və üzərinə həbs qoyulmuş mallara görə, X21, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən 192-ci, 213-cü, 178-ci, 206.1.-ci və 209-cu maddələrində göstərilən cinayət əməli törətməsi tam təsdiqini tapmışdır. X16, dəyəri 77 min ABŞ dolları olan, aldığı əntiq əşyaları 1-2 ay ərzində, elə həmin qiymətə belə satmış olduğunu və bunun manat ekvivalenti ilə dəyərinin 130 min manat təşkil etdiyini nəzərə almaqla hesablama aparsaq, X9rşı, elə bu əməlin görə, Cinayət Məcəlləsinin həm 192-ci, həmçinin də 213.2.-ci maddələri ilə dərhal cinayət işləri başlanmalıdır. Cavabdeh Janashia Leila iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddaçının ona qarşı qoyduğu sübutlar əsassızdır və o heç bir sənədə qol çəkməmişdir, borc müqaviləsində nə onun nə də vəkilinin imzası yoxdur. Ən əsası da onun imzası yoxdur. Sübut olmadığı halda iddia təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil3 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Janashia Leila iddia tələbi ilə razı olmadığını bildirmiş və etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan qaiməfakturaya və whatsapp proqramındakı yazışmalara nəzər yetirərək və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, həmin qaimə-fakturadakı imzalaar ona aiddir. Qeyd olunan qaimə-fakturadakı antik əşyaları iddiaçıdan satmaq üçün aldığını qəbul edir, lakin bildirir ki, qaimə-fakturanın 9, 10, 15-ci bəndində və 6-cı səhifənin arxa hissəsində qeyd edilmiş 8308 ABŞ dolları dəyərində olan mallar iddiaçı tərəfindən geri götürülmüşdür. Whatsapp proqramındakı yazışmalar onunla Ülviyyə arasında keçmişdir. Onu Rima adlandırırlar. Hal-hazırda iddiaçıya 77.000 ABŞ dolları deyil, 32000 ABŞ dolları borcunun olduğunu bildirir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd olunan mallar iddiaçı tərəfindən cavabdehin mağazasından geri götürülmüşdür. Həmin malların götürülməsi barədə video görüntülərin əldə olunması üçün dövlət orqanlarına tərəfimdən sorğular göndərilib, lakin sorğulara cavab verilməmişdir. Bundan əlavə məhkəmə-xətşünaslıq ekspertizası rəyi qismən etibarsız hesab edilməlidir, çünki qəbzlərdəki imzalar cavabdehə məxsus deyil. Məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi ilə razı olmadığını bildirmiş və etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR İN yanında Dövlət Vergi Xidməti və AR Dövlət Gömrük Xidmətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-239/2023 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 dekabr tarixli, 2-2(103)-1006/2022 saylı qətnmaəsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 dekabr tarixli, 2-2(103)-1006/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddiaçı R.Sakhtarovanınnın cavabdehə qarşı iddia tələbi təmin edilməmiş, üçüncü şəxs X14 cavabdehə qarşı iddia tələbi tam təmin olunmuşdur. xx.xx.2022-ci il Qaimə fakturaya əsasən 1) qiyməti 2350 dollar olan gümüş fiqur, 2) qiyməti 4550 dollar olan 1 ədəd gümüş çaydan, 3) qiyməti 4550 dollar olan 1 ədəd gümüş çaydan 4) qiyməti 2700 dollar olan gümüş kubok, 5) qiyməti 2665 dollar olan gümüş kupok və podnos, 6) qiyməti 2210 dollar olan samovar çaynik, 7) qiyməti 12350 dollar olan çaynik və 12 ədəd çaşka, 8) qiyməti 700 dollar olan gümüş rozetkalar , 9) qiyməti 9000 dollar olan çay dəsti, 10) qiyməti 8500 dollar olan çay dəsti, 11) qiyməti 2500 manat olan yemək dəsti, 12) qiyməti göstərilməyən Reg Barton fransız krujevası, 13) qiyməti 2800 dollar olan gümüş şamdan, 14) qiyməti 2500 dollar olan 18 nəfərlik çəngəl-bıcaq dəsti, 15) qiyməti 5000 dollar olan çay dəsti və 6-cı səhifənin arxa hissəsində qeyd olunan 8308 dollar dəyərində çəngəlbıçaq dəsti Janashia Leila tərəfindən təhvil alınmışdır. 03 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın sürətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması AR-nın CPM-nin 39.1.6-cı maddəsinə əsasən rədd edilməsi müəyyən edilmişdir. 25 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə göndərdiyi 4/1835 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 79-85-ci vərəqlərində olan 07 vərəqdən ibarət xx.xx.2022-ci il tarixli qaimə-fakturada "Təhvil aldım" qrafalarındakı imzalar X24 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 79-85-ci vərəqlərində olan 07 vərəqdən ibarət xx.xx.2022-ci il tarixli qaimə-fakturadakı əlyazmalar X24 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 15 oktaybr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması AR-nın CPM-nin 39.1.2 və 39.1.6-cı maddələrinə əsasən rədd edilməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli "xxxx" ASC vasitəsi ilə ödənilmiş qəbzdən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 202 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia ərizəsinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi qaydada əşyaların nisyə alğı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. xx.xx.2022-ci il tarixli qaiməfakturaya əsasən cavabdehin 68.183 ABŞ dolları və 2500 manat dəyərində antik əşyaları iddiaçıdan təhvil alması müəyyən edilir. Cavabdehin vəkillərinin qaimə-fakturadakı imzaların cavabdeh tərəfindən imzalanmaması ilə bağlı izahatlarında qeyd etdiklərinə münasibətdə məhkəmə bildirir ki, bu onların şəxsi mülahizələrdən ibarətdir. İş materialında olan sənədlərlə, ekspertiza rəyi ilə sübuta yetirilmişdir ki, qeyd olunan imza cavabdeh tərəfindən icra olunmuşdur. Həmçinin cavabdeh izahatında qeyd edilən qaimə-fakturadakı imzanın ona aid olduğunu, əşyaları təhvil aldığını etiraf etmiş, lakin iddiaçıya 32000 ABŞ dolları borcunun qaldığını bildirmişdir. Nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun iddiaçıya ödənilməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə borcun ödənilməsi və əşyalarının bir qisminin qaytarılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. xx.xx.2022-ci il tarixli qaimə-fakturaya əsasən 68.183 ABŞ dolları və 2500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 70 min manat dəyərində dəymiş maddi və mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, bu hissədə iddia təmin edilməməlidir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi ziyana məruz qaldığını iddia etməsinə baxmayaraq, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə xüsusi qərardadın çıxarılmasına əsas yoxdur. Belə ki, MPM-nin 265.4-cü maddəyə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırması zamanı cavabdehin əməlində cinayətin əlamətləri aşkar edilməmişdir. Odur ki, məhkəmə xüsusi qərardadın çıxarılması hissəsində də iddia tələbini əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh Janashia Leiladan 68.183 (altmış səkkiz min yüz səksən üç) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 2500 (iki min beş yüz) manat məbləğində pul və 408,41 (dörd yüz səkkiz manat qırx bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, keçirilmiş ekspertizanın xərci olan 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti cavabdeh Janashia Leiladan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X10; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş 408,41 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Janashia Leiladan 68.183 (altmış səkkiz min yüz səksən üç) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 2500 (iki min beş yüz) manat məbləğində pul və 408,41 (dörd yüz səkkiz manat qırx bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Keçirilmiş ekspertizanın xərci olan 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti cavabdeh Janashia Leiladan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X10; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ayşən Sultanova-Məmmədova