Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-106/2022 10.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Zaman Sığorta və Təkrar Sığorta Üzrə Broker“ MMC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Zaman Sığorta və Təkrar Sığorta Üzrə Broker“ MMC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə 06.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2130 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun iddiaçı “Zaman Sığorta və Təkrar Sığorta Üzrə Broker“ MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, "xxxx" MMC-də “Kasko-Butik” məhsulu üzrə S41445PLUS könüllü sığorta şəhadətnaməsi ilə X4 məxsus 90LZ782 dövlət qeydiyyat nişanlı, “KİA Rio” markalı avtomobil sığortalanmışdır. 31 may 2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz B” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Cavabdeh tərəfindən maddi zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar sığortalıya sığorta müqaviləsinə uyğun olaraq 2130 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 28.01.2022-ci il tarixli ekspert rəyi ilə razıdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir xəbər verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan ******* nömrəli, 31.05.2018-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Cavabdeh 31.05.2018-ci il tarixdə “Mercedes Benz B170” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.2-ci maddəsi üzrə inzibati xəta törətmişdir. İş materiallarında olan 01.12.2018-ci il tarixli, PAA********** nömrəli sığorta şəhadətnaməsinin təsdiq edilmiş surətinə əsasən “Kia Rio” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı X7 tərəfindən “Zaman Sığorta və Təkrar Sığorta Üzrə Broker“ MMC-də 07.07.2018-ci il tarixdən 07.07.2019-cu il tarixədək sığorta edilmişdir. İş materiallarında olan AC N 847468 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Kia Rio” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. İş materiallarında olan mütəxəssis kimi X2 tərəfindən verilmiş 03.06.2019-cu il tarixli qüsur aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, “Kia Rio” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 3675 manat tələb olunur. İş materiallarında olan 03.06.2019-cu il tarixli sığorta ödənişi aktının təsdiq edilmiş surətinə əsasən "xxxx" MMC tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 2100 manat sığorta ödənişi və 30 manat taksi təminatı olmaqla, cəmi 2130 manat X5 ödənilmişdir. İş materiallarında olan 02.08.2019-cu il tarixli, 3036 saylı ödəniş tapşırığının surətinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən X6 2100 manat məbləğində icbari sığorta ödənişi edilmişdir. İş materiallarında olan 28.01.2022-ci il tarixli, 9/9011 saylı əlavə ekspert rəyinə əsasən, iş materiallarında olan 03.06.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı, “Kia Rio” markalı, **-LZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinin qiyməti avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə hadisə baş verən tarixə təxminən 3184 manat müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hadisə baş verən zaman “Mercedes Benz B170” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunmuşdur. Baş vermiş hadisədə Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. Hadisə nəticəsində X3 mülkiyyətində olan “Kia Rio” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin təmir xərcləri üçün sığortaçı "xxxx" MMC tərəfindən 2130 manat və Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən 2100 manat X6 ödənilmişdir. Ekspertin rəyinə əsasən hadisə nəticəsində “Kia Rio” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3184 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iş materialların əlavə edilmiş sübutları, ekspert rəyini və ödənilmiş 2100 manat icbari sığorta haqqını nəzərə alaraq qeyd edir ki, vurulmuş zərər, yəni təmir-bərpa işlərinin əvəzi olan (3184-2100=1084) 1084 manat məbləğində pul subraqasiya qaydasında Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. Həmin məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddia tələbinin qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1084 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul “Zaman Sığorta və Təkrar Sığorta Üzrə Broker“ MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizalarının xərci olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1084 (bir min səksən dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul “Zaman Sığorta və Təkrar Sığorta Üzrə Broker“ MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə ekspertizalarının xərci olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-106/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-106/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver