Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1079/2024 05.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə3, Üçüncü şəxs X7 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X12 və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər Cavabdeh1 MMC və “PSG X16 Kredit Təşkilatı” MMC-yə qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X12 və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər Cavabdeh1 MMC və “PSG X16 Kredit Təşkilatı” MMC-yə qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia təmin edilərək, Bakı şəhəri Yasamal rayonu İcra şöbəsi tərəfindən xx/xx-93978/18-8672 saylı, xx.xx.2023-ci il tarixli sifarişinə əsasən AR X3 Cavabdeh1 tərəfindən xx.xx.2023-cü ildə ilkin hərracin və xx.xx.2023-cü ildə təkrar hərracın, həmçinin hərracın yekunları barədə xx.xx.2024-cu il tarixli, 01/24 nömrəli prtokol protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il qətnaməsinə əsasən 36971,17 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 867,56 manat faiz borcu, 50 cərimə borcu, cəmi 37888,73 manat məbləğində borc pulun icra olunduğu günün məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh2 Bokt MMC hesabına köçürülməsi, tutmanın İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satışa çıxarılması və mənzilin satışından əldə edilmiş məbləğdən 702 saylı kredit müqaviləsi üzrə tutulması, mənzilə tutma yönəldikdən sonra bir ay ərzində həmin mənzildən çıxarılmaları, ipoteka predmeti olan mənzilin satışından artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Bu qətnamə əsasında Yasamal Rayon Məhkəməsi icra vərəqəsi çıxarmışdır. Bundan sonra, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-2(004)-2382/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayonu İcra şöbəsi tərəfindən verilmiş xx/xx-93978/18-8672 saylı, xx.xx.2023-ci il tarixli sifariş üzrə tələbkar Cavabdeh2 Bokt MMC-nin xeyrinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 saylı fərdi yaşayış evi AR X3 Cavabdeh1ə hərracına açıq hərracda satılması üçün sifariş verilmişdir. Cavabdeh1 MMC tərəfindən daxil olmuş bildirişə əsasən iddia ərziəsinə əlavə edilmiş xx.xx.2023-ci il tarixli bildirişdən də müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu İcra şöbəsi tərəfindən verilmiş xx/xx-93978/18-8672 saylı, xx.xx.2023-ci il tarixli sifariş üzrə tələbkar Cavabdeh2 Bokt MMC-nin xeyrinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə açıq hərracda satılmaq məqsədi ilə AR X3 Cavabdeh1 tərəfindən xx.xx.2023-cü ildə 10:00 ilkin hərrac keçirilmişdir. Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən daxil olmuş bildirişə əsasənİddia ərziəsinə əlavə edilmiş xx.xx.2023-ci il tarixli bildirişdən də müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu İcra şöbəsi tərəfindən verilmiş xx/xx-93978/18-8672 saylı, xx.xx.2023-ci il tarixli sifariş üzrə tələbkar Cavabdeh2 Bokt MMC-nin xeyrinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə açıq hərracda satılmaq məqsədi ilə AR X3 Cavabdeh1 tərəfindən xx.xx.2023-cü ildə 10:00 təkrar hərrac keçirilmişdir. Bundan sonra Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cu il tarixili, xx/xx-1001xx/xx-11105 saylı müraciətlə əlaqədar olaraq Bakı şəhəri Yasamal rayonu İcra şöbəsi tərəfindən verilmiş xx/xx-93978/18-8672 saylı, xx.xx.2023-ci il tarixli sifariş üzrə tələbkar Cavabdeh2 Bokt MMC-nin xeyrinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi dayandırılmışdır. İddia ərziəsinə əlavə edilmiş xx.xx.2023-ci il tarixli bildirişdən də müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu İcra şöbəsi tərəfindən verilmiş xx/xx-93978/18-8672 saylı, xx.xx.2023-ci il tarixli sifariş üzrə tələbkar Cavabdeh2 Bokt MMC-nin xeyrinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə açıq hərracda satılmaq məqsədi ilə AR X3 Cavabdeh1 tərəfindən xx.xx.2023-cü ildə 10:00 ilkin hərrac keçirilmişdir. İddia ərziəsinə əlavə edilmiş xx.xx.2023-ci il tarixli bildirişdən də müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu İcra şöbəsi tərəfindən verilmiş xx/xx-93978/18- 8672 saylı, xx.xx.2023-ci il tarixli sifariş üzrə tələbkar Cavabdeh2 Bokt MMC-nin xeyrinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə açıq hərracda satılmaq məqsədi ilə AR X3 Cavabdeh1 tərəfindən xx.xx.2023-cü ildə 10:00 təkrar hərrac keçirilmişdir və həmin təkrar hərracda alış qiyməti 89.250 manat olmaqla X9 (etibarnamə üzrə nümayəndə X10) fərdi yaşayış evi satılmış və bununla əlaqədar olaraq hərracın təşkilatçısı tərəfindən hərracın yekunları barədə xx.xx.2024-cu il tarixli, 01/24 nömrəli prtokol tərtib edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, xx.xx.2023-cü ildə 10:00 ilkin hərracin və xx.xx.2023-cü ildə 10:00 təkrar hərracın keçirilməsi nəticələri və hərracın yekunları barədə xx.xx.2024-cu il tarixli, 01/24 nömrəli prtokol etibarsız hesab edilməlidir. X13 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” AR Qanunun 43.4-43.8 və 480-ci maddələrinin şər edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərədə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Yuxarıda sadalanan qanunvericilik normaları pozulduğundan Bakı şəhəri Yasamal rayonu İcra şöbəsi tərəfindən xx/xx-93978/18-8672 saylı, xx.xx.2023-ci il tarixli sifarişinə əsasən AR X3 Cavabdeh1 tərəfindən xx.xx.2023-cü ildə ilkin hərracin və xx.xx.2023-cü ildə təkrar hərracın, həmçinin hərracın yekunları barədə xx.xx.2024-cu il tarixli, 01/24 nömrəli prtokol Protokolun etibarsız hesab edilməlidir. Belə ki, AR X3 Cavabdeh1 tərəfindənxx.xx.2023-cü ildə 10:00 ilkin hərrac, xx.xx.2023-cü ildə 10:00 təkrar hərrac, xx.xx.2023-cü ildə 10:00 ilkin hərrac, xx.xx.2023-cü ildə 10:00 təkrar hərrac olmaqla 4 (dörd) hərracın keçirilməsinə nail olmuşdur. Halbuki “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin qanuna zidd hesab edilməlidir. İşdəki sübutlarla əsasən müəyyən edilir ki, əmlakın satılması ilə bağlı 4 dəfə hərrac keçirilmişdir. Belə ki, X13 41.2 maddəsinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Lakin Yasamal rayon İcra şöbəsi tərəfindən İpoteka qoyana İddiaçı məlumat verilmədən Cavabdeh1 MMC-yə sifariş verilmişdir. Həmçinin bildirmək istəyirik ki, Cavabdeh1 MMC-nin 5 il daimi fəaliyyətinin olub-olmamadığını müəyyən etmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinə sorğu yazılmış, sorğumuza cavabdan görünür ki, Cavabdeh1 MMC-nin 5 il daimi fəaliyyəti olmayıb. Göründüyü kimi Cavabdeh1 MMC tərəfindən ipoteka predmetinin satışını həyata keçirtmək qanunla qadağandır. Digər tərəfdən borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.Lakin araşdırmalarının nəticəsində məlum olmuşdur ki, Cavabdeh1 əmtəə birjası nəzdində fəaliyyət göstərmir. Bu barədə əldə etdikləri sübutları iddia ərizəsinə qoşma edilmişdir. X8 cəmi xx.xx.2021-ci ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Bu şirkətin hərraclarda iştirak etməsi ümumiyyətlə qanunsuzdur. Cavabdeh1 MMC iddia ərizəsinə etiraz mülahizələrini ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və “PSG X16 Kredit Təşkilatı” MMC-yə qarşı “protokolun etibarsız hesab edilməsi tələbinə dair” iddia ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək “Bakı şəhəri Yasamal rayonu İcra Şöbəsi tərəfindən xx/xx-93978/18-8672 saylı, xx.xx.2023cü il tarixli sifarişinə əsasən AR X3 Cavabdeh1 tərəfindən xx.xx.2023-cü ildə ilkin hərracın və xx.xx.2023-cü ildə təkrar hərracın, həmçinin hərracın yekunları barədə xx.xx.2024-cü il tarixli,01/24 nömrəli protokolun etibarsız hesab edilməsi barədə” qətnamə qəbul olunmasını xahiş etmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İlk öncə qeyd etməyi zəruri hesab etmişlər ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2382/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən verilmiş xx/xx-93978/18-16544 saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə tələbkar Cavabdeh2 BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus, ünvan 4nında yerləşən, ümumi sahəsi 69.13 kv.metr olan 79 saylı mənzilin açıq hərracda satılması Cavabdeh1 MMC-yə sifariş olunmuşdur. Sözügedən sifarişdə qeyd olunan mənzilin açıq hərracda ilkin satış dəyəri 105.000 (bir yüz beş min) manat məbləğində müəyyənləşdirilmişdir. Nəzərə çatdırmağı zəruri hesab etmişlər ki, yuxarıda sözügedən hərrac sifarişi Cavabdeh1 MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan əmlaka dair ilkin hərracın keçirilməsi 19 dekabr 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Birjanyus” X4 (portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısınını rəsmi internet səhifəsində də (“E- herrac.com”) yerləşdirilmişdir. Bundan sonra sifariş olunan əmlaka dair açıq hərracın keçirilməsinə dair 2251/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş hərracın sifarişçisinə, borclu İddiaçı qızma (icra vərəqəsində və hazırkı iddia ərizəsində qeydiyyatda olduğu ünvanına), eləcə də tələbkar Cavabdeh2 BOKT MMC-nə poçt vasitəsi ilə göndərilmişdir, (bildirişin və onun göndərilməsini təsdiq edən müvafiq sənəd əlavə olunur). Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 19 dekabr 2023-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. (xx.xx.2023-cü il tarixli protokolun surəti əlavə edilir) Nəzərə çatdırmağı zəruri hesab edir ki, 19 dekabr 2023-cü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin mənzil ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 89250 (səksən doqquz min iki yüz əlli) manata olmaqla, 07 yanvar 2024-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X4 (Portalında) www.birianews.azi dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Daha sonra sifariş olunan mənzilə dair açıq hərracın keçirilməsinə dair 2387/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş hərracın sifarişçisinə, borclu İddiaçı (icra vərəqəsində və hazırkı iddia ərizəsində qeydiyyatda olduğu ünvanına), eləcə də tələbkar Cavabdeh2 BOKT MMC-nə poçt vasitəsi ilə göndərilmişdir. (bildirişin və onun göndərilməsini təsdiq edən müvafiq sənəd əlavə olunur) Yuxarıda sözügedən tarixə təyin olunmuş təkrar açıq hərracda iştirak etmək üçün X12 (etibarnamə üzrə nümayəndə X10) ərizə ilə Cavabdeh1 MMC-yə müraciət edərək iştirakının təmin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərlə yanaşı qeyd etməyi zəruri hesab etmişlər ki, xx.xx.2024-cü il tarixdə keçirilən açıq hərracda hərracın predmeti olan mənzil 89250 (səksən doqquz min iki yüz əlli) manata X9 (etibarnamə üzrə nümayəndə X10) satılmışdır. Bununla əlaqədar olaraq hərracın yekunları barədə 01/24 saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur. 01/24 saylı, xx.xx.2024-cü il tarixli hərracın yekunları barədə protokol qalibi alıcı, eləcə də hərracın təşkilatçısının sənədlərlə iş üzrə bölmə rəhbəri və direktor müavinin imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Kağız daşıyıcısında tərtib və təsdiq olunmuş protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qurumuna göndərilmişdir. (qeyd olunan xüsusatları təsdiq edən sənədlər və protokol əlavə edilir) Həmçinin iddiaçı iddia ərizəsində hərracın 4 dəfə keçirilməsini və bunun qanuna ziddi olduğunu qeyd etmişdir. Bununla bağlı qeyd etmişlər ki, sözügedən əmlakla əlaqədar daha öncə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən göndərilən sifarişə əsasən ilkin və təkrar hərraclar təyin olunmuş, lakin İcra Şöbəsindən daxil olmuş 11 avqust 2023-cü il tarixli, xx/xx-100157/18 №-li dayandırma məktubuna əsasən təkrar hərrac keçirilmədən proses dayandırılmışdır. Daha sonra İcra Şöbəsindən daxil olan xx/xx-93978/18- 16544 saylı, xx.xx.2023-cü il tarixli sifarişə əsasən yenidən ilkin hərrac təyin olunmuşdur. Eləcə də iddiaçı hazırkı iddia ərizəsində göstərdiyi 5 illik daimi fəaliyyətlərinin olub-olmaması ilə bağlı qeyd etdiyi xüsusat tam əsassızdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış e- 2(004)-5221/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC-nin 5 (beş) illik daimi fəaliyyətinə hüquqi qiymət verilmiş, məhkəmə cəmiyyətin 5 (beş) illik daimi fəaliyyətinin olduğu qənaətinə gəlmişdir. Hal-hazırda sözügedən qətnamə qanuni qüvvəsini almışdır. (qətnamənin surəti əlavə edilir) Eyni zamanda bildirmişlər ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2858/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində də Cəmiyyətin 5 (beş) illik daimi fəaliyyətinin olduğu qənaətinə gəlmiş, sözügedən qətnamədən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-939/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilməmiş, Mərkəzin 5 (beş) illik daimi fəaliyyətinin olması qənaətinə gəlinmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan sənədlərdən görünür ki, yuxarıda sözügedən hərrac sifariş üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Ona görə də iddia rədd edilməlidir. Hazırkı işə məhkəmədə baxılarkən etiraz mülahizələrində ifadə edilən hüquqi mövqeylərini nəzərə almaqla işə Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Yasamal Rayon İcra Şöbəsi tərəfindən Əmlak Hərrac Mərkəzinə hərracın dayandırılması barədə məktub daxil olmuşdur. Həmin məktub əsasında hərrac dayandırılmışdır. Məhkəmədə təkcə icranın dayandırılması deyil bir çox məsələlər var idi. Lakin məhkəmə tərəfindən həmin şikayət təmin olunmamışdır. Birinci dəfə hərrac baş tutmadığından ikinci dəfə hərrac keçirilib. Sonradan icra şöbəsindən hərracın dayandırlması barədə məktub daxil olduğundan hərrac dayandırılmışdır. Hər iki sifariş ayrı-ayrı sifariş kimi daxil olmuşdur. Yanvar ayında yenidən hərrac təyin olunmuş, elanlar verilmiş, vətandaş hərracda iştirak etməsi barədə müraciət etmiş və nəticədə hərrac baş tutmuşdur. İpoteka predmeti 89250 manata vətandaşa satılmışdır. Vətəndaş pulu İcra şöbəsinin depozitinə ödəmişdir. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs X12 vicdanlı alıcıdır. Duman əmlaka dair behi və digər xərcləri ödəməklə əmlakı almışdır. Hazırda məhkəmə çəkişmələri hüquqlarını müdafiə etdiyi şəxsin hüquqlarına qarşı yönəlibdir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə iddiaçı, cavabdeh “PSG X16 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi və üçüncü şəxs Yasamal rayon İcra Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş: - İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, icranın dayandırılması və icra məmurunun hərəkətlərindən şikayət ərizəsi ilə məhkəməyə müraciət etsə də, məhkəmə tərəfindən şikayəti təmin olunmamışdır. İcra şöbəsi tərəfindən hərrac mərkəzinə avqust ayında məktub göndərilir ki, hərrac dayandırılsın. 3 ay hərəkətsiz qaldıqdan sonra noyabr ayında 2 dəfə hərrac keçirilir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Yasamal rayonu İcra şöbəsi tərəfindən xx/xx-93978/18-8672 saylı, xx.xx.2023-ci il tarixli sifarişinə əsasən AR X3 Cavabdeh1 tərəfindən xx.xx.2023-cü ildə ilkin hərracin və xx.xx.2023-cü ildə təkrar hərracın, həmçinin hərracın yekunları barədə xx.xx.2024-cu il tarixli, 01/24 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - Cavabdeh “PSG X16 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il qətnaməsinə əsasən 36971,17 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 867.56 manat faiz borcu, 50 cərimə borcu, cəmi 37888.73 manat məbləğində borc pulun icra olunduğu günün məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh2 Bokt MMC hesabına köçürülməsi, tutmanın İddiaçı mülkiyyətində olan ünvan 4nında yerləşən 79 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satışa çıxarılması və mənzilin satışından əldə edilmiş məbləğdən 702 saylı kredit müqaviləsi üzrə tutulması, mənzilə tutma yönəldikdən sonra bir ay ərzində həmin mənzildən çıxarılmaları, ipoteka predmeti olan mənzilin satışından artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. İcra vərəqəsi icraya getdikdən sonra hazır ki, iş üzrə İddiaçı ilə dəfələrlə danışıqlar olasa da bir nəticəsi olmamışdır. İddiaçı 50000 (əlli min) manat borcu vardır. Birinci hərrac baş tutmadığından ikinci dəfə hərrac keçirilmişdir. İkinci hərrac keçirilən zaman İddiaçı onlardan iki ay vaxt verilməsini xahiş etmişdir. Onlarda ona vaxt vermişlər. Lakin iki ay tamam olsa da, borclu tərəfindən heç bir ödəniş etməmişdir. Hərrac baş tutsa da, onlara pul hələ ödənilməyibdir. Onlar sadəcə pulun ödənilməsini istəyirlər. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir. - Üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyev izahat verərək bildirmişdir ki, borclu ona müraciət edərək iki ay vaxt verilməsini xahiş etmişdir. O da, ona bildirmişdir ki, tələbkarla danışsın ondan razılıq alsa sonra onlara kömək edə bilər. O, borcluya bildirmişdir ki, bu hərracın dayandırılması üçün əsas deyildir. Bundan sonra tələbkarla danışıb razılığa gəldikdən sonra hərracın dayandırılmasını xahiş etmişdir. Bundan sonra sifarişin geri qaytarılması barədə mail vasitəsi ilə məktub ünvanlamışdı. Şifarişin geri qaytarılmasını istəməyinə səbəb tərəflər arasında məhkəmədə mübahisə olduğundan və mövcud vəziyyətin dəyişə biləcəyi olmuşdur. Bundan əlavə o, sifarişi istəsə də dayandıra bilməzdi, çünki aradan çox vaxt keçmişdir. Bundan başqa tələbkarın razılığı olmasaydı o, sifarişi dayandıra bilməzdi. Daha sonra təkrar hərrac keçirilmiş və baş tutmuş, alıcı tərəfindən 84787 manat icra şöbəsinin depozitinə pul ödənilmişdir. Bundan başqa hərrac mərkəzi tərəfindən depozitə müəyyən məbləğdə beh də ödənilmişdir. Çıxarış alınmadığı üçün pul tələbkara ödənilməyib. Çünki tərəflər arasında hazırda məhkəmə çəkişmələri vardır. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2382/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 BOKT MMC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilməsi, Cavabdeh2 BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 702 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixli, 702 saylı kredit müqaviləsi üzrə 36971,17 manat əsas, 867,56 manat faiz, 50 manat cərimə borcu olmaqla cəmi 37888,73 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun Cavabdeh2 BOKT MMC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 105000 (yüz beş min) manat olmaqla İddiaçı mülkiyyətində olan ünvan 4nında yerləşən, ümumi sahəsi 69,13 m2 olan 79 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılaraq bankın tələbi realizə edilmiş əmlak dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması, əmlakın satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğin ümumi qaydada cavabdeh İddiaçı tutulması, ünvan 4nında yerləşənn 79 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik:CTREAZ22) ödənilməsi qət edilmişdir. Hərrac Mərkəzi tərəfindən İddiaçı və PGS Finans BOKT MMC-yə ünvanlanmış xx.xx.2023cü il tarixli Açıq Hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 4nında yerləşənn 79 saylı fərdi yaşayış evinə dair hərrac keçiriləcəyi qeyd edilmişdir. Açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 4nında yerləşənn 79 saylı fərdi yaşayış evinə dair hərrac keçiriləcəyi qeyd edilmişdir. Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Əmlak Hərrac Mərkəzi MMC tərəfindən İddiaçı və PGS Finans BOKT MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli Təkrar Hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 4nında yerləşən 79 saylı fərdi yaşayış evinə dair təkrar hərrac keçiriləcəyi qeyd edilmişdir. Yasamal Rayon İcra Şöbəsi tərəfindən Əmlak Hərrac MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar mübahisə qaldırıldığı üçün hərracın hal-hazırda olan mərhələdə dayandırılması xahiş edilmişdir. Əmlak Hərrac Mərkəzi MMC tərəfindən Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətə əsasən İddiaçı məxsus ünvan 4nında yerləşən 79 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi dayandırılmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Əmlak Hərrac Mərkəzi MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, icra məmurunun 93978/18 saylı sifarişi (İddiaçı məxsus ünvan 4nında yerləşən 79 saylı fərdi yaşayış evi barədə hərracın keçirilməsi) qanuna müvafiq tədbirlər görülməsi üçün MMC-yə göndərilmişdir. Əmlak Hərrac Mərkəzi tərəfindən göndərilmiş Açıq hərracın keçirilməsinə dair xx.xx.2023cü il tarixli bildirişdən və birjanews.az saytındakı elandan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 4nında yerləşən 79 saylı fərdi yaşayış evinə dair ilkin hərrac keçiriləcəyi qeyd edilmişdir. Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Əmlak Hərrac Mərkəzi tərəfindən göndərilmiş Açıq hərracın keçirilməsinə dair xx.xx.2023cü il tarixli bildirişdən və birjanews.az saytındakı elandan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 4nında yerləşən 79 saylı fərdi yaşayış evinə dair təkrar hərrac keçiriləcəyi qeyd edilmişdir. X7 nümayəndəsi X10 tərəfindən verilmiş ərizədən görünür ki, ünvan 4nında yerləşənn 79 saylı fərdi yaşayış evinə dair açıq hərracda iştirak etmək arzusunda olduğunu və tərəfindən 4463 manat məbləğində behi Əmlak Hərrac Mərkəzi MMC-nin hesabına ödənildiyini bildirmiş və hərracda iştirakının təmin olunmasını xahiş etmişdir. Qəbzdən görünür ki, 4463 manat məbləğində pul vəsaiti Əmlak Hərrac Mərkəzi MMC-nin hesabına ödənilmişdir. xx.xx.2024-cü il tarixli Hərracın yekunları barədə protokoldan görünür ki, , ünvan 4nında yerləşənn 79 saylı fərdi yaşayış evi 89,250 manata X1. Əmlak Hərrac Mərkəzi MMC tərəfindən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə, İddiaçı və PGS Finans BOKT MMC-yə ünvanlanmış məktubdan görünür ki, ünvan 4nında yerləşən 79 saylı mənzilin təkrar hərracda alış qiyməti 89250 manata olmaqla X2 və bununla əlaqədar protokol tərtib edildiyi göstərilmişdir. Zərflərin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə İddiaçı ünvanlanmış məktublar ünvan tam olmaması və 70-ci poçt məntəqəsinin xidmət sahəsinə aid olmaması əsası ilə sahibinə çatdırılmamışdır. Əmlakv Hərrac Mərkəzi MMC tərəfindən Yasamal Rayon İcra Şöbəsinin icra məmuruna ünvanlnamış məktubdan görünür ki, İddiaçı ünvanlnamış məktubun ünvanın tam olmaması əsası ilə geri qaytarıldığı göstərilmiş və İddiaçı digər ünvan və əlaqə vasitələri barədə məlumat verilməsi xahiş edilmişdir. Reyestrlərdə İddiaçı məktub ünvanlandığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Eyni Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. X13 42.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. X13 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Qeyd edilən Qanunun 43.7-1-ci maddəsinə əsasən Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 43.8-ci maddəsinə əsasən İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüququn ümumi prinsiplərinə əsasən statusları yüklülük baxımından eyni olmayan əmlaklarla bağlı münasibətlərə qanunverici ayrı-ayrı qaydalar tətbiq edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 02/21 №-li İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadında göstərilmişdir ki, ilk növbədə “İpoteka haqqında” Qanun xüsusi olaraq mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatını, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Bu baxımdan, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri, hərracın Mülki Məcəllənin 415-ci maddəsindən fərqlənən xüsusiyyətlərini özündə əks etdirməklə, yalnız ipoteka predmeti olan əmlakın hərracda satılmasının xüsusi qaydasını müəyyən edir. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(004)-2382/2021 saylı icra vərəqəsinə əsasən ipoteka predmeti olan ünvan 4nında yerləşən, ümumi sahəsi 69,13 m2 olan 79 saylı fərdi yaşayış evinin açıq hərracda satılması qərara alınmış, icra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra şöbəsi tərəfindən hərracın keçirilməsi ilə əlaqədar sifariş verilmişdir. ünvan 4nında yerləşən, ümumi sahəsi 69,13 m2 olan 79 saylı fərdi yaşayış evinin satılması ilə bağlı 2 dəfə - xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ilkin və təkrar hərrac keçirilmiş və lakin hərrac baş tutmamışdır. Daha sonra 2-ci, yəni təkrar hərrac keçirildikdən 3 gün sonra xx.xx.2023-cü il tarixdə Yasamal Rayon İcra Şöbəsi hərracın dayandırılmasını xahiş etmiş və həmin tarixdə Əmlak Hərrac Mərkəzi MMC tərəfindən Yasamal Rayon İcra Şöbəsinə məktub ünvanlanaraq hərracın dayandırıldığı göstərilmişdir. Daha sonra isə yenidən ilkin və təkrar hərrac keçirilərək (ümumilikdə 4 hərrac) ünvan 4nında yerləşən, ümumi sahəsi 69,13 m2 olan 79 saylı fərdi yaşayış evi açıq hərracda satılmışdır. Məhkəmə xatırladır ki, qanunvericilikdə ipoteka predmetinə dair iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Hərrac təşkilatı təkrar hərrac keçirdikdən sonra ipoteka saxlayan qanunvericilikdə nəzərdə tutulmuş qaydada 30 gün müddətində ipoteka predmetini əldə edilməsi barədə hərrac təşkilatı ilə protokol imzalamamış, təkrar hərrac keçirildikdən 3 gün sonra icra şöbəsi hərracın dayandırılması barədə müraciət etmişdir. Bundan başqa hərrac prosesi dayandırıldığı andan və yerdın davam etdirilməli olduğu halda, hərrac təşkilatı tərəfindən yenidən ilkin və təkrar hərrac keçirilmiş və nəticədə ipoteka predmeti üzrə 4 hərrac keçirlimişdir ki, qanunvericilikdə belə bir hal nəzərdə tutulmadığından, həmin hərrac İpoteka haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydaları pozmaqla keçirildiyindən həm hərrac, həm də onun nəticələrinə dair protokol etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair qərarında höstərilmişdir ki, İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 MMC-nin 19 dekabr 2023-cü il tarixli protokolu və hərracın yekunları barədə Cavabdeh1 MMC ilə X12 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01/24 saylı protokolu etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 MMC-nin 19 dekabr 2023-cü il tarixli protokolu və hərracın yekunları barədə Cavabdeh1 MMC ilə X12 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01/24 saylı protokolu etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1079/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1079/2024
05.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver