Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1080/2022 10.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən birgə qaydada iddiaçının xeyrinə 440 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 20.11.2020-ci il tarixdə saat 18:50 radələrində Bakı şəhəri, A.M.Cümə-Z.Bünyadov küçəsi ərazisində Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh1 MMC-yə məxsus və Cavabdeh2 tərəfindən idarə olunan “Lexus LX570” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunarkən “Mercedes Benz C180” markalı, **-LT-*** dövlət nişanlı avtomobillə toqquşaraq sonuncuya maddi zərər vurmuş və daha sonra hadisə yerindən yayınmışdır. Nərimanov rayon DYPŞ-nin 18.12.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 qanunvericiliyin tələblərini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.6 (hadisə yerindən yayınma) maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Mercedes Benz C180” markalı, **-LT- *** dövlət qeydiyyat nişanlı avtomobilə 440 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 8003 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən faydalanan şəxs X1 hesabına 440 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh2 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 440 manat məbləğində sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, Şirkətini“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin tələbinə görə, cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər (nümayəmdələri) məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin (nümayəmdələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci, ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsi nəzərə alaraq, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığortası üzrə sığortalanaraq, Cavabdeh1 MMC-yə məxsus və Cavabdeh2 tərəfindən idarə olunan “Lexus LX570” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni 20.11.2020-ci il tarixdə Bakı şəhəri, A.M.Cümə-Z.Bünyadov küçəsi ərazisində yolnəqliyyat hadisəsi törədib, X2 məxsus “Mercedes Benz C180” markalı, **-LT-*** dövlət nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə 440 manat məbləğində maddi ziyan vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilinmişdir. Bu hal iş materiallarına əlavə edilmiş Nərimanov rayon DYPŞ-nin 18.12.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdeh2 İXM-nin 327.6-cı maddəsi (hadisə yerindən yayınma) ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimələnmişdir. İş materiallarına əlavə edilmiş Nərimanov rayon DYPŞ-nin 20.11.2020-ci il tarixli arayışınınsurətindən görünür ki, Cavabdeh1 MMC-yə məxsus olan “Lexus LX570” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə zamanı Cavabdeh2 tərəfindən etibarnamə əsasında idarə edilmişdir. İşə əlavə olunmuş 28.12.2020-ci il tarixli aktdan görünür ki, “Mercedes Benz C180” markalı, **-LT-*** d.n.n. avtomobilə vurulmuş maddi ziyan 440 manat məbləğində müəyyən edilmişdir. İşə əlavə olunmuş 21.01.2021-ci il tarixli qəbzdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 8003 saylı akta əsasən “Mercedes Benz C180” markalı, **-LT-*** dövlət nişanlı avtomobilin sahibinə 440 manat ödənilmişdir. Hazırda iddiaçı sığortalıya ödənilmiş pulun subroqasiya qaydasında cavabdehlərdən tutulmasını iddia etmişdir. Belə ki,Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqiiyyat vasitəiərinin sahiblərinin müiki məsuiiyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Habelə, Mülki Məcəllənin 1108-ci maddəsinin 1-ci bəndinə əsasən... Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh2 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış, etibarnamə əsasında idarə etdiyi “Lexus LX570” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində “Mercedes Benz C180” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona 440 manat məbləğidə zərər vurması, hadisəni törətdikdən sonra hadisə yerini tərk etməsi, iddiaçı tərəfindən zərərçəkənə 440 manat sığorta ödənişinin həyata keçirilməsi, bununla da, zərərin əvəzini ödəmək tələbi hüququ ödənilmiş sığorta ödənişi məbləğində iddiaçıya keçməsi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə araşdırmaları nəticəsində digər Cavabdeh1 MMC tərəfindən mülkiyyətində olan “Ford Tranzit” yük markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməsi müəyyən olunmuşdur. Bu səbəbdən də, iddia qismən təmin edilərək 440 manat məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməməlidir AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 440 (dörd yüz qırx) manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməsin Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-1080/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1080/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver